Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-862/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması b arədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 sentyabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X7 və X1 ibarət tərkibdə) 1 iyul 2022-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1994-cü ildə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olub ünvan 2də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azadlıqdan məhrum etmə cəzasını ümu mi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 31 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə) 9 sentyabr 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci mad dəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair 1(101)-802/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli tutulduğu 31 avqust 2021-ci il tarixdən hesablanmış, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkum cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilmiş və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdi r. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 21 manat müqavilində külli miqdarda ümumi təmiz çəkisi 2,328 qram ağ rəgli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və eyni zamanda həmin psixotrop maddələri bükümlərə ayıraraq 0,102 qram, 0,074, 0,119 qram olmaqla ümumi təmiz çəkisi 0,295 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Şahid3 hədiyyə verməklə satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxan ı RPl-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 31 avqust 2021-ci il tarixdə saat 23:15 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kənd Hövsanda yerləşən "Babaş” adlı mağazanın qarşısında saxlanılıb ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞnin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ cibindən külli miqdarda 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,363 qram, 0,292 qram, 0,533 qram, 0,370 qram, 0,227 qram və 0,248 qram, ümumi təmiz çəkisi 2,033 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin şalvarının arxa sağ cibindən üzərində narkotik vasitə heroin izləri olan gümüşü r əngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, ibtidai istintaq zamanı Məhkum elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilmədiyindən onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkum CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, işdə olan Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin cinayə-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi 31 avqust 2021-ci il tarixli raportda X4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə m əşğul olması göstərilsə də qanunsuz dövriyyənin nədən ibarət olması göstərilməmiş, Məhkum üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi ilkin izahatla üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, məhkəmə zamanı dindirilərkən Məhkum üzərindən aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, saxlanılarkən üzərində tərəzi olmadığını göstərmiş, məhkəmə zamanı şahid qismində dindirilmiş Əhmədov X8 birlikdə psixotrop maddəni şəxsi istifadələri üçün əldə etdiklrini göstərmişdir. Cinayət işi üzrə təyin edilmiş ambulator məcburi-narkoloji yoxlamanın 12 noyabr 2021-ci il tarixli 4438 saylı ekspert rəyinə əsasən Məhkum kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslıl ıq sindromu narkomaniya xəstəliyi aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmiş, Məhkum əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məhkum olunmamış, Məhkum tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir. Məhkəmə zamanı da Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir ifadə verilməmiş, məlumat alınmamış, sübut müəyyən edilməmişdir. Qeyd edilən hallar Məhkum üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini təsdiq etmir. Bu səbəbdən onun əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından a rtıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Birinci instansiya məhkəməsi ədaləti qismən bərpa etsə də təqsirləndirilən şəxsin saxlanma vaxtı və yeri barədə onun özünün və Şahid3 ifadələri üzrə tam araşdırma aparmamış, təqsirləndirilən şəxsin və şahidlərin anten məlumatlarını müvafiq mobil operatordan tələb etməmişdir. Həmçinin dövlət ittihamçısı da həmin istiqamətdə araşdırma aparılmasında maraqlı olmamışdır. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1657/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünü ləğv edərək, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunması barədə qərar qəbul edilməsini xah iş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər ü zrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məh kəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düz gün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum əməlinin hüquqi tövsifi mübahisələndirilməklə onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi bildirilməklə, apellyasiya instansiyası məhkəməsini n qərarının ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında, həmçinin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum hazırkı cinayət iş i üzrə olan əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə cəza təyin edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti işin həqiqi hallarına uyğun olmamış və təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından düzgün olmayan nəticəyə gəlinmiş, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verilmədən və təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini inkar etməsi əsas göstərilməklə yekun nəticə əldə edilmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı kassasiya məhkəmə kollegiyası qey d edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 -ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edərkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, nəticədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, bu səbəbdən onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif olunması və bu maddədə nəzərdə t utulmuş sanksiya çərçivəsində cəzalandırılması barədə əsaslı nəticəyə gəlmişdir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 01 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 23:15 dəqiqədə radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kənd Hovsan, “Babaş” adlı mağazanın qarşısında saxlanılıb Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş Məhkum üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü könüllü olaraq əynində olan qara rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd elektron tərəzi, arxa s ol cibindən bir ədəd mobil telefon aparatı və şalvarının ön sağ cibindən isə ümumilikdə 06 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlər polis əməkdaşı tərəfindən açılmış, bükümlərin içərisində ağ rəngli kristall şəkilli maddə olması müəyyən edilmiş, Məhkum həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddələrin “şüşə” kimi tanıdığı narkotik vasitədir, həmiun maddələri xx.xx.2021-ci il tarixdə səhər saatlarında tanımadığı X16 Respublikası vətəndaşından 21 manat pul ödəməklə özünün istifadəsi üçün və satış məqsədilə əldə edərək bir qismini istifadə etmiş, 03 bükümdə düzəldərək tanışı Şahid3 pay vermiş, qalan hissəsini isə üzərində saxlamışdır. Bundan sonra Məhkum üzəri yoxlanılmış, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əş ya aşkar olunmamışdır. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri 194 nömrəli möhür ilə möhürlənmiş, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. 03 sentyabr 2021-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fayl vardır, fayılda olan videogörüntü 01 sentyabr 2021 -ci tarixdə çəkilmiş, çəkilmiş videoçəkilişdən görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasının içərisində Məhkum üzərində şəxsi axtarış və götürmə aparılır, sonuncuya polis əməkdaşı tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verildi, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan qara rəngli cins şalvarının arxa sağ cibindən b ir ədəd elektron tərəzi, arxa sol cibindən bir ədəd mobil telefon aparatı və şalvarının ön sağ cibindən isə ümumilikdə 06 ədəd bükümü çıxarıb təqdim etdi, həmin bükümlər polis əməkdaşı tərəfindən açıldı, bükümlərin içərisində ağ rəngli kristall şəkilli maddə olması müəyyən edildi, Məhkum həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verildi, o da bildirdi ki, həmin maddələrin "şüşə” kimi tanıdığı narkotik vasitə olmasını, həmiun maddələri xx.xx.2021-ci il tarixdə səhər saatlarında tanımadığı X16 Respublikası vətəndaşından 21 manat pul ödəməklə özünün istifadəsi üçün və satış məqsədilə əldə edərək bir qismini istifadə etmiş, 03 bükümdə düzəldərək tanışı Şahid3 pay vermiş, qalan hissəsini isə üzərində saxlamışdır. Bundan sonra Məhkum üzəri yoxlanıldı, lakin başqa qanunla qadağa n olunmuş hər hansı bir əşya aşkar olunmadı. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri 194 nömrəli möhür ilə möhürlənmiş, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır; Məhkəmə-kimyəvi ekspertiza üzrə 01 sentyabr 2021-ci il tarixli 6/3817 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Məhkum üzərindən aşkar edilmiş” yazısı olan zərfdə, 6(altı) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,363 qr, 0,292 qr, 0,533 qr, 0,370 qr, 0,227 qr, 0,248 qr, ümumi yəmiz çəkisi 2,033 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini müəyyən etmək müm kün olmadı. Vət. Məhkum aşkar edilmiş 6 ədəd bükümdə olan metamfetamin, Şahid3 götürülmüş 3 ədəd bükümdə metamfetaminlə (6/3818 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər; Məhkəmə narkoloji ekspertiza üzrə 12 noyabr 2021-ci ii tarixli 4438 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Məhkum kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Apellyasiya məhkəməsi təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi, yəni narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmaması kimi ifadələrinə tənqidi yanaşaraq onun bu ifadələ rini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirmiş və düzgün olaraq qeyd etmişdir ki, Məhkum üzərindən şəxsi istehlak miqdarından 13 dəfə artıq miqdarda 6 ədəd ayrı-ayrı bükümlərdə olmaqla psixotrop maddə metmafetamin, eyni zamanda 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Qeyd olunan faktın özü, psixotrop maddənin külli miqdarı, ayrı-ayrı xırda bükümlərdə olması, bükümlərin çəkilib hazırlanması üçün elektron tərəzinin aşkar edilməsi satış məqsədinin mövcud olmasını təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-c u bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və iş in digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, külli miqdarı, ayrı-ayrı xırda bükümlərdə olmaqla üzərində saxlaması, bükümlərin çəkilib hazırlanması üçün elektron tərəzinin aşkar edilməsi kimi hallar müəyyən edilmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə vermiş ittihamın təsdiq olunması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət i şi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlaması barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş halla ra və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfl i və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olu b-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamət lərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun təd qiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müəyyən olunan hallar əsasında məhkumun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini ta pmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçir ilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil, həmin hökm qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, hökmün dəyişdiril mədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 sentyabr 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-862/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-862/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver