Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-869/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum və Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respub likası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli hökmü ilə (hakimlər: S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılov dan ibarət tərkibdə) xx xxxxxx 1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, c əzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə X5 təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Qail Fazil oğlu (sədrlik edən və məruzəçi), Səfərov Rizvan Kamal oğlu və Abdinbəyov Abid Kamil oğlundan ibarət tərkibdə) 28 noyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi kassasiya şikayəti verərək qərarın ləğv edilərək, məhkumun əməlinin 177.2.1, 177.2.3 və 307.1-ci maddələrə tövsif edilməklə barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Z.M.Muradov tanışı Məhkumla qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını yaşayış sahəsinə qanunsuz olaraq girərək iskənəni (zubili) silah qismində istifadə edilən əşya kimi tətbiq etməklə hücuma məruz qoyub ələ keçirmək məqsədi ilə 14 yanvar 2017-ci il tarixdə saat 11 radələrində X2ya məxsus olmaqla Məhkum etibarnamə ilə idarə etdiyi "BMW 316 minik" markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə X2 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi həyət evinin yaxınlığına gəlmişlər, əvvəlcədən razılaşdıqları kimi Məhkum orada ev sahibləri gələcəyi təqdirdə mobil telefonla xəbər etmək üçün avtomobildə gözləyib müşahidə aparmı ş, X1 isə niyyətlərini həyata keçirmək üçün həmin fərdi evin hasarından aşaraq həyətə, oradan isə evin qapısından yaşayış sahəsinə qanunsuz olaraq girərək, həmin vaxt mənzildə qəflətən rastlaşdığı X2un anası X1 hücuma məruz qoyub qolundan tutub dartaraq zorla qonaq otağına aparıb stula otuzduraraq həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib əvvəlcədən özü ilə üzərində gizlədib gətirdiyi iskənəni (zubili) silah qismində istifadə edilən əşya kimi tətbiq etməklə hücuma məruz qalmış X3nın baş nahiyəsindən iki dəfə qəsdən vuraraq ona qapalı kəllə beyin travması, baş beynin əzilməsi, sol beyin yarımkürəsinin subdural hematoması, beyin toxumasına qansızma, sağ alın-orbital nahiyəsində dərialtı hematoma və qançır kimi həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarə tləri yetirməklə ümumilikdə sağlamlığına ağır zərər vurmaqla onu huşsuz vəziyyətə gətirib X3nın barmağında olan ona məxsus 01 ədəd 300 manat dəyərində 583 əyarlı 3,4 qram çəkidə qızıl üzüyü dartıb çıxardaraq və həmin evin yataq otağında olan çarpayının aşağı hissəsindən X2 məxsus 2.000 manat, digər yataq otağındakı çarpayının üzərindəki yastığın altından isə 150 manat məbləğində pulu götürərək ələ keçirib zərərçəkmiş X3ya 300 manat və zərərçəkmiş Ş.Budaqova ümumilikdə 2.150 manat məbləğində ziyan vurmaqla quldurluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən qərar qəbul edilərkən sübutlar cinayət-prosessual qanunvericiliyinin tələbinə uyğun tədqiq edilməmiş, məhkumun əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edilməklə yaşayış sahəsinə qanunsuz girərək zərərçəkçmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq cinayəti kimi tövsif etməklə hüquqi səhvə yol vermişlər. Nəticədə Məhkum törətmədiyi xüsusilə ağır cinayətə görə qanunsuz və əsassız məhkum edilmişdir. Məhkum hadisədən əvvəl digər təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin və onun həyat yoldaşının evdə olmalarını yoxlamaları, həmin evdə yalnız zərərçəkmiş şəxs X2un və onun arvadının yaşadığını, övladlarının xarici ölkədə təhsil almasını və həmin vaxt Bakıda olmadığını bilməsi, ailə üzvlərindən başqa iş vaxtı evdə başqa şəxsin olması ehtimalının qeyri-mümkünlüyü, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxslərin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdə n sonrakı davranışları, təqsirləndirilən şəxslərin niyyətlərinin məhz nəyə yönəlməsi məsələsi, o cümlədən cinayətin üsulu, aləti, bədən xəsarətlərini yetirilmə anı və qaydası, digər məhkum X1la həmin evə yalnız oğurluq etmək məqsədlə daxil olması barədə razılaşması, bu səbəbdən həyətə daxil olduqdan sonra evin qapısının kilidinin, evdə olan saxlanc yerlərinin kilidinin sındırılması üçün kiçik bir zubil götürmələri, evdə adam olduğu təqdirdə onu vuraraq xəsarət yetirməsi barədə əvvəlcədən razılığa gəlməmələri və belə bir hərəkətin əvvəlcədən və ya sonradan razılaşdırılmış ümumi niyyətə daxil olmaması, məhkum X1un özgə əmlakını oğurlamaq barədə onunla qabaqcadan razılığa gəldiyi halda onunla əldə edilmiş razılıqdan kənara çıxaraq Məhkum qəsdi ilə əhatə olunmayan zərərçəkmişə ağır xəsarət yet irməklə quldurluq cinayətini törətməsi (CM-nin 35-ci maddəsi- İcraçının ekstsessi) belə qənaətə gəlməyə tam əsas verir ki, Məhkum əməlində qəsdən sağlamlığa ağır zərər vurmaqla quldurluq cinayəti deyil, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə girməklə oğurluq cinayətinin tərkib əlamətləri mövcuddur Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2017-ci-ci il tarixli qərarının ləğv edilməsini və məhkumun əməlinin 177.2.1, 177.2.3 və 307.1-ci maddələrə tövsif edilməklə barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edi lməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublika sı Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində məhkəmənin Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə tövsif edilməsinin əsaslılığını mübahisələndirmişdir. Məhkum.Məhkum ifadəsində göstərmişdir ki, təxminən iki il bundan qabaq X7in Biləcəri qəsəbəsində işlətdiyi plastik qapı-pəncərə sexində usta kimi işləmişdir. X7in arvadı X5i də əvvəllər tanımış, onun anası X4 X5in işlətdiyi gözəllik salonunda işləmişdir. 13.01.2017 -ci il tarixində tanışı X6lə Biləcəri qəsəbəsində görüşmüş və X6 onun idarə etdiyi avtomabilə əyləşmiş, onlar birlikdə Sumqayıt yolunda olan “Pəhlivanlar” adlanan kafeyə getmiş, orada oturub söhbət etmiş, həmin vaxt X6 və o, pula ehtiyacları olduğunu bir birilərinə demişlər. X6 ona oğurluq etməyi təklif etmiş və o da X6ə əvvəllər X7 adlı şəxsin yanında işlədiyini və X7in yaxşı imkanı olduğunu bildirmişdir. X6 ona “gəl sabah biz gedək X7in evindən oğurluq edək” demiş, o da X6lə razılaşmışdır. 14.01.2017-ci il tarixində səhər saat 09:00 radələrində X6 ilə Biləcəri qəsəbəsində görüşmüş, X7in arvadı X5in işlədiyi ünvan 3 gözəllik salonunu X6ə göstərmiş və ona gedib salondan X7in arvadı X5dən X7in nömrəsini almasını, X7ə zəng vuraraq onun evdə olub-olmamasını müəyyənləşdirməsini bildirmişdir. B undan sonra idarə etdiyi avtomobilə əyləşmiş və X6 də X7in nömrəsini almaq üçün gözəllik salonuna daxil olmuş, təxminən 10 dəqiqə sonra X6 onun yanına qayıtmış və X7lə telefonda danışdığını və X7in işdə olduğunu ona bildirmişdir. Bundan sonra onlar Binəqədi rayonu, ünvan 4 satılan yerə getmiş, oradan evə daxil olmaq üçün 01 ədəd zubil almışlar. Saat 11 radələrində onlar Biləcəri qəsəbəsinə gəlmiş X6i ünvan 3X7in yaşadığı evin yaxınlığında düşürmüş və özü isə idarə etdiyi avtomobili ilə Biləcəri qəsəbəsində “şəhid bulağı” adlanan yerdə X6i gözləmişdir. Onun orada dayanmaqda məqsədi X7 və ya arvadı X5 evə gələrlərsə bu barədə X6ə telefonda məlumat vermək olmuşdur. Bir müddət sonra X6 ona zəng edərək evdə bir nəfər yaşlı qadının olduğunu və bir yerdə daxil olmağı təklif etmiş, o da X6ə evə gi rə bilməyəcəyini demiş, daha sonra X6ə zəng etmiş və işin nə yerdə olduğunu soruşaraq, X6ə getməklərini bildirmişdir. X6 də ona “girmişəm görüm nə var nə yox” deyə cavab vermişdir. O, X6ə 13 radələrində zəng edərək X7in nahara gələcəyini və evdən təcili olaraq çıxmasını bildirmişdir. Təxminən 1 saat sonra X6 ona zəng vuraraq onun yanına gəlmişdir. Həmin vaxt X6 ona evdən 50 manat pul və 01 ədəd qızıl üzük götürdüyünü bildirmiş və cibindən çıxarıb üzüyü ona göstərmişdir. Eyni zamanda X6 ona evdə olan zaman bir nəfər qoca qadınla üzbə-üz gəldiyini və bu səbəbdən də məcbur olub həmin qadını aldıqları zubil ilə boyun nahiyəsindən iki dəfə vurduğunu bildirmişdir. Bundan sonra birlikdə Bakı şəhəri, “Gənclik” metrostansiyasının yaxınlığına gedib X6in şəxsiyyət vəsiqəsi ilə həmin 01 ədəd qızıl ü züyü 130 manat pula satmış, bundan sonra onlar oradan çıxmış və Bakı şəhəri, Biləcəri qəsəbəsinə qayıtmışlar. Orada X6 əldə olunmuş puldan ona 50 manat vermişdir. X4 göstərmişdir ki, 14 yanvar 2017-ci il tarixində, saat 11 radələrində o, yaşadığı evə gedən zaman yolda qonşusu X7in yaşadığı evin qarşısında əynində tünd yaşıl rəngli gödəkcə, göy rəngli cins şalvar və ayağında qara rəgli ayaqqabı olan bir nəfər cavan oğlanın qapını döydüyünü görmüş, cavan oğlan ona yaxınlaşıb qapını döydüyünü və açan olmadığını bildirmiş, oğlana qapını biraz bərk döyməsini, X7in həyat yoldaşı X5 xanımın yaxınlıqda gözəllik salonunda işlədiyini, əgər lazımdırsa oraya gedib X7in nömrəsini ondan alıb zəng vurmasını bildirmişdir. Zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, 14.01.2017-ci il tarixdə oğlu X7 və gəlini X5 evdən çıxaraq işə getmişlər, o isə evdə tək qalmışdır. Gəlini X5 işə getdikdən təxminən 40-45 dəqiqə sonra oğlu X7in yaşadığı evin telefonuna zəng gəlmiş və o, telefonun dəstəyini götürüb cavab vermiş, telefonda onunla danışan şəxsin oğlu X7in qonşusu olan X1 olduğunu bilmiş və X1 ona evin həyətinin çöl qapısının bir nəfər cavan oğlanın döydüyünü bildirmişdir. Bundan sonra telefonun dəstəyini yerinə qoymuş və evdən çıxaraq həyətin dəmir darvazasına yaxınlaşmış, həyətin dəmir darvazasının döyənin kim olduğunu soruşmuşdur. Həmin şəxs də ona adının X8 olduğunu, X7in evdə olubolmadığını və X7in mobil nömrəsini istəmiş, həmin şəxsə oğlu X7in evdə olmadığını, evin açarlarının X7də olduğunu, qapını aça bilməyəcəyini demiş və evə getmiş, evə gedib qonaq otağına keçib uzanmış və televizor a baxmağa başlamışdır. Evin içərisindən səs gəldiyini eşidib X7in gəldiyini fikirləşmiş, qapıya getmiş və heç kimin olmadığını görüb qapını örtərək geri qayıtmış, X7in yataq otağına keçmiş və tanımadığı bir nəfər şəxsin evdə olduğunu görmüşdür. Özünü itirmiş və həmin şəxs onun qolundan tutub, qonaq otağında olan stolda əyləşdirmiş, ondan evdə olan pulları soruşmuş, o da həmin şəxsə bilmədiyini demişdir. Daha sonra isə heç bir şey xatırlamadığını bildirmişdir. Zərərçəkmiş şəxs.X11 göstərmişdir ki, anası 28.12.2016-cı il tarixində Bakıya yəni onun yaşadığı ünvan 2-ya qonaq gəlmiş, 14.01.2017-ci il tarixində həmişəki kimi səhər saat 08:45-də evdən çıxaraq işlədiyi sexə getmiş, işdə olan zaman saat 11 radələrində işlətdiyi mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş, həmin vaxt telefonda t anımadığı şəxs işlətdiyi nömrədən ona zəng getdiyini bildirmiş, o, isə işlətdiyi nömrədən ona zəng gedə bilməz deyə cavab vermişdir. Həmin şəxs də ona “bəlkə oğlunuz mənə zəng vurub, oğlunuz mənimlə eyni yaşdadı” sözlərini demiş, o da həmin şəxsə oğlunun burada olmadığını bildirmişdir. Günorta vaxtı evə gedib nahar etmək üçün arvadı X5ə zəng vuraraq evə nə lazım olduğunu soruşan zaman X5 ona bir nəfər cavan oğlanın onun mobil nömrəsini istədiyini və nömrəni həmin şəxsə verdiyini, evə heç bir şey lazım olmadığını bildirmişdir. Bundan sonra yaşadığı evə getmiş, həyətin çöl qapısının qarşısında bir ədəd mişar daşının qapının ağzında olmasını görmüş, mişar daşını qaz sayğacına baxmaq üçün hasarın çöl tərəfdən dibinə qoymuşdur. Həyətin qapısını açaraq həyətə daxil olmuş, həmin vaxt evin qapısın ın açıq olduğunu görüb anası X3i səsləmiş, amma cavab verən olmamışdır. Evə daxil olub otaqların dağıdılmasını, anası X3in qonaq otağında yerdə uzanaraq sifətinin qan içində olduğunu və evin bütün əşyalarının dağınıq halda olduğunu görmüş, dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Təcili Tibbi Yardımın 103 xidmətinə və həyat yoldaşı X5ə zəng vurub baş vermiş hadisə barədə bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, yaşadığı evə naməlum şəxs və ya şəxslər girərək anası X3i vuraraq yerə yıxmış və yataq otağından çarpayının aşağı hissəsindən 2000 manat, anasının yatdığı otaqdan 150 manat nəğd pul və anasının barmağında olan oval formalı üzərində mavi rəngli qaş olan 300 manat dəyərində qızıl üzüyü götürmüşlər. Məhkəmə-tibb ekspertizasının 04.02.2017-ci il tarixli 121 a №-li rəyindən görünür ki, Bilqeyiz Qafarovanın bədən səthində aşkar olunmuş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin əzilməsi, sol təpə nahiyəsində subdural qansızma, löhvəvari hematoma, sağ alın orbital almacıq nahiyyəsində dərialtı hematoma və qançır küt əşyanın (əşyaların) təsirindən ola bilsin ki, ekspertizaya təqdim edilmiş iskənənin dəstəyinin arxa səthi ilə törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə, yəni, 14.01.2017-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli qərarının göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndində qeyd edilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsində quldurluqla əlaqədar qəsdən adam öldürməyə cəhd və zərərçəkmiş şəxsin sağlamlığa a ğır zərər vurmaqla quldurluq cinayət tərkibi nəzərdə tutulmuşdur. Müdafiə tərəfinin digər məhkuç X1un törətdiyi quldurluq cinayətinin ümumi niyyətdən kənara çıxmaqla törədilmiş cinayət olması dəlili, Məhkum özünün ifadəsində göstərdiy kimi oğurluq etmək üçün getmələrini, sonradan X6in ona zənğ edərək evdə bir nəfər yaşlı qadının olduğunu bildirməsi, onun gizli oğurluğun baş tutmadığını bilsə də onun hərəkətlərinə susmaqla razılıq verməsi,X6in zərərçəkmiş şəxsin evində olduğu müddətdə, gələn olarsa xəbər vermək funksiyasını yerinə yetirmək üçün pusquda durmaqda davam etməsi, X6in yanına gələrək evdən 50 manat pul və 01 ədəd qızıl üzük ğötürdüyünü bildirməsi, əldə edilən pulun bölüşdürülməsi halları məhkumun quldurluq cinayətinin iştirakçısı olmasını təsdiq edir. Məhkum həmin cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmuyu ilə sübuta yetirildiyini nəzərə alınaraq kollegiya hesab edir ki, məhkəmələr tərəfindən məhkumun əməli düzgün qiymətləndirilmişdir. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, Məhkum əməlini həm Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə düzgün tövsif etmişdir.Məhkəmələrin iı üzrə gəsdiyi nəticə işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 28 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2017-ci il tarixli qərarı kassasiya şikayətinə münasibət
Məhkəmə qərarları › İş №1(102)-869/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-869/2019
09.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver