Məhkəmə qərarları › İş №1(102)-864/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-864/2024

01.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-864/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 oğlunun iştirakı ilə, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddə si ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim: Hüseynli Hüseyn İnanc oğlu) 12 iyul 2023-cü il tarixli hökmü ilə xx.xx.1962-ci ildə Qazaxstan Respublikasının Cambul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 nömrəsiz fərdi yaşayış evində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1500 (bir min beş yüz) manat miqdarında cəri mə cəzası təyin olunmuş, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Əyyubov Fərid İlham oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə) 13 sentyabr 2023-cü il tarixli qərarı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi təqsirli bilinərək məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xx.xx.2022-ci il tarixdə saat 1 9 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük savxozunda yerləşən topaq sahəsinə gəlmiş, həmin topaq sahəsi üzərində sahibliklə bağlı ədavətli olduğu Zərərçəkmiş şəxs orada tikinti işləri həyata keçirdiyi görüb Zərərçəkmiş şəxs tikinti işlərini dayandırmasını tələb etmiş, Zərərçəkmiş şəxs həmin topaq sahəsinin ona məxsus olduğunu deyərək tikintini dayandırmayacağını bildirdikdən sonra şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs saçlarından tutub sıxaraq yerə yıxmış və yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq zərərçəkmiş şəxsə sol bazunun qançırı, sol əlin sıyrığı, ağrı siondromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sol bazunun və sol saidin yumşaq toxumalarının əzi lməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsınə dair cinayət işinin istintaqı kobud qanun pozuntularına yol verilməklə yarımçıq və birtərəfli aparılmış, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin əməlində qeyd olunan cinayətin tərkib əlamətləri mövcud olmadığı halda əsassız olaraq məsuliyyətə cəlb edilmiş, ittiham istintaq orqanının fərziyyəsinə əsasən verilmiş, habelə qanun pozuntularına hüquqi qiymət verilməmiş, iş üzrə səthi araşdırma aparılmaqla göstərilən pozuntularla ittihamedici hökm çıxarılmış, hökmün qanuniliyi apelly asiya instansiya məhkəməsi tərəfindən tam yoxlanılmamışdır. Cinayət işinin materiallarından aydın görünür ki, ittiham faktlara əsasən verilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 223-cü maddəsinin tələbləri baxımından cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü, cinayətin motivi və tövsifedici əlamətləri göstərilməməklə ittihamın mahiyyəti əsaslandırılmamış, sübut edilməmişdir. İttihamda göstərilənlər, yəni Zərərçəkmiş şəxs saçlarından tutub yerə yıxmaqla və yumruqla qəsdən vurub sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə təqsirləndirilən Məhkum təqsiri nə ilə təsdiqini tapır. İşdən aydın görünür ki, istintaq orqanı həqiqətə uyğun olmayan hallardan ist ifadə edərək süni ittiham yaratmışdır. Birinci instansiya məhkəməsi isə sübutlara düzgün hüquqi qiymət verməyərək qanun pozuntuları ilə ittihamedici hökm çıxarmış, apellyasiya məhkəməsi irəli sürülən dəlilləri yoxlamadan, ona münasibət bildirmədən hökmü qüvvəsində saxlamışdır. İbtidai istintaq və məhkəmə araşdırması zamanı müdafiə tərəfinin verdiyi vəsatətlər tam təmin edilməmişdir, vəsatətlər təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması, təkrar məhkəmə-tibb ekspertizası keçirilməsi, şahidlərin dindirilməsi, üzləşdirmə istintaq hərəkətinin aparılması və digər xüsusatların araşdırılması, cinayət işi üzrə icraata xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Apellyasiya məhkəməsində isə prosesin məhkəmə istintaqı ilə aparıl ması barədə olmuşdur. Məhkum elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadələrində göstərmişdir ki, o, hadisə zamanı heç kəsi döyməmiş, əksinə özü fiziki təzyiqə məruz qalmış, aldığı zərbələrdən huşunu itirərək yerə yıxılmışdır. Cinayət işi üzrə faktiki zərərçəkmiş şəxs olsa da, onu təqsirləndirilən şəxs kimi qələmə vermişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrindən görünür ki, onun üzərində aşkar edilmiş xəsarətləri Məhkum deyil, hadisə yerində olan Şahid5 yetirmişdir. İş üzrə dindirilmiş şahidlərin demək olar ki, hamısı Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı fiziki zor və yaxud digər qanunazidd hərəkətlərə yol vermədiyini, əksinə S.Q. Quliyevanın Məhkum və onunla birgə gəlmiş şəxslərə hücüm çəkdiyini bildirmişlər. Cinayət işi üzrə əldə edilmiş xəsarətlərlə bağl ı ekspert rəyləri də kifayət qədər əsaslı olmamışdır, o cümlədən rəylərdəki ziddiyyətlərin səbəbləri öyrənilməmişdir. Belə ki, heç bir ciddi xəsarət almayan şəxsə münasibətdə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid rəy, kifayət qədər xəsarət alan şəxsə isə sağlamlığa zərərvurmayan xəsarətlər barədə rəy verilmişdir. Rəylər Məhkum təqsirsiz olmasını düşünməyə əsas versə də, onun əleyhinə istifadə edilmiş, bununla da sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Toplanmış sübutlardan bir daha aydın olur ki, Məhkum əməlində heç bir cinayət tərkibi yoxdur, əksinə o, özü zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs qanunazidd hərəkətlərinə məruz qalmışdır. Mübahisəyə əsas olmuş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 yerləşən torpaq sahəsi saxta sənədlərdən istifadə edilməklə zər ərçəkmiş Zərərçəkmiş şəxs verilmiş, sonuncu aldadıldığını və torpaq sahəsinin ona aid olmadığını bildiyi halda özbaşına tikinti işləri aparmış, tikintinin dayandırılması ilə bağlı aidiyyəti orqanların qanuni tələblərinə məhəl qoymamış, bir az da irəli gedərək daşınmaz əmlakın sahiblərinə qarşı qanunazidd hərəkətlər etmişdir. Məhkəmə istintaqı zamanı şahidlərdən yalnız Şahid2 zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkum və Şahid5 tərəfindən döyüldüyünü bildirmişdir ki, bu da elə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təkzib edilmişdir. Məhkum qeyd edilən əməli törətməsi öz təsdiqini tapmamış, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Heç bir mötəbər sübut olmadan hüquqlarını müdafiə etdiyi Məhkum CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ə sassız olaraq cinayət təqibinə məruz qalaraq məhkum edilmişdir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarını ləğv edərək iş üzrə icraata xitam verilməsi barədə barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, be lə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini C PM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibi nin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mö təbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, Məhkum əsassız məhkum edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdırıb hesab edir ki, işə baxan məhkəmələr Məhkum Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhk um zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Aşağı instansiya məhkəmələri cinayət tərkibini təşkil edən əlamətləri nəzərə almaqla sözügedən cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif etməklə gəldikləri nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş ca nlı şəxsin ekspertizası barədə 14 sentyabr 2022-ci il tarixli, 1234 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər- sol bazunun qançırı, sol əlin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazunun və sol saidin yumşuq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 6-7 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olun mur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 09 sentyabr 2022-ci il tarixli, 1205 saylı rəydən görünür ki, Məhkum bədənində aşkar olunmuş xəsarətlər- alının, burunun, boyunun, sol və sağ saidin sıyrıqları, sağ budun, sol baldırın qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Məhkum bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi i stisna olunmur. Cinayət Məcəlləsinin 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şərh edilən cinayətin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin obyektiv cəhəti aşağıdakıları əhatə edir: 1) ictimai-təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik); 2) sağlamlığın qısa müddətə pozulmasında və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsində ifadə olunmuş ictimai təhlükəli nəticə; 3) əməllə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə. Cinayətin subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarət ola bilər. Təqsirkar öz əməlinin i ctimai təhlükəliliyini dərk edir, bunun zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vuracağını qabaqcadan görür və bunun baş verməsini arzu edir (birbaşa qəsd) və ya bunun baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Kassasiya şikayətində Məhkum zərərçəkmiş şəxsə xəsarət yetirmədiyi göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkum zərərçəkmiş şəxsi vurmaması, ona xəsarət yetirməməsi ilə bağlı ifadəsində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Cina yət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən göründüyü kimi, Məhkum xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 yerləşən topaq sahəsinə gələrək həmin topaq sahəsi üzərində sahibliklə bağlı ədavətli olduğu Zərərçəkmiş şəxs orada tikinti işlərini həyata keçirdiyi görüb Zərərçəkmiş şəxs tikinti işlərini dayandırmasını tələb etməsi, Zərərçəkmiş şəxs həmin torpaq sahəsinin ona məxsus olduğunu deyərək tikintini dayandırmayacağını bildirdikdən sonra şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs saçlarından tutub sıxaraq yerə yıxması və yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasın a səbəb olduqlarına görə qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməsi öz təsdiqini tapmış və aşağı instansiya məhkəmələrinin bu barədə gəldiyi nəticə əsaslıdır. Beləliklə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü v ə mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Müdafiəçinin kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söy kənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarl a təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar