Məhkəmə qərarları › İş №1(102)-865/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-865/2019

18.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-865/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2019-ci i l tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər E.İ.Əliyev (sədrlik edən və məruzəçi), M.Ə.Abdullayev və C.C.Nəbiyevdən ibarət tərkibdə) 25 oktyabr 2018-ci il tarixli hökmü ilə 01 may 1966-cı il tarixdə Neftçala rayonunun Qədimkənd kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, biri azyaşlı olmaqla iki uşaq atası, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Neftçala rayonunun Qədimkənd kəndində qeydiyyatda olan və orada yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 188.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 188.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, CM-in 237.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddəti azadlıqdan mərhum etmə cəzasın a məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 21 iyun 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, yaşadığı Neftçala rayonu Qədimkənd kəndinin çöl sahəsində, həmkəndlisi X4 pay torpaq sahəsinin yanından keçən su arxının yanındakı qamışlıq sahənin içindəki Neftçala rayonu Qədimkənd Bələdiyyəsinin mülkiyyətində olan 10 metr uzunluğunda 2 metr enində olan hissəni qanunla müəyyən edilmiş, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkinə yararlı vəziyyətə gətirərək 2018-ci ilin aprel ayının əvvəllərində orada əkilib-becərilməsi qadağan olunmuş çətənə bitkisi toxumlarını qanunsuz olaraq əkmiş, toxumlardan çıxan çətənə bitkilərini qanunsuz olaraq yetişdirmiş, 21 iyun 2018-ci il tarixdə səhər saatlarında Neftçala RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı o həmin bitkilərə aqrotexniki qaydada qulluq edərkən cinayət başında yaxalanmış, qeyd edilmiş əraziyə keçirilmiş baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qanunsuz olaraq kultivasıya edilmiş yaş halda ümumi təmiz çəkisi 18.500,0 qram olan, əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr (komponentlər) olan külli miqdarda 62 ədəd çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər K.S.Bəşirov (sədrlik edən və məruzəçi) E.Ə.Camalov və Ə.Ə.Novruzovdan ibarət tərkibdə) 07 fevral 2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilsin və ona daha yüngül cəza təyin olunması barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlilərini məhkum Məhkum onunla əsaslandırır ki, apellyasiya məhkəməsinin qərarı ədalətsizdir. Kassasiya şikayətində məhkum əvvəllər cinayət törətməməsini, himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlindən peşman o lmasını bildirərək təyin olunmuş cəzanın qismən yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum Məhkumnun kassasiya şikayətinin başlıca dəlili ona təyin edilmiş cəzanın ədalətsiz və ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məq sədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələ ri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkumnun törətdiyi cinayət əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunm asını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Nəzərə alınsa ki, məhkum Məhkumnun təqsirli bilindiyi CM-in 188.1-ci maddənin sanksiyasında səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 237.2.3-cü maddənin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və birinci instansiyası məhkəməsi də ona həmin maddələrin sanksiyasının aşağı hədlərində cəza təyin etmişdir, belə cəzanı heç cür ağır hesab etmək mümkün deyildir. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkumna təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işin materiallarında Məhkumna təyin edilmiş cəzanın daha da yüngülləşdirilməs i üçün digər əsaslar müəyyən edilmir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası b irinci instansiya məhkəməsinin məhkum Məhkumnun barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2019-cu il tarixli Məhkumnun barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2019-cu il tarixli məhkum Məhkumnun barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar