Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-87/2023 25.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə 20 avqust 1973-cü ildə Tərtər rayonu Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeyd iyyatda olmaqla, həbs edilənə kimi ünvan 2 ünvanında yaşamış, 04 mart 2020-ci ildən həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli 1(107)-6/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmü ilə (hakimlər R.Hüseynov (sədrlik edən), B.Məmmədov və N.Mirzəyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını üm umi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 26 fevral 2020-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum Şəmsəddin oğlunun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: G.Abbasov (sədrlik edən), A.Eyvazov və İ.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarından Məhkum Şəmsəddin oğlunun müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məh kum təxminən 1997-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda yük maşını ilə mişar daşı gətirərək Zaqatala rayonunda həmin daşın fərdi qaydada satışı ilə məşğul olarkən, günlük ödəniş etməklə ünvan 3 ünvanında yerləşən, X8 məxsus fərdi yaşayış evində kirayədə qaldığı dövrlərdə, cinsi ehtirasını təmin etmək məqsədilə ayrıayrı qadınlarla tanış olaraq onlarla ayrı-ayrı yerlərdə cinsi yaxınlıq etmiş, eləcə də kirayədə qaldığı evdə başqa qadınlarla görüş təşkil etməyə cəhd etməsi ilə bağlı onunla ev sahibi X7 arasında əvvəllər də narazılıq yaranmışdır. 23 fevral 2011-ci ildə mişar daşı satmaq məqsədilə qohumu Şahid2 ilə birlikdə sonuncuya məxsus yük maşını ilə yenidən Zaqatala rayonuna gəlib xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixinə keçən gecəni X7-yə məxsus evdə gecələməyə qərar vermiş, havanın soyuq olması ilə bağlı evdəki sobanın yanında olan çarpayıda yatmaq istəsə də, X7 həmin çarpayıda başqa şəxsin gecələyəcəyini bildirib çarpayıdan istifadə etməyə ona icazə verməmiş, səhərisi gün yuxudan oyanıb çarpayını boş gördükdə, X7-nın bilərəkdən həmin çarpayını onun istifadəsinə verməməsi qənaətinə gəldiyindən, təklikdə olduqları zaman bununla bağlı X7-ya narazılığını bildirərək onunla anası kimi davranmasını xahiş etməsinə baxmayaraq, təbiətcə söyüşkən olan X7 onun ünvanına nalayiq sözlər işlətmiş, bundan sonra saat 09 radələrində Şahid2 və qeyriləri ilə birlikdə evdən çıxıb daş bazarına getmiş, X-nın həmin gün onu təhqir etməsi, həmçinin əvvəllər də evə qadın gətirməsinə razılıq verməməsi ilə bağlı məsələni aydınlaşdırmaq məqsədilə həmin gün saat 11:30 radələrində X7-nın ol duğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə getmiş, onunla həyətdə qeyd edilənlərlə bağlı söhbət edərkən, aralarında yaranmış mübahisə zamanı X7 yenidən onun ünvanına nalayiq söyüşlər işlətdiyinə görə qisas almaq niyyəti ilə X7 öldürmək qərarına gəlmiş, bu məqsədlə həyətdə kimsənin görə biləcəyindən ehtiyat edərək söhbətlərini davam etdirmək üçün X7-a evin otaqlar olan hissəsinə keçməyi təklif etmiş, X7 qabaqda, o isə onun arxasınca evə girərkən, giriş qapısından sol tərəfdə qoyulmuş masanın üzərində olan bir neçə mətbəx bıçağından birini götürüb evə girdikdən sonra X7-nın ardınca sol tərəfdə olan otağa daxil olmuş, sol əli ilə onun paltarından tutaraq, sağ əlində olan mətbəx bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə köks qəfəsinin sağ və sol döş nahiyələr ində köks boşluğuna keçib ağciyəri və ürək pərdəsini zədələməklə çoxlu qanitirmə ilə nəticələnmiş, hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olub dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid 06 ədəd kəsilmiş-deşilmiş yara xarakterli, köks qəfəsinin sağ və sol nahiyələrində 04 ədəd, sağ bazusunda 01 ədəd kəsilmiş-deşilmiş yaralar və sağ saidində 01 ədəd kəsilmiş yara xarakterli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid, başın alın nahiyəsində qançır, sol almacıq sümüyü nahiyəsində sıyrıq, sol yanağında şişkinli qançır və üst dodağının selikli qişasında əzilmiş-kəsilmiş yara xarakterli, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, ümumilikdə 12 ədəd xəsarət yetirməklə X9 qisas niyyəti ilə qəsdən öldürmüş, yə ni onu qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, işin həqiqi halları düzgün müəyyən edilməmiş, nəticədə Məhkum hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş qəsdən adam öldürmə cinayətinin tərkibi olmadığı halda, o əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzaya məruz qalmış, onun Azərbaycan Respublikası Konstitusiyası, Avropa Konvensiyası ilə ehtiva olunan hüquqları pozulmuşdur. Müdafiəçi kassasiya şikayətində xüsusilə ona istinad edir ki, təqsirləndirilən şəxsin ilkin ifadəsi ilə sonrakı ifadələri arasında kəskin ziddiyyətlərin olmasına baxmayaraq, məhkəmələr tərəfindən şəxsin təqsirlilik məsələsi həll olunarkən məhz ibtidai araşdırma dövründə təzyiq altında alınan ifadələrə, ziddiyyətli ekspertiza rəylərinə, şahidlərin digər iş materialları ilə təsdiq olunmayan ifadələrinə üstünlük verilmişdir. Eyni zamanda Məhkum cinayəti törətməməsi barədə irəli sürdüyü dəlillərlə bağlı heç bir araşdırma aparılmamış, ifadələrində istinad olunmuş hallar qeyri mötəbər və mümkünlüyü qiymətləndirilməmiş sübutlara təkzib olunmuşdur. Halbuki, Məhkum ifadəsi işdə olan şahid və digər sübutlarla tam üst üstə düşmüşməklə onun təqsirsizliyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Şikayət müəllifləri qeyd edir ki, Şəki ağır cinayətlər məhkəməsi və Şirvan apellyasiya məhkəməsi Məhkum ittihamı üzr ə cinayət işinə baxılması zamanı məhkəməyədək icraat gedişində toplanmış məlumat, sənəd və əşyaların mənbəyinin mötəbərliyini yoxlamamış, onları təhlil etmədən və bir-biri ilə müqayisə etmədən ittiham tərəfinin sübutları qismində tanımış, onları mənsubiyyət, mümkünlük və mötəbərlik baxımından qiymətləndirməmişdir. Faktiki olaraq müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı madd əsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi1 verdiyi kassasiya şikayətində məhkəmələrin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq onu qəsdən adam öldürmə cinayətini törətməkdə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1- 416.1.3 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirə n əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun müdafiəçisinin verdiyi kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tər kibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Bu baxımdan (əməlin hüquqi tövsifinin düzgün olmasını təmin etmək üçün) şəxsin törətdiyi hərəkətlərin və yaxud hərəkətsizliyinin (işin faktik hallarının) ona isnad edilən cinayət qanunu normasının dispozisiyası ilə şərləndirilən həcmdə və məzmunda aydın və dəqiqliklə, həm də bu faktları kifayət qədər təsdiq edən sübutlara istinad olunmaqla müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi cinayət təqibi üzrə icraat zamanı bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmə hökmü qanuni və əsaslı olmalıdır. Yaln ız aşağıdakı tələblərə cavab verdikdə məhkəmə hökmü əsaslı sayıla, hökmdə əksini tapmış hüquqi, o cümlədən əməlin tövsifi üzrə nəticələr qanuni (Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət Məcəlləsi, digər cinayət və cinayət-prosessual qanunlarına uyğun) hesab oluna, etibarlı, inadırıcı nəticələr kimi qəbul edilə bilər: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı (CPM, maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli (CPM, maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM, maddə 349.5.3). Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə topla nılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Hazırki iş üzrə məhkəmələrin müəyyən etdikləri faktiki halları, həmin faktiki hallardan hasil etdikləri hüquqi nəticələrlə müqayisə etdikdə, məhkəmələrin qeyd olunan cinayət və cinayət-prosessual normalara əməl etdiklərini, o cümlədən onların Məhkum Şəmsəddin oğlunun əməlinin qəsdən adam öldürmə cinayəti kimi Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməsi haqqında qənaətlərinin müəyyən edilmiş saydıqları faktiki hallarla uzlaşdığını söyləmək, beləliklə də bu qənaəti mötəbər, inandırcı nəticə kimi qəbul etmək mümkün deyil. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünün qanuni və əsaslı olması, apellyasiya şikayətinin əsassız olması qənaətinə gələrkən təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməlini törətməsi onun özünün ibtidai istintaq dövründə verdiyi ifadəsi, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapdığı, sübut ların işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamladığı və sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmadığını qeyd etmişdir. Habelə apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin məhkəmələrdə verdiyi ifadəsində, müdafiəçinin isə apellyasiya şikayətində göstərilən xüsusatların heç birinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmamasını bir cümlə ilə qeyd etməklə kifayətlənmiş, məhkəmə qərarının həcminin mütləq əksəriyyətini birinci instansiya məhkəməsinin hökmündə qeyd edilmiş halların şikayətin dəlillərinə münasibət bildirilmədən təkrar olaraq sadalanması təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. təqsirsizlik İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməs i Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, hazırki iş üzrə xx.xx.2011-ci il tarixdə baş vermiş cinayət hadisəsinin ilkin istintaq hərəkətləri ilə açılmamış olması, uzun müddət ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorların müxtəlif versiyalar üzərindən ətraflı araşdırma aparılmalı olması ilə bağlı göstərişlər vermələri, cinayət işi üzrə Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilməsi və daha sonrakı hərəkətlərin məhz Məhkum xx.xx.2020-ci il tarixdə polis orqanına etiraf edici məzmunda ərizə ilə müraciət etməsi, hadisənin bilavasitə şahidi olmama qla, toplanmış sübutların özlüyündə dolayı sübutlar təşkil etməsi Avropa Məhkəməsinin yuxarıda qeyd edilən mövqelərdən çıxış edilməklə, cinayət işi üzrə məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi sübutların ittihamın sübutları ilə birlikdə obyektiv olaraq qiymətləndirilib-qiymətləndirilməməsi, apellyasiya şikayətinin dəlillərinə qiymət verilibverilməməsinin müəyyən edilməsi hazırki halda mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv a raşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən adam öldürmə hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda Apellyasiya instansiyası məhkəməsinin hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndiril ən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Verilmiş ittihamdan göründüyü kimi cinayətin motivi kimi Məhkum X7-nı qisas almaq niyyəti ilə öldürdüyü göstərilmiş, habelə bunun əsası olaraq Məhkum 1997-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda yük maşını ilə mişar daşı gətirərək Zaqatala rayonunda həmin daşın fərdi qaydada satışı ilə məşğul olarkən, günlük ödəniş etməklə ünvan 4 ünvanında yerləşən, X8 məxsus fərdi yaşayış evində kirayədə qaldığı dövrlərdə, cinsi ehtirasını təmin etmək məqsədilə ayrı-ayrı qadınlarla tanış olaraq onlarla ayrı-ayrı yerlərdə cinsi yaxınlıq etmiş, eləcə də kirayədə qaldığı evdə başqa qadınlarla görüş təşkil etməyə cəhd etm əsi ilə bağlı onunla ev sahibi X16 arasında əvvəllər yaranmış narazılıq, habelə hadisə günü səhər saatlarında S.Əyyubovanın həmin gün onu təhqir etməsi halları qeyd edilmişdir. Məhkəmələrin qərarlarında əsaslandıqları təqsirləndirilən şəxs Məhkum istintaq zamanı verdiyi xx.xx.2020-ci il tarixli etirafedici ifadəsində göstərmişdir ki, xx.xx.2011-ci il tarixdə səhər saatlarında tanışları ilə birlikdə X7-nın evindən çıxarkən bu zaman X8 arvada "niyə sən məni polisə satmısan” dediyi üçün, X8 nalayiq sözlərlə onu təhqir etmişdir. Belə ki, o, 2009-cu ildə bir xanımla X8-nın evində görüşdüyü üçün X8 onu polisə satmışdır. Görüşən zaman X8-a pulunu vermiş, bir dəfə də qadınla görüşüb qapıdan çıxan zaman qapıda polis əməkdaşı ilə rastlaşmış, polis əməkdaşı ona ailə pozğunluğu yaratdığını bildirib şö bəyə aparacağı ilə onu hədələmiş, o, xanımın ailəsi dağılmasın deyə 600 manat pulu həmin polis əməkdaşına vermiş, onun görüşdüyü qadın Zaqatala rayonundan Şahid2 olmuşdur. O, səhər evdən çıxarkən Seyrandan onu niyə polisə satmağını soruşduqda X8 ona qarşı nalayiq ifadə işlətmişdir. Lakin öyrənilmiş cinayət işi materiallarında X7-nın polis orqanlarına Məhkum barəsində müraciət etməsi, qeyd edilən ərəfədə rayonda xidmət etmiş sahə müvəkkilinin bununla əlaqədar qanunsuz hərəkətlərə əl atması, R.İsmayılovla sahə müvəkkilinin hər hansı qaydada kontakda olması kimi təsdiqedici məlumatlar istisna olunmaqla yanaşı, həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində Şahid2 adlı qadının şəxsiyyəti də müəyyən edilərək dindirilmiş (cild 05, iş vər. 4-6), lakin sonuncu da belə bir hadisənin yaşanmadı ğını, habelə 2005-ci ildən artıq Zaqatala rayonundan köçərək Bakı şəhərində yaşadığını qeyd etmişdir ki, bu da ittihamda sadalanan cinayətin motivinin əsaslandığı halların şübhə altına alınması üçün əsasdır. Digər tərəfdən Məhkum ifadəsində göstərdiyi halın yaşanması halında belə, həmin hadisə ilə cinayətin törədilmə tarixi arasında 2 ilə yaxın bir müddətin keçməsi, Məhkum həmin müddət ərzində X7-nın evinə daha sonra da gəlib-gəlməməsi halının araşdırılmasını, belə olan halda isə Məhkum X7-nı öldürməyi üçün motiv yaradan bu hadisənin yaşandığı halda Məhkum məhz niyə xx.xx.2011-ci il tarixdə cinayət əməlini törətməsinin aydınlaşdırılmasını zəruri edir. Bununla əlaqədar qeyd edilməlidir ki, Məhkum ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadələrində X7 ilə aralarında hər hansı bir münaq işə, o cümlədən yuxarıda qeyd edilən formada bir hadisə yaşanmadığını, habelə hadisədən əvvəl də X7-nın evində gecələmiş olduqlarını göstərmişdir. Həmçinin iş materiallarından görünür ki, Məhkum Zaqatala rayonunda olarkən X7-nın evində birlikdə qaldığı tanışı Şahid2 istintaq zamanı şahid qismində dindirilərkən xx.xx.2020ci il tarixli ifadəsində (cild 03, iş vər. 91-94) müstəntiqin ona verdiyi suala cavab olaraq hadisə günündən əvvəl də bir dəfə Məhkumla birlikdə gecələdiklərini, xx.xx.2020-ci il tarixli ifadəsində də 2011-ci ilin yanvar ayında bir gecə S.Əyyubovanın evində Məhkumla birlikdə gecələmiş olduqlarını (cild 05, iş vər. 39-42) göstərmişdir. Göründüyü ibtidai araşdırma orqanı tərəfindən cinayətkar qəsdin baş verməsi üçün hər hansı hərəkətverici kriminal motivin və ictimai təhlükəl i məqsədin əldə edilməsi niyyətinin olmasını təsdiq edən heç bir dəlil və fakt göstərilməmiş, cinayətin motivi ilə bağlı istinad edilmiş və məhkəmələrin bununla bağlı razılaşdığı hallar isə ziddiyyətli olmaqla, hər hansı mötəbər sübuta əsaslanmamış, yalnız fərziyələr üzərində qurulmuşdur. Digər tərəfdən “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmal ı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Öyrənilmiş cinayət materiallarından görünür ki, Məhkum hadisənin baş verməs indən sonrakı ilkin ifadələrində sözügedən cinayət hadisəsi ilə hər hansı bağlılığının olmadığını bildirmiş, hətta xx.xx.2020-ci il tarixdə şahid qismində yenidən dindirilərkən də istintaqa verdiyi ilk ifadəsini təsdiq etmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə Şahid2 ilə Məhkum arasında Zaqatala Rayon Prokurorluğunun müstəntiqi tərəfindən üzləşdirmədə dindirmə istintaq hərəkəti həyata keçirilmiş, bundan bir gün öncə isə o, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(033)-74/2020 nömrəli qərarı ilə xx.xx.2020-ci il tarixdə, Zaqatala RPŞ-nin inzibati binasının qarşısında siqaret çəkərkən polisin iradını düzgün qəbul etməyib, mübahisə yaratmaqla polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamaqda (İXM 535.1) təqsirli bilinərək dərhal icra edilməklə 10 gün müddətində inziba ti həbs edilmişdir. (cild 03, iş vər. 115-116) xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Məhkum Zaqatala RPŞ-nin rəisinə yazılı şəkildə müraciət edərək 24 fevral 2011-ci il tarixdə Zaqatala şəhərində Seyran adlı qadının onun tərəfindən öldürüldüyünü, 9 ilə yaxındır bu barədə polisə və ya digər dövlət orqanlarına söz demədiyini, artıq dözə bilmədyini və gecələr yata bilmədiyin, habelə könüllü olaraq heç bir fiziki və ya digər təsir olmadan bir daha həmin cinayətini etiraf etdiyini bildirmiş, həmin ərizə Zaqatala RPŞ-nin eyni tarixli məktubu ilə baxılaraq yoxlanılması üçün rayon prokurorluğuna göndərilmişdir. (cild 03, iş vər. 112-113) xx.xx.2020-ci il tarixli “Şahidi dindirmə protokolu”ndan görünür ki, Məhkum Şəmsəddin oğlu həmin tarixdə Zaqatala Rayon Prokurorluğunun müstəntiqi X17 tər əfindən Zaqatala Rayon Prokurorluğunun inzibati binasında, xidməti otağında şahid qismində dindirilmiş və bu istintaq hərəkəti zamanı Məhkum ilk dəfə olaraq etirafedici ifadə vermişdir. 27 fevral 2020-ci il tarixdə Məhkum Şəmsəddin oğlu təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(033)-74/2020 nömrəli qərarı ilə barəsində 10 gün müddətə inzibati həbs seçilməsi nəzərə alınaraq sonuncunun barəsində qətimkan tədbirinin seçilməsi məsələsinin inzibati həbs müddəti bitdikdən sonra həll edilməsi ilə bağlı Zaqatala rayon prokurorluğunun müstəntiqi V.Şabanov tərəfindən xx.xx.2020-ci tarixli absurd bir qərar qəbul edilir. 04 mart 2020-ci tarixdə Məhkum barəsində prosessual məcburiyyət tədbiri tətbiqi ilə bağlı keçirilmiş məhkəmə iclasınd a, yəni ilk məhkəmə duruşunda sonuncu özünü törədilmiş cinayətdə təqsirli bilməyərək verilmiş təqdimatın rədd edilməsini xahiş etmişdir. Məhkum apellyasiya instansiyası məhkəməsində ifadə verərkən qeyd edilən məzmunda ərizəni yazması və özünün etirafedici məzmunda ifadələr verməsi ilə bağlı qeyd etmişdir ki, o, 01 fevral 2020-ci ildə İsmayıllıdan şərab yükləyib Moskva şəhərinə gedərkən "Qırmızı körpü” keçid məntəqəsində onu saxlayıb Zaqatala Rayon Polis şöbəsi tərəfindən onun sərhəd keçməsinə qadağa qoyulduğunu bildirmişlər. Bu səbəbdən onu Qazax Rayon Polis şöbəsinə, səhəri gün Zaqatala Rayon Polis Şöbəsinə gətirmişlər, polis şöbəsində tibb bacısı ondan 5 qram qan və ağzından yaxma götürmüşdür. Yenidən ondan ifadə almışlar, o da 2011-ci ildə necə ifadə vermişdirsə elə ifadə vermiş, ona "g et çağıranda gələrsən” demişlər. Növbəti dəfə polis şöbəsinə xx.xx.2020-ci il tarixdə çağırılmış, cinayət axtarış bölməsini əməliyyat müvəkkili İlkin müəllimin otağına girəndə ona çıxıb çöldə gözləməsini tapşırmışlar. Polis şöbəsinin qabağında dayanıb siqaret çəkdiyi zaman üç nəfər Post Patrul Xidmətinin əməkdaşı ona yaxınlaşıb "nə yekə-yekə dayanmısan burda” demişlər. O da onu Şahid4 çağırdığını və Şahid4 müəllimi gözlədiyini bildirmişdir. Həmin gün ona on sutka inzibati həbs verilmişdir. Onu iki gün döyəndən sonra Şahid4 -ün yazdığı sənədlərə qol çəkmiş və hər şeyi boynuna almışdır. Birinci və apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum polis əməkdaşlarının təsir və təzyiqləri nəticəsində cinayəti etiraf edərək yalan ifadə verməyə məcbur edildiyini bildirməsinə müna sibətdə qeyd etmişlər ki, həmin xüsusat üzrə Zaqatala rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri X18 tərəfindən 89c-20 saylı material üzrə aparılmış araşdırma zamanı həmin hal öz təsdiqini tapmamış və nəticədə CPM-in 39.1.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Sonradan həmin qərardan nə Məhkum özü, nə də vəkilləri və ya başqa bir şəxs şikayət etməmiş və həmin qərar ləğv edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyiş dirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxs in ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmal ıdır. Məhkəmələr yuxarıda qeyd edilən mövqedən çıxış edərək, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərin istintaq orqanı tərəfindən çıxarılmış qərarla təkzib edilməsi və həmin qərardan şikayət verilməməsini əsas götürməklə çıxış etmələrini işin yuxarıda sadalanan faktiki hallarının, yəni Məhkum 09 ildən də çox müddət ərzində heç bir etirafedici ifadə vermədiyi halda, məhz inzibati qaydada həbs edildikdən və birmənalı olaraq polisin nəzarəti altında olduğu müddətdə vermiş olmasının mövcudluğu şəraitində cinayətprosessual qanunvericiliyin tələbləri baxımından yetərli hesab etmək mümkün deyil. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, məhkəmələr istintaq orqanının xx.xx.2020-ci il tarixli qərarına istinad edərək həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət edilmədiy ini vurğulasalar da, iş materiallarında həmin sözügedən qərarın Məhkum və müdafiəçisinə təqdim edilmiş olmasını təsdiq edən hər hansı məlumat yoxdur. Bu isə qeyd olunan qərardan müdafiə tərəfinin bu şikayət hüququndan istifadə imkanlarının istintaq orqanı tərəfindən təmin edilib-edilməmiş olmasını sual altında qoyur. Digər tərəfdən qeyd edilməlidir ki, cinayət işinin 4-cü cildinin 239-242-ci vərəqlərində olan sözügedən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan müvafiq şikayət üzrə araşdırmanın əsas etibarı ilə istintaqın mövqeyinə görə Məhkum tərəfindən cinayətin törədilmiş olmasının kifayət qədər sübutlarla (o cümlədən hadisə yerindən götürülmüş bir ədəd qan izinin Məhkum məxsus olması və bu halın təkzib edilməz sübut olması) təsdiq edilməsi halına istina d edildiyi müəyyən edilməklə, Məhkum araşdırma üzrə hər hansı tibbi müayinədən keçirilmədiyi də aşkar görünməkdədir. "Savalanlı və digərləri Azərbaycana qarşı" şikayətlərlə bağlı qərarında da Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda Məhkəmə hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ə rizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98-106, 7 iyun 2018-ci il, İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020). Məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015- ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127). Göründüyü kimi Avropa Məhkəməsinin yuxarıda sadalanan qərarında əks etdirilmiş hüquqi mövqeyində şəxsin təqsirinin sübuta yetirilməsi üçün əhəmiyyət kəsb edən sübutların əldə olunmasına münasibətdə sonuncunun kifayət qədər müddət ərzində polisin nəzarəti altında olması halında istintaq orqanı tərəfindən həmin sübutların bir növ saxtalaşdırılması imkanlarının mümkünlüyü hazırki halda şəxsin təsir və təzyiq altında etirafedici ifadə verməsinin mümkün olmasını nəzərə alınmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halların diqqətlə yoxlanılmalı olmasını yerli məhkəmələrin diqqətinə çatdırılmışdır. Avropa Məhkəməsinin göstərmiş olduğu hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri təqsirləndirilən şəxsin istintaq zamanı etirafedici ifadələr verməsinə səbəb olmuş hallarla bağlı gətirdiyi dəlillərə formal yanaşmış, təqsirləndirilən şəxsin daha əvvəl belə bir ifadə verməmiş olması, habelə sonuncunun nəinki məhkəmə baxışı, hətta elə ibtidai istintaq zamanı artıq xx.xx.2020-ci il tarixdə dindirilərkən belə etirafedici ifadələrini təkzib etmiş olması xüsusatları nəz ərə alınmamış, əksinə hökm və qərarlarında şəxsin məhz həmin etirafedici ifadələrini ittihamı təsdiq edən sübut olaraq götürmüşlər. Burada qeyd edilməli olan digər bir hal da ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum ibtidai istintaq zamanı cinayət barəsində videoçəkiliş aparılmaqla etirafedici ifadələrini iş üzrə təyin edilmiş məhkəmə genetik ekspertizasının rəyi əldə edildikdən sonra, yəni meyitin altında döşəmə üzərində aşkar edilmiş qan nümunəsinin Məhkum məxsus olması barədə rəy əldə edildikdən sonra bildirməsini, bununla da Məhkum ibtidai istintaq zamanı X7-nı qəsdən öldürməsini mövcud təkzibedilməz sübutların təsiri altında etiraf etməsilə, sonuncunun polis zorakılığına məruz qalmasına görə cinayəti etiraf etməsini isə sadalanan sübutlarla tamamilə təkzib edilmiş olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Məhkum yuxarıda qeyd edilmiş cinayəti etiraf etmək istəməsi barədə ərizəsi və sonuncunun şahid qismində etirafedici ifadələri xx.xx.2020-ci il tarixdə həyata keçirilmiş olmaqla, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi xx.xx.2020-ci il tarixli, 20/108R nömrəli məhkəmə-genetik ekspertizasının müvafiq rəyi yalnız xx.xx.2020-ci il tarixdə, yəni Məhkum müvafiq ərizə ilə müraciət etməsi və şahid qismində artıq etirafedici ifadə vermiş olmasından sonra istintaq orqanına daxil olmuşdur. (cild 03, iş vər. 144) Həmçinin iş materiallarından görünür ki, sözügedən rəy barədə Məhkum yalnız xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən müstəntiq öz sualında istinad etməklə ilkin məlumat verm iş, habelə Məhkum həmin məhkəmə ekspertizasının təyin edilməsi barədə qərar və ekspert rəyi ilə yalnız müvafiq olaraq 28 və 29 fevral 2020-ci il tarixlərdə müvafiq protokollar tərtib edilməklə tanış edilmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırarkən istinad etdiyi Məhkum videoçəkiliş aparılmaqla etirafedici ifadə verməsini müvafiq ekspertiza rəyinin əldə edilmiş olması X7-nı qəsdən öldürməsini mövcud təkzibedilməz sübutların təsiri altında etiraf etməsi halı obyektiv olaraq mövcud olmamış, Məhkum həmin rəy hələ istintaq orqanına belə daxil olmamışdan əvvəl polis orqanında inzibati həbsdə saxlanılarkən cinayət törətmiş olmasını etiraf etməsi məzmununda ərizə ilə polis orqanına müraciət etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya insta nsiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı videoçəkilişlə verdiyi 26 fevral 2020-ci il tarixli ifadəsində cinayət əməlini etiraf etdiyini, Məhkum ifadəsi yerində videoçəkilişlə yoxlanılarkən sonuncu istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq etdiyini, həmin videoçəkilişə məhkəmə kollegiyasının iclasında baxıldığı zaman da, Məhkum hadisəni hansı qaydada törətməsini sərbəst şəkildə, karıxmadan təsvir etməsini, onun bədən səthində hər hansı zorakılıq əlamətlərinin vizual olaraq görünməməsini, cinayət əməlini törətməsini təsvir edərkən ziddiyyətlərin aşkar olunmamasının müəyyən edildiyi qeyd edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iş materiallarından müəyyən edildiyi kimi apellyasiya instansiyası məhkəməsində xx.xx.2022-ci il tarixdə keçirilmi ş məhkəmə iclasının protokoluna Məhkum oğlunun ifadəsinin yerində yoxlanılması zamanı (xx.xx.2020-ci il tarixli) qeydə alınmış videogörüntüyə baxış keçirildiyi qeyd edilsə də, həmin videogörüntülərin məhkəmə baxışı zamanı tədqiq edilməsi nəticəsində müəyyən edilən halların nələrdən ibarət olması məhkəmə iclas protokolunda əks etdirilməmiş, habelə məhkəmənin yekun qərarında da bu hallara təfsilatlı şəkildə münasibət bildirilməmiş, Məhkum müvafiq istintaq hərəkəti zamanı təsvir etdiyi hallarla, iş üzrə hadisə yerinə baxış və digər istintaq hərəkətləri ilə əlaqədar müəyyən edilmiş halların (hadisənin baş verdiyi otaq, cinayət predmetinin əldə edildiyi yer, cinayətin törədildiyi yer və s.) uzlaşıb-uzlaşmaması təhlil edilməmişdir. Halbuki, elə xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolun un məzmunundan görünür ki, həmin iclas zamanı çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 məhkəmə baxış iclası zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanması istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntülərdə Məhkum cinayətin törədildiyi yeri belə göstərə bilməməsini məhkəmənin diqqətinə çatdırmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında isə müdafiəçinin göstərdiyi xüsusata heç bir qiymət verilməməklə, yuxarıda qeyd edildiyi kimi sadəcə bir cümlə ilə istintaq materiallarının təsdiqini tapdığı göstərilməklə kifayətlənilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, videogörüntülərin qeydə alındığı xx.xx.2020-ci il tarixli protokolun məzmununa da diqqət etdikdə, habelə sözügedən videogörüntüyə də nəzər saldıqda Məhkum hadisənin cərəyan etmə mexanizmini, hadisən i baş verdiyi otağı, sonuncunun və mərhumun evin daxilində hərəkətlərini, X7-ya xəsarət yetirərkən olduqları vəziyyəti və s. təsvir etməkdə çətinlik çəkdiyi (Məhkum bu cinayəti həqiqətən törətməsi halında bu çətinliyin hadisənin üzərindən uzun müddət keçməsi ilə əlaqələndirilməsi ağlabatan deyildir), bu zaman isə müstəntiqin yönləndirici suallar və hərəkətlər etməklə sanki tam olaraq səhnələşdirilməsi baş tutmamış bir istintaq hərəkətinin həyata keçirildiyi müşahidə olunur. Digər tərəfdən Məhkum həmin istintaq hərəkəti zamanı X7-a yetirməsi zamanı qarşılıqlı vəziyyətlərini təsvir edərkən hər ikisinin ayaq üstə dayanmış vəziyyətdə olduqlarını bildirmişdir ki, bu da iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin xx.xx.201 1-ci il tarixli 05 nömrəli meyitin ekspertizası rəyi ilə müəyyən edilmiş hallarla, yəni mərhumə X7-nın döş qəfəsinin sağ və sol ön döş nahiyələrində olan çoxsaylı kəsilmiş-deşilmiş yaraların yerləşməsinə, yara yollarının istiqamətlərinə, aralarında olan məsafələrin yaxınlığına və s. xüsusiyətlərinə görə, demək olar ki, həmin xəsarətlər mərhumənin arxası üstə uzanmış vəziyyətdə ardıcıl olaraq yetirilməyə daha xarakterik olması ilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar hesab edir ki, yuxarıda qeyd edilən sübutlar arasında mövcud olan ziddiyyətlərin fonunda müdafiəçinin iştirakı ilə videogörüntüyə keçirilmiş baxışdan sonra, Məhkum etirafedici ifadələrinin həqiqətə uyğunluğunun şübhə altına alınması üçün əsas verə biləcək, Məhkum cinayətin törədildiyi yeri belə gö stərə bilməməsi xüsusatına (qəsdən adam öldürmüş şəxsin hadisənin üzərindən neçə il keçsə belə hadisənin təfərrüatlarını, o cümlədən hadisənin evin hansı otağında cərəyan etmiş olması kimi xüsusatlarını unutmayacağı məhkəmə kollegiyasında heç bir şübhə doğurmur) toxunması, bunun qarşılığında isə apellyasiya instansiya məhkəməsinin bu xüsusata qiymət verməmiş olması işin apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli şəkildə araşdırılmamış olmasını, sübutların qiymətləndirilməsi zamanı niyə bir sübuta digərinə münasibətdə daha mötəbər sübut olaraq istinad edilməsini əsaslandırılmadığını deməyə əsas verir. Digər tərəfdən qeyd edilməlidir ki, ifadəsi yerində yoxlanılarkən Məhkum X7-nın evinə gəldikdən sonra qapını döydüyü zaman sonuncunun ondan kim olmasını soruşduğunu, həmin vaxt onun özünü təqdim edərək Məhkum olduğunu dediyini, X7-nın ondan nəyə görə gəldiyini soruşduqda, X8 qapını açmasını xahiş edib, söhbət edəcəklərini bildirdiyini, bundan sonra X8-ın qapını açdığını qeyd etmişdir. Həmin vaxt arxadan yolla kiminsə getdiyini qeyd edən Məhkum X8-a “bazar adamı olduğunu, axşama qalmağa 3 nəfərlik yer lazım olduğunu”, arxadan keçən adamın eşitməsini istəmədiyi üçün belə dediyini bildirmiş, hadisələrin sonrasını təsvir edərkən isə qapıdan içəri daxil olub, bağladıqdan sonra X8-ın ondan yenidən niyə gəldiyini, o isə X8-dan onu niyə satdığını soruşduğunu, “söylə mənə məni niyə satdın da” deyərək bildirdiyini, bu zaman X8-ın onun sonuncuya təzyiq göstərəcəyini başa düşüb qışqırmaq istədikdə Seyranın ağzını sol əli ilə tutaraq, “qışqırma, camaat eşidir” deyə xə bərdarlıq etdiyini və daha sonra evə girdiklərini bildirmişdir. Bununla bağlı Şahid10 ibtidai araşdırma dövründə və məhkəmə istintaqında ifadələrinə nəzər saldıqda 24 fevral 2011-ci il tarixdə, saat 11 radələrində eyvanda iş görərkən X8-ın səsini eşitdiyini, evinə kiminsə gəldiyini, həmin adamın səsindən cavan oğlan səsi olduğunu başa düşdüyünü, darvazanın qarşısında X8-ın həmin adamı qarşılayıb xoş gəldiyini dediyini, həmin oğlanın da minnətdarlıq mənasında sağol dediyini, bundan sonra səsin kəsilməsinə görə daha heç bir şey eşidə bilmədiyini, güman ki, evin içinə keçmişlər. Sonra isə həmin adamın nə vaxt, hansı yolla və ya hansı istiqamətə getməsini görmədiyini bildirmiş, habelə təxminən 2 saat sonra digər qonşuları Hökümənin ona zəng edərək X8-ın evindən kəskin yemək qoxusu gəldiyini və həyətdə olan qaz sobasının üzərində yeməyin yandığını dediyini bildirdiyindən özünün X8-ın evinə keçdiyini bildirmişdir. Göründüyü kimi Şahid10 öz ifadəsində ittiham üzrə hadisənin baş verdiyi gün və saatda X7-nın evinə gəlmiş olan şəxslə ünsiyyətini eşitmiş olsa da, sonuncunun obyektivliyinə heç bir şübhə doğurmamaqla təsvir etdiyi şərait Məhkum etirafedici ifadəsində qeyd edilən şəraitlə, yəni hadisədən əvvəl X7 ilə Məhkum arasında X8-in Məhkum guya onun evində qadınla cinsi əlaqədə olmasını satması ilə bağlı mübahisənin yaşanması halı ilə ziddiyyət təşkil edir. Digər tərəfdən Şahid13 da məhkəmə istintaqında ifadəsində göstərmişdir ki, 24 fevral 2011-ci ildə, saat 11:10-da evdən çıxaraq yolla gələrkən X8-ın darvazasının yanından keçəndə sonuncunun darvazanı açıq vəziyyətdə qoyub, 30-40 yaş arası bir kişi ilə üz-üzə durub söhbət etdiyini görmüş, həmin kişinin arxası ona tərəf olduğu üçün üzünü görə bilməmişdir. Həmin oğlan hündür boy, əynində tünd göy rəngdə cins şalvar, qara gödəkçə olmuşdur. Onun saçının quruluşuna, başında papağının olub-olmamasına fikir verməmiş, amma həmin adamın görünüşü bazar adamına oxşamışdır. Burada qeyd edilməlidir ki, Şahid13 ibtidai istintaq müddətində cinayət hadisəsinin üzərindən bir neçə gün sonra - xx.xx.2011-ci il tarixdə ifadəsində göstərmişdir ki, xx.xx.2011ci il tarixdə, saat 11:10-da evdən çıxmış və yol ilə gedib, X8-in darvazasının yanından keçəndə görmüşdür ki, sonuncu darvazanı açıq vəziyyətdə qoyub 30-40 yaş arası bir kişi xeylağı ilə üz-üzə durub söhbət etmiş, həmin kişinin arxası ona tərəf olduğu üçün onun üzünü görə bilməmiş, darvazanın yanından keçən zaman eşitmişdir ki, həmin oğlan X7-dan “yer varmı” deyə soruşmuş, X7-ın cavabını isə eşitməmişdir. Həmçinin Şahid13 ifadəsində X7söhbət etdiyi həmin oğlanın hündürboy, əynində tünd göy rəngdə cins şalvar, qara kurtka olduğunu, saçının quruluşuna, başında papağının olub-olmamasına fikir verməmiş. Amma həmin adamın görünüşünün bazar adamına oxşadığını, bundan başqa o, sonuncuların yanından keçən zaman həmin adamın üzünü yandan ötəri gördüyünü, üzündə sarı rəngdə, xırda tüklərinin olduğunu bildirmişdir. (cild 01, iş vər. 161-163) Yuxarıda təsvir edilən məzmunda ifadə verən Şahid13 xx.xx.2020-ci il tarixdə, ilkin ifadəsinin üzərindən 09 il 04 aydan da çox müddət keçdikdən sonra şahid qismində əlavə dindirilərkən ifadəsini qismən təsdiq etdiyini qeyd edib, hadisə günü X7 ilə evinin qarşısında danışan şəxsin arasındakı ünsiyyətin məzmununu eşitmədiyini, habelə həmin adamın üzündə sarı rəngdə, xırda tüklərinin olduğunu görmədiyini bildirmişdir. (cild 01, iş vər. 244247) Məhkəmə kollegiyası göstərilən xüsusatla yanaşı iş materiallarını da ümumi xarakterizə edən hal kimi onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan digər sübutların (şahid ifadələri, ekspert rəyləri və digər sübut növlərinin) əksəriyyətinin məzmununda məhz Məhkum etirafedici ifadə verməsindən sonra aparılmış istintaq müddətində Məhkum xeyrinə ola biləcək halların kənarlaşması, habelə sübutların Məhkum etirafedici ifadəsində qeyd edilənlərə uyğunlaşdırılması formasında bir prosesin müşahidə edilməsi işin mübahisəsiz halıdır ki, bir sıra hallarla bağlı sübutlara qiymət v erən birinci və apellyasiya instansiyası məhkəmələri bu faktı göz ardı edərək, obyektiv həqiqətin müəyyən edilməli olması vəzifəsini lazımınca icra etməmişlər. Qeyd edilən hal özünü həmçinin istintaqın və eyni zamanda birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum sol əlində xəsarət izinin aşkarlanması ilə bağlı xüsusatda da özünü biruzə verir. Belə ki, iş materiallarından müəyyən edilir ki, hadisənin baş verdiyi gün müstəntiq tərəfindən Məhkum barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert qarşısında 1- “Məhkum bədəni üzərində xəsarət olub-olmaması aydınlaşdırılsın, əgər xəsarət vardırsa nəyin təsiri nəticəsində yaranmışdır və xx.xx.2021-ci il tarixə uyğun gəlirmi?”, 2- “Əgər Məhkum bədəni üzərində xəsarət vardırsa, yetirilmiş xəsarətin ağırlıq dərəcəsi, həyat üçün təhlükəli olub-olmaması müəyyən edilsin?”, 3- “Məhkum bədəni üzərində əlbəyaxa savaşmaya xas olan xəsarətlərin olub-olmaması aydınlaşdırılsın?” məzmunda suallar qoyulmuşdur.(cild 01, iş vər. 52) Həmin qərar üzrə keçirilmiş xx.xx.2011-ci il tarixli, 43 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, müayinədə vətəndaş Məhkum orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdə olub, bədəni üzərində obyektiv görünən xəsarətlər olmamışdır. (cild 01, iş vər. 105) Bir daha iş üzrə Məhkum öz etirafedici ifadəsində hadisə zamanı əlindəki bıçaqla sol əlindən xəsarət aldığını bildirdikdən sonra, müstəntiq tərəfindən xx.xx.2020-ci il tarixli qərarla məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. (cild 03, iş vər. 225-226) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 101 nömrəli rəy indən görünür ki, tədqiqat zamanı ekspert tərəfindən Məhkum özünün ifadələrinə istinad edilməklə nəticəyə gəlinmişdir ki, Məhkum bədən səthi üzərində aşkar edilmiş xəsarət – sol əlinin V barmağında 1 ədəd çatıq toxuma – hər hansı bir yaranın nəticəsi olub, yetirilmə alətini halhazırda dəqiq təyin etmək mümkün olmur, lakin qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2011-ci il tarixə özünün qeyd etdiyi formada iti alətlə yetirilməklə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (cild 04, iş vər. 78-79) Müvafiq ekspert rəylərindən sonra həm müstəntiq tərəfindən, həm də birinci instansiya məhkəməsində hər 2 məhkəmə-tibbi ekspertiza rəyini vermiş ekspertlər dindirilmiş, ilkin ekspertizanı keçirmiş Şahid20 müayinə zamanı Mə hkum soyundurulduğunu, vizual olaraq müayinə edildiyini, bədəninin yuxarı və aşağı ətrafları, habelə ön və arxa səthləri ümumi şəkildə müayinə olunduğu qeyd edilmiş, habelə digər ekspert rəyində sözügedən xəsarətin hadisədən 2 gün sonra özü tərəfindən müayinə olunarkən fizioloji büküş şəklində üzərinin örtülə biləcəyini qeyd etməklə, 2 ekspert rəyi arasında mövcud olan ziddiyyətin yumşaldılmasına çalışılmışdır. Digər ekspert Şahid16 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 04 mart 2020-ci il tarixdə Məhkum 5-ci barmağının 1-ci falanqasının ön səthində çəp istiqamətdə 0,6 x 0,2 sm ölçüdə 01 ədəd çapıq toxuma yaranma anında qanayan yara olmuş və həmin yaradan qan normal fizioloji xüsusiyyətlərə malik şəxs üçün təxminən bir neçə dəqiqə müddətində axmışdır. Xəsarətin yaranma müddəti 1,5 ildən artıq müddətə uyğundur. Bura 2019, 2018, 2017 və s. illəri aid etmək olar. Şəxsi müayinə zamanı Məhkum 5-ci barmağının 1-ci falanqasının ön səthində çəp istiqamətdə olan çapıq toxumanın rənginin daha çox ağımtıl rəngdə olması, konsistensiyasının, yəni sıxlığının yumşaq olması, eyni zamanda toxumanın nazik, parlaq və dəri səthinin bərabərliyində olması həmin xəsarətin 1,5 il bundan əvvəl yaranması barədə fikir söyləməyə əsas verir. Bununla yanaşı, Məhkum özü əlində olan xəsarəti xx.xx.2011-ci ildə X7-ni bıçaqla vuran zaman aldığını bildirmişdir. Həmin yara izi tərəfindən müayinə olunduqda Məhkum aldığı xəsarətin vaxtını əminliklə göstərdiyindən o da ekspert rəyində həmin xəsarətin xx.xx.2011-ci il tarixə uyğun gəldiyini göstərmişdir. Göründüyü kimi xx.xx.2011-ci il tarixdə keçirilmiş (hadisədən cəmi 2 gün sonra hadisəni törədən şəxsin istintaqa məlum olmadığı şəraitdə) məhkəmə-tibbi ekspertizasının rəyində Məhkum bədəni üzərində hər hansı xəsarət müəyyən edilmədiyi halda, hadisədən 9 il sonra keçirilmiş digər ekspertiza tədqiqatının nəticəsində Məhkum sol əlində kiçik bir xəsarət izi aşkarlanaraq, ekspertiza tədqiqatı nəticəsində həmin xəsarətin 1,5 il əvvələ uyğun gəldiyi müəyyən edilmiş, lakin Məhkum özünün ifadələrinə əsaslanmaqla, həmin xəsarətin xx.xx.2011-ci il tarixdə alınmış ola biləcəyi də ehtimal edilərək ekspert tərəfindən müvafiq rəy verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2011-ci il tarixli, 43 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinin şübhə altına alınması üçün ehtimallara və yalnız təqsirləndirilən şəxsin özünün məhkəmə baxış ında təkzib etdiyi istintaq zamanı verdiyi etirafedici ifadəsinə əsaslanan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 101 nömrəli rəyinin nəzərə alınması sübutların mötəbərliyinin qiymətləndirilməsi baxımından yolverilməzdir, Məhkum 2020-ci ildə müayinə zamanı 1,5 il əvvələ uyğun gələn xəsarətinin müəyyən edilməsi, sonuncunun həmin xəsarəti məhz hadisə zamanı aldığını deməyə əsas vermir. İstintaq orqanı və məhkəmələrin istinad etdikləri digər ziddiyyətli sübutlara da nəzər saldıqda görünür ki, bu sübutlar hadisə yerindən aşkar edilmiş bir ədəd qan ləkəsi ilə bağlı olmaqla, qarşılıqlı şəkildə əlaqələndirildikdə yuxarıda qeyd edilən istintaq zamanı keçirilmiş prosessual hərəkətlərin məqsədi məhz hadisə zamanı Məhkum xəsarət alması və nəticədə hadisə yerində qan izinin qala bilmə sinin mümkünlüyünə əsasların yaradılması olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarından Məhkum təqsirli bilinməsində istinad edilmiş sübutlar hadisə yerinə baxış zamanı meyitin altında döşəmədən bint kəsiyi üzərinə hopdurulub götürülmüş qan ləkəsi ilə bağlı aparılmış ekspertiza tədqiqatlarının rəyləri olmuşdur ki, məhkəmə kollegiyası həmin rəylər arasında mövcud olan ziddiyyətlərin məhkəmələr tərəfindən qarşılıqlı şəkildə tədqiq və təhlil edilmədiyini, habelə mövcud ziddiyyətlərin aradan qaldırılması və ya qiymətləndirilməsi istiqamətində heç bir addım atılmadığını da qeyd etmədiyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin xx.xx.2011-ci il tarixli 102/2011 MTBŞ nömrəli məhkəmə-tibbi-bioloji ekspertizasının rəyinə əsasən X7 ABO sistemi üzrə qan qrupu: B-alfa/H//İİİ/-dür. Ekspertizaya təqdim edilən zərərçəkmiş X8 məxsus lifçik, bellik, retuz, yubka, kofta, sviter, hadisə yerindən götürülmüş iki ədəd karton kəsiyi, bir ədəd divar kağızı/oboy/ kəsiyi üzərindəki ləkələrdə, meyit olan otaqda girişdən sağ uzaq küncdə döşəmədən, mətbəxdə soyuducunun qarşısında döşəmədən, meyitin altında döşəmədən bint kəsikləri üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti tədqiq olunduqda B və H antigenləri, əksər ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/H//İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş X8 məxsus ola bilər. Təqdim olunan X8 məxsus bir cüt corab üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. (cild 01, iş vər. 39-43) DİN Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspertizası üzrə xx.xx.2020-ci il tarixli, 20/55R saylı rəyində qeyd edilmişdir ki, tədqiqat nəticəsində 01 (bir) ədəd şərf üzərində, 01 (bir) ədəd qara rəngli papaq üzərində, 01 (bir) ədəd qara rəngli büstqalter üzərində, 01 (bir) ədəd bellik üzərində, 01 (bir) ədəd qara rəngli retuz üzərində, 01 (bir) ədəd bənövşəyi rəngli köynək üzərində, 01 (bir) ədəd qara rəngli sviter üzərində, 01 (bir) ədəd oboy kəsiyi üzərində, meyit olan otaqda girişdən uzaq sağ küncdə döşəmə üzərində, mətbəxdə soyuducunun qarşısında döşəmə üzərində və meyitin altında döşəmə üzərində aşkar edilmiş qanabənzər ləkələrin insana məxsus qan nümunələri olduğu müəyyən edildi. E kspertizaya təqdim olunmuş 01 (bir) ədəd şərf üzərində, 01 (bir) ədəd qara rəngli papaq üzərində, 01 (bir) ədəd qara rəngli büstqalter üzərində, 01 (bir) ədəd bellik üzərində, 01 (bir) ədəd qara rəngli retuz üzərində, 01 (bir) ədəd bənövşəyi rəngli köynək üzərində, 01 (bir) ədəd qara rəngli sviter üzərində, 01 (bir) ədəd oboy kəsiyi üzərində, meyit olan otaqda girişdən uzaq sağ küncdə döşəmə üzərində və mətbəxdə soyuducunun qarşısında döşəmə üzərində aşkar edilmiş qan nümunələri mərhum X8 məxsusdur. Ekspertizaya təqdim olunmuş meyitin altında döşəmə üzərində aşkar edilmiş qan nümunəsi şərti olaraq "Y2” ilə işarələnmiş kişi cinsindən olan naməlum şəxsə məxsusdur. Ekspert tədqiqatına təqdim olunmuş S.Əyyubovanın əl dırnaq kəsintilərinin altında olan bioloji mənşəli materiallar mövcuddur və h əmin bioloji mənşəli materiallar X7-nın özünə məxsusdur. Tədqiqat nəticəsində 01 (bir) ədəd "Vogue” ticarət markalı siqaret dənəsinin filtr hissəsinin sonluğunda insana məxsus tüpürcək nümunəsinin olduğu və həmin tüpürcək nümunəsinin şərti olaraq "Y1” ilə işarələnmiş kişi cinsindən olan naməlum şəxsə mənsub olduğu müəyyən edildi. Ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd qara rəngli papağın iç səthində aşkar edilmiş tük nümunələri üzərində, 01 (bir) ədəd stolüstü süfrə üzərində və 01 (bir) ədəd qara rəngli yubka üzərində aşkar edilmiş qan nümunəsində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı. Ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd d üyməli jaket, 01 (bir) cüt qırmızı rəngli başmaq, 02 (iki) ədəd karton parçası, S.Əyyubovanın tük nümunələri, 01 (bir) ədəd bıçaq tiyəsi və 01 (bir) ədəd bıçaq dəstəyi üzərində qanabənzər ləkələr aşkar olunmadığı üçün həmin obyektlər üzərindən tədqiqat nümunələri götürülmədi. (cild 03, iş vər. 53-77) DİN Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspertizası üzrə xx.xx.2020-ci il tarixli, 20/108R saylı rəyinə əsasən təqdim olunmuş meyitin altında döşəmə üzərində aşkar edilmiş qan nümunəsi Məhkum məxsusdur. Təqdim olunmuş 01 (bir) ədəd "Vogue” ticarət markalı siqaret dənəsinin filtr hissəsinin sonluğunda olan bioloji mənşəli material Məhkum məxsus deyildir. (cild 03, iş vər. 144-153) DİN Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspertizası üzrə xx.xx.2020-ci il tarix li, 20/197R saylı rəyinə əsasən meyitin altında döşəmə üzərində aşkar edilmiş qan nümunəsi X11, X12, X4, X13, Şahid2, Şahid3 və X14 məxsus deyildir. Təqdim olunmuş 01 (bir) ədəd "Vogue” ticarət markalı siqaret dənəsinin filtr hissəsinin sonluğunda olan bioloji mənşəli material X11, X12, X4, X13, Şahid2, Şahid3 və X14 məxsus deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X28 Şəxsin kompleks məhkəmə-tibbi- bioloji və məhkəmə-genetik ekspertizası üzrə xx.xx.2020-ci il tarixli, 463/2020-MTBŞ saylı rəyinə əsasən təqdim edilmiş "meyitin altında döşəmədəki” ləkənin götürüldüyü bint kəsiyi üzərində qan aşkar olunmadı. Bu səbəbdən Məhkum qan nümunəsi tədqiqata götürülməmişdir. Təqdim olunan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən X3 qan qrupu - O/İ/-dir. Məhk əmə-tibbi-bioloji ekspertizasının xx.xx.2011-ci il tarixli, 102/201-MTBŞ saylı rəyinə əsasən hadisə yerindən meyitin altında döşəmədən bint kəsiyinə hopdurulub götürülmüş ləkədə "B” və "H” antigenləri alınmışdır. Bu qan ləkləri bir şəxsə məxsusdursa B alfa (H)/İİİ/ qruplu şəxsə, o cümlədən X8 məxsus ola bilər. Lakin O /l/ qrupunun antigeni "H” olduğu üçün qanın qarışıq olduğu halda və iş üzrə keçən O /İ/ qruplu Məhkum hadisə vaxtı qan axma ilə müşahidə olunan xəsarəti olubsa ləkələrdə onun və X7nın qarışmış qanının olması istisna olunmur. Təqdim olunmuş bint kəsiyi üzərində qan aşkar olunmadığı üçün genetik ekspertiza aparılmamışdır. (cild 04, iş vər. 174-176) Göründüyü kimi hadisə yerinə baxış zamanı "meyitin altında döşəmədəki qan ləkəsi” qeyd olunan götürülmüş qan nümunəsi ilə bağlı m üxtəlif ekspertiza tədqiqatları aparılaraq, ilkin ekspertiza rəyində həmin qan ləkəsinin X7-yə məxsus olmasının mümkünlüyü, daha sonra həmin qan ləkəsinin Məhkum məxsus olması qeyd edilən məzmunda ekspert rəyi olmaqla ziddiyyətli məqamlar mövcud olmuş, habelə sözügedən qan nümunəsinin məxsus olduğu şəxsin qan qruplarının da müəyyən edilməsi zamanı həmin qan nümunəsinin Məhkum qan qrupunun məxsus olduğu qrupla eynilik təşkil etməməsi müəyyən edilmişdir. Həmin uyğunsuzluqla bağlı təyin edilmiş ekspertiza tədqiqatı zamanı isə ekspert tərəfindən ehtimal xarakteri daşıyan (Məhkum hadisə vaxtı qan axma ilə müşahidə olunan xəsarəti olubsa ləkələrdə onun və X7-nın qarışmış qanının olması) məlumat qeyd edilməklə kifayətlənilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yuxarıda göstərilən Məhkum hadisə zamanı xəsarət alması ilə bağlı toplanmış sübutların ziddiyyətli məqamlarının mövcudluğu halında belə, hadisə zamanı bıçaq zərbəsi ilə zərərçəkənin bədənindən fışqıran qan damcısı ilə, Məhkum özünün əlindəki bıçaqla əlini kəsib kiçik xəsarət aldığı zaman axan qanının (hadisə yerində aşkarlanmış çoxsaylı qan izlərinin içərisində yalnız bir ədəd qan ləkəsinin Məhkum məxsusluğunun vurğulanması da özlüyündə ziddiyyətli məqamdır) hadisə yerində eyni bir nöqtəyə düşüb vahid qan ləkəsini yaratmasının mümkünlüyü də inandırıcı deyildir. Odur ki, qeyd edilən ziddiyyətlər təhlil edilmədən və qiymət verilmədən aparılmış apellyasiya baxışı tam, hərtərəfli və obyektiv məhkəmə araşdırması olaraq qəbul edilə bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmələr Məhkum sözügedən cinayət əmə lini törətməsinin həm də şahid ifadələri, xüsusən Şahid3 və Şahid2 ifadələri ilə də təsdiq olunduğunu qeyd etmiş və adıçəkilən şahidlər təqsirləndirilən şəxsin hadisənin baş verdiyi gün, yəni xx.xx.2011-ci ildə saat 11 radələrində (X7 məhz həmin vaxt aralığında qətlə yetirilmişdir) işlədiyi Zaqatala şəhəri daş bazarının ərazisində görünmədiyini bildirdiklərini, Şahid3 isə bundan başqa bütün ifadələrində, o cümlədən məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində hadisənin baş verməsindən az əvvəl Məhkum əlində açıq vəziyyətdə bıçaq tutduğunu təkidlə bildirməsini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin sadaladığı iki xüsusatla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sadalanan sübutlar özlüyündə qəsdən adam öldürmə cinayətinin hər hansı şəxs tərəfindən törədilmiş olmasını bi rbaşa təsdiq edə biləcək sübutlar olmamaqla, özlüyündə ilkin xüsusat təqsirləndirilən şəxs Məhkum hadisənin baş verdiyi saatda harada olmasını görən şahidin olmamasını, digər xüsusat isə hələ hadisə baş verməmişdən əvvəl Məhkum daş bazarında olarkən əlində bıçaq tutmuş olmasını xarakterizə edir. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, işin hallarından göründüyü kimi Məhkum Şəmsəddin oğlunun X7-ni xx.xx.2021-ci il tarixdə, saat 11:30 radələrində qəsdən öldürülməsində təqsirli hesab edilməsində istintaq orqanının və məhkəmə qərarlarının əsaslandığı hallardan biri də məhz Məhkum hadisənin baş verməsi saatlarına münasibətdə alibisinin olmaması, yəni sonuncunun həmin vaxt kəsimində (şahid ifadələrində həmin müddətin təxminən 1 saat olduğu qeyd olunur) onunla birlikdə bazara gəlmiş digə r şəxslərlə birlikdə olmamasıdır. Bununla bağlı qeyd edilməlidir ki, Məhkum ifadələrində hadisə günü səhər saatlarında evdən tanışları ilə birlikdə çıxıb daş bazarına getmiş, təxminən saat 14 radələrinə qədər bazarda "Kamaz” markalı avtomobili xarab olduğu üçün onu düzəltməklə məşğul olduğunu, habelə xx.xx.2020-ci il tarixli ifadəsində maşınının stupisiyası xarab olduğundan onu təmir etmək üçün daş bazarının yaxınlığında sol tərəfində yerləşən evlərin ərazisinin birindən tanımadığı bir kişidən akasiya kötüyü almış, kötüyü götürüb maşının ramasının mostu ilə arasına yerləşdirən zaman Şahid 9 birdən qışqırmağa başladığını bildirmişdir. Göründüyü kimi Məhkum hadisənin baş verdiyi müddətdə digər tanışlarının yanında olmamasını avtomobilinin təmiri üçün ağac kötüyü axtarması ilə əlaqələndirmişd ir ki, burada maraqlı məqam məhz həmin gün Məhkumla birlikdə olmuş Şahid2 elə apellyasiya instansiyası məhkəməsində dindirilərkən verdiyi ifadə ilə bağlıdır. Belə ki, Şahid2 dindirildiyi xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, Şahid2 müdafiəçinin ona verdiyi suallara cavab olaraq “Tərtərə getdikləri zaman Məhkumun xarab maşını orta körpüsündən kötük asaraq apardığını” bildirmişdir (cild 08, iş vər. 50) Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi özünün xx.xx.2022-ci il tarixli yekun qərarının 11-ci səhifəsində Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin məzmununu qeyd edərkən, Şahid2 müvafiq suala “Tərtərə gedəndə Məhkum xarab maşını orta körpüsündən kötük asaraq aparmamışdır” deyə qeyd edərək, faktiki olaraq təqsirləndirilən şəxsin alibisinin mümkünl üyü istiqamətində ifadə vermiş şahidin ifadəsinin məzmununu öz qərarında məhkəmə iclas protokolundan kəskin fərqlənən formada qeyd edərək, şahid ifadəsinin düzgün qiymətləndirildiyi halda təqsirləndirilən şəxsin alibisinin ağlabatanlığının və nəticədə mövcud olub-olmamasının yoxlanması, bununla da şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillərin obyektiv qiymətləndirilməsi vəzifəsindən yayınmışdır. Bununla da apellyasiya instansiyası məhkəməsi faktiki olaraq cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutun tədqiqindən əsassız imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsinin Məhkum qəsdən adam öldürmə cinayətini törətməsinə dəlalət edən yuxarıda sadalananlardan ikinci bir hal kimi qeyd et diyi Şahid3 ifadələrində hadisənin baş verməsindən az əvvəl Məhkum əlində açıq vəziyyətdə bıçaq tutduğunu bildirməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum məhkəmə qərarları ilə təqsirli bilindiyi ittihama nəzər saldıqda müəyyən olunur ki, sonuncunun X7-nı öldürdüyü bıçağı mərhumun evinə girərkən, giriş qapısından sol tərəfdə qoyulmuş masanın üzərində olan bir neçə mətbəx bıçağından birini götürməklə əldə etdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi şahid ifadəsində qeyd edilən xüsusata, yəni Məhkum hadisə baş verməmişdən öncə daş bazarında olarkən əlində bıçaq tutmuş olmasına, həmin bıçağın şəxsin təqsirli bilindiyi ittihama görə Məhkum cinayəti törətdiyi alət olan bıçaqla hər hansı bir bağlılığının olması müəyyən edi lmədiyi şəraitdə (ittihama görə Məhkum cinayət alətini daha sonra X7-nın evinə gedib, içəri daxil olarkən götürəcək) verilmiş ittihamı təsdiq edən mötəbər sübut olaraq istinad edilməsini cinayət-prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi tələbləri baxımından yolverilməz hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum ibtidai istintaq və məhkəmə istintaqı zamanı gətirdiyi dəlillərinə qiymət verməməklə, sonuncunun yalnız ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini əsas götürməkdə haqlı olmamış, apellyasiya instansiyası məhkəməsini bunun motivlərini qərarında göstərməmiş və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sü butlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmamışdır. Qeyd olunan hallar apellyasiya instansiyası məhkəməsindən məhkəmə istintaqı keçirməklə ittihamın əsaslandırılması üçün hökmdə istinad edilmiş və müdafiə tərəfinin təqdim etdiyi sübutları bir-biri ilə müqayisə etməklə, zərurət olarsa başqa sübutlar əldə etməklə yoxlamağı, beləliklə də mövcud şübhələri aradan qaldırmağı tələb etsə də, apellyasiya məhkəməsi bunları etməmiş, beləliklə də cinayət-prosessual qanunun 8-ci maddəsi ilə ehtiva olunan, eləcə də cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsiplərindən (CPM, maddə 33) irəli gələn vəzifələrini lazımınca yerinə yetirməmişdir. Qeyd olunan prinsiplərə, sübutların tədqiqinə dair cinayət-prosessual qaydalara (CPM-in 143-146-cı maddələrinə) əməl olunmadan əldə edilmiş – Məhkum X9 qəsdən öldürməsinin, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirliyinin sübuta yetirilməsinə dair nəticə də mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyas ı məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhk əməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübute tmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslarla mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və müdafiəçisi Müdafiəçi1, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli 1(107)-6/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum-un təmin edilsin. müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 fevral 2022-ci il tarixli 1(107)-6/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-87/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-87/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver