Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-864/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə xx.xx.1984-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, S.Baba yev küçəsi ev 20 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-560/2024 nömrəli 21 noyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-168/2024 nömrəli 25 aprel 2024-cü il tarixli hökmü ilə (hakimlər Ə.A.Əliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) X4 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təq sirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-560/2024 nömrəli 21 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: P.V.Hacıyev (sədrlik edən), E.İ.Xasməmmədov və H.X.Bəhmanov) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-168/2024 nömrəli 25 aprel 2024-cü il l tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X4 qarşı irəli sürülmüş ittihama görə, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 7,755 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində d aşımaqla saxlamış, 11 mart 2023-cü il tarixdə saat 13 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, S.Babayev küçəsində saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 13:20 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol ön cibindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,755 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İttiham aktına görə Elməddin Fərəcov yuxarıda qeyd edilən hərəkətləri ilə CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tər əfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, məhkəmə kollegiyası nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs Elməddin Fərəcovun verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib X5 cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Məhkəmə kollegiyası isə işin hallarını müəyyən edərkən yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında iltizamı imzalayan və xidməti vəzifələrini icra edən polis əməkdaşlarının və digər şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəmələrində verdikləri ifadələrini, şəxsi axtarış, götürmə və digər istintaq hərəkətlərinin protokollarını, üzləşdirmə protokollarını, telefon məlumatlarını, ekspertiza rəylərini, əməliyyat məlumatlarını, eləcə də yuxarıda qeyd olunan digər sübutları nəzərə almamış, sadalanan həmin sübutlara səthi yanaşmış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən, yalnız yalan ifadə verməyə görə heç bir məsuliyyəti olmayan təqsirləndirilən şəxs Elməddin Fərəcovun verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadəsinə əsaslanmaqla və məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkə məsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya X1 miqdarda 7,755 qram çəkidə narkotik vasitə olan heroini əldə etdiyinə, daşıdığına və üzərində saxladığına dəlalət edən sübutun əldə olunmaması qənaətinə gəlməklə, eləcə də iş materiallarında olan sübutların Elməddin Fərəcovun CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etməməsi, onun üzərinə şəxsi axtarış aparılması zamanı aşkar edilmiş narkotik vasitənin qablaşdırıldığı zərfin qabaqcadan hazırlanması kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Bundan əlavə, Elməddin Fərəcova məxsus telefon danışıqlarına dair məlumatlarda da narkotik vasitələrin alqısatqısı ilə əlaqədar çoxsaylı SMS mətnlər inin aşkar olunması da sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edir. Lakin apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla məhkuma CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi ilə nəticələnən qərəzli yanaşmanı əsaslı saymaqla cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İşdə olan və yuxarıda sadalanan bu cür mötəbər sübutlara düzgün qiymət verməyən və ya həmin sübutları təkzib edə bilməyən məhkəmə kollegiyası cinayətin tövsifi ilə bağlı əsassız nəticəyə gəlmiş və qanunsuz qərar qəbul etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkil də araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasi ya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində “Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl: “üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cina yət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olu nmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir k i, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın təsdiq edilməsində istifadə edilən sübutlar əsaslı şübhələrdən kənar sübutlar olmamış, b u səbəbdən məhkəmə haqlı olaraq təqsirləndirilən şəxsə bəraət vermişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə E.Fərəcova bəraət verilməsinə dair hökmün qüvvədə saxlanılması qərarında işin halları barədə geniş izah vermişdir və o halları təkrarən qeyd etməyə lüzum yoxdur, lakin bəzi hallar məhkəmə qərarında göstərilməlidir. Belə ki, məhkəmə qərarlarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə” protokolundan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Elməddin Fərəcov özü ciblərində olan bir ədəd "vest" markalı siqaret, iki ədəd biri qırmızı, digəri göy rəngdə olan alışqan, iki ədəd Kapital banka, bir ədəd isə kredit evinə maxsus debit kartlar, özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd ətir, bir ədəd təsbeh, b ir ədəd konfet, bir ədəd ***-*****-** saylı mobil nömrəyə 1 manatlıq kontur yükləməsi ilə bağlı qəbz, iki ədəd X8 biri 100, digəri 150 manat pul göndərməsi ilə bağlı qəbzlər, iki ədəd Kapital banka ödəniş qəbzi, bir ədəd üzərində qaz rəsmi olan salfetka, 6 ədəd üzərində mobil nömrələr qeyd olunmuş kağızlar və 3 ədəd siqaretin falqasını çıxararaq stolun üzərinə qoymuşdur. Daha sonra əynindəki qara rəngli gödəkçənin sol ön cibindən bir ədəd içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə olan sellefon büküm çıxarmışdır. Həmin vaxt Elməddin Fərəcov həmin bükümün özünün olmadığını bildirmişdir. Bundan sonra Elməddin Fərəcovun üzərinə şəxsi axtarış davam etdirilsə də, başqa hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdi r. İşdə olan materialların məhkəmə və məhkəmə-bioloji ekspertizasının 12 mart 2023cü il tarixli, 18/295-18-296 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: "...X3 üstündən..." sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-7,755 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, X6 ilə şahidlər Şahid3, Şahid2, Şahid1 və Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Elməddin Fərəcov ifadəsində göstərdiyi xüsusatları həmin şəxslərin üzlərinə deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş videogörüntül ərdən məlum olur ki, Elməddin Fərəcov polis şöbəsinə gətirildikdən sonra saat 13:20-də xidməti otaqda videoçəkilişlə onun üzərində təhqiqatçı Şahid5 tərəfindən şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışın keçirilməsinə dair video görüntülərin 01:15 dəqiqəsində təhqiqatçı tərəfindən Elməddin Fərəcova bildirilir ki, “biz sizin üzərində şəxsi axtarış aparmazdan əvvəl sizə izah edirik ki, üzərinizdə qanunla qadağan olunmuş hər hansı əşya, eyni zamanda narkotik vasitə varsa, zəhmət olmasa təqdim edin. Əgər yoxdursa, biz sizin üzərinizdə şəxsi axtarış aparacayıq”. Bu zaman Elməddin Fərəcov “xeyr yoxdur” cavabını verir. Bu zaman Elməddin Fərəcovun sol tərəfində dayanmış əməliyyat müvəkkili Şahid1 tərəfindən Elməddin Fərəcova video görüntünün 01:28 dəqiqəsində “cibini çıxart da” sözləri deyilir. Bu ndan sonra Elməddin Fərəcov əynindəki qara rəngli cins şalvarın hər iki yan cibini çıxarıb çevirir, yenə əməliyyat müvəkkili Şahid1 tərəfindən Elməddin Fərəcova video görüntünün 01:34 dəqiqəsində “nə var çıxart qoy” sözləri, təhqiqatçı Şahid5 tərəfindən isə “üzərində nə varsa, zəhmət olmasa qoy stolun üzərində” sözləri deyilir. Elməddin Fərəcov isə şalvarın arxa ciblərindən və əynindəki gödəkçəsinin ön ciblərindən və sol yan cibində bir ədəd "vest" markalı siqaret, iki ədəd biri qırmızı, digəri göy rəngdə olan alışqan, iki ədəd Kapital banka, bir ədəd isə kredit evinə maxsus debit kartlar, özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd ətir, bir ədəd təsbeh, bir ədəd konfet, bir ədəd ***-***-**-** saylı mobil nömrəyə 1 manatlıq kontur yükləməsi ilə bağlı qəbz, iki ədəd X8 biri 100, digəri 150 m anat pul göndərməsi ilə bağlı qəbzlər, iki ədəd Kapital banka ödəniş qəbzi, bir ədəd üzərində qaz rəsmi olan salfetka, 6 ədəd üzərində mobil nömrələr qeyd olunmuş kağızlar və 3 ədəd siqaretin falqasını çıxararaq stolun üzərinə qoyur və “heç bir şey” sözlərini deyir, bu hərəkətləri edərkən isə sonuncunun yanında dayanmış əməliyyat müvəkkili Şahid1 video görüntünün 02:16 dəqiqəsində ani olaraq əlini əvvəlcə Elməddin Fərəcovun gödəkçəsinin sol ön cibinə, daha sonra sol yan cibinə uzadır, daha sonra əlini geri çəkir, bundan sonra təhqiqatçı tərəfindən “zəhmət olmasa, üzərində axtarış aparın” sözləri deyilir və Şahid1 əllərini yuxarı qaldırır. Bundan sonra videoçəkilişi aparan şəxs video görüntünün 02:20 dəqiqəsində (nəzərə almaq lazımdır ki, istintaq hərəkətinin videoçəkilişi kim tərəfindən hə yata keçirilməsi təhqiqatçı tərəfindən elan edilmir, həmin şəxsin kimliyi isə naməlumdur) əlini uzadaraq işarə edir, bu zaman Şahid1 həmin şəxsə tərəf baxır və həmin şəxs “qoy özü baxsın, nə var çıxartsın” sözlərini deyir. Bu zaman Elməddin Fərəcov əynindəki qara rəngli gödəkçənin sol ön cibinə bir daha baxır və video görüntünü çəkən şəxsə baxaraq, video görüntülərin 02:24 dəqiqəsindən sonra isə əməliyyat müvəkkili Şahid1 və digərləri təkidlə “çıxart da, nə var çıxart” sözlərini birlikdə deyir. Bu zaman isə Elməddin Fərəcov etiraz edərək, “bunu belə eləməyin də” sözlərini deyir, yenə Şahid1 uca səslə “çıxart qoy ora da nəyin varsa” sözlərini deyir. Elməddin Fərəcov isə əllərini yanına salaraq “bunu belə eləməyində rəis, məndə belə şey olmayıb axı” sözlərini deyir, ətrafdan isə Şahid1 və di gərləri “zəhmət olmasa, nə var çıxart qoy, sənin pencəyivi çıxardıblar?” sözləri deyilir. Elməddin Fərəcov isə cavabında “bayaqları əlini (Şahid1 uzadıb göstərərək) saldı cibimə, atdı cibimə” sözlərini deyir, polis əməkdaşları isə “aydınlaşdırarıq, çıxart qoy ora” sözlərini deyir. Elməddin Fərəcov isə etiraz edərək, “bunu nəyə çıxardıram, məndə olmayıb axı” sözlərini deyib gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü çıxarıb əlində tutur. Polis əməkdaşları və Şahid1 isə təkidlə və uca səslə “çıxart qoy, ə bura qoy, stolun üstünə qoy” sözlərini deyir, Elməddin Fərəcov isə həmin bükümü stolun üzərinə qoyaraq “and olsun Allaha bu mənim deyil, mən buna yiyəlik eləmiyəcəm, (əlini Şahid1 uzadıb göstərərək) bayaqlarım zajqalkanı götürdün atdın cibimə sən, əlim bağlıydı da, hə sən atdın cibimə, Allah haqqı, quran haqqı sən atdın cibimə, məndə elə şey olmayıb dədəmin goru haqqı, qurana and olsun dədəmin goru haqqı məndə elə şey olmayıb” sözlərini deyir. Bu sözləri deyərkən isə video görüntünün 03:23 dəqiqəsində təhqiqatçı Şahid5 əlindəki zərflə masasından Elməddin Fərəcovun bükümü üzərinə qoyduğu masaya yaxınlaşır Elməddin Fərəcovun təqdim etdiyi əşyaları sadalayır və masadakı bir ədəd bükümü götürərək, “bir ədəd şəffaf sellofana bükülmüş büküm, nədisə göndərəciyik ekspertizaya bilinəcək” sözlərini deyərək, üzəri tam olaraq yazılı olan (əvvəlcədən yazılmış və hazırlanmış) zərfin içərisinə qoyur və qablaşdırır. Həmin vaxt isə Elməddin Fərəcov təkidlə etiraz edərək, bükümün ona aid olmadığını, Şahid1la mübahisə edərək, onun tərəfindən cibinə qoyulduğunu bildirir. Şahid1 isə ona uca səslə “nə vaxt əlimi atdım, kişi kimi səni bura gətirdik, kişilik eləmirsən axı” sözləri deyilir. Müdafiəçi isə Şahid1 qışqırdığına görə iradını bildirir. Elməddin Fərəcov isə etirazın bildirərək, “mənim heç bir şeyim yoxdu, olar mənim deyil, mənim narkotikim olmayıb, onun mənim cibimə atanın (nalayiq ifadələr işlədir) nətər yəni, mənim deyil, düzgün əməliyyat keçir, mənim deyil” müdafiəçiyə isə “siz gələnə yaxın cibimə atdılar, mənim deyil, mən ona yiyəlik eləmiyəcəm” sözlərini deyir. Təhqiqatçı isə əvvəlcə digər iştirakçılara üzəri əvvəlcədən yazılı olan zərfə imza atdırır və təkidlə zərfin üzərini imzalamağı Elməddin Fərəcovdan tələb edir, sonuncu isə bundan imtina edir. Bundan sonra təhqiqatçı Elməddin Fərəcovdan onu İmişli RPŞ-yə gətirərkən təzyiq olunması ilə bağlı sual verir. Elməd din Fərəcov isə cavabında bir daha Şahid1 göstərərək, onun əlini cibinə atdığını bildirir. Təhqiqatçı Şahid5 isə “heç bir şey göndəriləcək ekspertizaya aydınlaşdırılacaq, oldu” sözlərini deyir və video çəkiliş başa çatır. Həmin videoçəkilişdən açıq-aşkar görünmüşdür ki, narkotik vasitə olan bükümün qablaşdırıldığı zərfin üzərində “X3 üstündən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm” sözləri, həmçinin iştirakçıların adları təhqiqatçı tərəfindən şəxsi axtarış zamanı deyil, şəxsi axtarışdan əvvəl yazılmışdır. Həmçinin məhkəmə qərarlarından görünür ki, məhkəmə baxışı zamanı şəxsi axtarışın keçirilməsini özündə əks etdirən video-görüntülər nümayiş etdirilmiş, bundan sonra Şahid5 verilmiş suallara cavab olaraq, videogörüntülərdə aşkar edilmiş narkotik vasitənin qablaşdırıldığı zərfin üzərinin tərəfindən həmin vaxt tam yazılı olaraq iştirakçılara təqdim edib imzalatdırmasının səbəbini isə video-çəkiliş gedə-gedə zərfin üzərini yazması ilə əsasladırmağa çalışsa da, belə bir görüntülər aşkar edilməmişdir. Göstərilənləri nəzərə alan aşağı instansiya məhkəmələri haqlı olaraq hesab etmişdir ki, Elməddin Fərəcovun üzərindən aşkar olunmuş narkotik vasitənin qablaşdırıldığı zərf əvvəlcədən hazırlanmış, beləliklə də sözügedən cinayət əməlinin qabaqcadan planlaşdırılması ehtimalı ilə bağlı əsaslı şübhələr yaranmışdır. Bundan başqa, aşağı instansiya məhkəmələri daha bir ziddiyyətli məqamı diqqətə çatdıraraq qərarlarında qeyd etmişlər ki, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən videogörüntü 6 dəqiqə 19 saniyə davam etmiş, “Şəxsi axtarış və götürmə aparılması haqqında" protokolda isə şəxsi axtarışın başlanma vaxtı 13:20, bitmə vaxtı isə 13:35 olaraq göstərilmiş, faktiki olaraq 6 dəqiqə 19 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 15 dəqiqə davam etdiyi göstərilmişdir. Bununla yanaşı, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videogörüntün yaradılması tarixinə baxdıqda məlum olur ki, həmin videogörüntü 11 mart 2023-cü il tarixində saat 15:02-də yaradılmışdır. Buna görə də göstərilən fakt həqiqətən də həmin protokolun, o cümlədən videogörüntülərin əsaslılığını və mötəbərliyini şübhə altına alır və iş üzrə təqsirləndirilən şəxsin təqsirini sübuta yetirən mötəbər dəlil kimi qiymətləndirilməsini istisna edir. Kassasiya protestindən görünür ki, ittiham tərəfi təhqiqatçının şəxsi axtarış və götürmə zamanı 1 dəqiqə 24 saniyə videogörüntüdə görünmədiyi, məhz bu zaman kəsiyində narkotik vasitənin qablaşdırıldığı zərfin üzərini yaza biləcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təhqiqatçının göstərilən zaman kəsiyində videoçəkilişdə görünməməsi onun zərfi həmin müddət ərzində yazması ilə bağlı konkret nəticəyə gəlmək üçün kifayət qədər əsas vermir və həmin görüntüləri, o cümlədən guya təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni mötəbər sübut kimi yolverilməz edir. Belə olan halda isə, kollegiyanın qənaətinə görə, ittihamın təsdiq olunmasında əsas götürülmüş həmin sübutlar barəsində olan sözügedən əsaslı şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, kassasiya protestin dəlillərindən biri də odur ki, işdə olan Elməddin Fərəcova məxsus mobil nömrədən götürülmüş SMS yazışmaları ilə narkotik vasitənin təqsirləndirilən şəxsin məhz özünə məxsus olması təsdiqini tapır. Məhkəmə kollegiyası ittiham tərəfinin bu dəlilinə də münasibət bildirərək qeyd edir ki, məhkəmə qərarlarından görünür ki, Elməddin Fərəcov aşağı instansiya məhkəmələrində verdiyi ifadəsində həmin mesajlardan məlumatının olmadığını göstərmiş, həmin mesajları başqa şəxslərin yazmış ola biləcəyini bildirmişdir. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəmələri tərəfindən tam əsaslı olaraq, E.Fərəcovun təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X7rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şü bhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə da ir qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüqu qlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkə mə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM- in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olar aq E.Fərəcovun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2024-cü il qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuror u Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs X6 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-560/2024 nömrəli 21 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-864/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-864/2025
02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver