Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-863/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 202 4-cü il 16 iyun tarixli, 1(103)-1116/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 noyabr tarixli, 1(103)-1116/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 12 aprel tarixli, 1(101)-530/2022 nömrəli hökmü ilə (Hakimlər F.A.Qəribov (sədrlik edən), T.Q.Hüseynov və Ə.İ.Məmmədovdan ibarət tərkibdə), xx xxxxxx 1982-cı ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, əvəllər məhkum olunmuş, orta təhsilli, Ağdam rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda azadlıdan məhru m etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 26 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər E.E.Rəhimov (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) 2022-ci il 16 iyun tarixli, 1 (103)-1116/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum kassasiya şikayəti və buraxılmış müddətin bərpasına dair vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2023-cü il tarixli qərarı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)506/2024 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1116/2022 nömrəli, 16 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 202 2-ci il 16 iyun tarixli, 1 (103)-1116/2022 nömrəli qərarından məhkum yenidən, yeni əsasla kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 noyabr tarixli, 1(103)-1116/2022 nömrəli qərarı ilə vəsatət təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 16 iyun tarixli, 1 (103)-1116/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət əsassız olaraq təmin edilməmişdir. Buraxılmış prosessual müddətin səbəbini təsdiq edən tibbi arayış qanuni əsaslandırılmadan qəbu l edilməməklə hüquqi dəyərləndirilməmişdir. Prosessual müddətin üzrlü hesab edilməsi üçün təqdim edilən rəsmi tibbi arayış tam prosedur qaydalarına uyğun olduğuna baxmayaraq qəbul edilməyərək onun hüquqlarının pozulnmasına səbəb olmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 noyabr tarixli, 1(103)-1116/2022 nömrəli qərarının ləğv edilməsini və buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 noyabr tarixli, 1(103)-1116/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apelly asiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.11-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətin dəlillərini araşdırıb, hesab edir ki, Məhkum kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq vəsatətin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı halla rda təmin etmək hüququna malikdir: -411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanıolmadıqda; -411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. İş materiallarında kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü sayılaraq bərpa olunması üçün yuxarıda qeyd edilən hallardan hər hansı biri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.1, 28.2 və 28.6-cı maddələri nə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrıayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandı ğı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Belə ki, məhkum vəsatətində onun barəsində hökm və Bakı Apellyasiya Məhkəməsinin qərarı qəbul edildikdən sonra onda əsəb-sinir sisteminin pozulduğu və “Ankoloji” xəstəliyinin ağır dərəcəyə çatdığından, ambulator və stasionar müayinə, müalicələr aldığını bildirmiş, Məhkum sağlamlıq durumu ilə bağlı tibbi arayışda müxtəlif vaxtlarda məhkumu n müraciəti əsasında ambulator müalicələr təyin edildiyi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun müxtəlif vaxtlarda ambulator müalicə alması onun qanunla müəyyən edilmiş müddət daxilində kassasiya şikayəti verməsinə maneə olan hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda, məhkumun müxtəlif vaxtlarda ambulator müalicə alması şikayət vermə müddətini üzrlü səbəbdən buraxma kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409.1.1-ci maddəsinə əsasən məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsinin kassasiya şikayəti vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası müddətin bərpa edilməsi barədə məhkumun vəsatətini təmin etməyən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesa b edir ki, kassasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyil. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məh kəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X4rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması və kassasiya şikayətinin vaxtında verilməsinə maneə olan bir hal olmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatəti nin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 noyabr tarixli, 1(103)-1116/2022 nömrəli qərarı məhkumun kassasiya şikayətin
Məhkəmə qərarları › İş №1(102)-863/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-863/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver