Məhkəmə qərarları › İş №1(102)-863/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-863/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-863/2022 28.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının və məhkum X2 müdafiəçisi X11 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli, 1(106)-08/2021 nömrəli qərarından məhkum X18 və onun müdafiəçisi X11 və X5 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum X18 04 aprel 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olmamış, Yardımlı rayonunun Şovut kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 16 sentyabr 2019-cu il tarixli ittiham aktına görə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir

3. Məhkum X22 22 mart 1998-ci ildə Sumqayıt şəhərində anadan o lmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanında yaşamışdır. 4. 16 sentyabr 2019-cu cu il tarixli ittiham aktına görə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X18, Məhkum, X13 və X22 23 fevral 2019-cu il tarixdə saat 17 radələrində Yardımlı rayonunun Ləzran kəndində yerləşən çöllük ərazidə özləri ilə gətirdikləri itlə X7 məxsus iti döyüşdürərkən sonuncunun qardaşı Zərərçəkmiş şəxs digər itin onların itlərini öldürəcəyini yəqin etdiyi üçün ay ırmaq istəmiş və bu zəmində yaranmış mübahisə zamanı əsaslı səbəb olmadan Məhkum, Zamin Hüseynov, Teymur Hüseynov və Röyal Məmmədov bir qrup şəxs halında ətrafda olan şəxslərin gözləri qarşısında ictimai qaydaları kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan hərəkətlər etməklə, yəni Məhkum Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruq vurmaqla, Zamin Hüseynov isə silah qismində istifadə etdiyi ağac parçası ilə sonuncunun baş nahiyəsinə bir dəfə zərbə endirərək ona başın sağ yan tərəfinin alın-təpə nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zə rər vurmayan xəsarət, Teymur Hüseynov silah qismində istifadə etdiyi dəyənək və bıçaqla X14 vuraraq, ona başın arxasının ənsə nahiyəsinin çapığı və gövdənin ön-sol yan tərəfinin qoltuqaltı xətt üzrə doqquzuncu qabırğa səviyyəsi nahiyəsinə daxil nüfuz etməyən kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri, Röyal Məmmədov isə silah qismində istifadə etdiyi bıçaqla X8 vuraraq ona gövdənin önündə-qarnın aşağı hissəsinin orta qasıq nahiyəsinə daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə, xuliqanlıq etmiş və həmin hadisənin gedişi zamanı Teymur Hüseynov və Röyal Məmmədov ümumi niyyətdən kənara çıxaraq, Elşən Hüs eynovla bir qrup şəxs halında əsaslı səbəb olmadan Bəhruz İsgəndərovu qəsdən həyatdan məhrum etmək məqsədilə sonuncuya Teymur Hüseynov üç dəfə, Röyal Məmmədov isə bir dəfə bıçaq zərbələri vurub başın sağ yan tərəfinin alt çənə hissəsinin orta 1/3-i nahiyəsinə 1 (bir) ədəd, döş qəfəsinin önünün sağ yarısının parasternal xətt üzrə İİ-İİİ qabırğa səviyyəsi nahiyəsinə 1 (bir) ədəd, sol yuxarı ətrafın bazu oynağı hissəsini ön tərəfi nahiyəsinə 1 (bir) ədəd və sağ aşağı ətrafın arxasının sağrı hissəsi nahiyəsinə 1 (bir) ədəd boşluğa keçməyən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən 4 (dörd) kəsilmiş-deşilmiş yara xəsarətləri yetirməklə müqavimətini qırıb Bəhruz İsgəndərovun özünü müdafiə imkanlarını məhdudlaşdırmış, bundan sonra El şən Hüseynov dava-dalaşın kəskinləşməsinin qarşısını almaq məqsədilə yaralı olduğuna görə özünü müdafiə imkanları tükənmiş Bəhruzu İsgəndərovu hadisəyə müdaxilə etməsi üçün tutub saxlamasna baxmayaraq, Zərərçəkmiş şəxsla Teymur Hüseynov dava edə-edə onların yanına gələn zaman X30 İsgəndərovla birbirlərinə qarşı qərəzli olmalarını və bununla da, məqam düşəcəyi ilk fürsətdə onların təkrar mübahisə edəcəklərini qabaqcadan bildiyi halda, həmin vəziyyətdə Zərərçəkmiş şəxsla Teymur Hüseynovun dalaşmaması üçün Bəhruz İsgəndərovu buraxıb əlində bıçaq olan və sonuncunu hədəf alan qardaşı Teymur Hüseynovu deyil, məhz Zərərçəkmiş şəxs tutmaqla X24 İsgəndərov tərəfindən müdafiə edilmək imkanlarını aradan qaldırmış və etdiyi əməlin nəticəsini, yəni Bəhruz İsgənədərovun ölümünü şüurla arzu etməsə də şüu rlu surətdə yol verdiyi həmin hərəkətin nəticəsində X40 İsgəndərovu yenidən bir dəfə bıçaqla vuraraq kəskin qanitirmə ilə nəticələnməklə ölümə səbəb olan döş qəfəsinin önünün sağ yarısının döş boşluğuna nüfuz edən sağ körpücükaltı arteriya və eyniadlı venanı, həmçinin sağ ağciyərin zirvəsinin zədələnməsi ilə müşayiət olunan yetirildiyi anda insan həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran 1 (bir) ədəd kəsilmişdeşilmiş yara xəsarəti yetirməklə sonuncunu qəsdən öldürmüşdür..

6. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 1(99)443/2019 nömrəli hökmü ilə X22 Azərbaycan Respublikası CM-nin 120.2.1-ci və 120.2.2-ci maddələri ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azdlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

7. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 1(99)443/2019 nömrəli hökmü ilə X6 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi xaric edilərək, Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

8. Həmin hökmlə həmçinin X15, Məhkum, X13 da təqsirli bilinərək məhkum edilmişlər

9. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli hökmü zərərçəkmiş şəxsin hü quqi varisi və mülki iddiaçı X9 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iddiaya aid hissədə və 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası CM-ə edilmiş dəyişikliklərə əsasən Məhkum və X3 cəza təyin olunması hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası 5 (beş) il azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılmış, X3 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası 5 (beş) il azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılmış, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X23 tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, maddi ziya na görə 6000 (altı min) manat, mənəvi ziyana görə 5000 (beş min) manat, cəmi 11000 (on bir min) manat məbləğində mülki iddia təmin olunmuş və həmin məbləğdə pulun məhkum edilmiş şəxslər X15, X22 və X1 müştərək qaydada tutularaq, X16 verilməsi qərara alınmış, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X9 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, dövlət ittihamçısı X27 tərəfindən verilmiş apellyasiya protesti, Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs X2 müdafiəçisi X17, məhkum edilmiş şəxslər Məhkum, X22 və X15 tərəfindən verilmiş apellyasiya şikayətləri, məhkum edilmiş şəxs X13, onun müdafiəçiləri X33 və X34 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. 10.Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 5 iyun 2021-ci il tarixli, 1(106)-08/2021 nömrəli qərarı ilə X15 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 120.2.2 və 221.3-cü madələri ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 120.2.2-ci maddələri ilə məhkum edilmələri, Məhkum və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 120.2.2-ci maddələri ilə bəraət verilməsi, eyni zamanda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilmələri barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 1(99)443/2019 nömrəli hökmündən dövlət ittihamçısı X28 tərəfindən apellyasiya protesti, Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs X2 müdafiəçisi X17, məhkum edilmiş şəxslər X22, Məhkum və X15 tərəfindən apellyasiya şikayətləri, habelə məhkum X13 və onun müdafiəçiləri X33 və X34 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri təmin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X9 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 1(99)-443/2019 nömrəli hökmü zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X9 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iddiaya aid hissədə və 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən Məhkum və X3 cəza təyin olunması hissində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay azadlıqdan m əhrumetmə cəzası 5 (beş) il azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılmış və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası 5 (beş) il azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılmışdır.Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X23 tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, maddi ziyana görə 6000 (altı min) manat,mənəvi ziyana görə 5000 (beş min) manat, cəmi 11000 (on bir min) manat məbləğində mülki iddia təmin olunmuş və həmin məbləğdə pul məhkum edilmiş şəxslər X15, X22 və X1 müştərək qaydada tutularaq X16 verilmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən kassasiya protesti, məhkum X 10, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs X4 hüquqi varisi Nazilənin Zabidova nümayəndəsi Nümayəndə tərəfindən kasaasiya şikayətləri verilmişdir. 12.Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(102)-192/2022 nömrəli qərarı ilə kassasiya protesti təmin və kassasiya şikayətləri təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarından məhkum X5 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmışdır. 13.Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli, 1(106)-08/2021 nömrəli qərarından məhkum X18 və onun müdafiəçisi X11 və X5 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmi şdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

14. Məhkum X2 müdafiəçisi X26 tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarında X18 xuliqanlıq niyyəti olmadığı halda onun əməli xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə kimi qiymətləndirilmişdir. Müdafiəçi AR CPM-nin 419.10 və 419.10.3-cü maddələri rəhbər tutaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarını məhkum X6 münasibətdə, əməlində cinayət tərkibi olmadığı üçün ləğv edib, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. 15.Məhkum X18 tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarında şəxsin hüquqları pozulmuş, ona ədalətli qərar verilməmişdir. Məhkum kassasiya şikayətində qeyd edir ki, AR Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir, həmçinin, AR Konstitusiyasının 127-ci maddəsinin 2-ci bəndinə əsasən isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Bundan başqa AR CPM-nin 25.2-ci maddəsində göstərilir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Həmin məcəllənin 28.2-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Məhkum AR CPM-nin 419.10.3-cü maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığı üçün AR CPM-nin 39.1.2, 42.1.2-ci maddələrinin müddəalarını tətbiq edərək, ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 16.Bundan başqa məhkum X5 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. 17.Məhkum X5 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarın ləğv olunmasını və məhkuma bəraət verilməsini xahiş etmişdir. 18.Şikayət müəllifi həmçinin kassasiya şikayətinə əlavədə qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarında məhkəmə təcrübəsinin va hidliyinin tətbiqi pozulmuş, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən edilən hüquqi mövqelərdən fərqli yanaşma nümayiş etdirilmişdir. Həmçinin kassasiya şikayətində qeyd edilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır.Odur ki, xuliqanlıq niyyəti ilə qə sdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır vı ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq AR CM-nin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsid edilməlidir.Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm həmdə ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif olunmalıdır. III. Hüquqi məsələlər

19. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən ed ir. 20.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 21.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələ r tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 22.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

23. Məhkum X19 və onun müdafiəçisi X26 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində Məhkuma əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkə məsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. 24.Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli, 1(106)- 08/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

25. Məhkum X2 ona hökmlə istinad edilən cinayət əməlini törətməsi birinci instansiya məhkəmə sində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

26. Müdafiəçinin X2 qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri müdafiəçi X17 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə d ə işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, X2 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.2-ci maddələri dispozisiyasından və Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəalarından çıxış edərək, X2 əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

27. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müv afiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin X2 əməlinin Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.2ci maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. 28.Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir 29.Məhkum X5 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifini və həmin şəxsin əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini mübahisələndirmiş, müdafiəçi tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. 30.Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqəda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyun 2021-ci il tarixli, 1(106)-08/2021 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 31.Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 32.Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 33.Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə ö z əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. 35.Məhkəmə kollegiyası X5 əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.Belə ki, apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək X5 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2- və 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, X20 əməli Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2- və 221.3-cü ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. 36.Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya ins tansiyası məhkəmələrinin X5 cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. 37.Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndiri lən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 38.Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin X5 törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir. 39..Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli, 1(106)08/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rə hbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli, 1(106)-08/2021 nömrəli qərarı məhkumlar X18 və X12 münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar