Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-865/2025 09.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri i lə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 fevral tarixli, 1(106)-193/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X3 (sədrlik edən və məruzəçi), Cəlil Nəbiyev və Müşviq Məmmədovdan ibarət tərkibdə) 2023-cü il 18 dekabr tarixli, 1(099)801/2023 nömrəli hökmü ilə xx xxxxxx 1991 -ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri Fizuli küçəsi, dalan 2 ev 1-də qeydiyyatında olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2023-cü ildən hesablanmışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının (hakimlər: Elşad Əliyev (sədrlik edən), Məhəmməd Bağırov və İsmayıl Əhmədovdan ibarət tərkibdə) 2024-cü il 29 fevral tarixli, 1(106)-193/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum külli miqdarda narkotik vasitə heroin, metadon həbləri və qurudulmuş marixuana, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan külli miqdarda preqabalin kapsullarını qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair İran İslam Respublikası vətəndaşı olması guman edilən “Fərzad” adı ilə tanıdığı şəxs və qeyriləri ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən qanunsuz olaraq əldə edilib, daşıyaraq Astara rayonu, “İpək yolu” ərazisində yol kənarında gizlədilmiş 3 ədəd plastik qabda ümumi təmiz çəkisi 1797 qram olub külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış, spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə olan eyni tərkibli narkotik vasitə tiryəki, 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 128,8 qr və 14,2 qr olmaqla, cəmi 143,0 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, üzərində “F/M40” göstəricisi olan, tərkibindəki narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 43,6 qram (1 ədəd kapsuld a 0,04 qram) olub külli miqdar təşkil edən, qəhvəyi rəngli dairəvi formalı 1090 ədəd dərman həblərini və üzərində “Pregabalin 150” göstəricisi olan, tərkibindəki narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 481,8 qram (1 ədəd kapsulda 0,15 qram) olub külli miqdar təşkil edən, 139 ədəd konvalyut və konvalyut kəsiyində cəmi 1380 ədəd ağ rəngli, 122 ədəd konvalyutda cəmi 1830 ədəd göy-narıncı rəngli və 1 ədəd konvalyut kəsiyində cəmi 2 ədəd ağ-qəyvəyi rəngli olmaqla, ümumilikdə 3212 ədəd preqabalin kapsullarını 2023-cü ilin mart ayında satış məqsədilə əldə edib özü ilə ünvan 1 ünvanında yerləşən istifadəsində olan mağazanın anbarında gizlədərək saxlamışdır. Bundan başqa, o, təkrar külli miqdarda narkotik vasitə heroi ni, tiryəki, qurudulmuş marixuananı və metadon həblərini qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair “Fərzad” adı ilə tanıdığı həmin şəxs və qeyriləri ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən qanunsuz olaraq əldə edilib, daşıyaraq Lənkəran rayonu, Göyşaban kəndinin ərazisində gizlədilmiş 10 ədəd bağlamada ümumi təmiz çəkisi 9817,80 qram olub külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış, tünd qəhvəyi spesifik tiryək iyli qətranabənzər narkotik vasitə tiryəki, 15 ədəd bağlamada ümumi təmiz çəkisi 15069,10 qram olub külli miqdar təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli n arkotik vasitə qurudulmuş marixuananı, 12 ədəd bağlamada ümumi təmiz çəkisi 11532,90 qram olub külli miqdar təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini və üzərinə “Methadon e40” yazılan, tərkibindəki narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 200 qram (1 ədəd kapsulda 0,04 qram) olub külli miqdar təşkil edən, 500 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla qəhvəyi rəngli dairəvi formalı 5000 ədəd sintetik narkotik vasitə metadon həblərini 12 iyun 2023-cü il tarixdə istifadəsində olan “Reno” markalı, 90HT842 dövlət qeydiyyat nişanlı avtomobillə həmin kəndə gedib, satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan külli miqdarda narkotik vasitələri gizlədildiyi yerdən təkrarən əldə etməklə idarə etdiyi “Reno” markalı avtomobilin yük yerinə yığaraq özü ilə yaşadığı Lənkəran şəhəri, ünvan 2 ünvanında yerləşən evə daşıyaraq, onları evin zirzəmisində gizlədərək saxlamış, 12 iyun 2023-cü il tarixdə “Fərzad” adlı qrup üzvünün tapşırığı ilə narkotik vasitələrdən 13 ədəd bağlamada qurudulmuş marixuananı, 10 ədəd bağlamada tiryəki, 6 ədəd bağlamada heroini və 250 ədəd kanvalyutda, hər birində 10 ədəd olmaqla, cəmi 2500 ədəd metadon həblərini yaşadığı evin zirzəmisində saxlayıb, qalan 2 ədəd bağlamada qurudulmuş marixuananı, 6 ədəd bağlamada heroini və 250 ədəd kanvalyutda, hər birində 10 ədəd olmaqla, cəmi 2500 ədəd metadon həblərini satışını realizə etmək məqsədi ilə idarə etdiyi “Reno” markalı, 90HT842 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb onları həmin gün saat 21 radələrində Ələt-Astara magistral yol ilə Bakı şəhəri istiq amətində daşıyarkən, bu barədə əməliyyat məlumatları əldə etmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Ələt-Astara magistral yolun üzü Bakı şəhəri istiqamətində 60-cı kilometrliyində saxlanılaraq, saat 21:26 radələrindən etibarən saxlanıldığı yerdə idarə etdiyi avtomobilə və saat 23:46 radələrindən etibarən yaşadığı Lənkəran şəhəri, ünvan 2 ünvanında yerləşən evə baxış keçirilərkən qrup üzvlərinə məxsus qeyd olunan bağlamalarda və konvalyutlarda külli miqdarda narkotik vasitələr - 9817,80 qram çəkidə tiryək, 15069,10 qram çəkidə qurudulmuş marixuana, 11532,90 qram çəkidə heroin və tərkibindəki metadonun təsir maddəsinin ümumi miqdarı 200 qram (1 ədəd kapsulda 0,04 qram) olan 5000 ədəd metadon həbləri qeyd oluna n bağlamalarda müvafiq olaraq avtomobilin yük yerindən və evin girişində olan zirzəmidən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsi olaraq daxil olmuş əməliyyat məlumatları əsasında istifadəsində olmuş Lənkəran şəhəri, Həzi Aslanov küçəsi 6 ünvanında yerləşən anbarda 16 iyun 2023-cü il tarixdə ifadəsi yerində yoxlanılarkən 2023-cü ilin mart ayında satış məqsədi ilə qanunsuz olaraq əldə edib orada gizlətməklə saxladığı qrup üzvlərinə məxsus külli miqdarda narkotik vasitələr - 3 ədəd plastik qabda cəmi 1797 qram çəkidə tiryək, tərkibindəki metadonun təsir maddəsinin ümumi miqdarı 43,6 qram (1 ədəd kapsulda 0,04 qram) olan 1090 ədəd metadon həbləri, şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə, cəmi 143,0 qram çəkidə qurudulmuş marixuan a və külli miqdarda güclü təsir edən maddə - preqabalinin təsir maddəsinin ümumi miqdarı 481,8 qram (1 ədəd kapsulda 0,15 qram) olan ümumilikdə 3212 ədəd preqabalin kapsulları anbardan aşkar edilib qablaşdırılaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsində cinayət işinə baxılarkən prosessual pozuntulara yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsində müstəntiqin irəli sürdüyü ittiham üzrə araşdırma aparılmadan ona qarşı ağır ittiham irəli sürülmüşdür. Məhkum kassasiya şikayətində qeyd etdiklərinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 fevral tarixli, 1(106)-193/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 fevral tarixli, 1(106)-193/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya insta nsiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini və cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxım ından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələb lərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsi ni zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlil ləri əsassızdır. Məhkum ona qarşı CM-in 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, CM-in 58 və 66-cı maddələrinin tələblərinə uyğun olaraq təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cə zanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin tətbiqi, eləcə də onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 18 dekabr tarixli, 1(099)-801/20 23 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 fevral tarixli, 1(106)193/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-865/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-865/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver