Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-867/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qərarı ilə xüsusi ittihamçı X4, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 barəsində olan xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasə n işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Məhkəməsinin (sədrlik edən hakim: Xaliq İmanov) 18 sentyabr 2024-cü il tarixli qərarı ilə barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında şikayətlə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əliyev Qasım Vəli oğlunun sədrliyi, X2 və X3 ibarət tərkibdə) 1(106)-994/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 apellyasiya şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 1(041)108/2024 saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 Azərbaycan Respublikasının CMnin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. O ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili hazırda həbsdə olan Vahid Xələfov adlı şəxsdən almış, sənədləşmə işlərini də həmin şəxs aparmışdır, Ramalın atası Abdullayev İsmayıl və onun ailə üzvləri həmin mənzildə heç bir sənəd olmadan qeydiyyatsız yaşamışlar. Mənzilin yerləşdiyi ərazi söküntü zonasında olduğuna görə həyat yoldaşı X6 adına çıxarış almaq mümkün olmamış və mənzili ərazidə tikinti işləri aparan *’CİTİ LİFE” MMC-yə saəlmışdır. Rama! mənzilin pulunun ona verilməsini iddia edir və bu səbəbdən sosial şəbəkələrə çıxaraq mənzilə dair verilmiş sənədləri qanunsuz hesab edir, ünvanına təhqiramiz ifadələr işlətməklə şərəf və ləyaqətini alçaldır. Onun tərəfindən məhkəməyə təqdim etdiyi flyaşkartda və audio yə video görüntülərdə qarşı tərəf ünvanına təhqiredici ifadə işlətməsi və həmin ifadələrin mənim ləyaqətinə toxunması açıq-aşkar görünür, həttajhazırki qərardan sonra bundan bəhrələnərək bu şəxs qanunsuz əməllərini davam etdirmiş və Tiktok səhifəsində davamlı olaraq paylaşımlar edi. həmin paylaşımlarda ünvanımıza «dələduz» və ona xarakter olan sözləri işlətməkdə davam edir. Məhkəmələrin qərarı qanunsuz, qeyri obyektiv, şablo n xarakterli, absurd və əsassız olmuşdur. Birinci instansiya məhkəməsi iş materiallarını mükəmməl araşdırmadan işlə bağlı yalnış nəticəyə gəlmişdir. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-994/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərarının ləğv edilərək xüsusi ittiham qaydasında verilən şikayətin icraata qəbul edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassa siya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 299.1-c i maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələyə də baxılır. Belə ki, CPM-nin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakıl ar göstərilir: 293.3.1 şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2 törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4 şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sən ədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5 cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6 şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7 şikayəti vermiş şəxsin imzası. CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmə məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışına hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məc əllənin 302.2.3-cü maddəsinin tələbinə əsasən CPM-in 302.1.6-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasinda şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Birinci instansiya məhkəməsində işin məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, X7 tərəfindən X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Apell yasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 03 nömrəli Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfı yyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (ci nayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6, 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, X4 xüsusi ittiham qaydasında ərizəsi üzrə məhkəmələrin cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. B elə ki, Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 03 nömrəli Qərarının 5-ci bəndinə əsasən qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərlə ri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmununa əsasən X4 barəsində küt ləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında təhqir və ya böhtan xarakterli məlumatlar yayılması halları mövcud deyil. Məhkəmələr tərəfindən X4 xüsusi ittiham qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina edilərkən cinayət və cinayət-prosessual qanunların pozulması, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti tə min edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Xüsusi ittihamçı X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Xüsusi ittiham qaydasında material üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-994/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-867/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-867/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver