Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-863/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5 və Məhkum iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Novruz Kərimov, hakimlər Ramella Allahverdiyeva və Rasim Sadıxovdan ibarət tərkibdə) 1(101)-917/2019 nömrəli 13 dekabr 2019-cu il tarixli hökmü ilə, Məhkum, 26 may 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddə tinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2018-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 27 noyabr 2019-cu il tarixdə saat 15:36- da metronun İnşaatçılar stansiyası istiqamətində hərəkət edən Zərərçəkmiş şəxs Bakı şəhəri, ****************** ünvanında yerləşən Müdafiə Sənayesi Nazirliyinin yaxınlığında arxadan yaxınlaşaraq silah qismində istifadə edilən mişar ilə bir neçə dəfə baş nahiyəsindən zərbə vuraraq Zərərçəkmiş şəxs təpə nahiyəsinin hematoması və səthi yarası, alın nahiyəsinin sıyrığı və sağ budun qançırı kimi sağlamlına qısa müddətə pozulmasına səbəb olan sağlamlığa y üngül zərər vurmaya aid xəsarətlər yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək onun əlindən içərisində 42 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, müxtəlif bank kartları, dəyəri 7,0 manat olan «Sandisk Blade 8 GB» markalı, dəyəri 3,0 manat olan «Patriot 8GB» markalı yaddaş (flash card) kartlar olan və dəyəri 10 manat olan əl çantasını alaraq zərərçəkmiş şəxsə cəmi 62 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi X8 tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-325/2020 nömrəli 03 mart 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Faiq Qasımov, hakimlər Həsən Əhmədov və Kamran Əkbərovdan ibarət tərk ibdə) təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2020-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı onun təqsiri əsaslı dəlillər olmadan, alibiləri nəzərə alınmadan, ibtidai istintaq tərəfindən təqdim olunmuş məlumatlar və video görüntülər mütəxəssislər tərəfindən təsdiq olunmadan qəbul edilmişdir. Halbuki, video görüntülərdəki şəxsin o, ol ub-olmaması ekspertiza rəyi ilə təsdiq edilməmişdir. Əksinə ekspertiza rəyindəki qeyd olunan şəxsin parametrləri onun parametrləri ilə uyğunluq təşkil etmir. İbtidai və məhkəmə istintaqı zamanı onun qeyd etdiyi şahidlərin ifadələri alınmamışdır. O, bu cinayəti törətməmişdir. İşə baxan məhkəmələr heç bir əsas olmadan onu təqsirli bilmişlər. Kassator Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2020-ci il tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittiham çısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassatorun kassasiya şikayətinin başlıca dəlili məhkəmə istintaqı zamanı onun əməlinin sübuta yetirilməməsi, təqdim olunmuş sübutların tam və obyektiv araşdırılmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıda qeyd edilənlərə əsasən apellyasiya məhkəməsinin qərarını əsaslandırılmamış hesab edir: 1.Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən olunmasını təmin etməlidir.
2. Azərbaycan Respublikası CPM-in 8.0.3-cü maddəsinə əsasən, cinayətləri tezliklə açmaq, cinayət tə qibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir. Məhkəmə kollegiyası cinayət işinin materiallarındakı sübutlara müraciət etməyi zəruri hesab edir:
3. Belə ki, cinayət işinin materiallarından müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs 27 noyabr 2018-ci il tarixdə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin rəisinə ərizə ilə müraciət edərək göstərmişdir ki, 27 noyabr 2018-ci il tarixdə saat 15:36da “İnşaatçılar” metrosuna getdiyim zaman Müdafiə Sənayesi Nazirliyinin yaxınlığında tanımadığım bir nəfər mənə arxadan yaxınlaşaraq küt alətləbir neçə dəfə zərbə vurduqdan sonra əlimdən içərisində 42 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, müxtəlif bank kartları, 2 ədəd fləşkart ol an çantamı götürərək oradan qaçmışdır (cild 1, iş vərəqə 4).
4. Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı verdiyi ifadələrində göstərmişdir ki, 27 noyabr 2018-ci tarixində Yasamal rayonunda yerləşən İzmir parkının qarşısında 96 saylı marşrut avtobusuna minərək Elmlər Akademiyası metrosunun qarşısında yerləşən mobil telefonların satışı mağazasına girdikdən sonra piyada Mətbuat prospekti istiqamətinə hərəkət edirdim. Müdafiə Sənayesi Nazirliyinin qarşısına dönən zaman yaşı təxminən 20-25 olan arıq bədən quruluşlu, təxminən 170 sm boyu olan, saqqalı, başında qara rəngli idman papağı olan kişi cinsindən olan şəxs arxadan ona yaxınlaşaraq əlində olan çantasını dartıb qaçmaq istədi. Lakin mən çantanı bərk tutaraq ona çantasını götürməyə imkan vermədim.Bu zaman o, əlindəki ağ rəngli təxminən 70 sm uzunluqda olan ağ rəngli sellofana bükülmüş əşya ilə başımın sol hissəsindən bir dəfə zərbə endirdi və yenə çantamı dartaraq əlimdən almaq istədi.Lakin yenə çantanı buraxmadım. O, yenidən həmin əşya ilə başımın arxa hissəsinə zərbə vuran zaman mən qaçmağa başladım. Həmin zaman saçımdan tutaraq məni yerə yıxdı. Başıma bir neçə dəfə təkrar zərbə vurdu. Zərbələrin təsirindən artıq çantamı saxlaya bilmədim. O, əlimdəki içərisində 42 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 02 ədəd içərisində pul vəsaiti olmayan Beynəlxalq banka məxsus kartlar, 01 ədəd Sandisk 8GB markalı flash kart, 01 ədəd «Patriot 8GB» markalı flash kart, 10 manat dəyərində markasını və istehsal tarixini bilmədiyim qəhvəyi rəngli əl çantamı zorla əlimdən alaraq “İnşaatçılar” metrosu istiqa mətinə qaçdı. Telefonumu da alıb qaçmaq istədi, lakin telefon yerə düşdüyü üçün oğurlaya bilmədi. Mən isə köməksiz vəziyyətdə olduğumdan onun arxasınca gedə bilmədim (cild 1, iş vərəqə 6, 16-17).
5. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi ilk ifadəsində onu vuran şəxsin fərdi əlamətləri kimi – yaşının 20-25 olmasını, boyunun təxminən 170 sm olmasını, saqqallı, almacıq sümüklərinin qabarıq olmasını, yanaqlarının batıq formalı olmasını və ayaqlarının əyriliyini göstərmişdir (cild 1, iş vərəqə 17).
6. Cinayət işinin materiallarındakı “Şəxsin tanınması haqqında” protokoldan görünür ki, tanınan şəxs Məhkum soldan 4-cü və sağdan 1-ci sırada dayanmış və tanınma vaxtı Zərərçəkmiş şəxs onu göstərərək ona qarşı quldurluq edən şəxsin Məhkum olduğunu bildir mişdir (cild 1, iş vərəqə 39-41).
7. Qeyd edilməlidir ki, hadisə baş verən dövrdə Məhkum 33 yaşı olmuş (zərərçəkmiş 20-25 göstərmiş), boyu isə 164 sm-dir (zərərçəkmiş 170 sm göstərmişdir). Zərərçəkmiş şəxs onu vuran şəxsin boyunun 170 sm olmasını deməsi diqqətdən kənarda qalmamalıdır. Çünki, zərərçəkmiş şəxs onu vuran şəxslə üzbəüz olmuş və onun boyunun ölçüsünü də öz boyunun ölçüsünə nisbətdə demişdir. Zərərçəkmiş şəxsin boyunun ölçüsü barədə iş materiallarında heç bir sənəd olmadığından apellyasiya instansiya məhkəməsi işə yenidən baxarkən bu halı da araşdırmalıdır.
7. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs istər ibtidai araşdırma, istərsə də məhkəmə araşdırmaları zamanı ifadələrində göstərmişdir ki, onu vuran şəxsin əlində təxminən 70 sm uzunluqda olan ağ rəngli sellofana bü külmüş əşya olmuşdur və həmin əşya ilə onun başına bir neçə dəfə vurmuşdur. Zərərçəkmiş şəxs məhkəmə araşdırmaları zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona xəsarət yetirilən alət sellofanın içində olduğu üçün nə olduğunu görməmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizasının zərərçəkmiş Zərərçəkmiş şəxs barəsində 28 dekabr 2018-ci ilı tarixli rəyindən (ekspertiza nə səbəbdənsə bir ay müddətində aparılmış - 28 noyabr 2018-ci il tarixdə başlamış və 28 dekabr 2018-ci il tarixdə başa çatdırılmışdır) müəyyən edilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs – təpə nahiyəsinin hematoması və səthi əzilmiş yarası, alın nahiyəsinin sıyrığı və sağ budun qançırı kimi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd edilən müddətdə və şəraitdə, yəni 27.11.2018- ci i tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqə 97-98).
9. Məhkəmə kollegiyası vurğulayır ki, rəydə qeyd edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs müayinə olunarkən bildirmişdir ki, 27.11.2018-ci il tarixdə saat 15:36-da tanımadığı bir şəxs əlində olan taxta parçası ilə onu vuraraq xəsarət yetirmiş və pul qabını alıb qaçmışdır. Lakin nədənsə işə baxan məhkəmələr bu fakta heç bir diqqət yetirməmişlər. Çünki, zərbəyə məruz qalan şəxs taxta ilə dəmirin fərqini müəyyənləşdirə bilir. Onu da nəzərə alsaq ki, Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, onun başından bir neçə dəfə vurublar və o, zərbənin nə ilə yetirilməsini müəyyənləşdirmək iqtidarında idi. Bundan başqa, zərərçəkmişin onun b aşından taxta parçası ilə vurulması barədə dedikləri 28.12.2018-ci tarixli ekspertiza rəyi ilə uyğunluq təşkil edir. Rəyə əsasən, zərərçəkmiş Zərərçəkmiş şəxs – təpə nahiyəsinin hematoması və səthi əzilmiş yarası, alın nahiyəsinin sıyrığı və sağ budun qançırı kimi küt əşyanın (əşyaların) təsirindən törənmişdir. (cild 1, iş vərəqə 97-98).
10. Ekspert rəyindən də görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təpə nahiyəsinin hematoması və səthi əzilmiş yarası, alın nahiyəsinin sıyrığı və sağ budun qançırı kimi küt əşyanın təsirindən törənmişdir. Rəydən də görünür ki, ekspert zərərçəkmişdə olan xəsarətlərin küt əşyanın təsirindən törənməsi barədə rəyə gələrkən küt əşya kimi mişarı deyil, taxtanı nəzərdə tutmuşdur.
11. Lakin istintaq orqanı və işə baxan məhkəmələrin gəldikləri nəticəyə görə Məhkum Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi mişar iləbir neçə dəfə baş nahiyəsindən zərbə vuraraq Zərərçəkmiş şəxs təpə nahiyəsinin hematoması və səthi yarası, alın nahiyəsinin sıyrığı və sağ budun qançırı kimi sağlamlına qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Mişar küt əşya hesab edilə bilərmi? Mişarla baş nahiyəsinə bir neçə zərbə vurulduğu halda zərərçəkmişin sadəcə yüngül xəsarət alması mümkündürmü? Bu suallara apellyasiya məhkəməsi cavab tapmalı, rəy vermiş ekspert dindirilməli, xəsarətin hansı əşya ilə yetirilməsi müəyyən edilməli, zərurət yaranarsa təkrar məhkəmə-tibb ekspertizası keçirilərək bu məsələyə aydınlıq gətirilməlidir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə şübhəli şəxs qismində dindirilən Məhkum ifadəsind ə bildirmişdir ki, mən Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə elan edilmiş ittihamla özümü təqsirli bilmirəm. Əvvəllər narkotik vasitələr istifadə etdiyim üçün 3 dəfə tutulmuşam. Sonuncu dəfə 2016-ci ildə azadlığa buraxılmışam. Mən bildirdiyiniz quldurluq hadisəsi ilə əlaqədar demək istəyirəm ki, heç bir qadına qarşı quldurluq etməmişəm. Göstərilən cinayət hadisəsi barədə heç bir məlumatım yoxdur. Həmin hadisə baş verən gün, yəni 27.11.2018-ci il tarixdə saat 19:00-dək mən yaşadığım evdə olmuşam. Hadisənin baş verdiyi yerə ümumiyyətlə getməmişəm.Bunu mənimlə evdə bir yerdə yaşayan anam Şəmsiyə İsmayılova da təsdiq edə bilər (cild 1, iş vərəqə 42-43).
13. Cinayət işinin materiallarındakı “Axtarış və götürmə haqqında” protokoldan müəyyən edilir ki, istintaq orqanı tərəfindən Mə hkum yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 62 saylı evə X1 (məhkumun anası) iştirakı baxış keçirilmiş və evdən 01 ədəd dəstəyi taxtadan olan mişar, 01 ədəd dəstəyi qara plastmas olan mişar, 04 ədəd içərisi boş olan iynə şprisi, 01 ədəd analqin məhlulu, 01 ədəd ağ qutuda içərisində islam dininə aid olan ərəb yazılı sənədlər və 01 ədəd tünd göy rəngli kişi şalvarı protokollaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqə 50-51).
14. İş üzrə şahid qismində dindirilmiş X2 (məhkumun anası) ifadəsində göstərmişdir ki, mənim oğlum (Məhkum) heş vaxt evdən hər hansı alət, o cümlədən mişar götürərək çıxmamışdır. Oğlumun əlindən heç bir sənət işi gəlmir və ya ustalıq bacarmır. Oğlumun cəmi 2 ədəd gödəkcəsi var, biri evdə olan qara rəngli parçadan yaxalı içərisi tüklü gödəkcə, dig əri isə idman formalı kapişonlu, dirsəkləri qəhvəyi yamaqlı gödəkcədir. Evimizə baxış keçirilən zaman götürülmüş mişarlar mənə məxsusdur, özüm məişətdə istifadə edirəm, şalvar isə M6 yox, kiçik oğlum Ə6 məxsusdur. Aşkar olunmuş şprislər isə Məcidin evdə qoyduğu şprislərdir. Oğlum evə heç bir kəsin şəxsiyyət, sürücülük vəsiqəsi, bank kartları və flaş kartını gətirməmişdir. Oğlumun özünə məxsus mobil telefonu olmadığından ona bir neçə dəfə telefon alıb versəm də o, həmin telefonları sataraq pulunu xərclədiyindən ona son zamanlarda telefon almadım, lakin o, zəng etmək lazım olanda mənə məxsus “Samsunq Duos” markalı ***-***-**-**, ***-***-**-** nömrələrlə işləyən qara rəngli telefonumu özündə götürərək danışırdı (cild1, iş vərəqə 83-85).
15. Qeyd edilməlidir ki, məhkumun yaşadığı evdən 2 ədəd mişar götürülməsinə baxmayaraq onlar barədə ekspertiza keçirilməmişdir. O zaman bu mişarlar hansı məqsədlə götürülmüşdür?
16. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş diskdən müəyyən edilir ki,saat 15:16-da avtobusa zərərçəkmiş Zərərçəkmiş şəxs minir və sürücünün arxasında sağ tərəfdə birinci sırada əyləşir.Saat 15:23-də həmin avtobusa isə əynində boz rəngli cins şalvar, başında qara rəngli idman papağı, ayağında qara ayaqqabı, əynində dirsəkləri yamaqlı yaxası dik vəziyyətdə olan gödəkcə, əlində sellofan bükülmüş mişar, üzü saqqallı şübhəli şəxs minir və axırıncı cərgədə əyləşir. Saat 15:25 də avtobusdan Zərərçəkmiş şəxs düşür, saat 15:27-də həmin şübhəli şəxs növbəti dayanacaqda avtobusdan düşür.
17. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin diqqət inə çatdırır ki, video görüntüdən müəyyən edilir ki, zərərçəkmiş E8 qeyd edilən şübhəli şəxs müxtəlif zaman kəsiyində və fərqli dayanacaqlarda avtobusa minirlər. İlk olaraq Zərərçəkmiş şəxs avtobusa minir. Ondan 7 dəqiqə sonra şübhəli şəxs avtobusa minir və Zərərçəkmiş şəxs heç bir diqqət vermədən sıraların arası ilə keçib arxa cərgədə əyləşir. Onun oturduğu yerdən isə Zərərçəkmiş şəxs müşahidə etmək mümkün deyildir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış protokolundan müəyyən edilir ki, 27.11.2018-ci il tarixdə saat 15:36-da əynində boz rəngli şalvar, başında qara rəngli idman papağı, ayağında qara ayaqqabı, əynində gödəkcə, əlində sellofan torba, üzü saqqallı, nisbətən ayaqları əyri olan şübhəli şəxs zərərçəkmiş şəxs E8 arxası ilə gələrək Müdafiə Sənayesi Nazirliyinin qarşısında olan piyada yoluna daxil olur, həmin dar yolun kənarları yaşıllıq olduğu üçün kamera görüntülərində hadisənin baş verməsinin müşahidə etmək mümkün deyildir (cild 1, iş vərəqə 88).
19. Məhkəmə kollegiyası qeyd edir ki, video görüntüdən müəyyən edilir ki, şübhəli şəxsin sol əlində ağ sellofana bükülmüş əşya, sağ əlində isə mobil telefon vardır. Mobil telefon açıqca sezilir, lakin şəxsin sol əlində olan sellofana bükülmüş əşyanın mişar və ya taxta olması yalnız ekspertlər müəyyən edə bilər.
20. Bəs işə əlavə edilmiş diskdəki video görüntülər qeyd edilən şübhəli şəxsin məhz Məhkum olmasını təsdiq edirmi?
21. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3364 nömrəli 15 fevral 2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd “CD-R” tipli diskdəki video görüntülərdə istintaq üçün zəruri olan kişi cinsli şəxsin xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, burnu, qaşları, qulaq seyvanı, çənəsi və s.) tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır (cild 1, iş vərəqə 169-171).
22. Beləliklə, ekspert rəyinə əsasən video görüntülər şübhəli şəxsin məhz Məhkum olmasını təsdiq etmir.
23. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndir ilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
24. Bəs şübhəli şəxsin əlindəki telefonun antenn dairəsinə dair məlumatlar Məhkum 27 noyabr 2018-ci il tarixdə Müdafiə Sənayesi Nazirliyinin qarşısında olmasını təsdiq edirmi?
25. Məhkumun anası X2 ifadəsində göstərmişdir ki, oğlu Məhkum özünəməxsus olan mobil telefonları satdığından hadisə baş verən dövrdə onun özünün mobil telefonu olmamışdır. Oğlu telefonla danışmaq istəyəndə ona məxsus olan “Samsunq Duos” markalı ***-***-**-**, ***-***-**** nömrələrlə işləyən qara rəngli telefonunu özündə götürərək danışırdı.
26. Qeyd edilməlidir ki, iş materiallarında olan diskə baxış keçirilməsi haqqında 11 aprel 2019-cu il ta rixli protokoldan müəyyən edilir ki, ***-***-**-** nömrənin antenn dairəsi 27 noyabr 2018-ci il tarixdə gün ərzində yalnız ünvan 3 ünvanında olmuşdur. Müdafiə Sənayesi Nazirliyi isə Mətbuat prospekti 40 ünvanında yerləşir. Bu ünvanlar bir-birindən kifayət qədər uzaq məsafədə yerləşir. Həmin faylda olan ***-***-**-** saylı nömrənin antenn dairəsi 27.11.2018-ci il tarixdə saat 15:30-dan 15:4-dək metro ünvan 4 ünvanında yerləşir. Qeyd edilməlidir ki, bu ünvanlarda cinayətin baş verdiyi ərazidən uzaqda yerləşir, antenn dairəsi ayaqları əyri və saqqallı şəxsin avtobusa mindiyi, düşdüyü ərazilərin, həmçinin Müdafiə Sənayesi Nazirlyinin yerləşdiyi ünvana uyğun gəlmir. Həmin faylda olan ***-***-**-** saylı nömrənin antenn dairəsi 27.11.2018-ci il tarixdə saat 15:38-də ünvan 5 ünvanda, saat 15:40-d a isə Cəfər Cabbarlı, Əhmədbəyov küçəsi ünvanında yerləşir (cild 1, iş vərəqə 205). Qeyd edilməlidir ki, bu ünvanlarda hadisə baş verən yerin ünvanına uyğun gəlmir.
27. Bundan başqa, iş materiallarında olan diskə baxış keçirilməsi haqqında 18 iyun 2019-cu il tarixli protokoldan müəyyən edilir ki, ***-***-**-** nömrənin antenn dairəsi 27 noyabr 2018-ci il tarixdə gün ərzində ünvan 3 də yerləşir. Həmçinin müəyyən edilmişdir ki, 01.10.2018 - 01.12.2018-ci il tarixləri müddətində mütəmadi olaraq ***-***-**-** saylı nömrənin antenn dairəsi ünvan 3 ünvanında yerləşir.
28. Göründüyü kimi Məhkum istifadə etdiyi güman edilən telefon nömrələrinə dair antenn məlumatlarının heç biri onun hadisə baş verən vaxt həmin ünvanda olmasını təsdiq etmir.
29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş m ateriallarına əlavə edilmiş diskdəki video görüntüdən müəyyən edilir ki, qeyd edilən saqqallı şəxsin əlində mobil telefon vardır və o, mobil telefonu sağ əlində tutaraq telefonda nəyə isə baxır və ya axtarır və ya özünü elə göstərmək istəyir. Haqlı bir sual doğur – istintaq orqanı hansı səbəbdən həmin saqqallı şəxsin əlində olan telefonun antenn məlumatlarını əldə edə bilməmişdir? Çünki telefon operatorlarının konkret zamanda və məkanda hansı telefon nömrələrinin olmasını müəyyən etməsi çətin deyildir.
30. İstintaq orqanının və işə baxan məhkəmələrin istinad etdiyi digər sübut mənbəyi şahid X4 ifadəsi və tanınma protokoludur. Belə ki, X9 qanuni nümayəndəsi – atası Nizami Nəzərovun iştirakı ilə 08 fevral 2020-ci il tarixdə (hadisədən iki ay on bir gün sonra) verdiyi ifadəsində göstərmişdi r ki, 27.11.2018-ci il tarixdə yaşadığım evdən çıxaraq 96 saylı avtobusa Elmlər Akademiyası metro stansiyasının yaxınlığında minərək Mətbuat prospektində yerləşən Kaspi tədris mərkəzinə gedirdim. Avtobusa minərkən mənim arxamca bir nəfər tanımadığım ortaboylu, üzü saqqallı, başında idman papağı olan şəxs özünəməxsus Bakı ləhcəsi ilə məndən xahiş etdi ki, onun gediş haqqını da ödəyim, çünki kartı yoxdur. Mən də dərhal “Bakıkart”ımla onun da yerinə ödəniş etdim. Həmin şəxsin harada əyləşməyini görməsəm də onu bilirəm ki, arxa cərgəyə doğru getmişdir. Həmin şəxs ortaboylu, üzü saqqallı, yanaqları içəri batıq formalı, özünəməxsus Bakı ləhcəsi ilə danışan, ilk baxışdan normal adama oxşamayan tüfeyli bir şəxsə bənzəyirdi. Həmin şəxs digər şəsxlərdən seçildiyi üçün yaddaşımda qalmışdır (cild 1, i ş vərəqə 128-129).
31. Cinayət işinin materiallarındakı 08.02.2020-ci il tarixli “Şəxsiyyətin tanınması üçün fotoşəkil təqdim etmə” protokolundan müəyyən edilir ki, şahid X9 təqdim edilən fotoşəkilləri nəzərdən keçirib 3 saylı fotoşəkli göstərərək bildirdi ki, 3-cü şəkildəki şəxsin 27.11.2018-ci il tarixdə 96 saylı avtobusda “Bakıkart” vasitəsilə gediş haqqını ödəmişdir (cild 1, iş vərəqə 133-135).
32. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş diskdən müəyyən edilir ki, saat 15:23-də avtobusa qabaqda Hüseyn Nəzərli arxasınca isə əynində boz rəngli cins şalvar, başında qara rəngli idman papağı, əynində dirsəkləri yamaqlı yaxası dik vəziyyətdə olan gödəkcə, əlində sellofan bükülmüş mişar, üzü saqqallı bir şəxs minir. H.Nəzərli kartı ödəmə aparatına salaraq arxaya tam dönmədən nə isə deyir və sıranın ortasına keçərək üzü pəncərəyə tərəf sol istiqamətdə dayanır. Üzü saqqallı şəxs onun arxa tərəfindən keçərək sağ tərəfdə axırıncı sırada oturur. H.Nəzərli isə qabağa gəlir və sol tərəfdə birinci sırada oturur. Saat 15:28-də əvvəlcə H.Nəzərli, ondan sonra isə həmin şübhəli şəxs avtobusdan düşür.
33. Qeyd edildiyi kimi istintaq orqanı şəxsin tanınmaya təqdim edilməsi barədə istintaq hərəkəti keçirərkən bunu zəruri edən hər hansı bir səbəb göstərmədən şahid H.Nəzərliyə Məhkum özünü deyil, fotoşəklini təqdim etmişdir.O fakt da vurğulanmaldır ki, Məhkum təqdim edilən fotoşəkli şahid X4 ifadəsində göstərdiyi əlamətlərə qətiyyən uyğun gəlməyən şəklidir. H.Nəzərli ifadəsində şübhəli şəxsin xüsusi əlamətləri kimi onun ortaboylu, üzü saqqallı, yanaqları i çəri batıq formalı olmasını və özünəməxsus Bakı ləhcəsi ilə danışması əlamətlərini göstərmişdir. Məhkum tanınmaya təqdim edilən fotoşəklindən müəyyən edilir ki, o, üzü qırxılmış və başıaçıqdır. Şəkildən isə şəxsin boyunu və hansı ləhcədə danışmasını müəyyən etmək mümkün deyildir. Zərərçəkmişin 2 ay 10 gün ondan öncə cəmi bir neçə saniyə ərzində saqqallı və başında idman papağı olan vəziyyətdə gördüyü şəxsi sadəcə şəkillə, özü də saqqalsız və papaqsız görüb tanıması inandırıcı görünmür. O fakt da qeyd edilməlidir ki, tanınmaya təqdim etmə protokolunda şahid H6 Məhkum məhz hansı əlamətinə görə tanıması barədə heç nə qeyd edilməmişdir (cild 1, iş vərəqə 133-135).
34. Məhkəmə kollegiyası qeyd edir ki, müstəntiq bu prosessual hərəkəti apararkən CPM-in 91.5.14 və 239-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Halbuki, Məhkum həmin vaxt həbsdə idi və onun barəsində Yasamal Rayon Məhkəməsinin 12.12.2018-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. İbtidai istintaq orqanının borcu idi ki, təqsirləndirilən şəxsi əgər canlı surətdə tanınmaya təqdim edilmirsə, o zaman onun müdafiəçisinin bu prosessual hərəkətin aparılmasında iştirakını təmin etsin.
35. Azərbaycan Respublikası CPM-in 91.5.14-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək hüququna malikdir.
36. Azərbaycan Respublikası CPM-in 239.1-ci maddəsinə əsasən, hər hansı şəxsi şahidə, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxsə tanınma üçün təqdim etmə zərurət i yarandıqda müstəntiq əvvəlcədən onları həmin şəxsin xarici görkəmi və əlamətləri barədə, habelə tanıyanın tanınanı gördüyü hallar barədə dindirir və bu barədə müvafiq protokol tərtib edilir. 239.2. Müstəntiq təqsirləndirilən və ya şübhəli şəxsin tanınmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir. 239.3. Müstəntiqin göstərişi və ya icazəsi ilə şəxsin tanınması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər. 239.4. Tanıyan şəxs şahid və ya zərər çəkmiş şəxs olduqda, o, əvvəlcədən ifadə verməkdən imtina etməyə, boyun qaçırmağa, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında, habelə özünün, yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ haqqında xəbərdar edilir. 239.5. Tanınmalı olan ş əxs tanıyana azı 3 (üç) nəfər eyni cinsdən olan və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən digər şəxslərlə birlikdə təqdim edilir. 239.6. Tanınma başlanmazdan əvvəl müstəntiq tanınmalı olan şəxsə digər şəxslər sırasında istənilən yeri tutmağı təklif edir. 239.7. Tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə və ya onun tələbi ilə şəxsin tanınmaya təqdim edilməsi tanıyan şəxsin tanınmalı olan şəxs tərəfindən vizual müşahidəsini istisna edən şəraitdə aparıla bilər. 239.8. Tanıyan qeyri-müəyyənliyinə görə tanınanın şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətləri göstərmədikdə tanınma aparıla, aparılmış tanınma isə əsaslı hesab edilə bilməz. Şəxsin eyni şəxs tərəfindən və eyni əlamətlər üzrə təkrar tanınması aparıla bilməz. 239.9. Zərurət olduqda tanınma xarici görkəminə və geyiminə görə kəskin fərqlənməyən müxtəlif şəxslərin fotoşəkilləri üzrə də aparıla bilər.
37. Lakin görünən odur ki, ibtidai istintaq orqanı CPM-in 91 və 239-cu maddələinin tələblərini kobud surətdə pozmuş, heç bir zərurət olmadan təqsirləndirilən şəxs özü həbsdə ola-ola onu tanınmaya təqdim etməmiş, tanınmanın fotoşəkillər üzrə aparılmasının zəruruliyini əsaslandırmamış, tanınma keçirən zaman təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuş, onun müdafiəçisini prosessual hərəkətin keçirilməsinə cəlb etməmiş, şahidə təqdim edilən şəkillər şahidin ifadəsində təsvir etdiyi əlamətlərə uyğun olmamışdır.
38. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hal larına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.
39. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
40. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
41. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
42. Lakin hökmdən və qərardan müəyyən edilir ki, işə baxan məhkəmələr tərəfindən CPM-in 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq sübutlara qeyri-obyektiv qiymət verilmişdir.
43. Məhkəmə kollegiyasının qənaəti belədir ki, işə baxan məhkəmələrin gəldikləri nəticə əsassız olmaqla CPM-in 349-cu maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM 349.4). Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda;(CPM 349.5.1.) bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; (349.5.2) məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3). 44. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996- cı il tarixli 4№-li qərarının 12-ci bəndində göstərilir ki, bəraət hökmünün təsviri hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması bərədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir.
45. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisaari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X10rşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin, hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına da ir ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir.
46. Hazırki işə istər Ali Məhkəmənin, istər Konstitusiya Məhkəməsi Plenumunun tövsiyyələri, istərsə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının fövqündə yanaşdıqda mübahisələndirilən qərarın əsaslı olması nəticəsinə gəlmək mümkün deyil. İşə baxan məhkəmələr iş üzrə mövcud olan şübhələri aradan qaldırmamış, şübhələri CPM-in 21.2-ci maddəsinin tələblərinə zidd olaraq təqsirkarın ziyanına həll etmiş və Məhkum təqsirli bilinməsi barədə məhkəmə qərarlarının əsasını mötəbər sübutlar təşkil etməmişdir. Bu cür qanun pozuntuları ilə çıx arılmış məhkəmə qərarının əsassız olması heç bir şübhə doğurmur.
47. Beləliklə, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsində istinad etdikləri dəlillərlə müqayisəli şəkildə tədqiq edərək kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır, onları əsaslı hesab edir və belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir.
48. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sübutları CPM-in 143-146-cı maddələrinə uyğun olaraq hərtərəfli və obyektiv surətdə tədqiq etməli, qərarda göstərilən hal ları araşdırmalı, sübutları onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməli, Məhkum isnad olunan cinayət əməlinin sübuta yetirilib-yetirlməməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilməli, rəy vermiş ekspertlər dindirilməli, iş üzrə videogörüntülər mütəxəssislərin iştirakı ilə diqqətlə tədqiq edilməli, zərurət yaranarsa ekspertiza təyin edilərək keçirilməli, zərərçəkmiş və iş üzrə əhəmiyyəti olan şahidlər dindirilməli və Azərbaycan Respublikası Konstitusiyasının, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə qanuni və əsaslı qərar qəbul edilməlidir.
49. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3cü maddələrinin tələblərinə əsasən, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli s ürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərini təsbit edir.
50. Məhkəmə kollegiyası hazırki halda apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi apellyasiya məhkəməsi tərəfindən göstərilən qanun müddəalarının pozulmasını görür.
51. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin mate riallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, mübahisələndirilən qərarın kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 419.10.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 03 mart 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin. Sədrlik edən: İnqilab Nəsirov Hakimlər: Əziz Seyidov Tahir Kazımov