Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-864/2019 21.05.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)864-/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 21 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 25 dekabr 2017-ci il t arixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim V.R.Qurbanov) Məhkum- 27 avqust 1954-cü il tarixdə Şamaxı rayon ************ kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, 28 may qəsəbəsi YYM, nömrəsiz evdə yaşayan. Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə m üəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli- 14 dekabr 2017-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, tanışı N6 qohumu Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin mühfizə polisində işə düzəldəcəyini vəd edərək Zərərçəkmiş şəxs1 2014-cü ilin mart ayının əvvəlindən sonuna kimi olan müddət ərzində ünvan 1 ünvanında yerləşən Ayna sultanova abidəsinin qarşısında 1000 manat, Bakı şəhəri ************** ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin qarşısında 3500 manat və Bakı şəhəri ************************** məhəllədə yerləşən Dərnəgül tikinti materialları satışı bazarında 2000 manat olmaqla, vahid niyyətlə cəmi 6500 manat alaraq aldadı b ələ keçirmiş və bununla da Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum 2015-ci ilin sentyaber ayının ortalarında Bakı şəhəri ********************* ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin Hospotalının qarşısında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək qardaşı oğlu O6 Azərbaycan Respublikası DİN-nin ÇPA-da polisə işə düzəldəcəyini vəd edərək Zərərçəkmiş şəxs2 8500 manat pulunu alaraq aldadıb ələ keçirmiş və bununla da Zərərçəkmiş şəxs2 xeyli midarada ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və V.Ə Mursaqulovdan ibarət tərkibdə) 17 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mhəkəmələr cəza təyin edərkən ilk məhkumluğunu, əməlindən peşiman olmasını, 5 övlad atası olmağını, ziyanın bir hissəsinin ödənməsini, ölmüş oğlunun iki azyaşlı uşağının da onun himayəsində olmasını, ağır işemik ürək xəstəsi olmasını, yaşının 66-ya keçdiyini, görmə qabiliyyətinin zəifləməsini nəzərə almamışlar. Göstərilən halları nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materialları nı öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri cəzanın yüngülləşdirilməsi barədədir, cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmiş dir. Aşağıdakı əsalara görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsi cəza təyin edərkən məhkumun əməlini etiraf edib əməlindən peşiman olmasını, Zərərçəkmiş şəxs2 vurulmuş zərərdən 1000 manat ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təq sirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilən maddi hüquq normalarının mənasına görə cəza təyin edilərkən təkcə məhkumun cəzasını yüngülləşdirən hallar deyil, qanunda sadalanan bütün hallar o, cümlədən cinayətin ictimai təhlükəlili dərəcəsini xarakterizə edən hallar da məcmu şəkildə nəzərə alnmalıdır. Məhkum tərəfindən vurulmuş zərərin tamamilə aradan qaldırılmamsı onun cinayət əməlindən həqiqətən səmimi peşiman olmasını göstərmir. Cinayətin az ağır cinayətlər kateqoriyasına aid olması, qısa müddət ərzində iki nəfər zərərçəkmiş şəxsə qarşı törədilməsi cinayətin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallardır. Cinayətin ictimai tə hlükəlilik dərəcəsinin azalmasına dəlalət edən hallar isə cüzidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsini sanksiyasının orta həddindədir. Göstərilən cəzanın daha da azaldırlması üçün hüquqi əsasların mövcudluğu müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 419.10.1-cu maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Fərhad Kərimov
Məhkəmə qərarları › İş №1(102)-864/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-864/2019
21.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver