Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-869/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və X67 oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş hüquqi şəxslər - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayə ndəsi X30, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin nümayəndəsi X21 və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 179.3.2 və 213.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ağalarov Mahmud Muradxan oğlu (sədrlik edən və məruzəçi), Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) 8 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum, 2 may 1956-cı il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, 16 fevral 2011-ci il tarixdən 11 yanvar 2019-cu ilədək Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, CM-in 179.3.2 və 213.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 179.3.2-ci maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 213.1 -ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə və əlavə cəzaları ayrı-ayrılıqla qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70.1-ci maddəsinin tələblərinə uyğun olaraq isə ona təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, sınaq müddəti ərzində Məhkum davranışına nəzarətin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə tapşırılması, məhkum olunmuş şəxsin üzərinə isə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması qərara alınmışdır. Hökmlə həmçinin zərər çəkmiş hüquqi şəxslərin nümayəndələrinin verdikləri mülki iddialar təmin edilmiş, Məhkum 14.276 (on dörd min iki yüz yetmiş altı) manat 96 (doxsan altı) qəpik məbləğində pulun tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 71.630 (yetmiş bir min altı yüz otuz) manat 75 (yetmiş beş) qəpik məbləğində pulun ondan tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin, 115.442 (bir yüz on beş min dörd yüz qırx iki) manat məbləğində pul un isə məhkum olunmuş şəxsdən tutularaq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının xeyrlərinə ödənilməsi qət edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 16 fevral 2011-ci il tarixdən 11 yanvar 2019-cu il tarixədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə 1105-Q4-1778 nömrə ilə dövlət qeydiyyatına alınmış Nizamnamə, eləcə də, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş ********** saylı VÖEN və vəkillik fəaliyyəti növü üzrə 69103 saylı kod əsasında fəaliyyət göstərən Bakı şəhər 1 saylı hüquq məsləhətxanasının qanuni təmsilçisi-müdiri vəzifəsində işləyərkən göstərilən Nizamnaməyə əsasən, məsləhətxananın işini təşkil etmək, hüquqi yardım göstərilməsi ilə bağlı vətənd aşlara, vəkilin iştirakı və razılaşması ilə müqavilə bağlamaq, vəkilə onun həyata keçirdiyi hüquqi yardımla bağlı fəaliyyətini təmin etmək üçün order vermək, vəkillərin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti qarşısında məsələ qaldırmaq, dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərən vəkillərin Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş siyahı əsasında prosesdə iştirakını təmin etmək, məsləhətxananın vəkillərinin peşə fəaliyyətlərini həyata keçirməklə əlaqədar sənədlər toplamaq və hüquqi yardım göstərmək üçün zəruri olan arayışların və digər sənədlərin idarə, müəssisə və təşkilatlardan tələb edilməsi barədə qanunvericiliyə uyğun olaraq sorğular verilməsini təmin etmək, qanunvericilk sahəsində maarifçilik işinin aparılmasını təşki l etmək, vəkilin təqdimatı əsasında vəkil köməkçisinin işə götürülməsi ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin müəyyən etdiyi qaydada əmək müqaviləsi bağlamaq, məsləhətxananın adından etibarnaməsiz fəaliyyət göstərmək, üçüncü şəxslərlə münasibətdə məsləhətxananı təmsil etmək, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, məsləhətxananın adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, ümumi yığıncaqda hesabat məruzəsi ilə çıxış etmək, kargüzarlıq işinin aparılmasını təmin etmək, vətəndaşları qəbul etmək, onların ərizə və şikayətlərinə baxılmasını təmin etmək, təsdiq edilmiş smeta daxilində maliyyə vəsaitləri üzərində sərəncam vermək, məsləhətxanının işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifəsindən azad etmək, onların barəsi ndə həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər vermək, dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə daxil olmuş vəsaitin müəyyən edilmiş qaydada hüquqi yardım göstərmiş vəkilə ödənilməsini təmin etmək, vəkillərin sığorta bank hesabına müəyyən edilmiş miqdarda ödəmələrin keçirilməsini təmin etmək, ştatda olan işçilərin mükafatlandırılmaları və onlara maddi yardım göstərilməsi barədə təklifləri ümumi yığıncağın gündəliyinə çıxarmaq, ümumi yığıncağı çağırmaq, iclasın gündəliyini müəyyənləşdirmək, müzakirəsinə çıxarılan məsələlərin hazırlanmasını və iclasın keçirilməsini təşkil etmək, vəkillərin ərizələri əsasında ödənişli və ya ödənişsiz məzuniyyət verilməsini və ezamiyyətə göndərilməsini əmrlə rəsmiləşdirmək, məsləhətxananın maliyyə fəaliyyəti barədə və digər hesabatların aidiyyəti üzrə təqdim edilməsini təmin etmək, fiziki və hüquqi şəxslərlə hüquqi yardım göstərilməsi ilə əlaqədar daxil olmuş pul vəsaitlərinin müəyyən edilmiş qaydada vaxtında bank hesabına təhvil verilməsini və təyinatı üzrə xərclənməsini təşkil etmək, məsləhətxananın fəaliyyəti ilə bağlı sənədlərin saxlanılmasını və təhlükəsizliyini təmin etmək, məsləhətxananın ştatda olan işçilərinin xidməti vəzifələri barədə təlimatla onları tanış etmək, məsləhətxananın xəzinədarı ilə onun maddi məsuliyəti barədə müqavilə bağlamaq, məsləhətxananın ştatda olan işçilərindən vəkillik sirrinin qorunması barədə iltizam almaq və qanunvericiliklə onun üzərinə qoyulmuş digər səlahiyyətlərə malik maddi məsul rəhbər vəzifəli şəxs kimi qulluq mövqeyindən istifadə edərək Bakı şəhər 1 saylı h üquq məsləhətxanasına məxsus olmaqla ona etibar edilmiş əmlakı mənimsəməklə talamaq məqsədilə 1 yanvar 2016-cı il tarixdən 11 yanvar 2019-cu il tarixədək olan müddət ərzində məsləhətxanada işləyən digər vəkillərin və hüquqi yardımın göstərilməsi barədə müraciət edən ayrı-ayrı fiziki və hüquqi şəxslərin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən göstərilmiş xidmətlərə görə ödənilmiş müxtəlif məbləğlərdə pul vəsaitini, o cümlədən, Şahid4 göstərdiyi xidmətə görə 3.750 manat, Şahid2 göstərdiyi xidmətə görə 5.140 manat, X8 göstərdiyi xidmətə görə 50 manat, X38 göstərdiyi xidmətə görə 2.900 manat, Şahid1 göstərdiyi xidmətə görə 18.840 manat, X39 göstərdiyi xidmətə görə 300 manat, X31 göstərdiyi xidmətə görə 820 manat, X23 göstərdiyi xid mətə görə 650 manat, X24 göstərdiyi xidmətə görə 100 manat, Şahid5 göstərdiyi xidmətə görə 3.500 manat, X32 göstərdiyi xidmətə görə 150 manat, X50 göstərdiyi xidmətə görə 950 manat, X33 göstərdiyi xidmətə görə 350 manat, X13 göstərdiyi xidmətə görə 1.100 manat, X14 göstərdiyi xidmətə görə 400 manat, Şahid15 göstərdiyi xidmətə görə 6.120 manat, X15 göstərdiyi xidmətə görə 580 manat, X40 göstərdiyi xidmətə görə 2.750 manat, X51 göstərdiyi xidmətə görə 2.050 manat, X34 göstərdiyi xidmətə görə 550 manat, Şahid12 göstərdiyi xidmətə görə 1.950 manat, X41 göstərdiyi xidmətə görə 1.150 manat, X16 göstərdiyi xidmətə görə 1.310 manat, X4 göstərdiyi xidmətə görə 80 manat, X56 göstərdiyi xidmətə görə 4.650 manat, X5 göstərdiyi xidmətə görə 900 manat, X42 göstərdiyi xidmətə görə 800 manat, X25 göstərdi yi xidmətə görə 150 manat, X43 göstərdiyi xidmətə görə 3.700 manat, Şahid11 göstərdiyi xidmətə görə 4.750 manat, X52 göstərdiyi xidmətə görə 500 manat, X17 göstərdiyi xidmətə görə 2.050 manat X9 göstərdiyi xidmətə görə 1.200 manat, X26 göstərdiyi xidmətə görə 2.450 manat, X10 göstərdiyi xidmətə görə 1.100 manat, X44 göstərdiyi xidmətə görə 200 manat, X11 göstərdiyi xidmətə görə 1.300 manat, X45 göstərdiyi xidmətə görə 500 manat, X46 göstərdiyi xidmətə görə 770 manat, X47 göstərdiyi xidmətə görə 3.700 manat, X48 göstərdiyi xidmətə görə 500 manat, Şahid7 göstərdiyi xidmətə görə 1.110 manat, X27 göstərdiyi xidmətə görə 550 manat, X12 göstərdiyi xidmətə görə 1.000 manat, X1 göstərdiyi xidmətə görə 1.750 manat, Şahid3 göstərdiyi xidmətə görə 1.200 manat, X49 göstərdiyi xidmətə görə 850 manat, X28 göstərdiyi xidmətə görə 1.350 manat, cəmi adları qeyd olunan 48 nəfər vəkilin göstərdiyi xidmətlərə görə Bakı şəhər 1 saylı Hüquq Məsləhətxanasının xəzinəsinə mədaxil edilməli olan 92.570 (doxsan iki min beş yüz yetmiş) manat məbləğində pul vəsaitini həmin müqavilə tərəflərindən Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 26 ünvanında yerləşən həmin məsləhətxananın inzibati binasında və Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda alınıb məsləhətxananın xəzinəsinə təhvil verilərək Məsləhətxananın «Kapital Bank ASC»-də yerləşən AZ32AİİB******************** nömrəli hesabına mədaxil etməli olduğu halda bunu qəsdən etməyərək cəmi 92.570 (doxsan iki min beş yüz yetmiş) məbləğində pul vəsaitini, həmçinin, eyni niyyətlə, X13 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 1.118 manat, X1 8 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 246 manat, Şahid9 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 10.326 manat, X42 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 160 manat, X53 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 2.058 manat, X35 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 462 manat, Şahid8 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 1.026 manat, Şahid7 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 7.476 manat olmaqla, ümumilikdə 7 nəfər vəkilin göstərdiyi xidmətlərə görə Yasamal rayon İcra Hakimiyyətinin Dövlət sifarişləri üzrə Məsləhətxananın qeyd edilən hesabına köçürdüyü 22.872 (iyirmi iki min səkkiz yüz yetmiş iki) manat vəsaiti həmin hesabdan çıxarmaqla, ümumilikdə 115.442 (bir yüz on beş min dörd yüz qırx iki) manat məbləğində pul vəsaitindən hər b ir vəkii üzrə aylıq üzvlük haqları və digər xidməti ödənişləri ödəməklə qalan vəsaiti müvafiq olaraq hər bir vəkilin kart hesabına köçürülməsini təmin etməli olduğu halda, həmin hərəkətləri şəxsi niyyətlə qəsdən etməyib Bakı şəhər 1 saylı hüquq məsləhətxanasına məxsus olmaqla ona etibar edilmiş cəmi 115.442 (bir yüz on beş min dörd yüz qırx iki) manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçinin, eyni niyyətlə və vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaq məqsədilə 2018-ci ilin 1 oktyabr tarixinə Bakı şəhər 1 saylı Hüquq Məsləhətxanası tərəfindən təqdim edilmiş hesabatlara əsasən 0111 fəaliyyət kodu üzrə (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər) hesablanmış 33.171,78 manat, 0300 fəaliyyət kodu üzrə (vəkillər kollegiyas ının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər) isə hesablanmış 38.458,97 manat, cəmi 71.630,75 manat məcburi dövlət sosial sığorta haqqını həmin müddətdə Dövlət Sosial Müdafiə Fonduna, həmçinin Bakı şəhər 1 saylı Hüquq Məsləhətxanasının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixə hesablanmaqla 14.276,96 manat vergi məbləğini həmin müddətdə Dövlət Vergi Xidmətinə köçürülməsini təmin etməli olduğu halda, həmin hərəkətləri şəxsi niyyətlə qəsdən etməyib Bakı şəhər 1 saylı hüquq məsləhətxanasına məxsus olmaqla ona etibar edilmiş cəmi 85.907,71 manat (səksən beş min doqquz yüz yeddi manat yetmiş bir qəpik) məbləğində, yəni xeyli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən qəsdən vahid niyyətlə yayınmaqla həmin vəsaiti, ümumilikdə qeyd edilən qaydada c əmi 201.349,71 manat (iki yüz bir min üç yüz qırx doqquz manat yetmiş bir qəpik) məbləğində ona etibar edilmiş pul vəsaitini külli miqdarda ziyan vurmaqla mənimsəyərək talayıb şəxsi ehtiyaclarına sərf etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyul 2024-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Qarayeva Mehriban Cəfər qızı və Əyyubov Fərid İlham oğlundan ibarət tərkibdə) 14 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərar ının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Muhasibat uçotu haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunlarına, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, habelə barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən Məhkum iş üzrə ibtidai araşdırmanın düzgün aparılmamasını iddia edərək həmin şikayətini belə əsaslandırmışdır ki, barəsində hökm çıxarılarkən qanunvericiliyi n tələbləri kobudcasına pozulmuş, qondarma “cinayət işinə” hüquqi müstəvidən yanaşılmamış, istər istintaq orqanı, istərsə də məhkəmələr iş üzrə lazımi araşdırma aparmamış, zəruri olan sübutlar tələb edilməyərək tədqiq edilməmişdir. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, 15 dekabr 2023-cü il tarixdə səhhətinin kəskin pisləşməsi ilə əlaqədar xəstəxanaya yeləşdirilmiş, 27 dekabr 2023-cü il tarixdə xəstəxanadan ambulator müalicə almaq üçün evə buraxılmış, 31 dekabr 2023-cü il tarixə qədər əmək qabiliyyəti müvəqqəti olmamışdır. Bu barədə o, Bakı Ağır Cinayətlər Məhkəməsinə və Məhkəmə-Hüquq Şurasına tibbi arayışlar və ərizə təqdim etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən bu hallar onun məhkəmədən yayınması kimi qiymətləndirilərək barəsində axtarış elan edilmiş və ev dustaqlığı qətimkan tədbiri əsassız olaraq həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bu haqda qəbul edilmiş qanunsuz qərara əsasən o, 20 mart 2024-cü il tarixdə həbs edilərək əvvəl Yasamal rayon MSY-ə, 27 mart 2024-cü il tarixdə isə Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. İşin icraatı sonradan təzələnsə də, məhkəmə iş üzrə obyektiv və hərətərfli araşdırmanın aparılmasına formal yanaşmış, faktiki olaraq heç bir araşdırma aparılmamış, hətta 8 aprel 2024-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə verdiyi vəsatət də əsassız olaraq rədd edilmiş, nəticədə isə onun bir çox hüquqları, o cümlədən azadlıq və təqsirsiz prezumpsiyası, habelə çəkişmə prinsipi məhkəmə tərəfindən kobudcasına pozulmuşdur. Bundan başqa, onun barəsində kütləviinformasiya vasitələrində düzgün olmayan məlumatlar verilərək həmin məlumatlarda güya onun məhkəmədən gizlənməsi göstərilmiş və yuxarıda göstərilənlərlə birlikdə bu hal da onun haqqında qanunsuz və əsassız yekun məhkəmə aktlarının çıxarılmasına səbəb olmuşdur. Göstərilən dəlillərə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin (bundan sonra mətndə CPMin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş hüquqi şəxsin - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Al i Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2025-ci il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək Ali Məhkəməyə Məhkum 15 aprel 2025-ci il tarixli ərizəsi daxil olmuşdur. Ərizədə Məhkum özü tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan həmin şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikd ir. CPM-in 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə proses iştirakçılarının çıxışlarını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsasla naraq hesab edir ki, göstərilən ərizə təmin edilməklə CM-in 179.3.2 və 213.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2024-cü il tarixli qərarından onun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2024-cü il tarixli qərarından məhkum olunmuş şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin şikayət üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-869/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-869/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver