Məhkəmə qərarları › İş №1(102)-868/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-868/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-868/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs1, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 dekabr tarixli, 1(103)-2563/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər R.Ə.Sadıxov (sədrlik edən), N.A.Kərimov və L.S.Əsgərova-Məmmədovadan ibarət tərkibdə) 2024-cü il 22 oktyabr tarixli, 1(101)-857/2024 nömrəli hökmü ilə xx xxx 1984-cü ildə Türkmənistan Respublikası Nebit Daq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilin ərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 2 ilə endirilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, fərdi əməklə məşğul olan, Tovuz rayonu Hacallı kəndində qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı 7 (yeddi) ay 12 (on iki) gün müddətində həbs və ev dustaqlığında olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cə zası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 dekabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə) 2024-cü il 10 dekabr tarixli, 1(103)-2563/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmiş, Məhkum verilmiş ittiham üzrə onun 1 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 1000 manat məbləğində pul vəsaitini; 5 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 Muxtar oğlunun 4000 manat məbləğində pul vəsaitini; 5-8 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 5000 manat məbləğində pul vəsaitini dələduzluqla ələ keçirməsi fak tları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizodlar üzrə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmiş, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il 9 (doqquz) aya endirilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat zamanı 7 (yeddi) ay 12 (on iki) gün müddətində həbs və ev dustaqlığında olduğu müddət ona təyin edilmiş 6 (altı) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 6 (altı) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilməmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yol u ilə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda zərər vurmaqla, təkrar dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək sonuncunun əri Şahid4 "xxxx" Neft Şirkətinə sürücü kimi işə düzəldəcəyinə yalandan vəd verib, aldadaraq 01 sentyabr 2021-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, “28 may” metrostansiyasının yaxınlığında yerləşən «Səməd Vurğun» adına parkın qarşısında 1000 manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Muxtar oğlunun etibarından sui-istifadə ed ərək sonuncunu "xxxx" Neft Şirkətinə məxsus gəmidə aşpaz kimi işə düzəltmək barədə yalan vəd verib aldadaraq 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində 4000 manat məbləğində pulunu cinayətdən xəbəri və iştirakı olmayan tanışı Şahid4 vasitəsi ilə alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək sonuncunu "xxxx" Neft Şirkətinə məxsus gəmidə aşpaz kimi işə düzəltmək barədə yalan vəd verib aldadaraq 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində 4000 manat, 08 sentyabr 2021- ci il tarixdə həmin ünvanda 1000 manat olmaqla ümumilikdə 5000 mana t məbləğində pulunu cinayətdən xəbəri və iştirakı olmayan tanışı Şahid4 vasitəsi ilə alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun qızı Şahid2 orta məktəblərin birində müəllimə kimi işə düzəldəcəyinə yalandan vəd verib, aldadaraq 2022-ci ilin fevral aynın sonlarında Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində 10000 manat məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui istifadə etmə və aldatma y olu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun oğlu Abbas Talıbova ABŞ-dan «Chevrolet Malibu» markalı avtomobil gətizdirib mülkiyyətinə keçirəcəyi barədə yalan vəd verib aldadaraq 2022-ci ilin mart ayında Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində 10000 manat məbləğində pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun əri Şahid4la birgə Salyan rayonunda üzüm sahələri salmaqla iş quracağını yalandan vəd verib, aldadaraq 2022-ci ilin mart ayının 28də 15000 manat pulu Suraxanı ray onu Hövsan qəsəbəsində “Şüşəli bazar”ın yanında, 2022-ci ilin aprel ayının 5-də həmin yerdə eyni məqsədlə 10000 manat, 2022-ci ilin aprel ayının 10-da eyni yerdə 10000 manat, 2022-ci ilin aprel ayının 18-də eyni yerdə 11000 manat, xx.xx.2022-ci il tarixdə eyni yerdə 4000 manat, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində “Şüşəli bazar”ın yaxınlığında 10000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 60000 manat külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək sonuncunun oğlu X5 ali məktəbə qəbul olması ü çün imtahanda balını artıracağına dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 10 avqust 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Kainat» fotostudiyasının qarşısında 7.000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla ona məxsus 4169-7413-1277-1700 nömrəli Kapital bank ASC tərəfindən verilmiş plastik kartına ünvan 3 ünvanında yerləşən “Onur market”dəki «Milliön» onlayn ödəmə sistemi vasitəsi ilə göndərilən cəmi 1500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 8500 manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞL ARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 dekabr tarixli, 1(103)-2563/2024 nömrəli qərarının ləğv edilməsini onun təqsirli bilindiyi cinayət əməlinin CM-in 178.3.2-ci maddəsindən CM-in 178.2.4-cü maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətinə əlavəni əsaslandıraraq qeyd etmişdir ki, məhkəmələr iş üzrə hərtərəfli, obyektiv araşdırmağa təşəbbüs göstərməmiş, işdə olan və əlavə təqdim edilən sübutlara düzgün qiymət verməmişdir. Belə ki, ibtidai istintaq zamanı X.Abdıyevin borcunun 77.000 manat olduğu G.Talıbova tərəfindən təsdiq olunmuşdur. Sonradan onlara məlum olmayan səbəbdən və heç bir sübuta əsaslanmadan həmin borc məbləği 85.000 manat olmuşdur. Apellyasiya məhkəməsinin qismən i stintaqla keçirilməsini, G.İsmayılovanın həmin iş üzrə şahid qismində dəvət olunmasını məhkəmədən xahiş etsələr də vəsatətləri təmin edilməmişdir. Bundan başqa, təqdim etdikləri səsyazma da məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmiş və sübutlar tədqiq olunmamışdır. Məhkumun müdafiəçisi kassasiya şikayətinə əlavədə göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 dekabr tarixli, 1(103)2563/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum X.N.Abdıyev və onun Müdafiəçi2 kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs1 kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Nazim İmanov kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas ver ərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində, məhkumun müdafiəçisi kassasiya şikayətinə əlavədə məhkumun əməlinin tövsifini və cəzasının ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdiri lməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdı r. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və əlavə təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və əlavənin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində və əlavədə irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin və əlavənin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirə rək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti və müdafiəçinin kassasiya şikayətinə əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayət inə və əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 22 oktyabr tarixli, 1(101)-857/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 dekabr tarixli, 1(103)-2563/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə və məhkumun müdafiəçisinin kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar