Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-862/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum İrevan oğlunun müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Quliyev Emil Tərail oğlunun, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Fərəcov Salman Böyükağa oğlunun iştirakları ilə x xxxxx 1975-ci il tarixdə Neftçal a rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə, x xxxxxx 1995-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan2 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli 1(106)-871/2024 nömrəli qəra rından Məhkum müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Quliyev Emil Tərail oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Fərəcov Salman Böyükağa oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 may 2024-cü il tarixli 1(099)-89/2024 nömrəli hökmü ilə (hakimlər: N.N.Hüseynov (sədrlik edən), V.İ.Əhmədov və N.H.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: Y.X.Həşimov (sədrlik edən), İ.H.Əhmədov və E.İ.Əliyev) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 may 2024-cü il tarixli hökmü dəyişdiril mədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs və Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkum edilmişlər ona görə ki, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən 5 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı- ayrılıqda təmiz çəkiləri-510,0 qram, 460,0 qram, 505,0 qram, 345,0 qram və 195,0 qram olmaqla ümumi təmiz çəkisi 2015,0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib çiynindəki qara rəngli idman çantasının içərisində saxlayaraq idarə etdiyi “İj planet” markalı dövlət qeydiyyat nişanı olmaya n motosikletlə daşıyarkən, Təqsirləndirilən şəxs isə satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-400,0 qram, 485,0 qram, 915,0 qram, 930,0 qram, ümumi təmiz çəkisi 2730,0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib çiynindəki qara rəngli idman çantasının içərisində saxlayaraq həmin motosikletdə sərnişin kimi əyləşib daşıyarkən, ümumilikdə külli miqdarda - 4745 qram çəkidə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərlərində saxlayaraq daşıyarkən, 10 mart 2023-cü il tarixdə, saat 05:20 radələrində Neftçala rayon Polis Şöbəsinin (bundan sonra - Neftçala RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, M.Ə.Sabir kü çəsində “Bankə” dairəsi adlanan yerdən Salyan rayonu istiqamətində Məhkum idarə etdiyi “İj planet” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə hər ikisi hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilərək üzərilərində şəxsi axtarış aparılarkən Məhkum çiynindəki qara rəngli idman çantasının içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 5 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı- ayrılıqda təmiz çəkiləri-510,0 qram, 460,0 qram, 505,0 qram, 345,0 qram və 195,0 qram olmaqla ümumi təmiz çəkisi 2.015,0 qram, külli miqdarda qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən isə çiynindəki qara rəngli idman çantasının içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 4 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri - 400,0 qram, 485,0 qram, 915,0 qram, 930,0 qram olmaqla ümumi təmiz çəkisi 2.730,0 qram olmaqla külli miqdarda qurudulmuş marixuana, ümumilikdə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərilərində saxlayaraq daşıdıqları təmiz çəkisi 4.745 qram olan külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsinə və ya işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkum saxlanılarkən fiziki və psixoloji təzyiqlərə məruz qalmaqla müdafiə hüququ ciddi şəkildə pozulmuş, saxlanıldıqdan sonra hüquqlarının müdafiəsi üçün ərazi üzrə fəaliyyət göstərən vəkillər siyahısı təqdim edilməmiş, hüquq və vəzifələri izah olunmamışdır. Şübhəli şəxs qismində saxlanılması ilə əlaqədar izahatı alınmamış, formal sənədləşmə aparılmışdır. Şübhəli şəxs qismində saxlanılarkən hazırlanan sənədlərdən görünür ki, izahatı, ərizələri hüquq və vəzifələri barədə bildirişlər, protokollar kompyuter çap vasitəsi ilə “şübhəli şəxs Məhkum heç bir səbəb olmadan ərizəni imzalamaqdan imtina etdi” sözlər yazılmışdır. Vəkil X3 iş üzrə digər Təqsirləndirilən şəxs müdafiəçisi olmaqla hüquqlarını müdafiə etdiyi Məhkum müdafiəçisi kimi istintaqa buraxılmışdır. Məhkum və Təqsirləndirilən şəxs özlərini ittiham üzrə təqsirli bilməmişlər. Müdafiəçinin fikrincə, ilkin olaraq təhqiqatçı tərəfindən baxış və götürmə istintaq hərəkətləri aparılan zaman videoçəkiliş aparılmaları şübhəli şəxslərin özlərini əməl üzrə təqsirli bilməmələri və təzyiq altında olmaları səbəbindən videoçəkiliş itirilmişdir. Lakin təqsirləndirilən şəxslərin media və xəbərlərdə şəkillərinin yayılması onların təzyiq və təsir altında olmalarını sübut edir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəx s bəraət verilməsinə və ya işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, ağır cinayətdə ittiham edilən 2 şəxsə 1 müdafiəçi təyin olunmuş, protokollarda vəkil real olaraq təqdim olunmamış, etiraz və sənədlərə təqsirləndirilən şəxslər tərəfindən imza edilmədiyi halda, heç bir etiraz vəsatətinin olmadığı göstərilir. Hər 2 şəxs bildirirlər ki, döyülərək işgəncəyə məruz qalıblar. Lakin bununla bağlı hər hansı araşdırma aparılmamış, tibbi ekspertiza təyin edilməmiş, xəbər saytlarında belə fotoşəkilləri olduğu halda, istintaq orqanı buna biganə qalmışdır. Şübhəli şəxs qismində tutulduqları vaxtlar və orada iştirak edən hal şahidlərinin ifadələri məhkəmənin diqqətindən yayınmışdır. Hal şahidlərinin tutulma vaxtı və şəraiti ilə bağlı verdikləri ifadələr ümumiyyətlə məhkəmənin diqqətini çəkməmişdir. Çünki, hal şahidlərinin iş vaxtı ilə şübhəli şəxs qismində tutmaların vaxtı kifayət qədər arası olduğu halda məhkəmə hal şahidlərinin qeyri- obyektiv ifadələrinə üstünlük vermişdir. Eyni zamanda, telefon zəngləri və anten məlumatları ilə bağlı xüsusatlar ümumiyyətlə araşdırılmamışdır. Tutulma vaxtı maddi sübut olan narkotik vasitənin gizlədildiyi idman çantası bütün sənədlərdə adı keçsə də, məhkəmə zalına tədqiqat üçün gətirilməmişdir. Hesab kartına daxil olan məbləğlər sübut kimi göstərilsə də, həmin məbləğlərin kimlərdən gəlməsi və kart sahiblərinin 1 belə istintaq orqanı tərəfindən dindirilməmişdir. Amma ehtimal əsasında narkotik vasitələrin satışından əldə olunan gəlir üçün nəzərdə tutu lan pul olaraq qiymətləndirilmişdir. O cümlədən, sms yazılarda şifrəli olaraq yazışma kimi qiymətləndirilən yazışmaların mövzusu ilə bağlı araşdırma aparılmamışdır. Həmin yazı monoloq halında olduğu halda dialoq olaraq kimi qələmə verilmişdir. Halbuki, həmin yazışmalara təqsirləndirilən şəxslər tərəfindən hər hansı cavab yazılmamışdır. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs saxlanılarkən fiziki və psixoloji təzyiqlərə məruz qalmaqla müdafiə hüququ ciddi şəkildə pozulmuşdur. Belə ki, saxlanıldıqdan sonra hüquqlarının müdafiəsi üçün ərazi üzrə fəaliyyət göstərən vəkillər siyahısı təqdim edilməmiş, hüquq və vəzifələri izah olunmamışdır. Şübhəli şəxs qismində saxlanılması ilə əlaqədar izahatı alınmamış, formal sənədləşmə aparılmışdır. Şübhəli şəxs qismində saxlanılarkən hazırlanan sənədlərdən görünür ki, izahatı, ərizələri hüquq və vəzifələri barədə bildirişlər, protokollar kompyuter çap vasitəsi ilə “şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ərizəni imzalamaqdan imtina etdi” sözləri yazılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra qeyd edilən sənədlərin, həmçinin, hüquqularının müdafiəsi üçün hazırlanmış vəkillər siyahısı təqdim edilməmişdir. İstintaq materiallarına əlavə edilmiş vəkillər siyahısında vəkil X4 bir neçə il öncə vəfat etmiş, vəkil X3 isə iş üzrə digər təqsirləndirilən şəxs Məhkum müdafiəçisi olmaqla hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs müdafiəçisi kimi istintaqa buraxılmışdır. Məhkum və Təqsirləndirilən şəxs özlərini ittiham üzrə təqsirli bilməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəli llərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilər E.Quliyevin və S.Fərəcovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predm etini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsinə və ya işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xah iş olunur. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs bəraət verilməsinə və ya işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə; CM-in 234.2-ci maddəsində Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə; CM-in 234.3-cü maddəsində “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyası nda nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qey rilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərini n nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mü hakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum və Təqsirləndirilən şəxs verdikləri ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özlərini müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmə tam əsaslı olaraq Məhkum və Təqsirləndirilən şəxs əməllərini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzg ün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hü quqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış, iş üzrə şahidlər Şahid2, Şahid1, X7, Şahid7, Şahid4, Şahid3, Şahid5, Şahid6, Şahid9, X8, Şahid13, X9, Şahid12 ifadələri ilə, həmçinin “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 10 mart 2023-cü il tarixli protokol, məhkəmə-bioloji ek spertizasının 11 mart 2023-cü il tarixli, 18/286 nömrəli rəyi, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş 10 mart 2023-cü il tarixli raportu, "şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 10 mart 2023-cü il tarixli protokol, məhkəmə-biloji ekspertizasının 11 mart 2023-cü il tarixli 18/287 nömrəli rəy, “mobil telefona baxış keçirilməsi haqqında” 11 mart 2023-cü il tarixli protokol, məhkəmə tibbi ekspertizasının 11 mart 2023-cü il tarixli 38 nömrəli və 39 nömrəli rəyləri, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 22 mart 2023-cü il tarixli və 25 mart 2023-cü il tarixli qərarları, ambulator məcburi narkoloji-tibbi yoxlamanın 13 mart 2023-cü il tarixli, 291 və 292 nömrəli rəyiləri, məhkəmə bioloji ekspertizasının 31 mart 2023-cü il tarixli 18/369 nömrəli rəyi, habelə toplanmı ş digər istintaq materialları ilə Məhkum və Təqsirləndirilən şəxs elan olunmuş ittihamda təqsirli olmaları tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarın 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir”. Məhkəmə kollegiyası kassasiya şikayətlərində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum və Təqsirləndirilən şəxs əməllərində CMin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin tələbləri təmin edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum və Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar ın olmamasını, Məhkum isə himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi, onların hər birinin cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alıb, onlara təqsirli bilindikləri maddələrin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumlar barəsində t oplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun lə ğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-862/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-862/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver