Məhkəmə qərarları › İş №1(102)-866/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-866/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-866/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim X12) 13 oktyabr 2021-ci il tarixli hökmü ilə xx.xx.1960-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, İnsan Hüquqlarının Müdafiəsi və X1 Sabunçu rayon Mərkəzinin sədri işləyən, ünvan 1 ünvanında qeydiyyatda olub ünvan 2 ünvanında yaşamış Məhkum Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş və CM-in 178.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi xidmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə, 02 (iki) il 03(üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 320.2-ci maddəsinə əsasən qazancının 20 faizi miqdarında dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. CM-in 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə nisbəti ilə hesablanaraq alınan 06(altı) ay azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 66.2-ci və 66.4-cü maddəl ərinə əsasən ona təyin olunmuş əsas cəzaları qismən və əlavə cəzanı tam toplamaq yolu ilə üzərində qəti olaraq, ona 02(iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi xidmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə 02 (iki) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmiş, cəzasının əvvəli onun Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Məhkum üzərinə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanındakı yaşayış yerini hər gün saat 24-00- dən 06-00dək tərk etməmək; habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karanti n rejimlərinə riayət edilməsi ilə bağlı X4 tövsiyyələrinə və Nazirlər Kabineti yanında operativ qərəargahın qərarlarına əməl etmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməmişdir. Barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X5 ibarət tərkibdə) 10 dekabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayəti təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-69/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli hökmü zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3- cü maddəsi ilə 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi xidmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas cəzaları qismən və əlavə cəzanı tam toplamaq yolu ilə üzərində qəti olaraq, ona 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi xidmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum cəzasını ümumi rejimli cəza çək mə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli hazırki qərar elan edildiyi gündən, yəni 10 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkum barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri "həbs”qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Qərarın icrası Bakı İstintaq Təcridxanasına həvalə edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinini hökmünə əsasən Məhkum 2019-cu ilin aprel ayının əvvəllərində cinayətdən xəbərsiz olan tanışı Şahid2 vasitəsilə Neftçala rayon sakini Zərərçəkmiş şəxs ilə tanış olaraq həmin ilin aprel ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Bakı metropoliteninin Qara Qarayev metrostansiyasının yaxınlığında görüşləri zamanı sonuncunun cavabdeh qismində olduğu mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verdiyini öyrəndikdən sonra qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirmək məqsədilə özünün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, habelə "İnsan Hüquqlarının Müdafiəsi və X1 Sabunçu rayon Mərkəzi”nin sədri vəzifəsində işləməsini və Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil etmək, həmçinin məhkəmə üzrə zəruri olan sənədləri hazırlamaq üçün 1.000 (min) manat məbləğində pul lazım olduğunu bildirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs ondan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmasını təsdiq edən vəsiqəsini təqdim e tməsini xahiş etdikdə, vəsiqəsinin üzərində olmadığını bildirərək həqiqətən həmin Kollegiyanın üzvü olduğunu bildirib Zərərçəkmiş şəxs inandıraraq sonuncunun razılığını alaraq, həmin niyyətlə 12 may 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən Bakı metropoliteninin N.Nərimanov metrosunun yaxınlığında Zərərçəkmiş şəxs əri Şahid1 ilə görüşərək ondan 1.000 (min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş, həmin cinayət əməlini gizlətmək və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə guya əldə etdiyi həmin pul vəsaitinin məhkəməyə aid olan sənədləri hazırladığına görə qəbul etməsi görüntüsü yaratmaq üçün həmin tarixdə əlyazma ilə qeyd olunan məzmunda qəbz yazıb imzalayara q Şahid1 təqdim edib, bundan sonra 15 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllədə yerləşən Azərbaycan Respublikasının Ali Məhkəmənin inzibati binasının qarşısında görüşərək sonuncunun guya Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin mülki iş üzrə keçirilən məhkəmə iclasında iştirak etməsinə ehtiyac olmadığını, qərarın onun xeyrinə çıxacağını yalandan bildirib, Zərərçəkmiş şəxs onun faktiki olaraq məhkəmədə iştirakı ilə əlaqədar yalan danışmasını ifşa etməsinin qarşısını alıb, həmin vaxtdan 10 gün sonra, yəni 2019-cu ilin may ayının sonlarında Zərərçəkmiş şəxs ilə yenidən Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasının qarşısında görüşərək həmin Məhkəmənin Mülki kollegiyasının sonuncunun şikayətinin təmin e dilməməsi barədə 15 may 2019-cu il tarixli, 2(102)-3632/2019 nömrəli qərarını ona təqdim edərək özünü inandırmaq üçün aldığı pulu geri qaytarmasını yalandan təklif etmiş, Zərərçəkmiş şəxs buna razı olmadıqda özünə olan inam və etibarı daha da möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun guya Zərərçəkmiş şəxs xeyrinə qərar qəbul edəcəyini yalandan vəd edərək, həmin qərar çıxarıldıqdan sonra ona əlavə olaraq da hörmət edəcəyini təklif etməklə sonuncunun razılığını alıb, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 may 2019cu il tarixli, 2(102)-3632/2019 nömrəli qərarından əlavə kassasiya qaydasında şikayət vermədiyi halda bundan sonra Zərərçəkmiş şəxs ilə aralarında bir neçə dəfə telefon danışıqları apararaq guya Azərbaycan Respublikası Ali M əhkəməsinin Plenumu tərəfindən həmin Məhkəmənin Mülki kollegiyasının 15 may 2019-cu il tarixli, 2(102)-3632/2019 nömrəli qərarının ləğv edildiyini yalandan bildirərərək qısa müddətdə həmin qərarın surətini, həmçinin "WhatsApp” tətbiqetməsi vasitəsi ilə də şəklini çəkib Zərərçəkmiş şəxs göndərəcəyini bildirərək, tamah niyyəti ilə hüquq verən rəsmi sənəd hesab olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarını istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlamaq məqsədilə 2019-cu ilin iyul- avqust aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və şəraitdə hüquqi məsələlərlə bağlı nümayəndəlik etdiyi ünvan 3 ünvanında yerləşən şəxsi ofisində olan kompüterdə X8 cavabdeh Zərərçəkmiş şəxs qarşı qızıl- zinət əşyaları və pul tələbinə dair iddiasına dair mülki iş üzrə Azərbaycan Respu blikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 may 2019-cu il tarixli 2(102)3632/2019 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Mülki-Prosessual Məcəlləsinin 424.1 və 429-cumaddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməsi və işin Azərbaycan Respublikasının Mülki-Prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması, bu işlə əlaqədar X8 Zərərçəkmiş şəxs qızma qarşı pul və zinət əşyalarının alınmasının müəyyən edilməsinə dair iddia ərizəsi ilə bağlı çıxarılmış məhkəmə qərarları və qətnamələrin ləğv edilməsi, icra olunmaması məzmununda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumununun 24 iyun 2019- cu il tarixli qərarını tərtib edib istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi X6 Azərbaycan Respublikası CM-nin 126.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının elektron imza ilə təsdiq edilmiş 1(102)- 800/2019 nömrəli, 19 iyun 2019-cu il tarixli qərarına aid barkodun təsvirini müvafiq qrafik proqram təminatından istifadə etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun adından tərtib etdiyi 24 iyun 2019-cu il tarixli qərarın səhifələrinin müvafiq hissələrinə çap qurğusu (printer) vasitəsilə kağız daşıyıcı üzərinə çap edərək hüquq verən rəsmi sənədi qanunsuz olaraq hazırladıqdan sonra həmin saxta rəsmi sənəddən istifadə etmək üçün 5 avqust 2019-cu ildə həmin qərarın bir nüsxəsini diyircəkli qələmlə zərfin üzərində Zərərçəkmiş şəxs adı, soyadı, ata adı və Neftçala şəhəri, Bankə qəsəbəsi, X21əsi ev 51 ünvanını şəxsən yazıb 5 avqust 2019-cu il tarixdə SS603491764AZ saylı sifarişli məktubla Ali Məhkəmənin adından ünvan 5 ünvanında yerləşən 1 saylı poçt filialının 25 saylı poçt şöbəsi vasitəsi ilə sonuncunun ünvanına göndərərək bilə-bilə saxta sənəddən istifadə etmiş, daha sonra, Zərərçəkmiş şəxs onunla bir neçə dəfə telefon əlaqəsi saxlayaraq işin icraya yönəldiyini, Neftçala rayon İcra və Probasiya şöbəsindən onu çağırdıqlarını, Plenum qərarının hələ də həmin şöbəyə getmədiyini, qərarının göndərilməsini tələb etdikdən sonra o, qanunsuz olaraq hazırladığı sənəddən təkrarən istifadə etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu Qərarının bir nüsxəsini də 24 fevral 2020- cu il tarixdə SS627338221AZ saylı sifarişli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin adından həmin ünvanda yerlə şən 3 saylı poçt filialının 34 saylı poçt şöbəsi vasitəsi ilə Neftçala rayon İcra və Probasiya şöbəsinə göndərərək bilə-bilə saxta sənəddən təkrarən istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə istintaqə zamanı tərəfindən verilmiş vəsatətlər təmin edilməmişdir. Onun əməlinə CM-in 178-ci maddəsinin tətbiq edilməsi özü ədalətsizlikdir. O, zərərçəkən şəxslə tanış olanda heç bir vəzifə daşımamış və müqavilə bağlayaraq 1000 manat pul almış və xidmət göstərmişdir. Lakin 2020-ci ilin yanvar-fevral ayında zərərçəkmiş şəxsin qanunazidd təklifindən imtina etdiyi üçün pulunu geri tələb etmiş və o, həmin pulu qaytarmışdır. Pulu almaqda niyyəti zərərçəkmiş şəxsi aldatmaq deyil, ona kömək etmək olmuşdur. Cinayət işinə əlavə edil ən saxta qərarın hazırlanmasından xəbəri yoxdur. 63 yaşı var, xəstəliklərdən əziyyət çəkir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilməsi və daha yüngül cəza təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründü yü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinməsi və əməlində cinayət tərkibinin olm aması mübahisələndirilir və eyni zamanda təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 3 97.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiy yətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə a lınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət ye tirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz v ə işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.2.3, 320.1 və 320. 2-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş: Məhkəmə-xətşünaslıq ekspertizasının 17 sentyabr 2020-ci il tarixli, 4/603 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, zərfin üzərində ‘‘Quluzadə X7 şəhəri Bankə qəs. X21. Ev 51” yazıları, üzərində "Qəbz. Mən, Məhkum, Şahid1 məhkəməyə aid olan sənədlərin hazırlanması üçün 1000 manat pul aldım. İmza Məhkum xx.xx.2019 il” sözlər olan qəb zin kserosurətində əks olunmuş yazılar və "Qəniyev Ə” yazısı qarşısında əks olunmuş imza - Məhkum tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş zərfin kserosurətində əks olunmuş "Az- Res- nın Ali Məhkəməsi AZ 1025 X15 rayon icra və probasiya şöbəsinin rəisi” yazılar - Məhkum tərəfindən yox, Şahid1 tərəfindən yox, Zərərçəkmiş şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə-fonoskopik ekspertizasının 17 sentyabr 2020-ci il tarixli, 4/601 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlar 1 nəfər kişi və 1 nəfər qadın cinsinə məxsus şəxs tərəfindən aparılmışdır. Həmin danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində "K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Məhkum məxsusdur. Danışıqla rda montaj əlamətləri müəyyən olunmamışdır. Zərərçəkmiş şəxs Məhkum ilə üzləşdirmədən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq edərək 2019-cu ilin aprel ayında onunla Bakı şəhərində Qara Qarayev metrostansiyası yaxınlığında görüşdüyünü, Məhkum özünü vəkil kimi təqdim etdiyini, vəsiqəsini tələb etdikdə isə vəsiqəsinin yanında olmadığını dediyini, bundan sonra artıq kassasiya şikayəti verdiyini bildirdiyini, orada Məhkum ona kassasiya şikayətinin təmin olunmasını təmin edə biləcəyini, məhkəmədə onu təmsil etmək üçün 1000 manat pul lazım olduğunu dediyini bildirmiş, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 iyun 2019cu il tarixli saxta qərarını istifadəsində olan ********** saylı mobil nömrədə işlətdiyi "WHATSAPP” proqram tətbiqetməsinə şəkl ini çəkərək göndərdiyini, həmin qərarı onun ünvanına və Neftçala rayon İcra və Probasiya şöbəsinə də Məhkum göndərdiyini bildirmişdir. SS603491764AZ sifariş nömrəli zərfdən görünür ki, üzərində Zərərçəkmiş şəxs və Neftçala şəhəri, Bankə qəsəbəsi, X21əsi, ev 61 ünvanı yazılmış, həmçinin "Azərpoçt” MMC-yə aid üzərində 05-08- 2019 rəqəmləri həkk edilmiş möhür vurulmuş, zərfin arxasında isə 2 ədəd "Azərpoçt” MMC-yə aid, hər ikisinin üzərində xx-xx-2019 rəqəmləri həkk edilmiş möhürlər vurulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3632/2019 nömrəli, 15 may 2019-cu il tarixli qərarından görünür ki, cavabdeh Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 dekabr 2018-ci il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılmışdır. SS627338221AZ sifariş nömrəli zərfin surətindən görünür ki, üzərində Azərbaycan Respublikasının Ali Məhkəməsinin adından Şirin Bayramova və Neftçala rayon İcra və Probasiya şöbəsinin rəisinə sözləri yazılmş, həmçinin "xxxx" MMC-yə aid üzərində 24- 022020 rəqəmləri həkk edilmiş möhür vurulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Neftçala rayon icra və Probasiya şöbəsinə ünvanladığı 3M-2117 nömrəli, 18 may 2020-ci il tarixli məktubundan görünür ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli 2(102)-3632/2019 saylı qərarından iş üzrə cavabdeh Zərərçəkmiş şəxs tərəfindən əlavə kassasiya qaydasında şikayət verilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 iyun 2019-cu il tarixli qərarı saxtadır. 12 may 2019-cu il ta rixli qəbzdən görünür ki, Məhkum Şahid1 məhkəməyə aid olan sənədlərin hazırlanması üçün 1.000 manat pul alaraq öz şəxsi imzasını çəkmişdir. Azərbaycan Respublikası Vəkillər X2 685 nömrəli, 28 iyul 2020-ci il tarixli məktubundan görünür ki, Məhkum adlı şəxs hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü deyildir və əvvəllər də olmamışdır. “Azərpoçt" MMC-nin 4-11-1-17/2873 nömrəli, 28 iyul 2020ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən 3 saylı poçt filialının 34 saylı poçt şöbəsi vasitəsi ilə Neftçala rayon İcra və Probasiya şöbəsinə, Şirin Bayramova ünvanlanmış xx.xx.2020 tarixli SS627338221AZ saylı sifarişli məktub xx.xx.2020 tarixində X13 Müştəri Xidmətləri şöbəsi tərəfindən Neftçala rayon İcra və Probasiya şöbəsinə təhvil veril mişdir, həmçinin məktuba əlavə edilmiş məlumatdan görünür ki, ünvan 10 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs adına Ali Məhkəmənin adından xx.xx.2019-cu il tarixli SS603491764AZ saylı sifarişli məktub xx.xx.2019-cu il tarixində təhvil verilmişdir. Apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam aydınlaşdırılmış, Məhkum tərəfindən cinayət əməlinin törədilməsi məhkumun özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxs və şahidlər ifadələri, istintaq və məhkəmə hərəkətləri nin protokolları və işin digər obyektiv halları ilə təsdiq olunmuş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli qiymət vermiş, məhkumun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə düzgün tövsif etmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-in 178.2.3-cü maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etmək lə törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altı nda könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Sözügedən qərarın 23-cü bəndində göstərilir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-in 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-in 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-in 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarına əsasən CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Məhkəmə kollegiyası qeyd edir ki, dələduzluğun şəxs tərəfindən öz qull uq mövqeyindən istifadə etməklə törədilməsi dedikdə, təqsirkarın tutduğu vəzifə ilə əlaqədar ona verilmiş səlahiyyətlərdən istifadə edərək özgənin əmlakını və ya əmlaka olan hüquqlarını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməsi başa düşülməlidir. Həmin ağırlaşdırıcı tərkib əlaməti o halda mövcud olacaqdır ki, təqsirkar zərərçəkmişi aldadarkən və ya onun etibarından sui-istifadə edərkən məhz öz qulluq mövqeyindən istifadə etmiş olsun. Nəzərdən keçirilən ağırlaşdırıcı tərkib əlamətilə dələduzluq yalnız dövlət hakimiyyəti və yerli idarəetmə orqanlarının vəzifəli şəxsləri deyil, həm də digər kateqoriyadan olan dövlət və ya bələdiyyə qulluqçuları tərəfindən törədilə bilər. CM-in: 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sə nədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. CM-in 320.1-ci maddəsində təsbit edilən cinayətin p redmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması CM-in həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər: - hüquq verə n və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəy işir. CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Subyektiv cəhətdən isə cinayət birbaşa qəsdlə törədilir. CM-in 320.1-ci maddəsinə görə, məqsəd (rəsmi sənəddən, dövlət təltifindən, ştampdan, möhürdən və blankdan istifadə etmək) cinayət tərkibinin zəruri əlamətidir və həmin əməllərin törədilməsində belə məqsəd olmazsa, bu cinayətin tərkibini yaratmır. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən görünür ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxs tərəfindən törədilən cinayət əməlinin mahiyyəti qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirərək dələduzluq etmək, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlamaqla həmin saxta rəsmi sənəddən bilə-bilə təkrarən qanunsuz istifadə etməkdən ibarət olmuşdur. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində məhkumun zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayət əməli törətməməsi, ona vəd verdiyi öhdəliyi yerinə yetirmək sahəsində müəyyən işlər görməsi, saxta sənəd hazırlamaması qeyd edilsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyekt iv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Belə ki, Məhkum Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirməklə dələduzluq etməməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının onun tərəfindən hazırlanmadığını, həmin qərarın Zərərçəkmiş şəxs ünvanına və Neftçala rayon İcra və Probasiya şöbəsinə onun tərəfindən göndərilmədiyini deməsi, həmçinin sonuncu ilə telefon danışı zamanı plenum qərarı deməsini, yeni açılmış iş üzrə şikayət olduqda şikayətçiyə məktub getməsi ilə izah edərək özünü təqsirli bilməməsini aşağı instansiya məhkəmələri tərəfindən düzgün olaraq zərərçəkmiş şəxs və şahid ifadələri və iş materiallarına əsasən özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirilmişdir. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin təl əblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum Cinayət Məcəlləsinin 178.2.3, 320.1 və 320.2-ci maddələri ilə düzgün olaraq təqsirli bilinmişd ir. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Kassasiya şikayətinini məhkum edilmiş şəxsə təyin edilən cəzanın yüngülləşdirilməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki: Apellyasiya məhkəməsinin qənaətinə əsasən birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını, məhkumun şəxsiyyətini səciyyələndirən, habelə cəzanı yüngülləşdirən halları, yəni Məhkum əmə lini səmimi etiraf edib peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, həmçinin əməllərində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə aldığını qeyd edərək Məhkum barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlığın məhdudlaşdırılması cəzasını seçmişdir. Birinci instansiya məhkəməsi bu halları kifayət qədər nəzərə almadan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 320.1 və 320.2-ci maddələri ilə yüngüllüyünə görə açıq-aydın məhkumun şəxsiyyətinə, habelə onun cinayət törətməzdən əvvəl və sonrakı davranışına uyğun olmayan cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissə sinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Apellyasiya məhkəməsi yuxarıda sadalananları hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək, təqsirkarın şəxsiyyəti, cinayətin xarakterini və i ctimai təhlükəlilik dərəcəsini, habelə Məhkum hadisədən əvvəl və hadisədən sonrakı davranışını, zərər çəkmiş şəxslə barışıq əldə etməyə real cəhd göstərmədiyini, ona qarşı etinasız yanaşdığını nəzərə almaqla haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum yalnız azadlıqdan məhrum etmə cəzası çəkməklə islah oluna bilər. Apellyasiya məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin hazırki iş üzrə təyin etdiyi cəzanı qanuni və ədalətli hesab etməmiş və birinci instansiya məhkəməsinin hökmünü cəza təyini hissəsində dəyişdirərək məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrüb əsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyin i zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qey d etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinay ət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 178.2.3 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar