Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-866/2018 31.05.2018 ALİ MƏHKƏMƏ 1(102)-866/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “31” may 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakim Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X22 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13iştirakı ilə, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrind ə dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Teymur Əsədovun Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli hökmündən verdiyi kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Y.Vəliyev) Məhkum (xx xx 1975-ci ildə Qusar rayonunun Qılah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı və üç yetkinlik yaşına çatmayan uşaqları olan, ali təhsilli, Qusar rayonu Xuluq Bələdiyyəsinin sədri işləyən, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Qılah kəndində yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 46.2-ci maddəsinə əsasən əlavə cəza növü kimi 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən onun hazırki iş üzrə şübhəli şəxs qismində tutularaq xx xx2017-ci il tarixindən xx xx 2017-ci il tarixədək - 2 (iki) gün faktiki həbsdə saxlanma müddəti hazırki təyin olunmuş cəzanın müddətindən çıxılmaqla üzərində 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx2018-ci il tarixli hökm ü ilə (sədrlik edən və məruzəçi hakim F.G.Zeynallı, hakimlər V.C.Cəfərov və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum barəsində olan Qusar Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona bəraət verilmiş, dövlət ittihamçısının apellyasiya protesti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx2018-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 06 aprel 2017-ciil tarixdə saat 21 radələrində, tanışı - Qusar şəhəri N.Həbibov küç əsi 5-də yaşayan X1 məqsədiilə qanunsuz olaraq əldə etdiyi 0,576 qram narkotik vasitə olan qurudulmuş marixuanadan Qusar rayonu Samur qəsəbəsi ərazisində tanışı - Xaçmaz rayonu Mürşüd-oba kəndində yaşayan X11 1 ədəd kağız bükümdə dağılmamış qalmış 0,360 qramını 30 manat pula qanunsuz olaraq satmış və sonra Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, eyni zamanda onun əynindəki gödəkçənin cibindən kağız bükümdən dağılaraq cib tozları ilə birlikdə qarışmış təmiz çəkisi 0,216 qram olan qurudulmuş marixuana da aşkar edilərək götürülmüşdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum əməlində cinayət tərkibinin olmaması haqqında nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısının k assasiya protesti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi toplanmış sübutları düzgün - Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq sirətdə tədqiq edibqiymətləndirməmiş, əsassız olaraq A.X14 narkotik vasitəni verib müqabilində 30 manat pul almasını, narkotik vasitəni qanunsuz olaraq satma və bundan mənfəət götürmə kimi deyil, göstərdiyi xidmətin müqabilində F.Həsənov tərəfindən mükafatlandırma kimi qiymətləndirmiş, beləliklə də düzgün olmayaraq F.N.Həsənova verilmiş narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarında (5 qramdan az) olmasından çıxış edərək, Kərimxanovun əməlində cinayət tərkibinin olmaması haqqında nəticəyə gəlib ona bəraət vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2018-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası mə hkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-ProsessualMəcə lləsinin müddəalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum əməlində cinayət tərkibinin olmaması haqqında nəticəyə gəlib, ona əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan k assasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2018-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilin məsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessul Məcəllənin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə ic raatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli v ə obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutul ur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya baxışının, onun yekununda çıxarılmış bəraət hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışı qanuni prosedurlara, o cüm lədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum bəraət verilməli olmasına dair yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, cinayət təqibi orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirildiyindən, Cinayət-Prosessual Məcəllənin 139-cu maddə sinə görə həmin cinayət-hüquqi normanın dispozisiyasından irəli gələn, bu cinayət tərkibinin yaranmasını şərtləndirən zəruri hallar, o cümlədən A.X6 0,576 qram narkotik vasitəni – qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə edib daşıması və həmin narkotik vasitədən 0,360 qramını F satması hazırki işin sübutetmə predmetinə daxil olan mühüm xüsusatlardır və ittiham tərəfindən inandırıcı şəkildə sübuta yetirilməli idi. Lakin, cinayət işinin materiallarından görünür ki, cinayət prosesində Məhkum narkotik vasitəni Elnur Saruxanovdan satış məqsədi ilə əldə etməsini, daşımasını və həmin narkotik vasitədən 0,360 qramını F satmasını təsdiq edən sübutlar əldə edilməmişdir. Əksinə - iş üzrə dindirilmiş şahid X4 göstərdikləri ilə uyğunluq təşkil edən ifadə verməklə onu təsdiq etmişdir ki, Məhku m hazrki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hadisədə özünün (müstəqil) marağı olan subyekt rolunda olmamış, o, öz istehlakı üçün narkotik vasitə əldə etmək istədiyindən bu işə Məhkum cəlb etmiş və Kərimxanov onun xahişinə uyğun hərəkət edərək narkotik vasitəni əldə etmiş və gətirib ona vermişdir. İş üzrə dindirilmiş digər şahidlərin - X12, X18, X9, X2, X10, X5, X16 ifadələri, eləcə də kassasiya protestində istinad olunan X29 Kərimxanova pul verməsi xüsuatı ilə də həmin hal, yəni Məhkum narkotik vasitəni əldə etmək istəyən F tərəfində onun mənafeyi üçün hərəkət etməsi təkzib edilməmişdir (apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Fədai Həsənov pulu Məhkum mükafat və yola sərf etdiyi vəsaitin əvəzi kimi vermişdir). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xx 2011- ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 11-ci bəndində isə izah olunmuşdur ki, sözügedən vəziyyətlərdə əməlin düzgün tövsifi üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi, yəni təqsirkarın narkotik vasitəyə dair hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etməsinin, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsinin, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Plenumun hüquqi mövqeyinə görə belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq e dilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə heyəti dövlət ittihamçısının Məhkum F xahişi ilə hərəkət etməsi xüsusatına həsr olunmuş dəlilləri (kassasiya protestində F həmin xahişini ona narkotik vasitə satmaq təklifi kimi qiymətləndirməsi) ilə razılaşmır. Kassasiya protestində istinad edilən F narkotik vasitəni Məhkum götürdükdən sonra ona pul verməsi xüsusatına gəldikdə, məhkəmə heyəti aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası ona diqqəti cəlb etməyi lazım bilir ki, narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bil inən şəxsin əməlində satış məqsədinin olubolmamasının, onun nakotik vasitəni başqasına verməsinin narkotik vasitənin satışı kimi çıxış edib-etməməsinin müəyyənləşdirilməsi üçün şübhəlinin maddi mənfəət əldə etməsinin və yaxud belə mənfəət əldə etmək məqsədini güdüb-güdməməsinin həlledici əhəmiyyəti yoxdur. Şəxs hər hansı bir maddi xarakterli əvəz əldə etmək məqsədi güdmədən də narkotik vasitəni başqa şəxsə verməklə yayırsa və yaxud yaymaq məqsədi ilə əldə edir, saxlayır və daşıyırsa – bu hallar (cinayət tərkibinin digər zəruri əlamətləri müəyyən oldunduğu təqdirdə) müvafiq olaraq narkotik vasitəni satma və yaxud narkotik vasitəni satmaq məqsədi ilə əldə etmə, saxlama, daşıma kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd olunan aspektdən deyil, narkotik vasitə ilə əlaqəda r Məhkumla F arasında yaranmış münasibətlərin həqiqi xarakterinin müəyyənləşdirilməsi zərurətindən çıxış edərək F Məhkum pul verməsi xüsusatını qiymətləndirir. Bununa əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə olduğu kimi bir neçə şəxs (yəni, qrup) əvəlcədən satış məqsədi güdmədən narkotik vasitənin əldə edilməsi barədə razılığa gəldikdə, bu razılığa və rolların bölüşdürülməsinə uyğun olaraq narkotik vasitəni qrupun üzvlərinin biri əldə etdikdə belə, həmin andan narkotik vasitə bütöv qrup, o cümlədən əldə edilmə hərəkətində bilavasitə iştirak etməyən qrupun üzvü tərəfindən də əldə edilmiş sayılır (bu zaman narkotik vasitənin bütöv qrupun və yaxud üzvlərdən birinin istifadəsi üçün nəzərdə tutulması əhəmiyyət kəsb etmir). Ona görə də, narkotik vasitəni bilavasitə əldə etmiş qrup un üzvünün hadisənin sonrakı gedişatında narkotik vasitəni gətirib (daşıyaraq) qrupun digər üzvünə (üzvlərinə) verməsi narkotik vasitənin qrupun həmin üzvü (üzvləri) tərəfindən əldə edilməsi, eynilə narkotik vasitənin onu bilavasitə əldə edən tərəfindən həmin şəxslərə satılması kimi qiymətləndirilə bilməz. Çünki, əks halda narkotik vasitəni artıq qrupun tərkibində olmaqla əldə etmiş şəxs (sahib) yenidən (ikinci dəfə), həm də hüquqi anlamda özü-özündən narkotik vasitəni əldə etmiş şəxs kimi qiymətləndirilmiş olacaqdır. Bu səbəbdən də, narkotik vasitənin bilavasitə əldə edilməsində iştirak etməyən qrupun üzvünün narkotiki ona gətirib verən qrupun digər üzvünə (faktiki əldə edənə) hər hansı məbləğdə pul, başqa maddi neməti verməsi, cinayət-hüquqi məna kəsb etməyərək, qrupun üzvünün xidmətin in qiymətləndirilməsi, oynadığı rola görə mükafatlandırılması kimi çıxış edir və bütöv qrup tərəfindən narkotik vasitənin əldə edilməsi hadisəsini süni şəkildə parçalayıb narkotik vasitəni qrup adından əldə edərək digər üzvə çatdıranı – narkotik vasitəni satan kimi, narkotik vasitəni ondan götürən qrupun üzvünü isə narkotik vasitəni həmin şəxsdən əldə edən kimi qiymətləndirməyə əsas vermir. Bu mülahizələrə söykənərək, məhkəmə kollegiyası dövlət ittihamçısının X29 Kərimxanova pul verməsi xüsusatının təfsiri üzrə mövqeyi (Məhkum pulun verilməsi faktını onun narkotik vasitəni F satmasına dəlalət edən hal kimi qiymətləndirməsi) ilə razılaşmır. Təsvir olunanlara görə, apellyasiya məhkəməsinin Məhkum narkotik vasitəni öz istehlakı üçün əldə edən F mənafeyi naminə hərəkət etməsindən, habelə Azərb aycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş İ Siyahıya əsasən Məhkum əldə etdiyi narkotik vasitənin şəxsi istehlak miqdarından - 5 qram və ondan artıq olmamasından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məsuliyyətin yaranması üçün zəruri sayılan satış məqsədinin və narkotik vasitəni satmaq kimi xüsusatın, yəni istər həmin, istərsə də CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmaması haqqında qənaətə gəlməsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş həmin hala istinad edərək Məhkum bəraət verməsi əsassız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə heyəti baxılan işdə bəraət hökmünün ləğvinə səbəb ola biləcək Azərbaycan Respublika sı CPM-in 416.0-cı maddəsində göstərilən hallardan hər hansı birini, o cümlədən kassasiya protestində qeyd edilən pozuntuları müəyyən etmir və bu səbəbdən həmin müraciətin təmin edilməsini mümkün saymır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xx2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx x
Məhkəmə qərarları › İş №1(102)-866/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-866/2018
31.05.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver