Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-864/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fe vral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Səbuhi Hüseynov, hakimlər Telman Hüseynov və Əli Məmmədov) 04 fevral 2021-ci il tarixli, 1(101)-466/2021 saylı hökmü ilə xx xxxx 1984-cü il tarixdə Salyan rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 206.2, 234.2, 240.3.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 02 iyun 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək narkomaniyadan məcburi müalicə təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 28 aprel 2019-cu il t arixdə İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən külli miqdarda tərkibindəki narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan preqabalin güclü təsiredici maddəsinin miqdarı 67,5 qram təşkil edən hər birində 15 kapsul olmaqla cəmi 30 konvalyutada ümumilikdə 450 kapsul “Pregabalin 150” göstəricili dərman preparatlarını tamah niyyəti və satış məqsədilə qəsdən qanunsuz olaraq əldə edərək 1 ədəd sellofan torbanın içərisində yerləşdirib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasınadək daşımış və həmin tarixdə saat 9 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə şifahi, kağız üzərində yazılı və elektron şəkildə bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bundan başqa, o, təkrarən Bakı şəhərində ayrı-ayrı vaxtlarda istintaqa məlum olmayan mənbədən külli miqdarda tərkibindəki narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan preqabalin güclü təsiredici maddəsinin miqdarı 24,450 qram təşkil edən ümumilikdə 80 kapsul “Pregabalin 300 mg” və 3 kapsul “Pregabalin 150 mg” göstəricili dərman preparatlarını, həmçinin, tərkibindəki narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tramadol güclü təsiredici maddəsinin miqdarı 1,350 qram təşkil edən 6 həb “Tramadol Hydrochloride 225 mg” göstəricili dərman preparatlarını və tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin miqdarı 0,018 qram təşkil edən yarım həb metadon narkotik vasitəsini tamah niyyəti və satış məqsədilə qəsdən q anunsuz olaraq əldə etmiş, sahibliyində olan və idarə etdiyi “Chevrolet Cruze” markalı **SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin müxtəlif yerlərində yerləşdirib saxlamış, daşımış və 02 iyun 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində aşkar edilərək götürülmüşdür. Bundan başqa o, zavod üsulu ilə hazırlanmış iki tərəfi kəsici ucu deşici xassəyə malik olan tiyəli atıcı xarakterli 1 ədəd soyuq silah hesab edilən bıçağı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq əldə etmiş, sahibliyində olan və idarə etdiyi “Chevrolet Cruze” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxlamaqla gəzdirmiş və həmin bıçaq 02 iyun 2020-ci il tarixdə həmin nəqliyyat vasitəsinə Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Xəyal Sarıyev) 02 aprel 2021-ci il tarixli, 1(103)-559/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 1(101)-466/2021 saylı hökmü cəza təyini hissəsində dəyişdirilmiş, həmin hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ilə endirilmiş, bu qərarla təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər İlkin Rəcəbov (sədrlik edən və məruzəçi), İlqar Qılıcov və Ələsgər Novruzov) 23 dekabr 2021-ci il tarixli 1(102)-1411/2021 sayl ı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 aprel 2021-ci il tarixli, 1(103)-559/2021 nömrəli hökmü ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə qaytarılmışdır. Kassasiya protesti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Zəki Babayev və Ziya Şirinov) 16 fevral 2022-ci il tarixli, 1(103)-545/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci tarixli, 1(101)-466/2021 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 16 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi, ona CM-in 206.2-ci maddəsi ilə bəraət verilməsi, əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, həmin, habelə CM-in 240.3.2 və 228.4-cü maddələrinin sanksiya həddində cəza təyin edilməsi, cəzanın ona şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsin xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, irəli sürülən ittihamlardan yalnız üzərində soyuq silah gəzdirməsi ilə bağlı hissəsi həqiqəti əks etdirir və ittiham hökmündə yer almış digər iddialar isə həqiqətdən uzaq fikirlərdir və ağ yalandır. İstintaq materiallarında, habelə ittiham hökmündə məhkumun 0,018 qram təşkil edən yarım həb metadon narkotik vasitəsini tamah niyyəti və satış məqsədi ilə əldə etdiyi göstərilmişdir. Məhz bu səbəbdən məhkum CM-in 234.2-ci maddəsi ilə də təqsirli bilindiyini qeyd etmişdir. Halbuki şəxsi istehlak miqdarından artıq qalmış narkotik vasitəni narkomaniya xəstəliyindən əziyyət çəkən Yalçın adlı şəxsə vermiş və bu zaman hansısa şəxsi maraq, qazanc və ya mənfəət güdməmiş, narkotik vasitəni həmin şəxsə nəyinsə qarşılığında verməmişdir. Məhkum axtarış-baxış zamanı üzərindən narkotik vasitə bükümlərinin, eləcə də bu bükümlərin hazırlanması üçün istifadə olunan avadanlığın, yəni tərəzinin aşkarlanmadığı faktını, habelə istifadəsində olan mobil telefon nömrəsinin yaddaşında narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə bağlı hər hansı bir telefon danışığı və ya sms mətnlərinə rast gəlinməməsi xüsusatını da buraya əlavə edərək, bu zaman əməlinin CMin 234.2-ci maddəsi ilə tövsif edilməsinin olduqca müəmmalı olması və haqlı suallar doğurduğunu, bu səbəbdən həmin maddənin ittihamdan xaric edilməsinin vacibliyini vurğulamışdır. Bundan başqa məhkum bronxial-asma və epilepsiya xəstəliyindən əziyyət çəkdiyini, mütəmadi bədən ağrılarından əziyyət çəkdiyini, bu səbəbdən də narkotik vasitələr qəbul etmək məcburiyyətində qaldığını bildirmiş, eləcə də məhkəmə-narkoloji ekspertizası zamanı məhkumda narkotik vasitələrdən asılılıq sindromu aşkar olunmuş və ona məcburi müalicə təyin edilmişdir. Bu faktın özü onun əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunması və müvafiq maddənin sanksiyası hədlərində cəza təyin edilməsini bildirmişdir. Məhkum ailənin tək oğlu, həmçinin ailənin yeganə qa zanc gətirən üzvü olması, bacısı və onun övladının himayəsində olduğunu, bronxial-asma və epilepsiya xəstəliyindən əziyyət çəkdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndi rilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Məhkum məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü CM-in 228.4-cü maddəsi ilə təqsirli bilmişdir, lakin ittiham olunduğu digər maddələr ilə təqsirli bilməmişdir. Onun ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməllərini törətməsi iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və işin digər materialları ilə təsdiq edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 206.2, 234.2, 240.3.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin həmin maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət işi üzrə toplanmış sübutlara və işin hallarına uyğun olduğundan həmin nəticələrlə razılaşmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlləri CM-in 206.2, 234.2, 240.3.2 və 228.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməs inin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblər inə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətinin digər dəlili məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətlərinin təmin olunmaması və əsassız rədd olunmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, k assasiya şikayətinin bu dəlili də əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, Məhkum barədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 206.2, 234.2, 240.3.2 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-864/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-864/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver