Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-87/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Nigar Vidadi qızı Adilovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, bəraət almış şəxs Məhkum və müdafiəçisi X5 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmü ilə Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilmiş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim Mirheydər Zeynalov) 01 iyun 2018-ci il tarixli hökmü ilə, Məhkum, 01 март 1966-cı ildə ****** rayonunda doğumuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilməmiş, **** rayonu, ***** kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona görə ittiham elan olunmuşdur ki, o, 20 fevral 2015-ci il tarixdə, saat 20:00 radələrində texniki cəhətdən saz vəziyyətdə, etibarnamə ilə ona məxsus olan «VAZ 21074» markalı, «az *****» dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ilə şəhər mərkəzi istiqamətində saatda 30 km surətlə hərəkət etdirərkən Bakı şəhəri, ************************ ünvanda yerləşən Bakı şəhəri, Binəqədi RPİ-nin DYPŞ-nin inzibati binasmm qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasmm Qanununun 50-ci maddəsinin 1-ci hissəsində göstərilən qaydalara yəni, hərəkət üçün təhlükə yarandığmı gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tələblərə əməl etməyib, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq, idarə etdiyi nəqliyyat vasitəsinin qabaq sol yan tərəfı ilə yolu soldan sağa doğru keçən piyada X7 vurub ona soldan alın və təpə gicgah nahiyəsinin sıyrıntıları və şişkinliyi, başın sağ alın payının hematoması, baş beyinin sağ alın-gicgah payı üzərinə qanın yığılması, soldan ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinin ödemi və dislokasiyası ilə müşayiət olunan, baş beyinin ağır dərəcəli əzilməsindən ibarət olmaqla dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi nəticəsində ehtiyatsızlıqdan İ6 29 iyun 2016-cı il tarixdə ölümü baş vermişdir. Hökmdən dövlət ittihamçısı E6 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Elşad Şamayev, hakimlər Sahibxan Mirzəyev və Faiq Qasımovdan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Əli Seyfəliyev, hakimlər Tahir Kazımov və Hafiz Nəsibovdan ibarət tərkibdə) kassasiya protesti təmin edilımiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilımiş və iş yeni apel lyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Əflatun Qasımov, hakimlər Əmir Bayramov və Namiq Məmmədovdan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya protestinin dəlilləri: Kassator kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum tərəfindən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi iş üzrə toplanmış mötəbər sübutlarla öz təsdiq ini tapmışdır. Belə ki, ibtidai istintaq dövründə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 fevral 2015-ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Binəqədi şossesi ilə şəhərin mərkəzi istiqamətində yolun qoşa xəttə yaxın zolağı ilə saatda təxminən 20-30 km sürətlə avtomobilini idarə edərkən, Binəqədi DYPŞ-nin qarşısında yolu soldan sağa doğru keçən piyada X7 idarə etdiyi avtomobilin qabaq sol qanadı ilə vurmuş, nəticədə İ6 başı idarə etdiyi avtomobilin alın şüşəsinə dəymişdir. Bununla yanaşı, 05 may 2015-ci il tarixli hadisə yerinə baxış protokolunda göstərilmişdir ki, baxış zamanı asfalt yolu quru olmuşdur. Hadisə yerinin sxemindən isə görünür ki, vurulma qoşa xəttən 1,5 metr məsafədə baş vermişdir. Verilmiş ifadə və hadisə yerinə baxış protokoluna əsasən ibtidai istintaq dövründə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 05 may 2015-ci il tarixli, 8277 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21074” markalı **-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Belə ki, əvvəlcə müdafiəçi tərəfindən təkrar məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının keçirilməsi barədə məhkəməyə vəsatət təqdim edilmişdir. Vəsatətdə təqsirləndirilən şəxs Məhkum 20 fevral 2015-ci il tarixdə ha disə zamanı yolun qoşa xəttə yaxın zolağı ilə saatda təxminən 30 km sürətlə avtomobilini idarə etməsi, yolda tıxacın olması, Binəqədi DYPŞ-nin qarşısında yolu soldan sağa doğru keçən piyada X6 əks yolda tıxacda dayanmış hündürbanlı yük avtomobilin arxasından qəfildən çıxaraq Məhkum idarə etdiyi avtomobilin qabaq sol qanadına deyil, başı ilə qabağ küləyə qarşı şüşəsinin yuxarı çöl küncünə çırpılması göstərilmişdir. 14 iyul 2017-ci il tarixdə Məhkum məhkəmədə dindirilərkən göstərmişdir ki, hadisə zamanı yol yaş olmuş, piyada İ6 isə görmək imkanında olmamış, halbuki piyadanın ondan 6-7 metr məsafədə yük avtomobilinin arxasında və ondan təxminən bir metr məsafədə dayandığını, daha sonra onun avtomobilinə çırpılarkən artıq bir metr məsafədə onun yoluna daxil olmasını qeyd etmişdir. Bunun nəticə si olaraq, həmin ekspertizanın 10 noyabr 2017-ci il tarixli, həmçinin sonradan təyin edilmiş komisyon məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası 18 aprel 2018-ci il tarixli rəylərində sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanının olmaması və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluğun olmaması göstərilmişdir. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq dövründə verdiyi ifadəyə uyğun deyil, məhkəmə istintaqı zamanı göstərdiyi kimi piyada İ6 ani olaraq əks yolda tıxacda dayanmış hündürbanlı yük avtomobilin arxasından çıxaraq avtomobilin qabaq sol qanadına deyil, başı ilə qabağ küləyə qarşı şüşəsinə çırpılması barədə ifadəsi rəhbər tutulmuş və qərarda ekspertin qarşısına həmin şərait təqdim edilmişdir. Bütün bunl ara baxmayaraq məhkəmələr tərəfindən Məhkum əməlində CM-nin 263.2-ci maddəsinin tərkib əlamətlərinin olmadığı qənaətinə gəlinərək, ona əsassız olaraq bəraət verilmişdir. Məhkəmə bəraət hökmü çıxararkən təqsirləndirilən şəxs Məhkum məhkəmə prosesində verdiyi ifadəyə istinad edib, yol-nəqliyyat hadisələrin ekspertizasını təyin etmiş və alınmış rəyə əsaslanaraq Məhkum təqsirini təsdiq edən sübutların kifayət qədər olmadığı qənaətinə gəlinmişdir. Həmin qənaət apellyasiya instansiyası məhkəməsi tərəfindən də əsassız olaraq məqbul hesab edilmişdir. Göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməməsinə əsaslanmış, sübutların hər birinin digərini təsdiq etməsini qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmişlər. Məhkum ibtidai istintaqda verdiyi ifadələr, ilkin yo l-nəqliyyat hadisələrinin ekspertizasının rəyi və digər sübutlarla təsdiq edildiyi halda, məhkəmələr sübutları qiymətləndirərkən əsassız olaraq təqsirləndirilən şəxsə bəraət verilməsi barədə qənaətə gəlmişlər. Yuxarıda qeyd olunanlar hazırki qərar qəbul edilərkən Bakı Apellyasiya Məhkəməsi tərəfindən CPM-in 416.0.2-ci maddəsinə əsasən həmin Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tədqiq edilməməsi və CPM-in 416.0.3-cü maddəsinə əsasən bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyi kimi qiymətləndirilməlidir. CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq hüquq məsələləri üzrə cinayət qanununun və Cinayət Prosessua l Məcəlləsinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 416.0.2-ci maddəsinə əsasən məhkəmənin CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsi, həmçinin, CPM-in 416.0.3-cü maddəsinə əsasən bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsi kassasiya qaydasında birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının kasssasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Kassator göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsini və Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2019-cu il tarixli qərarının ləğv edil məsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Anar Məmmədovun və kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxs Məhkum və müdafiəçisi Ə6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestinin dəlilləri ap ellyasiya protestinin də dəlillərində göstərilmiş və apellyasiya instansiya məhkəməsinin araşdırma predmeti omuşdur. Kassator tərəfindən işə baxan məhkəmələr tərəfindən Məhkum bəraət verilərkən istinad etdikləri sübutların əsaslı olmaması mübahisələndirildiyindən məhkəmə kollegiyası cinayət işinin materiallarındakı sübutlara müraciət etməyi zəruri hesab edir: “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” Binəqədi RPİ-nin İŞ-nin müstəntiqinin 26 fevral 2015-ci il tarixli qərarından müəyyən edilir ki, “20 fevral 2015-ci il tarixdə saat 20 radələrində Məhkum idarə etdiyi “VAZ 2107” markalı, ** *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ilə şəhər istiqamətində hərəktdə olarkən piyada, 1979cu il təvəllüdlü İ6 (sonradan müəyyən olunmuşdur ki, mərhu mun soyadı İ6 deyil, İ6) İ6 vurmuş, nəticədə İ6 xəsarət aldığından sürücü tərəfindən KTM-ə aparılmışdır”. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı Məhkum ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 20 fevral 2015-ci il tarixdə, saat 19:20 radələrində Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən yaşadığı evdən çıxıb, avtomobilini idarə edərək Binəqədi şossesi ilə şəhərin mərkəzi istiqamətində öz hərəkət yolunda yolun qoşa xəttə vaxın olan zolağında təxminən 30 km sürətlə hərəkət etməyə başlamış, həmın vaxt yol yağ ışlı, sürüşkən olmuş, sulu qar yağmış, yol avtomobillərlə dolu və tıxac olmuşdur. 30 km sürətlə şəhər mərkəzi istiqamətinə doğru hərəkət edərkən, Binəqədi D.Y.P.Ş-in qarşısında hərəkət edən zaman, qoşa bütöv xəttin kənarında dayanmış yük avtomobilin arxasından piyada çıxaraq, 1 metr məsafə qət edərək, özünü idarə etdiyi avtomobilin qabaq sol qanadına vurmuşdur. Piyada yerə yıxılmış o, avtomobili saxlayıb yerə düşmüş və ora toplaşan tanımadığı şəxslərin köməkliyi ilə, həmin piyadanı avtomobilin arxa oturacağına əyləşdirib «******** » adına xəstəxanaya aparmışdır. Orada həmin piyadaya ilkin tibbi yardım göstərildikdən sonra isə müalicənin davam etdirilməsi üçün onu təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Şəhər Xəstəxanasına aparmışlar. Onun heç bir günahı yoxdur o, avtomobili ilə heç kimi vurmamışdır. Mərhum İ6 özü avtomobilə dəymişdir. Cinayət işinin materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizasının 01 aprel 2015-ci il tarixli 381 saylı canlı şəxsin ekspertizası rəyindən müəyyən olunur ki, X1 alın və təpə gicgah nahiyyəsinin siyrıntıları və şişkinliyi, başın sağ alın payının hematoması, baş beyinin sağ alın-gicgah payı üzərinə qanın yığılması, soldan ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinin ödemi və dislokasiyası ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə (20.02.2015-ci il) və şəraitdə, yəni hərəkətdə olan minik avtomaşının piyadanı vurması nəticəsində alınmaları mümkündür və dərə cəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmaya aiddir. (cild 1, iş vərəqə 37-39). Cinayət işini materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin tədqiqinə dair 05 may 2015-ci il tarixli 8277 №li ekpert rəyindən görünür ki, “İstintaq tərəfindən verilən məlumatlara əsasən - «VAZ 21074» markalı ** ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur”. (cild 1, iş vərəqə 42-43). Cinayət işinin materiallarından müəyyən olunur ki, müstəntiqin 29 may 2015-ci il tarixli qərarı ilə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi mümkün olmadığından cinayət işinin icraatı dayandırılmışdır.(cild 1, iş vərəqə 48). Cinayət işinin materiallarından müəyyən olunur ki, Binəqədi rayon prokurorunun müavini tərəfindən zərərçəkmiş şəxslə bir sıra istintaq hərəkətlərinin aparılması zərurəti olduğundan müstəntiqin 29.05.2015-ci il tarixli qərarı ləğv edilmişdir.(cild 1, iş vərəqə 64-65). Cinayət işinin materiallarındakı Gürcüstan Respublikası “xxxx” MMC Marneuli Doğum evi və Ambulator Tibb mərkəzi tərəfindən verilən 05 yanvar 2016-cı il tarixli 35 №-li Arayışda qeyd edilmişdir ki, xəstə İ6 05.01.2016-cı il tarixdə həkimə müraciət etmişdir. Keçirdiyi xəstəliklər: 2015ci ilin fevral ayından xəstədir, o, Azərbaycanda olarkən avtoqəzada ağır kəllə-beyin travması almışdı. Sağ gicgah nahiyəsinin subdural hematoma, döş qəfəsinin örtülü travması. Azərbaycanda müalicə alırdı, lakin nəticəsiz olmuşdu. Sonra ”xxxx” MMC-də stasionar müalicə aparılmışdır, hazırda xəstənin vəziyyəti ağırdır. (cild 1, iş vərəqə 71-72). Cinayət işinin materiallarındakı “Ölüm haqqında şəhadətnamə”dən müəyyən olunur ki, Gürcüstan vətəndaşı İ6 İ629 iyun 2016-cı il tarixdə Gürcüstan Respublikası Marneuli rayonunda vəfat etmişdir. (cild 1, iş vərəqə 109-110). Məhkəmə kollegiyası vurğulayır ki, cinayət işinin materiallarından müəyyən olunur ki, müstəntiqin 02 avqust 2016-cı il tarixli qərarı ilə İ6 ölüm səbəbi müəyyən edilməsi üçün məhkəmətibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizasının 11 avqust 2016-cı il tarixl i T220/2016 №-li rəyində göstərilmişdir ki, “İ6 meyitinin məhkəmə-tibbi müayinəsi vaxtında keşirilmədiyindən onun ölümünün dəqiq səbəbi haqqinda hazırda fikir söyləmək mümkün deyildir”. 2. “İ6 almış xəsarətlər - soldan alın və təpə gicgah nahiyyəsinin siyrıntıları və şişkinliyi, başın sağ alın payının hematoması, baş beyinin sağ alın-gicgah payı üzərinə qanın yığılması, soldan ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinin ödemi və dislokasiyası ilə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni hərəkətdə olan “VAZ-21074” markalı minik avtomaşının piyadanı vurması nəticəsində əmələ gəlmiş və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərv urmaya aiddir. Mərhumun meyiti müayinə olunmadığından ölümün dəqiq səbəbi haqqında fikir söyləmək mümkün olmasa da, ölümün yuxarıda göstərilən fəsadlardan da baş verməsi inkar edilmir”. (cild 1, iş vərəqə 133-138). Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 140.0 və 140.0.1-ci maddələrinin tələblərinə görə ölümün səbəbi, bədən xəsarətlərinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspertin rəyi ilə müəyyən edilə bilər. Rəydən də göründüyü kimi mərhum İ6Xəmmədovun ölümünün səbəbi barədə ekspertlər konkret bir nəticəyə gələ bilməmişlər. Amma istintaq orqanı tərəfindən ölümün səbəbi müəyyən edilmədiyi halda, ehtimala əsasən Məhkum CMin 263.2-ci maddəsi ilə (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nə qliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ittiham irəli sürülmüşdür. Kassasiya kollegiyasının qənaəti belədir ki, şəxs ehtimal əsasında cinayət törətməkdə təqsirli bilinə bilməz. Bundan başqa, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 19-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkan larının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan R espublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Məhkəmələrin diqqəti itidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilir ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri -mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olubolmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmə lə hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən müdafiəçinin vəsatəti əsasında cinayət işi üzrə 02 mart 2017-ci il tarixdə təkrar məhkəmə-yol nəqliyyat hadisələri ekpertizası, 28 avqust 2017-ci il tarixdə əlavə kompleks məhkəmə-yol nəqliyyat hadisələri və tibbi ekspertizası, habelə dövlət ittihamçısının vəsatəti əsasında 14 fevral 2018-ci tarixdə komisyon təkrar məhkəmə-yol nəqliyyat hadisələri ekpertizası təyin edilmişdir. Müdafiəçinin və dövlət ittihamçısının vəsatəti əsasında ekspertizaların təyin edilməsi haqqında məhkəmə tərəfindən qəbul edilmiş 28 avqust 2017-ci il və 14 fevral 2018-ci tarixli qərarlar üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 noyabr 2017-ci il tarixli 26770 №- li və 18 aprel 2018-ci il tarixli 7309 №-li ekpert rəylərində qeyd edilmişdir: “Məhkəmə tərəfındən qərarda vəsatətə əsasən göstərilən məlumata görə, yəni «VAZ 21074» markalı avtomobilin 30 km/saat sürətlə hərəkətdə olması, sürücünün hərəkəti üçün təhlükənin piyadanın əks istiqamətində tıxacda yolun ortasında olan qoşa bütöv xəttin kənarında dayanmış yük avtomobilin arxasından çıxdığı andan yaranması, həmin andan vurulmaya kimi piyadanın iti addımlarla 1 metr məsafə qət etməsi, təhlükə yuranan anda piyada ilə «VAZ 21074» markalı avtomobil arasında 6-7 metr məsafənin olması və hadisə zamanı yolun yaş olması şəraitində «VAZ 21074» markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır”. Göründüyü kimi hər iki ekspertiza rəyi ilə Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmadığı və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmadığı müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Məhkum idarə etdiyi «VAZ 21074» markalı avtomobilin 30 km/saat sürətlə deyil, daha yüksək sürətlə hərəkətdə olması barədə ittiham orqanı tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə, işə apellyasiya baxışı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 fevral 2015-ci il tarixli protokolun natamam tərtib edildiyi, habelə protokolda asfalt yolun quru olmasının qeyd olunduğu müəyyən edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı istintaq orqanı tərəfindən verilən məlumatlar əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 5 may 2015-ci il tarixli 8277 №-li ekpert rəyində də Yolun örtüyünün quru vəziyyətdə olduğu qeyd edilmişdir. Lakin, Məhkum məhkəmədə verdiyi ifadəsində hadisə baş verən zaman yolun yağışlı, sürüşkən olduğunu, zərər çəkmiş şəxsin qoşa bütöv xəttin kənarında dayanmış yük avtomobilin arxasından çıxaraq, 1 metr məsafə qət edərək, özünü idarə etdiyi avtomobilin qabaq sol qanadına vurduğunu göstərmişdir. Mövcud ziddiyyətin aradan qaldırılması məqsədilə apellyasiya məhkəməsinin sorğusu əsasında Milli Hidrometerologiya Departamentindən verilmiş məlumatlarda 20 fevral 2015-ci il tarixdə saat 20:10-dan 21:20-dək fasilələrlə zəif yağış, 10:32-dən 12:10-dək, 17:10-dan 21 fevral tarixə saat 21:40-dək fasilələrlə zəif qar yağdığı qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 20 fevral 2015-ci il tarixdə baş vermiş məlum hadisə zamanı mövcud hava şəraitinin müəyyən edilməsi məqsədilə Milli Hidrometerologiya Departamentinə verilmiş təkrar sorğuya əsasən 20 fevral 2015-ci il tarixdə saat 20:10-dan 21:20- dək fasilələrlə zəif yağış, 10:32-dən 12:10-dək, 17:10-dan 21 fevral tarixə saat 21:40-dək fasilələrlə zəif qar yağması barədə Milli Hidrometerologiya Departamenti tərəfindən eyni məzmunlu cavab verilmişdir. Göründüyü kimi, istintaq orqanı tərəfindən tərtib edilmiş və iş üçün mühüm əhəmiyyət kəsb edən “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 fevral 2015-ci il tarixli protokolda asfalt yolun quru olması qeyd edild iyi halda, bu fakt Milli Hidrometerologiya Departamenti tərəfindən verilmiş məlumatlar əsasında təkzib edilmişdir. Eyni zamanda, Məhkum məhkəmədə verdiyi ifadəsində hadisə baş verən zaman yolun yağışlı, sürüşkən olduğunu qeyd etdiyi hal da Milli Hidrometerologiya Departamenti tərəfindən verilmiş məlumatlarla təsdiq edilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 fevral 2015-ci il tarixli protokolda adları qeyd olunan hal şahidlərinin – X3 və X8 ifadələrinin alınması üçün onların məhkəməyə məcburi qaydada gətirilməsi haqqında müvafiq qərar qəbul edilsə də, Bakı şəhər Binəqədi RPİ-nin 4-cü polis şöbəsi tərəfindən hal şahidlərinin yerinin müəyyən edilməməsi səbəbindən onların məhkəməyə gətirilməsi təmin edilməmişdir. “Yol h ərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 11-ci bəndində qeyd edilir ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlə rində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, hə min qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət işinin tədqiq edilmiş materiallarından görünür ki, istintaq orqanı tərəfindən bir sıra əhəmiyyətli istintaq hərəkətləri, o cümlədən Məhkum ifadələrinin yerində yoxlanılması və istintaq eksperimenti aparılmamışdır. Məhkəmə kollegiyası qənaəti belədir ki, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair istintaq orqanının təqdim etdiyi sübutlar yanız ehtimallara əsaslanır ki, onların da ittiham hökmünün əsası kimi qəbul edilməsi cinayət-prosessual qanunvericiliyin tələblərinə ziddir və yolverilməzdir. Azərbaycan Respublikas ı CPM-in 351.2-ci maddəsinin tələbinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmə olduqda çıxarıla bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində göstərilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsin də təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Kollegiya vurğulayır ki, cinayət işinin materiallarındakı sübutların mabədində Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməməsi mümkünsüzdür və buna görə də bəraət hökmünün qanuni və əsaslı olması heç bir şübhə doğurmur. Beləliklə, kassasiya kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materiallarındakı və işə baxan birinci və apellyasiya instansiya məhkəmələrinin qərarlarının təsviri-əsaslandırıcı hissələrindəki istinad etdikləri sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum bəraət verilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan isti fadə edilməmiş, onun təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən kassasiya protestinin dəlillərinin əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 0 5 iyul 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin protestin təmin edilmədən, göstərilən qərarın isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə bəraət verilmiş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-87/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-87/2020
18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver