Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-869/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Rüstəmova Qasımova qızının Türkən Bəndər katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs1 iştirakları ilə xx xxxxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, işləməyən, məhkum olunmuş, ünvan yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Fikrət Əliyev) Məhkum – CM-nın 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018-ci ildən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X3 CM-nin 177.2.1, 177.2.2 və 180.2.1-ci maddələri ilə məhkum edilm işdir. Məhkəmənin həmin hökmündən məhkumlar və Zərərçəkmiş şəxs1 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: F.G.Zeynallı (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə, Avtovağzal ərazisində Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən avtobusda olan sərnişin Zərərçəkmiş şəxs3 üzərində saxladığı əl çantasından 110 (yüz on) manat dəyərində “X9 3” marka lı planşeti gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 110 (yüz on) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2017ci il tarixdə saat 17:20 radələrində Sumqayıt şəhəri, Əşya bazarı ərazisində 10 A nömrəli marşrut üzrə hərəkət edən avtobusda olan sərnişin Zərərçəkmiş şəxs6 əynindəki qara rəngli şalvarın sağ yan cibindən 461 manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs6 461 (dörd yüz altmış bir) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxx 2018-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Optika” mağazasının qarşısında Zərərçəkmiş şəxs1 məxsus içərisində 2000 (iki min) manat nağd pul sellofan torbanı gizli yolla talayaraq zərərçəkmişə 2000 (iki min) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxxxx 2018-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində Zərərçəkmiş şəxs7 məxsus “Mersedes Benz” markalı ** VP *** dövlət nömrə nişanlı avtomobilin qabaq sol qapısının şüşəsini sındıraraq avtomobilin salonundan 01 ədəd 770 (yeddi yüz yetmiş) manat dəyərində “İphone 7” markalı mobil telefonu, 01 ədəd 30 (otuz) manat dəyərində “Nokia’' markalı mobil telefonu, 70 (yetmiş) manat dəyərində enerji doldurucusunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 870 (səkkiz yüz yetmiş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərə findən xx xxxxxx 2018-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Sumqayıt şəhər TTYX-nın qəbul otağında Zərərçəkmiş şəxs4 məxsus çantanın içərisindən 20 (iyirmi) manat dəyərində 01 (bir) ədəd “Alcatel 1054d” markalı mobil telefonu, 2 manat dəyərində pul kisəsini və 437 (dörd yüz otuz yeddi) manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 459 (dörd yüz əlli doqquz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, Məhkum 4000 manat pulun alınıb zərərçəkmiş şəxsə qaytarılması və işin apelyasiya məhkəməsinin yeni baxışına təyin edilməsi barədə qərar qə bul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən vurulan ziyan zərərçəkmiş şəxsə könüllü olaraq ödənilməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən nəzərə almamışlar ki, o, beş epizod üzrə oğurluq hadisəsi törətmişdir və islah olunan şəxs deyildir. Məhkəmələr Məhkum şəxsiyyətini, törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsini nəzərə almayaraq yüngül cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs1, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassa siya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kass asiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Həmçinin Məhkum 4000 manat pulun alınıb Zərərçəkmiş şəxs1 qaytarılması xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin “ Məhkəmə baxışının hədləri”ni müəyyən edən 31 8-ci maddəsinə əsasən: “318.1. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 318.2. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.” Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə əsasən “Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar R espublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır.” Zərərçəkmiş şəxs1 Məhkum 4000 manat pulun alınıb ona qaytarılmasına dair kassasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı Zərərçəkmiş şəxs1 məxsus içərisində 2000 (iki min) manat nağd pul sellofan torbanı gizli yolla talayaraq zərərçəkmişə 20 00 (iki min) manat məbləğində ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli sürülməyən ittih ama baxa bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs1 istər ibtidai istintaqda, istərsə də birinci instansiya məhkəməsində ona dəymiş ziyanla bağlı mülki iddia verməmişdir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla m üəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngül ləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdi rən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, məhkəmə cəza təyin edərkən məhkumun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əmələ görə peşman olmasını, himayəsində azyaşlı uşa ğının olmasını cəzasını yüngülləşdirən hal kimi və əməlində cinayətlərin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq Məhkum təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cəza təyin etmişdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum daha ağır cəza təyin edilməsindən ötrü apellyasiya məhkəməsinin qərarının ləğv edilm əsi üçün heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-869/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-869/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver