Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-869/2017 16.05.2017 ALİ MƏHKƏMƏ İş №1(102)-869/2017 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Q Ə R A R İ 16 may 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası X5 (sədrlik edən), Nəbizadə Rahib Sahib oğlu (məruzəçi) və X30 ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, Bəraət almış şəxs Məhkum və dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X31 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2017ci il tarixli bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2012-ci il tarixli hökmü ilə (hakimlər X22-sədrlik edən, X1 və X12, 1(101)114/2012 saylı iş), xx xxxxxx 1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Yevlax şəhəri Yeni Yevlax küçəsi ev. 5 mənzil 01-də qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş, Məhk um Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2012-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Məhkum, müdafiəçiləri X48 və X39 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2012-ci il tarixli qərarı ilə (hakimlər X13-sədrlik edən, X60 və X32, 1(103)-358/2012 saylı iş) apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2014-cü il tarixli qərarı ilə (hakimlər X7-sədrlik edən, X40 və X14, 1(102)-406/14 saylı iş) müdafiəçi X48 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2012-ci il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X33-sədrlik edən, X19 və X49, 1(103)-787/2014 saylı iş) 03 oktyabr 2014-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin 06 fevral 2012-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2016cı il tarixli qərarı ilə (hakimlər X41-sədrlik edən, X20 və X50, 1(102)-1039/2016 saylı iş) müdafiəçi X48 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2014-cü il tarixli qərarı ləğv edilmiş və iş yeni apellya siya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2017-ci il tarixli hökmü ilə (hakimlər X35-sədrlik edən, X42 və X51, 1(103)-269/2017 saylı iş) məhkumun və müdafiəçilərinin apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin 06 fevral 2012-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetmədiyindən ona bəraət verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru 16 fevral 2017-ci il tarixli hökmdən kassasiya protesti vermişdir. işin halları: Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsilə irəli sürülmüş ittihama gö rə Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə külli miqdarda xalis çəkisi 3.220 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib kirayədə yaşadığı evin qarşısındakı şam ağaclığında torpağın altında basdırıb saxlamış və 21 fevral 2011-ci il tarixdə saat 12 radələrində, həmin narkotik vasitəni satmaq məqsədi ilə, ünvan 1 ünvanının qarşısına daşımaqla gətirmiş və orada Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmiş, baxış zamanı ona məxsus və üzərində “Adiddas” sözü yazılmış sellofan torbanın içərisindən həmin narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eks pertiza Mərkəzinin 3021 saylı, 21 fevral 2011-ci il tarixli arayışına əsasən Nəcəfov Anar Zahid oğlunun üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş xalis çəkisi 3 kiloqram 220 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3306 saylı, 25 fevral 2011-ci il tarixli rəyinə əsasən Nəcəfov Anar Zahid oğlunun üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş xalis çəkisi 3 kiloqram 219,8 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21-Narkoloji Tibbi yoxlamasının 02 mart 2011-ci il tarixli, 395 saylı rəyinə əsasən Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. kassasiya protestinin dəlilləri: Birinci və apellyasiya instansiyası məhkəməsində dindirilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, mötəbər sübutların məcmusu ilə onun təqsirliliyi tam şəkildə sübuta yetirilmişdir. Belə ki, o, məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaqın ilk mərhələsində verdiyi bütün ifadələrində bildirmişdir ki, ondan aşkar olunmuş qurudulmuş marixuananı 2008-ci ilin payız ayında qeydiyyatda olduğu Yevlax şəhəri, Yeni Yevlax küçəsi 5 saylı evin qarşısında yerləşən bağda əkib qurudaraq saxlamış və həmin i lin noyabr ayının əvvəllərində Bakı şəhərinə gətirib kirayədə yaşadığı Xətai rayonu, Əhmədli qəsəbəsi, Balaxan Süleymanov küçəsində yerləşən evin qarşısında şam ağaclarının arasında sellofan torbada basdırmış, “Papanin” adlanan yerdə narkotik vasitə satıldığını bildiyindən 21 fevral 2011-ci il tarixdə saat 11 radələrində kirayədə yaşadığı evin qarşısındakı şam ağaclarının arasına basdırdığı marixuananı götürüb Namiq Məlikov küçəsi, dalan 5, 1 saylı evin qarşısına gəlmiş, orada həmin marixuananı dörd min manata satmaq üçün müştəri axtararkən, polis əməkdaşları tərəfindən saxlanılıb Nəsimi rayon polis idarəsinə aparılmış, hal şahidlərinin iştirakları ilə baxış keçirilərkən, onun sağ əlində qara rəngli sellofana bükülmüş marixuana aşkar edilib götürülmüş, ilk dəfə olaraq narkotik vasitə marix uana əkmiş, tumlarını tanımadığı şəxsdən alıb uzun müddət saxlamış və tək əkib becərilməsindən yaxınlarının məlumatları olmamış, əkdiyi toxumlardan dörd ədəd kol bitmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş “ifadənin yerində yoxlanması haqqında” protokollardan görünür ki, həmin ifadələrini Məhkum birbaşa narkotik təbiətli çətənə bitkilərini əkib becərdiyi və qurudub saxladığı yerləri könüllü göstərməklə eyni ilə bir daha təsdiq etmişdir. Bundan başqa, Məhkum ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələrini bir daha iş üzrə keçən şahidlər-Kənan Məmmədov, Nəsimi İsmayılov, Vasif Bədəlov, Xəlil Allahverdiyev, Aydın Mehtiyev, Məhəmməd Abbasov və Seymur Davudovla üzləşdirilərkən təsdiq etmiş, hətta Seymur Davudovla üzləşdirilərkən, sonuncunun özünü polis əməkda şı kimi təqdim etməsini və ona hədə-qorxu gəlməsini bildirməmişdir. Eyni zamanda, tutulduqdan dərhal sonra Məhkum şəxsən özü 21 fevral 2011-ci il tarixdə yazdığı izahatında narkotik vasitə olan qurudulmuş marixuananı Yevlax şəhərində təkbaşına özünün əkib becərməklə yetişdirdiyini və satmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini göstərmişdir. 2011-ci ilin noyabr ayının sonundan başlayaraq Məhkum verdiyi etirafedici ifadələrini inkar etməklə, səbəbini ona qarşı müstəntiq tərəfindən zor tətbiq olunduğundan cinayəti etiraf etdiyini, müdafiəçi ilə təmin edilmədiyini və ondan rüşvət tələb edildiyini göstərməklə, bu barədə hətta şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Pokurorluğuna müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Prokurorluğu tərəfindən bununla əlaqədar yoxlama aparılmış və ərizə də göstərilənlər öz təsdiqini tapmadığından, 22 aprel 2011-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi bəraət hökmündə qeyd etmişdir ki, “iş materialları məhkəmə kollegiyası tərəfindən hərtərəfli tədqiq olunaraq Məhkum üzərindən narkotik vasitələrin aşkar olunaraq götürülməsi ilə əlaqədar istintaq hərəkətləri qanunun tələbinin kobud surətdə pozulması ilə aparıldığı, onun üzərində “şəxsi axtarış və götürmə” kimi istintaq hərəkəti şübhəli şəxs qismində tutulması barədə qərar qəbul olunmadan və protokol tərtib edilmədən, məhkəmə qərarı alınmadan aparıldığı, həmin istintaq hərəkəti aparılmazdan əvvəl onun hüquqi statusu müəyyən edilmədiyi, bununla onun müdafiə hüququ kifayət qədər pozulduğu, saxlanılarkən hüquq və vəzifələri, məsuliyyəti izah o lunmadığı, məhkəmədə dindirilmiş şahid ifadələrində və onların ifadələri arasında aradan qaldırılması mümkün olmayan əhəmiyyətli ziddiyyətlərin və şübhələrin olması, əməliyyatda iştirak etmiş şəxs Məhəmməd Abbasov, hal şahidi Seymur Davudov və şahid qismində dindirilmiş Cəfər Abbasov bir-biri ilə yaxın əlaqədə və şəxsi münasibətlərdə olan və əməliyyat vaxtı hamısı eyni mobil əhatə dairəsində olmuş şəxslər olması müəyyən edilmişdir.” X6 ibtidai istintaq zamanı və məhkəmə baxışında verdiyi bütün ifadələrində narkotik vasitə olan qurudulmuş marixuananın Məhkum məxsus olmaqla satmağa Bakı şəhərinə gətirməsini və ondan müştəri tapmasını dəfələrlə xahiş etməsini, bu səbəbdən sonuncunu ifşa edib cinayət məsuliyyətinə cəlb olunması üçün tanışı polis əməkdaşı Məhəmməd Abbasova müraciət etdiyini a rdıcıl olaraq göstərməklə eyni ilə təsdiq etmişdir. Eyni zamanda, şahid Cəfər Abbasov tanışı Məhkum ifşa etmək üçün sonuncuda olan narkotik vasitə barədə polis orqanlarına məlumat verməklə yanaşı, istintaq zamanı adının hallandırılmasını isə məhkumla əvvəllər bir yerdə işləməklə tanış olduğu və aralarında normal münasibətlərinin olması ilə izah etmişdir. Bu hal eyni ilə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə də bir daha təsdiq edilmişdir. Digər tərəfdən, onun polis əməkdaşı Məhəmməd Abbasovla tanış olması, keçirilən həmin əməliyyat tədbirində hal şahidi qismində iştirak etmiş Seymur Davudovla yaxınlıq münasibətində olması onun ifadələrinin şübhə altına alınması üçün əsas ola bilməz. Belə ki, Cəfər Abbasovun verdiyi məlumat polis işçisi Məhəmməd Abbasov tərəfindən Nəsimi rayon polis i darəsinin X4 rəisi və həmin əməliyyat tədbirinə bilavasitə rəhbərliyi həyata keçirən, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar sahədə mübarizə aparan Kənan Məmmədova və sonuncu tərəfindən polis idarəsinin rəisinə məruzə edilib razılıq alındıqdan sonra tədbirin keçirilməsinə dair qərar qəbul olunmaqla əməliyyat qrupu təşkil edilmişdir. Bundan başqa, Cəfər Abbasov ifadəsində keçirilən tədbirdə Seymur Davudovun hal şahidi qismində iştirak etməsi barədə məlumatının olmadığını bildirmişdir. Lakin hətta şahid Cəfər Abbasov bunu bildiyi halda belə, onun ifadələrinin obyektivliyinə şübhə ilə yanaşılması üçün hər hansı bir əsas yoxdur. Birinci və apellyasiya instansiyaları məhkəmələrində dindirilmiş şahidlərin ifadələri ilə sübuta yetirilmişdir ki, Məhkum üzərinə baxış keçirildiyi zama n hal şahidi qismində iştirak etmiş X23 digər hal şahidi ilə kənarda dayanaraq baxışın gedişatını müşahidə etmiş, narkotik vasitənin aşkar olunması faktını imzaları ilə protokolda təsdiq etmişlər. Məhkum özü də protokolu hər hansı irad və narazılıq bildirmədən imzalamışdır. Onun saxlanılıb polis idarəsinə gətirilməsində hal şahidləri iştirak etməmişlər. Məhkum yalnız məhkəmə iclasında Seymur Davudovun ona özünü polis işçisi kimi təqdim etməsi və ona hədə-qorxu gəlməsi barədə verdiyi ifadəsində irəli sürdüyü dəlillər özünün ibtidai istintaq dövründə verdiyi ifadələri ilə və keçirilmiş əməliyyat tədbirində iştirak etmiş şəxslərin ifadələri ilə tam təkzib edilmişdir. Digər tərəfdən, həmin əməliyyat tədbiri X11 tərəfindən keçirilmiş və tədbirə polis nəfəri Məhəmməd Abbasov deyil, bölmənin rəis i Kənan Məmmədov rəhbərlik etməklə, hal şahidlərinə onların hüquq və vəzifələrini izah etmişdir. Belə olan halda Seymur Davudovun polis nəfəri Məhəmməd Abbasov və məlumatı vermiş Cəfər Abbasov ilə hətta tanışlıq münasibətində olması halda belə, keçirilmiş tədbirdə hal şahidi qismində onun iştirak etməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən şahidlər X15 ibtidai istintaq və məhkəmə baxışında, habelə X9 ibtidai istintaq dövründə verdikləri ifadələrinin həqiqiliyi və obyektivliyinə şübhə ilə yanaşılması üçün hər hansı bir əsas yoxdur. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhər Nəsimi rayon polis idarəsinin Təchizat hissəsinin polis nəfəri şahid X2 əməliyyat tədbirində məlumatı alan şəxs kimi polis idarəsi rəisinin daxili əmri ilə əməliyyat qrupunun tərkibinə daxil edildiyindən, sonuncunun həmin tədbirdə iştirak etməsinə səlahiyyəti olmuşdur. Eyni zamanda, baxış protokolunda və digər sənədlərdə onun X4 əməkdaşı kimi göstərilməsi ifadəsinin şübhə altına alınması üçün əsas deyil. Birinci instansiya məhkəməsində aparılmış məhkəmə araşdırması zamanı “***-***-****” mobil nömrənin istifadəçisinin X25 və sahibi X26 olması müəyyən edilmişdir. Lakin, hadisə günü, yəni 21 fevral 2011-ci il tarixdə Məhkum tutulduqdan bir az əvvəl həmin nömrədən onun istifadəsində olan mobil telefon nömrəsinə kimin zəng vuraraq danışmasını müəyyən etmək mümkün olmamışdır. Lakin şəxsin müəyyən edilməməsi məhkumun məsuliyyətdən azad olunması üçün əsas ola bilməz. Göründüyü kimi, Məhkum tərəfindən ondan aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanan ın onun özünə məxsus olması və onun satış məqsədilə Bakı şəhərinə gətirməsi iş üzrə toplanmış və tədqiq edilmiş sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapır. Məhkəmə bəraət hökmünü çıxararkən CPM-in 350.4-cü maddəsinin tələblərini pozaraq cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materiallarını ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməmişdir. Kassasiya protestində CPM-in 8.0.3, 28.4.2, 144, 145.1, 145.2-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi qeyri-obyektiv, birtərəfli və qərəzli şəkildə apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq ağır cinayət törətmiş şəxs əsassız və qanunsuz olaraq azadlığa buraxıl mışdır. Şikayət əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, CPMin 39.1.7-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Xirvisaari Finlandiyaya qarşı” 27 sentyabr 2011-ci il tarixli, “X43rşı” 09 dekabr 1994-cü il tarixli, “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il tarixli, “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-ci il tarixli, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-ci il tarixli, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il tarixli, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına istinad edilmişdir. prosessual məsələlər: Dövlət ittihamçısı məhkəmə kollegiyasının iclasında kassasiya protestinə uyğun çıxış edib, protestin təmin edilməsini xahiş etmişdir. Bəraət almış şəxs Məhkum məhkəmə kollegiyasının iclasında birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi ifadəsini təsdiq etdiyini, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmündə göstərilənlərin doğru olduğunu, hadisələri olduğu kimi əks etdirdiyini bildirmiş, bəraət hökmünün dəyişdirilmdən saxlanılmasını xahiş etmişdir. hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə c inayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair CPM-in tələblərinə əməl etmədən, o cümlədən CPM-in 144145-ci maddələrinin müddəalarını pozmaqla Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət verdiyini bəyan edərək, çıxarılan hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2017-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli ş əxsin) xeyrinə həll edilməlidir. Şəxsin təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsaslarından biri kimi göstərilmişdir (CPM-in 42.1.4-cü maddəsi). CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasə n qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin yuxarıda tə svir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verdiyi bəyan olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, əksinə, apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar CPM-in 144cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digə rinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, ibtidai istintaq zamanı toplanmış sübutlardan görünür ki, cinayət təqibi orqanı hazırkı qərarın “işin halları” bölməsində təsvir edilmiş ittihamı 3220 qram narkotik vasitənin-qurudulmuş marixuananın Nəsimi Rayon Polis İdarəsində Məhkum götürülməsini rəsmiləşdirən adı məlum olmayan 21 fevral 2011-ci il tarixli protokolla, idarənin əməkdaşları Kənan Məmmədov, Nəsimi İsmayılov, Vasif Bədəlov, Məhəmməd Abbasov, X.Allahverdiyevin, hal şahidləri X44 və X9 şahid qismində verdikləri ifadələr, təqsirləndirilən şəxsin ilkin etirafedici ifadəsi, habelə götürülmüş maddənin narkotik vasitə (qurudulmuş marixuana) olması barədə məhkəmə ekspertizasının rəyi ilə əsaslandırmışdır. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi həmin ifadələrd ən görünür ki, onlar müstəsna olaraq polis əməkdaşlarının Məhkum barəsində polis əməliyyatının gedişində görülən tədbirləri əks etdirməklə Nəcəfovun cinayət əməlinin faktiki hallarına (əməliyyatın xaricində törətdiklərinə) dair məlumat yükü daşımırlar. Eynilə qeyd olunan məhkəmə ekspertizasının rəyi də ittihamda Məhkum cinayətkar hərəkəti kimi təsvir edilmiş hallar barəsində birbaşa məlumat vermir. Beləliklə, faktiki olaraq ittiham Məhkum üzərinə şəxsi axtarış keçirilməsi və ondan narkotik vasitənin götürülməsi haqqında 21 fevral 2011-ci il tarixli protokola əsaslanmışdır. Lakin, hələ cinayət işinin ibtidai istintaqı zamanı 21 fevral 2011-ci il tarixli protokolda adı hal şahidi kimi qeyd olunan Seymur Davudovun hadisə barədə məlumat verən şəxsin, habelə hadisə barədə məlumatı alan polis əm əkdaşının yaxın tanışı, dostu olması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində isə işdə olan telefon zəngləri barədə arayışlarla hadisə barədə polis əməkdaşı X16 məlumat verən X15, X10 və hal şahidi X9, habelə 21 fevral 2011-ci il tarixdə polis əməkdaşı X10 yaxın tanışı, hal şahidi X9 anası X27 dəfələrlə X34 ilə telefon əlaqəsi saxlaması, hətta Məhkum zəng etməsi öz təsdiqini tapmışdır. Həm də, o da müəyyən edilmişdir ki, S.Davudovun anası Ü.Davudova güya Məhkum narkotik vasitə olması barədə məsələni araşdırmaq üçün C.Abbasovla M.Abbasovu tanış edib görüşdürmüşdür. CPM-in 94.1-ci maddəsinin birinci cümləsinə görə cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidi Seymur Davudovun əməliyyat müvəkkili Məhəmməd Abbasovun tanışı, Məhkum narkotik vasitə olmasını deyən Cəfər Abbasovun dostu olduğundan CPM-nin 94.1-ci maddəsinin tələbləri baxımından onun hal şahidi qismində verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Cinayət prosessual qanunvericilikdə qeyd edildiyi kimi, 236.3, 244.1, 246.3-cü maddələrdə nəzərdə tutulmuş hallarda istintaq hərəkəti 2 hal şahidinin iştirakı ilə aparılır. Hər bir halda Məhkum barəsində tərtib edilmiş 21 fevral 2011-ci il tarixli protokolda adları qeyd edilən 2 hal şahidindən biri olan Seymur Davudovu n cinayət prosesində şəxsi marağı olmayan şəxs kimi qəbul edilməsi istisna edildiyindən həmin protokol hüquqi cəhətdən mötəbər sübut kimi qiymətləndirilə bilməz. CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. CPM-in 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 saylı qərarın 28-ci bəndində Azərbaycan Res publikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquqmühafizə orqanına gətirildikdə aparıla bilər. Həmin Məcəllənin 153-cü maddəsinin mənasına görə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normasının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. CPM-in 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları aşağıdakıları etməlidirlər: tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək; tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək (CPM-in müvafiq olaraq 153.2.1 və 153.2.2-ci maddələri). Məhkum üzərindən narkotik vasitənin aşkar оlunaraq götürülməsi ilə əlaqədar hərəkətlər qanunun tələbinin kobud surətdə pozulması ilə aparılmış, оnun üzərində “şəxsi axtarış və götürmə” kimi istintaq hərəkəti şübhəli şəxs qismində tutulması barədə qərar qəbul olunmadan və protokol tərtib edilmədən, məhkəmə qərarı alınmadan aparılmış, polis əməkdaşları tərəfindən hərəkət aparılmazdan əvvəl onun hüquqi statusu müəyyən edilməmiş, Məhkum tutulması protokollaşdırılmamış, müdafiəçinin yardımından istifadə e tmək hüququ, habelə saxlanılarkən hüquq və vəzifələri izah edilməmişdir. Baş vermiş nöqsanların isə sonradan ibtidai istintaq və məhkəmə icraatı çərçivəsində aradan qaldırılması mümkünsüz olmuşdur. İnsan Hüquqlarının və X18 X8 6-cı maddəsinin 3-cü bəndinin c) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara-şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək...hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 6-cı maddənin məhkəməyəqədər araşdırma mərhələsində bir sıra qərarlarında qeyd etmişdir ki, “Cinayət ittihamı” ilə əlaqədar işlərdə hər hansı şəxsin şübhəli şəxs elan edilməsi rəsmən ona bildirildikdən sonra (Ekle Almaniyaya qarşı iş, 15 iyul 1982-ci il, 73-75-ci bəndlər), yaxud şəxsə rəsmən “ittiham” elan edilməsə də ma hiyyət etibarı ilə ittiham xarakterli praktiki tədbirlər, məsələn, axtarış tədbirləri həyata keçirildikdə 6-cı maddənin təmin etdiyi müdafiə işə düşür (Foti İtaliyaya qarşı iş, 10 dekabr 1982-ci il, 52-53-cü bəndlər). Şəxs polis tərəfindən dindirilirsə və bu dindirmənin xarakteri həmin şəxsin potensial olaraq şübhəli şəxs sayıla biləcəyinə əsas verirsə və onun dindirmədəki cavabları sonradan məhkəmə araşdırmasında ona qarşı dəlil kimi istifadə edilirsə, şəxs rəsmən şübhəli və ya təqsirləndirilən şəxs statusuna malik olmasa belə, 6-cı maddənin müddəaları bu dindirməyə şamil olunur (X17rşı iş, 18 fevral 2010-cu il, 41-60-cı bəndlər). Məhkum ilkin izahat və ifadəsində marixuananı Yevlax şəhərində yaşadığı Yevlax küçəsi, 5 nömrəli evin qarşısındakı istirahət parkında 2008-ci ilin payız ayların da əkib becərdiyini bildirmiş, ibtidai istintaqı aparan müstəntiq şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol tərtib edərək Məhkum göstərdiyi yerdən torpaq nümunələri götürmüş, məhkəmə ekspertizasının 25 fevral 2011-ci il tarixli rəyində tədqiqata təqdim edilmiş sellofan bükülüdə olan torpaq nümunəsinin tərkibində narkotik tərkibli çətənə (kannibas) bitkisinin hissəciklərinin olduğu, tədqiqata təqdim edilmiş torpaq nümunəsində müxtəlif növ bitki nümunələri, o cümlədən də narkotik tərkibli bitkilərin əkib-becərməyin olması qeyd edilmişdir. Odur ki, Məhkum barəsində CM-in 234.4.3-cü maddəsi ilə yanaşı, 237.1-ci maddəsi ilə də cinayət işi başlanması barədə qərar qəbul edilərək hər iki maddə ilə ibtidai istintaq aparılmış, müstəntiqin 25 fevral 2011-ci il tarixli qərarı il ə Yeni Yevlax küçəsi, 5 saylı evin qarşısında yerləşən bağ sahəsindən götürülmüş torpaq nümunələri maddi sübut kimi tanınmışdır. Sonradan ibtidai istintaq orqanı hesab etmişdir ki, ki, Məhkum onda tutulan çətənə bitkisini əkməmiş, becərməmiş və yığmamışdır. Həmin torpaq sahəsində Yevlax şəhər, Bələdiyyə parkı olduğundan və insanların daim həmin yerdə istirahət etməsi, Məhkum Yevlax şəhərində 10 ildən artıq yaşamaması və məhkəmə ekspertizasının 25 fevral 2011-ci il tarixli 3306 saylı rəyin nəticə hissəsində göstərilən tədqiqata təqdim olunmuş sellofan bükülüdə olan torpaq nümunəsinin tərkibində narkotik tərkibli çətənə (kannibas) bitkisinin hissəciklərinin olması iş üzrə materiallara uyğun gəlmədiyindən sübut kimi qəbul edilməmiş və 12 oktyabr 2011-ci il tarixli qərarı ilə ona CM-in 237.1 -ci maddəsi ilə verilmiş ittiham üzrə icraata xitam vermişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Məhkum “etirafedici izahat və ifadəsi” ilə onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi nəticəsinə gəlsə də, sonradan onun bu barədə verdiyi ifadələrini, habelə ekspert rəyini sübut kimi qəbul etməyərək CMin 237.1-ci maddəsi ilə verilmiş ittiham üzrə icraata xitam vermiş, 3.220 qram narkotik vasitə olan qurudulmuş marixuananın onun tərəfindən əkib-becərməməsi barədə Məhkum sonradan verdiyi ifadələri öz təsdiqini tapmışdır. Çəkişmə xarakterli məhkəmə prosesi çərçivəsində müvafiq sübutetmə standartı əsasında təqsiri müəyyən edilməyən şəxs barəsində prosessual xarakterli müəyyən ehtimalların irəli sürülməsi təqsirsizlik prezumpsiyasının pozuntusunu təşk il edə bilər (Kluvi Fransaya qarşı iş, 30 iyun 2011-ci il, 42-54-cü bəndlər). Apellyasiya instansiyası məhkəməsi hökmdə yuxarıda qeyd olunan sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında müəyyən etdiyi halları, xüsusilə də narkotik vasitənin götürülməsi haqqında tədbir (“şəxsi axtarış” cinayət-prosessual normaların, hal şahidlərinin iştirakına, şübhəli şəxsin müdafiə hüququna dair qaydaların pozulması ilə həyata keçirildiyi üçün maddi sübutun götürülməsi barədə protokolun sübut kimi yolverilməz olduğunu nəzərə alıb, belə vəziyyətdə cinayət mühakimə icraatının təməl prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyası (CPM-nin 21-ci maddəsi), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi (CPM-in 33-cü maddəsi) prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-pro sessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair CPM-in 145.3-cü maddəsinə tam uyğun olaraq – təqsirliliyin sübuta yetirilməməsi və Məhkum CPM-in 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə heyəti baxılan işdə CPM-in 416.0.2 və 416.0.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsasl ara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2017-ci tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2017-ci il tarixli, 1(103)-269/2017 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Şahin Yusifov Hakimlər: Rahib Nəbizadə Əziz Seyidov
Məhkəmə qərarları › İş №1(102)-869/2017
Ali Məhkəmə Qərar — İş №1(102)-869/2017
16.05.2017 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver