Məhkəmə qərarları › İş №1(102)-867/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-867/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-867/2021 29.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2, Məhkum2 və məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasın ın 23 avqust 2019-cu il tarixli qərarından Məhkum2 və məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim F.N.Mahmudov, hakimlər S.Ə.Əzizov və E.İ.Rüstəmov) 1(100)-17/2019 nömrəli 08 aprel 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1987-ci ildə Ermənistan Respublikasının Stepanovan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.1, 29,120.2.4, 29,120.2.10, 228.2.1 və 29,234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddə ləri ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29,234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum1 15 (on beş) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 15 (on beş) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaqla o, qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhru m etmə cəzasına məhkum edilmişdir. xx xxxxxxx 1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 Məhkum2 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4, 29,120.2.10 və 228.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 15 (on beş) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. İşin hal ları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum1 qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmiş, saxlamış, daşımış, başqasına vermiş, qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah, onun komplekt hissələrini, döyüş sursatı gəzdirmiş, bundan sonra həmin odlu silahlardan istifadə etməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə ümumi təhlükəli üsulla təkrar qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, həmçinin istintaq dövründə həbsdə saxlanıldığı müddətdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməyə cəhd etmişdir. Belə ki, o, 2005-ci ilin oktyabr – 2006-cı ilin fevral ayları ərzində 2 saylı Gəncə istintaq təcridxanasında on unla eyni vaxtda həbsdə saxlanılmış X13 barəsində sonuncunu nüfuzdan salan məlumatlar yayması səbəbindən təxminən 2017-ci ilin aprel may aylarında Qurban Qurbanovun onu aralarında yaranmış mübahisəni danışıq yolu ilə həll etmək adı ilə Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən “İbrahimin çayçısı” deyilən çayxanaya çağıraraq orada döyməsinə görə Qurban Qurbanovu qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün həmin gündən Qurban Qurbanovu müxtəlif vaxtlarda təqib etsə də əlverişli məqam əldə edə bilməmiş, sonuncu dəfə Rusiya Federasiyasında olarkən onunla Qurban Qurbanov arasındakı ədavətdən kifayət qədər məlumatlı olan dostu Məhkum2 Qurban Qurbanovu qəsdən öldürmək niyyəti barədə məlumatlandıraraq həmin cinayəti Məhkum2 da iştirakı ilə bir qrup şəxs halında odlu silahlardan atəş açmaqla törətməyi təklif edib Məhkum2 razılıq aldıqdan sonra 20 oktyabr 2017-ci il tarixdə Rusiya Federasiyasından Gürcüstan Respublikasına gəlib qabaqcadan danışıb razılaşmalarına əsasən onu orada gözləyən Məhkum2 ilə görüşərək birlikdə Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsindən ölkəyə daxil olub Gəncə şəhərinə gəlmiş, Qurban Qurbanovun yerini özü müəyyən edəndən sonra Məhkum2 bu barədə xəbər verəcəyi, Məhkum2 da onun olduğu yerə gələrək birlikdə Qurban Qurbanovu odlu silahlardan atəş açmaqla qəsdən öldürəcəkləri barədə Məhkum2 ilə qabaqcadan danışıb razılaşdıqdan sonra Qurban Qurbanovun yerini müəyyən etmək üçün 25 oktyabr 2017-ci il tarixdə saat 19 radələrində onun Qurban Qurbanovu qəsdən öldürmək niyyətindən xəbərsiz olan, fərdi qaydada taksilik fə aliyyəti ilə məşğul olan tanışı X14 görüşə çağırıb sonuncunun idarə etdiyi avtomobilin qabaq sərnişin oturacağında əyləşdikdən sonra əynindəki gödəkçənin qabaq dəmir sepini açaraq oradan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib saxlamaqla üzərində gəzdirdiyi bir ədəd 9 mm kalibrli “Makarov” (“PM”) konstruksiyalı, 1581 №-li, atəş açmaq üçün yararlı, odlu silah hesab edilən yarımavtomatik tapança, həmin tapançanın komplekt hissəsi olan bir ədəd sandıqca və səkkiz ədəd 9 mm kalibrli patronu, bir ədəd 16 mm kalibrli, «B» modelli, detalları zavod üsulu ilə hazırlanmış, eyni modeldən olan lakin müxtəlif - 134404-55 №, 24697 № və 74146-54 №-li silahlardan komplektləşdirilmiş, sonradan lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş, xarici çaxmaqlı, qoşalüləli, hər iki lüləsindən atəş açmaq üçün yararlı, odlu silah hesab edilən yivsiz odlu ov tüfənginin kəsiyi, həmin tüfəng üçün iki ədəd 16 mm kalibrli patronu sellofan torbaya bükülmüş vəziyyətdə çıxarıb öz oturduğu oturacağın ayaqaltısına qoyub daşımış və əvvəlcə Kərim Qasımovun idarə etdiyi avtomobili Qurban Qurbanovun yaşadığı Gəncə şəhəri Poçt qəsəbəsinə sürdürüb Kərim Qasımovun orada yerləşən müxtəlif çayxanalara daxil olaraq Qurban Qurbanovun həmin çayxanalarda olub-olmadığını yoxlaması yolu ilə, sonra isə onun cinayətkar niyyətindən və avtomobildə sellofan torbaya bükülmüş vəziyyətdə olan silahlardan xəbərsiz olan X22 Qurbanovu az tanıması səbəbindən diqqətindən yayındırmış ola biləcəyini zənn edərək həmin gün saat 21 radələrində Kərim Qasımov ilə birlikdə Qurb an Qurbanovu əyani olaraq daha yaxşı tanıyan digər tanışı X15 ilə görüşüb öz cinayətkar niyyətini Fərrux Qasımovdan da gizlədərək Kərim Qasımovun idarə etdiyi avtomobili yenidən Qurban Qurbanovun yaşadığı Gəncə şəhəri Poçt qəsəbəsinə sürdürüb bu dəfə onun cinayətkar niyyətindən və avtomobildə sellofan torbaya bükülmüş vəziyyətdə olan silahlardan xəbərsiz olan Fərrux Qasımovun orada yerləşən müxtəlif çayxanalara daxil olaraq Qurban Qurbanovun həmin çayxanalarda olub-olmadığını yoxlaması yolu ilə axtarmış, X27 qəsəbəsində yerləşən çayxanalarda tapa bilmədikdən sonra həmin gün saat 21:30 radələrində Kərim Qasımovun idarə etdiyi avtomobili Gəncə şəhəri H.Əliyev prospekti 185 ünvanında yerləşən “Miraj” çay evinin qarşısına sürdürmüş, Kərim Qasımov ilə “Miraj” çay evinin qarşısında avtomobilin i çində gözlədiyi vaxt Fərrux Qasımovun həmin çay evindən çıxıb gələrək Qurban Qurbanovun birinci masa ətrafında tanışları ilə əyləşib söhbət etdiyini bildirməsindən sonra Məhkum2 ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb Qurban Qurbanovun yerini tapdığını Məhkum2 bildirmiş, Məhkum2 oraya gəldikdən sonra qabaqcadan razılaşmalarına əsasən Qurban Qurbanovu qəsdən birlikdə öldürmək məqsədilə “Miraj” çay evində Qurban Qurbanovdan başqa şəxslərin də olduğunu və seçdikləri odlu silahlardan atəş açmaqla Qurban Qurbanovu öldürmək üsulunun həmin kənar şəxslərin həyatı üçün də təhlükəli olduğunu dərk edib buna əhəmiyyət vermədən avtomobilin qabaq sərnişin oturacağının ayaqaltısı üzərindəki sellofan torbaya bükülmüş halda olan bir ədəd kəsilmiş yivsiz odlu ov tüfəngini və həmin tüfəng üçün iki ədəd p atronu qanunsuz olaraq Məhkum2 verib, bir ədəd “Makarov” (“PM”) konstruksiyalı tapançanı, həmin tapançanın komplekt hissəsi olan bir ədəd sandıqca və səkkiz ədəd patronu isə özü götürmüş, patronları sandıqçaya yerləşdirib sandıqçanı da tapançaya taxaraq qoruyucunu açıb tapançanın lülə qutusunun üst qapağını geriyə çəkərək buraxdıqdan sonra tapançanı atəş üçün tam hazır vəziyyətə gətirib sağ əlində tutaraq sağ əlini də əynindəki gödəkcəsinin iç tərəfinə salaraq tapançanı bu yolla, əynindəki gödəkcənin papağını başına geyinib sol əlini üzünə tutmaqla sifətini də bu yolla gizlətdikdən sonra eyni zamanda qoşalülə tüfəngin hər lüləsinə bir patronu qoyub tüfəngi atəş üçün tam hazır vəziyyətə gətirərək sellofan torbanın içinə qoyub tüfəngi bu yolla gizlədən Məhkum2 ilə birlikdə qabaqcadan əlbir o lan bir qrup şəxs halında qanunsuz olaraq həmin odlu silahları, komplekt hissə və döyüş sursatlarını üzərilərində gəzdirərək həmin gün saat 22 radələrində “Miraj” çay evinə daxil olub həmin vaxt tanışları Tural Əliyev və Vidadi Məmmədov ilə birlikdə birinci masa ətrafındakı divanda əyləşmiş Qurban Qurbanovun əyləşdiyi divana yaxınlaşaraq təxminən 1,5 metr məsafədən qəfildən sağ əlindəki tapançanı gödəkcəsinin iç tərəfindən çıxararaq həmin vaxt tapançadan atəş açılmasının Qurban Qurbanovun yanında əyləşmiş şəxslərin də həyatı üçün təhlükəli olduğunu dərk edib, həmin şəxsləri öldürə biləcəyindən ibarət ictimai təhlükəli nəticəni qabaqcadan görərək bunu arzu etməsə də şüurlu surətdə yol verib tapançanı Qurban Qurbanovun baş nahiyəsinə tuşlayaraq sonuncunu qəsdən öldürmək məqsədilə atəş açmaq üçün bir neçə dəfə tətiyi çəkmiş, atəş üçün hazır vəziyyətə gətirilmiş patronun yararsız olması səbəbindən atəşin açılmaması, Tural Əliyevin yumruq zərbələri ilə onun üzərinə hücum edib tapançanı onun əlindən yerə salaraq onunla əlbəyaxa olması, Qurban Qurbanovun üzərində gəzdirdiyi bir ədəd soyuq silah hesab edilən bıçaqla onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib ona müxtəlif dərəcəli xəsarətlər yetirməsi, habelə Qurban Qurbanovun tüfəngi atəşə hazır vəziyyətdə ona tuşlamış Məhkum2 hədəfindən sərt hərəkətlərlə əyilərək, Məhkum2 oturacaq tumba ataraq və mətbəx otağına qaçıb oradakı nəfəslik vasitəsilə hadisə yerindən qaçaraq yayınması, həmçinin Məhkum2 həmin vaxt tüfəngdən Qurban Qurbanova atəş açılmasının onunla əlbəyaxa olduğuna görə sonuncu ilə yanaşı onun da həyat ı üçün təhlükəli olduğunu dərk edib atəş üçün əlverişli fürsət axtarmasına baxmayaraq belə fürsət tapa bilməməsi səbəbindən Məhkum2 ilə birlikdə Qurban Qurbanovu ümumi təhlükəli üsulla qəsdən öldürməkdə, yəni qəsdən həyatdan məhrum etməkdə ifadə olunan cinayət əməlini başa çatdıra bilməyib, sonuncunu qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etmişdir. Bundan sonra o, Qurban Qurbanovun hadisə yerindən qaçmasına baxmayaraq Tural Əliyevin “Miraj” çay evinin içində onunla əlbəyaxa olmaqda davam edərək onu tutub buraxmadığına görə onların tapançanı tapmasını və hadisə yerindən uzaqlaşmasını ləngitdiyinə görə Tural Əliyevi qisas almaq üçün qəsdən öldürmək məqsədilə çay evinin çıxışında əlində atəşə hazır vəziyyətdə olan tüfənglə dayanmış Məhkum2 yan ına çağıraraq divan üzərində Tural Əliyevin başını sağ qolunun arasında sıxıb, öz bədəninin ağırlığını Tural Əliyevin bədəni üzərinə salaraq Tural Əliyevin müqavimətini qırmağa, özünü müdafiə etmə imkanını məhdudlaşdırmağa, bədənini atəş hədəfi üçün hərəkətsiz saxlamağa çalışıb öz bədənini isə hədəfdən yayındırmaq üçün nisbətən kənara çəkib Məhkum2 əlindəki tüfəngdən Tural Əliyevə atəş açaraq sonuncunu öldürməsini bildirmiş, Məhkum2 Tural Əliyevi qəsdən öldürmək məqsədilə bədəninin həyat üçün əyəmiyyətli olan döş qəfəs nahiyəsinin hədəf üçün açıqda qalan hissəsinə tüfəngdən təxminən iki metr məsafədən bir dəfə atəş açmasına baxmayaraq Məhkum2 həmin vaxt tüfəngdən Tural Əliyevə atəş açılmasının Tural Əliyev ilə yanaşı sonuncunu tutub saxladığına görə onun da həyatı üçün təhlükəli olduğunu d ərk edərək ehtiyat edib hədəfi dəqiq nişan ala bilməməsi nəticəsində patronun hədəfdən yayınaraq Tural Əliyevin döş qəfəsi nahiyəsindən təxminən 20-25 sm aralıda yerləşən mütəkkəyə dəyməsi, Tural Əliyevin onu buraxdıqdan sonra əyilərək divanın arxasında gizlənib özünü hədəfdən müdafiə etməsi, habelə Qurban Qurbanovu öldürmək planının puça çıxmasından, əksinə onun bədən xəsarətləri almasından, çox az zaman çərçivəsində həm tapançanın tapılmağının həm də yaxalanmamaq üçün hüquq mühafizə orqanlarının gəlişinə qədər hadisə yerini tərk etməyin mütləq vacibliyinin dərk edilməsindən yaranan güclü həyəcan və hadisə yerindən təcili uzaqlaşmağa məcbur olmaları səbəbindən Məhkum2 ilə birlikdə Tural Əliyevi qəsdən öldürməkdə, yəni qəsdən həyatdan məhrum etməkdə ifadə olunan cinayət əməlini başa çatdır a bilməyib bir qrup şəxs halında təkrar qəsdən adam öldürməyə cəhd etmişdir. Bundan başqa, o, istintaq dövründə 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılarkən tanışı X6 istintaqla müəyyən edilməyən telefon vasitəsi ilə onun üçün narkotik vasitə tapmasını xahiş etməsi nəticəsində Toğrul Əliyevin 06 noyabr 2017-ci il tarixdə Gəncə şəhəri Nizami rayonunda yerləşən “Köhnə Şəmkir” avtovağzalı adlanan yerin yaxınlığında mərhum X1 məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 2.322 qram narkotik vasitə olan heroin və 2.41 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananı sovqat şəklində aldığı xurmanın içərisində ayrı-ayrı bükümlərdə yerləşdirib həmin xurmanı da 02 dekabr 2017-ci il tarixdə Məhkum1 atası X8 narkotik vasitə barədə xəbəri olmadan onun üçün hazırladığı sovqatın içərisinə qoyduqdan sonra sonuncunun həmin sovqatları ona keçirmək istəyərkən sellofan torbadakı xurmanın içərisindən hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 0.418 qram, 0.409 qram, 0.391 qram, 0.389 qram, 0.366 qram, 0.349 qram olmaqla ümumi çəkisi 2.322 qram narkotik vasitə olan heroin və hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 0.49 qram, 0.41 qram, 0.38 qram, 0.32 qram, 0.31 qram, 0.28 qram, 0.22 qram olmaqla ümumi çəkisi 2.41 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananın 2 saylı İstintaq təcridxanasının nəzarətli buraxılış məntəqəsinin əməkdaşları tərəfindən aşkar edildiyinə görə iradəsindən asılı olmayan səbəblərdən satış məqsədi olmadan qanunsuz olaraq qeyd olunan narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməyə cəhd etmişdir. Məhkum2 qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmiş, daşımış, qanunsuz olaraq odlu silah saxlamış, başqasına vermiş, qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah, onun komplekt hissələrini, döyüş sursatı gəzdirmiş, bundan sonra həmin odlu silahlardan istifadə etməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə ümumi təhlükəli üsulla təkrar qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, təxminən 2017-ci ilin sentyabr-oktyabr aylarında Rusiya Federasiyasında olan dostu Məhkum1 onu 2014-cü ildə cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra 2005-ci ilin oktyabr – 2006-cı ilin fevral ayları ərzində 2 saylı Gəncə istintaq təcridxanasında həbsdə saxlanılarkən eyni vaxtda həmin istintaq təcridxanasında həbsdə saxlanılmış X13 barəsində son uncunu nüfuzdan salan məlumatlar yayması səbəbindən təxminən 2017-ci ilin aprel - may aylarında Qurban Qurbanov tərəfindən aralarında yaranmış mübahisəni danışıq yolu ilə həll etmək adı ilə Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən “İbrahimin çayçısı” deyilən çayxanaya çağırılaraq orada döyülməsinə görə Qurban Qurbanovu qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəldiyini bildirərək həmin cinayəti onun da birgə iştirakı ilə bir qrup şəxs halında odlu silahlardan atəş açmaqla törətmək barədə etdiyi təklifinə razılıq vermiş, bundan sonra 20 oktyabr 2017-ci il tarixdə Rusiya Federasiyasından Gürcüstan Respublikasına gələn Məhkum1 qabaqcadan danışıb razılaşmalarına əsasən orada qarşılayıb birlikdə Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsindən ölkəyə daxil olmuş, Məhkum1 Qurban Qurbanovun yerin i müəyyən edəndən sonra ona bu barədə xəbər verəcəyi, onun da Məhkum1 olduğu yerə gedərək birlikdə Qurban Qurbanovu odlu silahlardan atəş açmaqla qəsdən öldürəcəkləri barədə qabaqcadan Məhkum1 ilə danışıb razılaşmış, Məhkum1 25 oktyabr 2017-ci il tarixdə saat 21:30 radələrində ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək X18 şəhəri H.Əliyev prospekti 185 ünvanında yerləşən “Miraj” çay evində olduğunu və özünün də “Miraj” çay evi ilə üzbəüz, prospektin əks tərəfində yerləşən binaların arasında onu gözlədiyini bildirməsindən sonra həmin yerə gedərək Məhkum1 ilə görüşüb qabaqcadan razılaşmalarına əsasən Qurban Qurbanovu qəsdən öldürməkdə istifadə etmək üçün Məhkum1 ona verdiyi sellofan torbaya bükülmüş vəziyyətdə olan bir ədəd odlu s ilah hesab edilən 16 mm kalibrli, «B» modelli, detalları zavod üsulu ilə hazırlanmış, eyni modeldən olan lakin müxtəlif - 134404-55 №, 24697 № və 74146-54 № silahlardan komplektləşdirilmiş, sonradan lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş, xarici çaxmaqlı, qoşalüləli, hər iki lüləsindən atəş açmaq üçün yararlı, yivsiz odlu ov tüfənginin kəsiyini və həmin tüfəng üçün iki ədəd 16 mm kalibrli patronu qanunsuz olaraq əldə edib qoşalülə tüfəngin hər lüləsinə bir patronu qoymaqla tüfəngi atəş üçün tam hazır vəziyyətə gətirdikdən sonra yenidən sellofan torbanın içinə qoyub bu yolla gizlətmiş, həmin vaxt Məhkum1 ona məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib saxlamaqla üzərində gəzdirdiyi bir ədəd odlu silah hesab edilən 9 mm kalibrli “Maka rov” (“PM”) konstruksiyalı, 1581 №-li, atəş açmaq üçün yararlı, yarımavtomatik tapançanı, həmin tapançanın komplekt hissəsi olan bir ədəd sandıqcanı və səkkiz ədəd 9 mm kalibrli patronu götürərək patronları sandıqcaya yerləşdirib sandıqcanı da tapançaya taxaraq qoruyucunu açıb tapancanın lülə qutusunun üst qapağını geriyə çəkərək buraxdıqdan sonra tapancanı atəş üçün tam hazır vəziyyətə gətirib sağ əlində tutaraq sağ əlini də əynindəki gödəkçəsinin iç tərəfinə salaraq tapançanı bu yolla, əynindəki gödəkçənin papağını başına geyinib sol əlini üzünə tutmaqla sifətini də bu yolla gizlətməsindən sonra birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq həmin odlu silahları, komplekt hissə və döyüş sursatlarını üzərilərində gəzdirərək həmin vaxt “Miraj” çay evində Qurban Qurban ovdan başqa kənar şəxslərin də olduğunu və seçdikləri odlu silahlardan atəş açmaqla Qurban Qurbanovu öldürmək üsulunun həmin kənar şəxslərin həyatı üçün də təhlükəli olduğunu dərk edib buna əhəmiyyət vermədən qabaqcadan razılaşmalarına əsasən Qurban Qurbanovu qəsdən birlikdə öldürmək məqsədilə həmin gün saat 22 radələrində “Miraj” çay evinə daxil olub Məhkum1 ardınca tanışları X21 və X16 ilə birlikdə birinci masa ətrafındakı divanda əyləşən Qurban Qurbanovun əyləşdiyi divana yaxınlaşmış, Məhkum1 təxminən bir metr yarım məsafədən qəfildən sağ əlindəki tapançanı gödəkcəsinin iç tərəfindən çıxararaq həmin vaxt tapançadan atəş açılmasının Qurban Qurbanovun yanında əyləşmiş şəxslərin də həyatı üçün təhlükəli olduğunu dərk edib, həmin şəxsləri öldürə biləcəyindən ibarət ictimai təhlükəli nətic əni qabaqcadan görərək bunu arzu etməsə də şüurlu surətdə yol verib tapançanı Qurban Qurbanovun baş nahiyəsinə tuşlayaraq sonuncunu qəsdən öldürmək məqsədilə atəş açmaq üçün bir neçə dəfə tətiyi çəkməsinə baxmayaraq atəş üçün hazır vəziyyətə gətirilmiş patronun yararsız olması səbəbindən atəşin açılmadığını görüb Qurban Qurbanovu qəsdən öldürmək planını tüfəngdən atəş açmaqla tamamlamaq məqsədi ilə əlindəki sellofan torbada gizlətdiyi qoşalülə tüfəngi dərhal çıxararaq həmin vaxt tüfəngdən atəş açılmasının Qurban Qurbanovun yaxın ətrafında olan Tural Əliyevin və başqa şəxslərin də həyatı üçün təhlükəli olduğunu dərk edib, həmin şəxsləri öldürə biləcəyindən ibarət ictimai təhlükəli nəticəni qabaqcadan görərək bunu arzu etməsə də şüurlu surətdə yol verib ondan təxminən üç metr aralıda olan Qu rban Qurbanova tuşlayıb nişan alaraq atəş açmağa çalışmış, lakin Qurban Qurbanova atəş açılmasının Məhkum1 ilə əlbəyaxa olduğuna görə Qurban Qurbanov və kənar şəxslər ilə yanaşı həm də Məhkum1 həyatı üçün təhlükəli olduğunu dərk etdiyindən ehtiyat edib dəqiq nişan ala bilməməsi və atəş üçün əlverişli fürsət axtarmasına baxmayaraq Qurban Qurbanovun hədəfdən sərt hərəkətlərlə əyilərək, ona tərəf oturacaq tumba ataraq və mətbəx otağına qaçıb oradakı nəfəslik vasitəsilə hadisə yerindən qaçaraq yayındığına görə belə fürsət tapa bilməməsi, habelə Tural Əliyevin yumruq zərbələri ilə Məhkum1 üzərinə hücum edib tapançanı sonuncunun əlindən yerə salaraq Məhkum1la əlbəyaxa olması, Qurban Qurbanovun üzərində gəzdirdiyi bir ədəd soyuq silah hesab edilən bıçaqla Məhkum1 baş və bədəninin müxtəlif nahiyəl ərinə zərbələr endirib Məhkum1 müxtəlif dərəcəli xəsarətlər yetirməsi səbəbindən Məhkum1 ilə birlikdə Qurban Qurbanovu ümumi təhlükəli üsulla qəsdən öldürməkdə, yəni qəsdən həyatdan məhrum etməkdə ifadə olunan cinayət əməlini başa çatdıra bilməyib, sonuncunu qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etmişdir. Bundan sonra o, Qurban Qurbanovun hadisə yerindən qaçmasına baxmayaraq Tural Əliyevin “Miraj” çay evinin içində Məhkum1la əlbəyaxa olmaqda davam edərək Məhkum1 tutub buraxmadığı üçün onların tapançanı tapmasını və hadisə yerindən uzaqlaşmasını ləngitdiyinə görə Məhkum1 Tural Əliyevi qisas almaq üçün qəsdən öldürmək məqsədilə onu yanına çağıraraq divan üzərində Tural Əliyevin başını sağ qolunun arasında sıxıb, öz bədəninin ağırlığını Tural Əliyevin bədəni üzərinə salaraq Tural Əliyevin müqavimətini qırmağa, özünü müdafiə etmə imkanını məhdudlaşdırmağa, bədənini atəş hədəfi üçün hərəkətsiz saxlamağa çalışıb öz bədənini isə hədəfdən yayındırmaq üçün nisbətən kənara çəkib ona əlindəki tüfəngdən Tural Əliyevə atəş açaraq sonuncunu öldürməyi bildirməsindən sonra Tural Əliyevi qəsdən öldürmək məqsədilə tüfəngdən Tural Əliyevin bədəninin həyat üçün əyəmiyyətli olan döş qəfəs nahiyəsinin hədəf üçün açıqda qalan hissəsinə təxminən iki metr məsafədən bir dəfə atəş açmış, lakin həmin vaxt tüfəngdən Tural Əliyevə atəş açılmasının Tural Əliyev ilə yanaşı sonuncunu tutub saxladığına görə Məhkum1 da həyatı üçün təhlükəli olduğunu dərk edərək ehtiyat edib hədəfi dəqiq nişan ala bilməməsi nəticəsində patronun hədəfdən yayınaraq Tural Əliyev in döş qəfəsi nahiyəsindən təxminən 20-25 sm aralıda yerləşən mütəkkəyə dəyməsi, X31 Nəsirovu buraxdıqdan sonra divanın arxasında əyilərək gizlənib özünü hədəfdən müdafiə etməsi, habelə Qurban Qurbanovu öldürmək planının puça çıxmasından, əksinə Məhkum1 bədən xəsarətləri almasından, çox az zaman çərçivəsində həm tapancanın tapılmağının həm də yaxalanmamaq üçün hüquq mühafizə orqanlarının gəlişinə qədər hadisə yerini tərk etməyin mütləq vacibliyinin dərk edilməsindən yaranan güclü həyəcan və hadisə yerindən təcili uzaqlaşmağa məcbur olmaları səbəbindən Məhkum1 ilə birlikdə Tural Əliyevi qəsdən öldürməkdə, yəni qəsdən həyatdan məhrum etməkdə ifadə olunan cinayət əməlini başa çatdıra bilməyib bir qrup şəxs halında təkrar qəsdən adam öldürməyə cəhd etmişdir. Bundan başqa, o, Məhkum1 ilə birl ikdə hadisə yeri olan “Miraj” çay evindən çıxıb uzaqlaşmaq istəyərkən təsadüfən yoldan keçən Kəpəz RPİ-nin PPXT-nun polis nəfəri, polis serjantı X3 idarə etdiyi avtomobili dayandırıb həmin avtomobilin arxa sərnişin oturacaqlarına əyləşdikdən sonra yolboyu mülki geyim formasında olan sürücünün polis əməkdaşı olduğunu başa düşdükdən sonra Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Aura Park” ticarət mərkəzinin qarşısında avtomobil hərəkətdə ola-ola qapını açaraq özünü avtomobildən kənara tullayıb əvvəlcə oradan yaşadığı ünvan 6 ünvanına gələnə qədər Məhkum1 qanunsuz olaraq əldə etdiyi bir ədəd odlu silah hesab edilən yivsiz odlu ov tüfənginin kəsiyini və bir ədəd patronu qanunsuz olaraq daşımış, bir ədəd patronu yolboyu istintaqa məlum olmayan yerdə tulladıqdan sonra bir ədəd odlu silah h esab edilən tüfəngi qanunsuz olaraq yaşadığı binanın blokunda saxlamış, yaşadığı mənzilə daxil olub paltarlarını dəyişdikdən sonra həmin tüfəngi qanunsuz olaraq saxladığı yerdən götürüb oradan Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən “Bakı” çay evinin yaxınlığına qədər qanunsuz olaraq daşımaqda davam edərək həmin yerdə görüşdüyü tanışı X7 və sonuncunun tanışı X9 qanunsuz olaraq vermiş, bununla da qanunsuz olaraq odlu silah, döyüş sursatı daşımış, qanunsuz olaraq odlu silah saxlamış və başqasına vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Ş.Q.Rzaquliyev, hakimlər S.B.Hüseynov və A.V.Bayramov) 23 avqust 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum1 CM-i n 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə təyin edilmiş 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 14 (on dörd) il 06 (altı) aya endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona hökmlə CM-in 228.2.1 və 29,234.1-ci maddələri ilə təyin olunmuş cəzalar hazırkı qərarla CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə təyin edilmiş cəza ilə qismən toplamaqla Məhkum1 14 (on dörd) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən ona qərarla təyin edilmiş 14 (on dörd) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını qismən toplamaqla M əhkum1 qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə təyin edilmiş 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 14 (on dörd) ilə endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona hökmlə CM-in 228.2.1-ci maddəsi ilə təyin edilmiş cəza hazırkı qərarla CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə təyin edilmiş cəza ilə qismən toplamaqla Məhkum2 qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum1 müdafiəçisi X10 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkum2 və onun müdafiəçisi X11 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Apelyasiya instansiya sı məhkəməsinin qərarından məhkumlar Məhkum2 və Məhkum1 Mala oğlunun müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini, məhkumlar Məhkum1 və Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələrindən həmin Məcəllənin 221.3cü maddəsinə tövsif edilməsini, özlərini təqsirli bilindikləri digər maddələri ilə minimum həddə cəza təyin edilmələrini xahiş edir. Həmçinin apelyasiya instansiyası məhkəməsinin qərarından Məhkum2 verdiyi kassasiya şikayətində Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 avqust 2019-cu il tarixli qərarının dəyişdirilməsini və əməlinin CM-in 221 və 228-ci maddələrinə tövsif edilməsini və yüngül cəza təyin edilm əsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırır ki, məhkumların heç biri zərərçəkmiş şəxslər Qurban Qurbanovu və Tural Əliyevi öldürmək məqsədlərinin olmadığını bildirmişlər. Məhkəmələrin gəldiyi ittihamın əsasını sübutlar deyil, ehtimallar olmuşdur. Məhkəmələr Məhkum1 ilə Məhkum2 qeyd edilən cinayəti törətmək üçün razılığa gəlmələrini əsaslandırmamış, uzun müddət keçmiş davadan sonra Məhkum1 nəyə görə Q.Qurbanovun öldürmək istəməsini, bunun üçün Q.Qurbanovla heç bir tanışlığı olmayan Məhkum2 da bu işə cəlb etməsinin səbəbini aydınlaşdırmadan onları məhkum etmişdir. Halbuki, hər iki məhkum ifadələrində zərərçəkmişi öldürmək fikirlərinin olmadığını bildirmişlər. Məhkum1 Məhkum2 “mən Qurbanla s öhbəti aydınlaşdıracağam, sən məni qoruyarsan” deməsini məhkəmə onlar arasında Q.Qurbanovu öldürmək üçün razılaşma kimi qiymətləndirmiş, bu zaman Məhkum2 Məhkum1 “gedək səni qoruyaram, nəsə olsa qorxuzaram, amma atəş açası deyiləm” deməsinə isə məhkəmə heç bir hüquqi qiymət verməmişdir. Məhkəmələr Məhkum1 əlində tapança olduğu halda nə səbəbdən Qurban Qurbanovun oturduğu masaya 1,5 metrə qədər yaxınlaşmağına, onu “öldürmək üçün” yanında silahlı dostunun da olduğu halda çoxlu adamların toplaşdığı, kameraların da yerləşdiyi belə bir ictimai yer olan çayxanaya girərək Q.Qurbanovu öldürmək niyyətindən deyil, onu camaat içərisində qorxuzaraq alçaltmaq niyyətinin olmasına heç bir əhəmiyyət verməmişdir. Halbuki, onların belə bir fikri olsaydı bunu Q.Qurbanovun çay evindən çıxmasını gözləyərək çöl də, daha sakit və maniyəsiz bir yerdə edə bilərdilər. Hadisəni anbaan yaddaşa köçürən kamera görüntülərdən bunu təsdiq edir ki, Məhkum1 və Məhkum2 nə Q.Qurbanovu nə T.Əliyevi öldürmək fikirləri olmamışdır. Göründüyü kimi Məhkum1 Q.Qurbanovun oturmuş olduğu masaya 1,5 metr yaxınlaşaraq, gödəkcənin altında gizlətdiyi tapançanı çıxararkən, onun niyyətinin nədən ibarət olması həmin anda bilinmədiyi halda qarşı tərəfdən Q.Qurbanov tərəfindən bıçaq zərbələrinə və digər zərərçəkmiş T.Əliyev tərəfindən yumruq zərbələrinə məruz qaldığına görə tapançadan atəş açmaq məcburiyyətində qalır (onun niyyətinin onları qorxutmaq olduğu aşkar məlumdu). Lakin hazır vəziyyətə gətirmiş patronun yararsız olması səbəbindən atəşin açılmaması həmin atəşin istiqamətinin müəyyən etməyə imkan vermir. Ola bilər ki, həmi n atəş Q.Qurbanova deyil, onun oturmuş olduğu masanın üstündən istiqamətləndirilmiş olsun. Bunu nə istintaq orqanı, nə də məhkəmə müəyyən edə bilməz. Belə olan halda ölümə cəhd cinayətinin olması sübuta yetirilməmişdir. Əksinə həmin hadisə nəticəsindən Məhkum1 çoxsaylı bıçaq zərbələri almış, hətta həmin zərbələrdən biri ağır xəsarətə səbəb olmuşdur. Ov tüfəngindən açılan atəş nəticəsində patronda olan qırmalar yayılır və atəş açıldı istiqamətdə olan obyektlərə xəsarət yetirə bilir. Bütün bunlar onu bir daha göstərir ki, Məhkum2 T.Əliyevə atəş açarkən onu nişan almamış və onu öldürmək niyyəti olmamışdır. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırır ki, nə birinci instansiya, nədə apelyasiya instansiyası məhkəməsi işi düzgün, hərtərəfli və obyektiv öyrənməmiş, ibtidai istintaqın ədalətsi zliklə, özbaşınalıqla, qərəzli və ziddiyyətli qaydada gəldiyi nəticəyə uyğun hökm və qərar çıxarmışlar. Məhkəmələr zərərçəkmiş tərəflərlə tam barışığa gəlmələri, həmin barışığın Gəncə şəhəri 1 nömrəli Notariat Kontorunda təsdiq edilməsi və məhkəməyə təqdim edilməsi, himayəsində 2 azyaşlı uşağının, 71 yaşlı anasının, ailəsinin kimsəsiz olması yüngülləşdirici hal kimi nəzərə almamışdır. Bundan əlavə məhkum kassasiya şikayətində heç kimi öldürmək fikrinin olmamasını bildirmişdir, əgər bələ bir fikri olsa idi edərdi. Görüntülərdən görünür ki, o, atəşi divana atır, istəsə onu zərərçəkmiş şəxsə tərəf tuşlayıb atardı. O, hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-in 221 və 228-ci maddələrinə tövsif edilməli idi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Kassasiya şikayətlərinin başlıca dəlili məhkumlar Məhkum1 və Məhkum2 əməllərində Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə tövsif edilmələrinin qanunsuz və ə sassız olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə tövsif edilməsi üçün onların bilavasitə adam öldürməyə yönəldilmiş hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və təkrar törətdikləri tələb olunur. İş materiallarından görünür ki, Məhkum1 qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmiş, saxlamış, daşımış, başqasına vermiş, qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah, onun komplekt hissələrini, döyüş sursatı gəzdirmiş, bundan sonra həmin odlu silahlardan istifadə etməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə ümumi təhlükəli üsulla təkrar qəsdən adam öldür məyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, həmçinin istintaq dövründə həbsdə saxlanıldığı müddətdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməyə cəhd etmişdir. Həmçinin iş üzrə digər Məhkum2 da qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmiş, daşımış, qanunsuz olaraq odlu silah saxlamış, başqasına vermiş, qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah, onun komplekt hissələrini, döyüş sursatı gəzdirmiş, bundan sonra həmin odlu silahlardan istifadə etməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə ümumi təhlükəli üsulla təkrar qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hadisənin təfərrüatı və gedişatı hökm və qərarda geniş qeyd edilmişd ir və hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi, onların qəsdən adam öldürməyə cəhd etmələri Məhkum1 və Məhkum2 qismən etiraf edici ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmişlər və şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə-ballistik ekspertizalarının rəyləri, hadisə yerinə baxış protokolu, maddi sübutlar və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxslər Q.Z.Qurbanov və T.E.Əliyev göstərmişlər ki, təqsirləndirilən şəxs Məhkum1 digər müştərilərlə birlikdə kafedə oturan Q.Z.Qurbanova yaxınlaşıb əlində olan tapançanı sonuncuya tuşlayaraq tətiyi çəkmiş, tapança “çakq” eləsə də atəş açılmamış, Məhkum1 bir neçə dəfə tapançanın tətiyini çəksə də yenidən atəş açılmamışdır. Zərərçəkmiş şəxs T.E.Əliyev əlavə olaraq göstə rmişdir ki, Məhkum1 Q.Z.Qurbanova atəşi açması cəhd edən zaman o, E.N.Nəsirovun hərəkətlərinin qarşısını almaq üçün sonuncunu yumruqla vurmuş, tutub saxlamış və onlar yerə yıxılaraq süpürləşmişlər. Yerə yıxılandan sonra tapança məhkumın əlindən yerə düşmüşdür. Ayağa qalxandan sonra Qurbanın və onlarla birlikdə kafedə olmuş Vidadinin onun yanında olmadığını, Məhkum1la birlikdə kafeyə gələn Məhkum2 isə əlində olan qısa lüləli tüfəngi ona doğru tuşladığını görmüşdür. məhkumin silahdan atəş açıb onu vurmaq istədiyini başa düşmüş və məhkumdan çox aralamamaq üçün yenidən məhkumın üstünə hücum etmiş və ikisi də divanın üstünə yıxılmışlar. Həmin vaxt məhkum məhkuma “gəl getdik bu dəqiqə töküləşəcəylər” məhkum isə onu göstərib “buraxmır məni, bunu vur gedək” demişdir. Bundan sonra məhkum onlara yax ınlaşıb ona tərəf atəş açmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən də görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 çay evinə daxil olduqdan sonra Məhkum1 Q.Qurbanovun əyləşdiyi masaya yaxınlaşır və Q.Qurbanova təxminən bir metr yarım qalmış sağ əlini kurtkasının içindən çıxarıb Makarov tipli tapançanı Q.Qurbanova tuşlayır. Məhkum2 həmin vaxt altıncı masanın yanından zalın sütunu tərəf addımlayır və hələ sellofan torbanı əlində tutub saxlayır. Məhkum1 başında kapüşon, arxasını Q.Qurbanovun əyləşdiyi masaya tərəf çevirib yarıya qədər aşağı əyilərək gəldiyi istiqamətdə geri çəkilməyə çalışır, Məhkum2 sol əlindəki sellofan torbanı qaldırıb sağ əlini sellofan torbanın içinə salaraq tüfəngi çıxarmağa hazırlaşır. Məhkum2 isə tüfəngi Q.Qurbanovun olduğu səmtə tuşlayıb..... – Q.Qurbanov arxaya doğru döşəməyə tərəf səndələyir...... – Q.Qurbanov ona tərəf tüfəngi tuşlamış Məhkum2 tərəf oturacaq tumbanı ataraq mətbəx otağına tərəf qaçır. Məhkum2 isə əlindəki tüfəng ilə Q.Qurbanovu nişan almağa çalışır, sonra isə tüfəng ilə Q.Qurbanovun ardınca mətbəx otağının girişinə tərəf qaçır. Həmin vaxt Məhkum1 və T.Əliyev kənardakı insanlara məhəl qoymadan döşəmə üzərində əlbəyaxa olmaqda davam edirlər, daha sonra əvvəlcə Məhkum1 ayağa qalxır, kurtkası əynindən çıxır, daha sonra T.Əliyev ayağa qalxır və yenidən ikinci və üçüncü masaların yanında əlbəyaxa olub dalaşırlar. Məhkum2 Məhkum1 və T.Əliyevə yaxınlaşıb tüfəngi qaldıraraq Məhkum1 nisbətən sağ tərəfdən altında qalan T.Əliyevi nişan alır, Məhkum1 Məhkum2 tərəf baxır. Məhkum1 öz bədənini sol tərəfə, yəni pəncərəli divara tərəf dartıb T.Əliyevin üzərindən az da olsa da kənara çəkməyə nail olub bu yolla T.Əliyevin bədənini Məhkum2 üçün atəş hədəfinə salmağa imkan verir, bundan sonra Məhkum2 tüfəng ilə T.Əliyevə tərəf bir dəfə atəş açır və oradan kənarlaşıb yenidən pilləkənlərin başına gəlir. “Hadisə yerinə baxışın aparılması haqqında” 26.10.2017-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerində bir ədəd “Makarov” tipli tapança aşkar edildi. Tapançanın qoruyucusu açıqdır, sandıqça taxılı vəziyyətdədir. Baxış zamanı tapançanın sandıqçasında yeddi, tapançanın lüləsində bir ədəd patron aşkar olunmuş, lüləsində olan patronun kapsulu zədələnib. İşdə olan məhkəmə-ballistik, trasoloji, kimyəvi, soyuq silah ekspertizasının 26.12.2017-ci il tarixli 30309/30310/30311/30312 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Makarov” (“PM”) konstruksiyalı, 1581 №-li tapança saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş patronlardan 01 ədəd patronun pistonu üzərində odlu silahın vurucusunun təkrar təsirindən yaranmağa xarakterik olan batıq izi vardır. Göründüyü kimi, Məhkum1 əlindəki tapançanı zərərçəkmiş şəxs Qurban Qurbanovun üzərinə tuşlayıb atəş açmaq üçün tapançanın tətiyini çəkməsi lakin, patronun yarasız olması nəticəsində atəşin açılmaması özü özlüyündə Məhkum1 Qurban Qurbanovu qəsdən öldürmək istəməsini göstərir. Habelə Məhkum2 zərərçəkmiş şəxs Qurban Qurbanovun hadisə yerindən qaçmasına baxmayaraq, Tural Əliyevin “Miraj” çay evinin içində Məhkum1la əlbəyaxa olmaqda sonuncunu tutub buraxmadığına görə Məhkum1 göstərişinə əsasən əlindəki tüfəngdən Tural Əliyevə atəş açması özü özlüyündə Məhkum2 Tural Əliyevi qəsdən öldürmək istəməsi anlamına gəlir. Ona görə də məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxsləri öldürmək niyyətlərinin olmaması barədə kassasiya şikayətlərinin dəlilini əsaslı hesab etmir və bu səbəbdən nəticəyə gəlir ki, onların əməlləri xuliqanlıq kimi tövsif edilməsi üçün əsaslar yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 əməllərini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol v erilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilən sübutlarla müəyyən olunur ki, Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxslərin qəsdən öldürməsinə bilavasitə yönəldilmiş hərəkətlər etmiş, onlar bu əməlləri həm qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, həm ümumi təhlükəli üsulla, həm də təkrar törətmişlər. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, məhkəmələr tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri tövsif etmiş və onları həmin maddələr üzrə təqsir li bilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə cəza təyin edərkən cinayət qanunu normalarına riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxslərlə barışmalarını Azərbaycan Respublikası CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Bundan başqa, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 cinayəti odlu silahdan istifadə etməklə törətmələrini Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə istinadən cinayəti odlu silahdan istifadə etməklə törətməsini cəzanı ağırlaşdıran hal kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum1 və Məhkum2 cinayəti “PM” markalı tapançadan və ov tüfəngindən düzəldilmiş odlu silahdan atəş açmaqla törətmələri ümumi təhlükəli üsul kimi qiymətləndirilmiş və bu əlamətə görə onların əməlləri Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Göründüyü kimi, Məhkum1 və Məhkum2 cinayəti odlu silahdan istifadə etməklə törətmələri ümumi təhlükəli üsul kimi qiymətləndirilmiş və bu hal Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 cəza təyin edərkən təkrarən onların odlu silahdan istifadə edərkən törətmələri ağırlaşdıran hal kimi nəzərə alına bilməz və birinci instansiya məhkəməsi əsassız olaraq onların əməllərində cəzasını ağırlaşdıran halın olmasına dair nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların zərərçəkmiş şəxslərlə barışmalarını cəzanı yüngülləşdirən hal qismində nəzərə alsa da, Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə Məhkum1 14 il 6 ay müddətinə, Məhkum2 14 il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyin edərkən cəzanı yüngülləşdirən halların mövcüdluğu ilə əlaqədar cəzanın təyin edilməsi barədə cinayət qanunu normalarına riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələrində 14 ildən 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 63.4-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Qanunun bu norması na görə Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə cəza təyin edərkən yalnız müəyyən müddətdə azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddindən dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələrində müəyyən müddətdə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 20 il müəyyən edilmiş, 20 ilin dörddə üç hissəsi isə 15 il təşkil edir. Beləliklə, Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10cu maddələri ilə təyin oluna biləcək azad lıqdan məhrum etmə cəzasının yuxarı həddi 15 ildir. İş materiallarından da görünür ki, iş üzrə zərərçəkmiş şəxslərin hər ikisi də təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 şikayətçi deyillər və barışıq əldə etmişlər. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.12-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, təqsirləndirilən şəxs Məhkum1 və Məhkum2 Azər baycan Respublikası CM-nin 59.1.12-ci maddəsi ilə nəzərdə tutulmuş cəzalarını yüngülləşdirən halların mövcüdluğu ilə əlaqədar onlara Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə təyin edilə biləcək cəza 15 il müddətinin dörddə üçündən, yəni 11 il 3 aydan artıq ola bilməz. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkəmələr təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 cəza təyin edərkən onların başa çatmamış cinayətin törətmələrini və cəzanı yüngülləşdirən halların mövcüdluğunu nəzərə almayaraq cinayət qanunu normalarını düzgün tətbiq etməmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə təyin edilm iş azadlıqdan məhrum etmə cəzasının müddətinin 11 il 3 ayadək endirilməsini qanunauyğun hesab edir. Bu halda Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmə kollegiyasının bu mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə verilmiş tövsiyələrə uyğun gəlir. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, “CM-in Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz. Belə hallarda təqsirkara yalnız CM-in 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrum etmə cəzası təyin e dilə bilər. Başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının, cinayətə cəhd üçün isə dörddə üçünün artıq ola bilməz.” Qərarın 5-ci maddəsində qeyd olunmuşdur ki, CM-in 59.1.9 və 59.10-cu maddələrinin (hazırda qüvvədə olan CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələri) tətbiqi ilə əlaqədar təyin olunacaq cəza konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.” Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə 14 (on dörd) il 6 (altı) ay və 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir ki, bu da qanunla yol verilmiş yuxarı həddən müvafiq olaraq 3 il 3 ay və 2 il 9 ay çoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinin tələbinə görə məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi və Məhkum2 kassasiya şikayətlərinin dəlilləri əsasızdır, lakin məhkumlar Məhkum1 və Məhkum2 barəsində CM-nin 60-cı maddəsi tətbiq olunmaqla onlara təyin olunmuş cəzanın müddəti qanunla müəyyən olunmuş həddə qədər azaldılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum2 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qərarı dəyişdirilsin. Qərarla Məhkum1 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə təyin edilmiş 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 11 (on bir) il 3 (üç) aya endirilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən M əhkum1 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri və Azərbaycan Respublikası CM-in 228.2.1, 29,234.1-ci maddələri ilə təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum1 11 (on bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki qərarla Məhkum1 təyin edilmiş 11 (on bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaqla Məhkum1 qəti olaraq 11 (on bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2. 10cu maddələri ilə təyin edilmiş 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 11 (on bir) il 3 (üç) aya endirilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Məhkum2 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri və Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum2 qəti olaraq 11 (on bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qərarının qalan hissəsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar