Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-864/2022 17.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: X6) 31 avqust 2021-ci il tarixli hökmü ilə xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69. 4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 gün müddət nəzərə alınaraq onun üzərində 900 (doqquz yüz) manat məbləğində cərimə cəzası saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin "hökmdə olan anlaşılmazlığın aradan qaldırılması haqqında” 14 sentyabr 2021-ci il tarixli, 1(005)-143/2021 saylı qərarına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(005)143/2021 saylı hökmün giriş hissəsində "Hökm sözü "Qərar” kimi; Təsviri-əsaslandırıcı hissəsində: 1) "Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin m üvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki. cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cnun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən halın olmasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə ləsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının ləyin edilməsinin CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Belə ki. cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır” sözləri "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 72, 73.1, 73-1.3 və 74 -cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyala keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır.” kimi. 2) "Beləliklə, mə hkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, CM-in 69.4-cü maddəsinə əsasən xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla cərimə cəzası yüngülləşdirilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cinayət işi üzrə maddi sübut - Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan 1 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM-132), aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). sözləri "Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cğlunuıı əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığından, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını təsdiq etməsinə dair zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət eldiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndi rilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir, cinayət işi üzrə maddi sübut - Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan 1 ədəd mətbəx bıçağı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM-132), Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir"’ sözləri kimi, Nəticəvi hissədə: 1) "Hökm etdi sözü "Qərara aldı” kimi, 2) "Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddə sindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs CM-in 128- ci maddəsi ilə 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 müddəi nəzərə alınaraq onun üzərində 900 (doqquz yüz) manat məbləğində cərimə cəzası saxlanılsın” sözləri "Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin” kimi, 3) "Təqsirlən dirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın” sözləri "Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin.” sözləri kimi. 4) Nəticəvi hissənin digər abzaslarında "Hökm” sözlərinin "Qərar sözləri kimi oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: X4 (sədrlik edən), X5 və X2 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin "hökmdə olan anlaşılmazlığın aradan qaldırılması haqqında” 14 sentyabr 2021-ci il tarixli, 1(005)-143/2021 saylı qərarı ləğv edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(005)-143/2021 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(005)-143/2021 saylı hökmü ilə ona əsas cəza olaraq təyin edilmiş 1000 manat məbləğində cərimə cəzasından azad edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanında yerləşən 37 saylı orta məktəbin yaxın lığında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə nəticəsində, yəni Zərərçəkmiş şəxs qardaşı oğlu Şahid3 ilə həmin gün aralarında olan sözlü mübahisəni davam etdirmək məqsədi ilə, alkoqol sərxoşluğu vəziyyətində küçədə nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxsla heç bir əsaslı səbəb olmadan mübahisə edib, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təstiq etmək niyyəti ilə, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafda olan vətəndaşların gözü qarşısında, eləcə də uzun müddət ərzində cəmiyyətdə insanlar arasında b ərqərar olmuş ədəb qaydalarının pozulmasına səbəb olan qərəzli hərəkətlər edərək, üzərində olan bıçaq ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən bıçaqla vuraraq ona alının sağ nahiyyəsinin kəsilmiş yarası, yəni sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya protestinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestində göstərilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən hökm nə elan olunmuş, nə də çıxarılmamış və bu həmin məhkəmənin 14 sentyabr 2021-ci il tarixli hökmdə olan anlaşılmazlığ ın aradan qaldırılması haqqında qərardan da görünür. Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin həqiqətə uyğun olmayan hökmü qüvvədə saxlamağı absurddur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlin həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi və icraata xitam verilməsi haqqında qərar elan olunmasına, işin nəticəsi barədə “Elektron məhkəmə sistemi" portalında müvafiq məlumatlar yerləşdirilməsinə baxmayaraq, sonradan ittiham hökmü təqdim edilmişdir. Bu hal məhkəmə tərəfindən yol verilmiş kobud qanun pozuntusu olmaqla yanaşı öz növbəsində təqsirləndirilən şəxsin müdafiə hüququnu əhəmiyyətli dərəcədə pozmuşdur. Bundan başqa, Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 23 noyabr 2021-ci tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs “8 noyabr-Zəfər günümünasibəti ilə amnistiya aktının 2.11-ci bəndinə əsasən, cəzadan azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən amnistiya aktının tətbiqi üzrə müvafiq qanunvericliyin tələblərindən kənara çıxmış, öz səlahiyyətlərini aşmaqla, həmçinin məhkumun vəziyyətini ağırlaşdırmaqla əsassız və qanunsuz qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törəməyən cinayət olmaqla o, amnistiya aktının 9.1-ci bəndinin tətbiqi dairəsinə düşürdü. Bu halda məhkəmə kollegiyası 9.1-ci maddəsinə uyğun olaraq şəxsi təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmalı idi. Lakin məhkəmə kollegiyası cinayət qanunu normasının tətbiqində səhvə yol verərək, həmçinin səlahiyyəti olmadığı halda amnistiya aktının 2.11-ci bəndini tətbiq etmiş, məhkum üçün daha əlverişli hüquqi vəziyyəti nəzərdə tutan amnistya aktının 9.1-ci bəndini tətbiq etməyərək onun vəziyyətini ağırlaşdırmışdır. Qanunvericiliyin tələbinə əsasən anlaşılmazlıq qərarı məhkəmənin yekun qərarında olan şübhə və anlaşılmazlıqların aradan qaldırılması üçün nəzərdə tutulmuş, eyni zamanda qanunverici tərəfindən bu qərarla həll edilə biləcək məsələlərin dairəsi müəyyən olunmuşdur. Bununla da, məhkəmə tərəfindən hökmdə olan anlaşılmazlıqların aradan qaldırılması qərarı ilə ittiham hökmünün şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərara dəyişdirilməsi qeyd olunan maddənin predmetİ olmamaqla yanaşı, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin onunl a barışması səbəbi ilə Cinayət Məcəlləsinin 128-cİ maddəsi ilə cinayət məsuliyyətindən azad edilə bilməyəcəyi halda məhkəmə həmiun Məcəllənin, eyni zamanda Cinayət Prosessual Məcəlləsinin 518-ci maddəsinin tələblərinə zidd qərar qəbul etmişdir. Dövlət ittihamçısı kassasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmı ş birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yeku n qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfində n müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyasi məhkəməsinin müşavirə otağında qəbul edilməyən və məhkəmə iclasında elan edilməyən hökmünün əsassız olaraq qüvvədə saxlanılması mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Hakimlərin müşavirəsinin gizliliyinə həsr olunmuş Cinayət Prosessual Məcəlləsinin 345.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarının çıxarılması ilə bağlı məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilir (hakim tərəfindən bax ılır) CPM-in 346-cı maddəsinə görə məhkəmənin yekun qərarının çıxarılması baxımından zəruri olan bütün məsələlər müşavirə otağında müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlərvə onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğuhakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual qanunvericiliyin məhkəmənin yekun qərarının elan edilməsini tənzimləyən normasına əsasən “Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı imzalandıqdan sonra məhkəmə iclas zalına qayıdır və məhkəmə iclasında sədrlik edən, həcmi böyük olduq da isə məhkəmə tərkibində olan digər hakimlər növbə ilə həmin qərarın giriş və nəticəvi hissəsini elan edirlər” (CPM-maddə 356.1). Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılarkən 31 avqust 2021-ci il tarixdə məhkəmə baxışı nəticəsində (məhkəmənin yekun müşavirəsində) Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməsi, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmiş və məhz bu qərar yekun müşavirədən məhkəmə iclas zalına qayıdan sədrlik edə n hakim Hafiz Kamranov tərəfindən proses iştirakçılarına elan edilmişdir. Lakin məhkəmə baxışına dair iclas protokolundan sonra cinayət işinə elan edilən qərar deyil, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi və 1000 manat miqdarında cərimə cəzasına məhkum edilməsi haqqında 13 vərəqdən ibarət ittiham hökmü əlavə edilmiş (İ cild, i.v. 328-342) və bu hökm cinayət prosesi tərəflərinə göndərilmişdir. 14 senytabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi "hökmdə olan anlaşılmazlığın aradan qaldırılması haqqında” qərar qəbul etmiş və həmin qərardan göründüyü kimi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, ittiham hökmü məzmun və mahiyyət etibarı ilə tamamilə dəyişdirilmiş, yəni Təqsirləndiri lən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 518-ci maddəsinə əsasən, hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun və ya barəsində cinayəthüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir: hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq müəyyən etmək, hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanı n çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək, hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək və öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq. Qeyd olunan normanın məzmunundan da aydın olur ki, anlaşılmazlıq qərarı məhkəmənin yekun hökm və ya qərarında olan şübhə və anlaşılmazlıqların aradan qaldırılması məqsədilə və həmin aktların mahiyyətinə toxunmadan qəbul edilir, eyni zamanda bu qərarla həll edilə biləcək məsələlərin dairəsi də həmin normada müəyyən olunmuşdur. Lakin birinci instansiya məhkəməsi ittiham hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət mə suliyyətinə cəlb edilmiş şəxsi "hökmdə olan anlaşılmazlığın aradan qaldırılması haqqında” qərarla cinayət məsuliyyətindən azad etmiş, yəni hökmün mahiyyətinə toxunub məzmununu dəyişməklə Cinayət Prosessual Məcəlləsinin 518-ci maddəsinin tələblərinə zidd qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsası ilə birinci instansiya məhkəməsinin "hökmdə olan anlaşılmazlığın aradan qaldırılması haqqında” 14 sentyabr 2021-ci il tarixli qərarı ləğv etsə də, 31 avqust 2021-ci il tarixli hökmünün ləğv edilməsi üçün heç bir əsas mövcud olmaması qənaətinə gəlmiş və qeyd etmişdir ki, "Elektron Məhkəmə İnformasiya Sistemi”ndən göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci madd əsi ilə ittiham hökmü çıxarılmışdır. Halbuki cinayət işinə baxılması nəticəsində ittiham hökmünün deyil, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın çıxarılması Təqsirləndirilən şəxs haqqında cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılması zamanı tərtib edilən məhkəmə iclas protokolu (İ cild, i.v. 327) və kassasiya protestinə əlavə olunmuş həmin məhkəmə iclasının audio-videoyazısı ilə öz təsdiqini tapır. Şərh olunanlara əsasən kassasiya kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işində Nərimanov Rayon Məhkəməsi tərəfindən yekun məhkəmə aktı olaraq cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıldığı və yekun müşavirədən dərhal sonra məhkəmə iclas zalında elan edildiyi halda, sonradan Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə tə qsirli bilinməsinə dair ittiham hökümünün tərtib edilərək işə əlavə edilməsi və cinayət prosesi tərəflərinə göndərilməsi, əslində 31 avqust 2021-ci il tarixli ittiham hökmünün məhkəmənin yekun müşavirəsindən kənarda çıxarılan məhkəmə aktı kimi qiymətləndirməyə əsas verir. Həmin hökmün cinayət işinin materiallarına əlavə edilib cinayət prosesi tərəflərinə göndərilməklə birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 345, 346, 347, 352, 356-cı maddələrinin tələblərini, eləcə də həmin Məcəllənin 28-ci maddəsində təsbit edilmiş cinayət-mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədlətliliyi prinsipini pozan hallara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci mad dələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (CPM-in 8 - 36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Hakimlər cinayət məhkəmə icraatında qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-in 8.0.5, 28.2 və 28.6-cı maddələri). Həmçinin Cinayət-prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən “Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara m əhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar”. “Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir” (CPM, maddə 28.6). Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, yekun məhkəmə qərarının çıxarılması bu məsələni tənzimləyən CPM-in XLV fəslinin normaları (344-358-ci maddələri) ilə müəyyən edilən prosedur daxilində həyata keçirilməlidir ki, özbaşınalıq istisna edilsin; cinayət prosesi tərəflərinin hüquqlarının və qanuni mənefelərinin pozulması baş verməsin; qanunsuz, əsassız və ədalətsiz yekun qərar çıxarılmasın, nəticə etibarı ilə cin ayət prosesi CPM-in 28-ci maddəsində və digər normalarında təsbit edilən ədalət mühakiməsinin prinsiplərinə və əsas şərtlərinə cavab versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Bu baxımdan məhkəmə hökmünün qanuniliyinin, əsaslılığının və ədalətliliyinin təmin edilməsi demokratik, hüquqi dövlətə xas olan mühüm məsələ kimi nəzərdən keçirilməlidir («Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarı) Ali Məhkəmənin Cinayət kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə qərarının çıxarılması məsələlərini tənzimləyən CPM-in XLV fəslinin normalarının (344-358-ci maddələri) tə ləbləri kobud şəkildə pozulmuşdur. Cinayət prosessual məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması isə öz növbəsində cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Qeyd edilənlər əsasında məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yol verilən, yuxarıda qeyd olunan pozuntuların xarakteri 31 avqust 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəmə baxışının yekununda - müşavirə otağında qəbul edilən və etimad doğuran (etibarlı) akt kimi qiymətləndirilməsini istisna edir. Belə ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 349.3, 349.4-cü maddələri). Həmçinin «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 1-ci bəndində qeyd olunur ki,məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan kobud surətdə pozulması hallarını nəzərə almadan Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmünün ləğv edilməsi üçün heç bir əsas mövcud olmaması qənaətinə gəlmiş, yalnız “anlaşılmazlığın aradan qaldırılması haqqında” 14 sentyabr 2021-ci il tarixli qərarını ləğv etmiş və mövqeyini Elektron Məhkəmə İnformasiya Sistemi”ndə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham hökmü çıxarılmasının qeyd edilməsi ilə əsaslandırmışdır. Yekun nəticədə isə etibarlılığı sadalanan hallara görə şübhə doğuran məhkəmə aktını əsassız olaraq qüvvədə saxlamış, ancaq “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi ha qqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına istinad etməklə Təqsirləndirilən şəxs həmin hökmlə təyin olunmuş 1000 manat cərimə cəzasından azad etmişdir. Halbuki, qeyd olunan, o cümlədən məhkəmə hökmünün müşavirə otağında qəbul edilməməsi və məhkəmə iclasinda elan edilməməsi kimi kobud pozuntuların mövcud olması yalnız Nərimanov Rayon Məhkəməsinin yalnız “anlaşılmazlığın aradan qaldırılması haqqında” 14 sentyabr 2021-ci il tarixli qərarının deyil, həm də 31 avqust 2021-ci il tarixli hökmünün ləğv edilməsini və apellyasiya məhkəməsi tərəfindən işə yenidən mahiyyəti üzrə baxılıb yeni yekun qərarın çıxarılmasını tələb edirdi. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, «qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına (o cümlədən hökmə) apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bu növ icraatda məhkəməyəqədər və ya birinci məhkəmə araşdırıması zamanı işin hallarının hərtərəfli və tam araşdırılmasına, törədilmiş cinayət əməlinə lazımi cinayət-hüquqi qiymətin verilməsinə və cinayət prosesinin iştirakçılarının hüquqlarının təmin edilməsinə təsir etmiş və ya təsir edə biləcək qanun pozuntusu aşkarlanaraq aradan qaldırılır. Bu isə yuxarı məhkəməyə imkan yaradır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanunsuz və ya əsassız hökmü vaxtında ləğv edərək yeni hökm qəbul etsin. Bununla da qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Xüsusilə qeyd olunmalıdır ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yen i qərar qəbul etmək səlahiyyətinə malikdir». «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 3-cü bəndində göstərilir ki,CPMin 352.6-cı maddəsinə əsasən hökmə düzəlişlər də yalnız hökm elan olunanadək müşavirə otağında edilməli və düzəlişin lehinə səs vermiş hakimlərin imzası ilə təsdiq olunmalıdır. Nəzərə alınmalıdır ki, CPM-in 391.8.12-ci maddəsinə əsasən qeyd olunan cinayət-prosessual normaların tələblərinə əməl olunmaması cinayət-prosessual qanunun müddəalarının kobud pozuntusu hesab olunur və CPM-in 391.9-cu maddəsinə müvafiq olaraq apellyasiya müraciətlərinə ilkin baxılması üzrə məhkəmə iclasında birinci instansiya məhkəməsinin hökmünün və ya digər qərarının ləğv edilməsi və cinayət işinin (materialın) birinci instansiya məhkəməsinə - hazırlıq iclasının keçirilməsi mərhələsinə və yaxud yeni məhkəmə baxışına göndərilməsi haqqında qərarın çıxarılması üçün əsasdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd olunan halları CPM-in 416-cı maddəsinin müvafiq müddəlarında göstərilən pozuntular kimi qiymətləndirir və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2021-ci il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işini yeni apellyasiya baxışına təyin edilməlidir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərba ycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin..
Məhkəmə qərarları › İş №1(102)-864/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-864/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver