Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-863/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 1(103)-507/2020 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx 1967-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Tərtər rayonunun Bayandurlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-208/2020 nömrəli, 28 fevral 2020ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 6 6.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 may 2019-cu il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin Müdafiəçi apelyasiya şikayəti verib hökmün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilmiş cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-cı maddəsinə tövsif edilməsi və azadlıqdan məhrumetmə ilə bağı olmayan cəzanın təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-507/2020 nömrəli, 23 iyul 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-208/2020 nömrəli, 28 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 05 (beş) il müddətə endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti verərək, məhkəmə tərəfindən ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirmişdir.
6. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2020-ci il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir
7. Ali Məhkəmənin Cinayət kollegiyasının 1(102)-565/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-507/2020 nömrəli, 23 iyul 2020-ci il tarixli qərarından kassasiya şikayətindən Məhkum kassasiya şikayəti və buraxılmış müddətin bərpasına dair vəsatət verərək qeyd etmişdir ki, əvvəllər kassasiya şikayəti versə də, həmin vaxt sübutlar əldə edə bilmədiyi üçün şikayətini geri götürmüşdür.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-507/2020 nömrəli, 02 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair Məhkum vəsatəti təmin edilməmişdir.
10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti verərək, müddətin buraxılmasının üzrlü hesab edilməklə kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsini, kassasiya şikayətinə mahiyyəti üzrə baxılaraq mübahisələndirdiyi qərarın ləğv edilməsini xahiş etmişd ir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya şikayətində bəzi sübutların əldə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermə müddətinin ötürüldüyü qeyd edilməklə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-507/2020 nömrəli, 02 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi xahiş edilmişdir. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.4cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcbur i tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.
13. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya k assasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.
14. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı proses iştirakçılarının, o cümlədən Məhkum və onun müdafiəçisinin iştirakı ilə elan edilmiş, 23 iyul 2020-ci il tarixli qəbzə imza etdirilməklə müdafiəçisinə təqdim edilmiş, həmin tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir.
15. Məhkum Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarını qəbul etdiyi vaxtdan 2 il 2 ay 10 gün vaxt keçdikdən sonra, 03 oktyabr 2022-ci il tarixdə, yəni kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 12 ay müddət keçdikdən sonra kassasiya müraciətini təqdim etm işdir.
16. Kassasiya şikayətinin müəllifi vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən ağır xəstəliyə tutulmasına, fövqəladə hadisənin baş verməsinə və ya iradəsindən asılı olmayan digər hala istinad etməmiş, müddətin buraxılmasını bəzi sübutların əldə edilməsi üçün ona vaxt tələb edildiyi ilə izah etmişdir.
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq məhkumun müddətin buraxılması ilə bağlı üzrlü səbəblər göstərə bilmədiyini, qanunla müəyyən edilmiş 12 ay müddəti üzrsüz səbəbdən ötürdüyünü əsas götürüb, onun kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətini təmin etməmişdir ona görə ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir.
18. Məhkəmə kollegiyası hazırki kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiqləyən hal kimi həmçinin onu qeyd edir ki, Məhkum əvvəllər də apellyasiya instansiyası məhkəməsinin cinayət işinin mahiyyəti üzrə baxının nəticəsi olaraq qəbul edilmiş qərarından qanunla müəyyən edilmiş prosessual müddət daxilində kassasiya şikayətini versə də, daha sonra həmin şikayəti geri götürmüşdür.
19. Məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad edilməsini də zəruri hesab edir.
20. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan - işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzi ndə davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (X6 rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).
21. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.
22. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-507/2020 nömrəli, 02 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.