Məhkəmə qərarları › İş №1(102)-87/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-87/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-87/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1932/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxx 1999-cu ildə Cəlilabad rayonunun Çünzəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməmiş, əvvəllər məhkum edilməmiş, Lənkəran rayonu, Gərmətük ərazi dairəsi, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansi ya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımış və satmışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Məhkum istintaqa şəxsiyyəti məlum olmayan, cinayət əlaqəsinə girdiyi İran İslam Respublikasının vətəndaşı Bəhruz adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra müxtəlif tarixlərdə Bəhruz adlı şəxsin göstərişi ilə narkotik vasitələri və psixotrop maddələri istintaqa məlum olmayan ünvanlardan götürüb sonuncunun göstərişi ilə istintaqa məlum olmayan ünvanlara qoyduqda gördüyü işlərin q arşılığında özünə aid olmaqla "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 4169-7385-7736-6457 nömrəli plastik karta pullar köçürülmüş, axırıncı dəfə, 2021-ci il dekabrın 15-də dəqiq ünvanı istintaqa məlum olmayan Bakı şəhəri Nərimanov rayonunun ərazisindən götürərək özündə saxlayıb daşıdığı narkotik vasitə heroini 2021-ci il dekabrın 17-də saat 06:30-da Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, 135 ünvanının yaxınlığında Bəhruz adlı şəxs tərəfindən qabaqcadan təyin olunan ünvana yerləşdirərkən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanmaqla idarəyə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılanda sağ əlində saxladığı, üstündə «FİLA» yazısı olan qara rəngli idman çantasının içərisi ndən iki ədəd polietilen torbada ayrı-ayrılıqda 995 qram və 85 qram, ümumilikdə 1.080 qram təmiz çəkidə qəhvəyi rəngli toz şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X3 və X4 ibarət məhkəmə tərkibində) 6 iyun 2022-ci il tarixli, 1(101)-886/2022 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2021-ci il dekabrın 17-dən hesablanması, Məhkum narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunm ası və onun, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən məhkum olunmuş şəxs Məhkum apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 1(101)- 886/2022 nömrəli hökmünün dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən, məruzəçi hakim), X5 və X2 ibarət məhkəmə tərkibində) 28 oktyabr 2022-ci il tarixli, 1(103)1932/2022 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 1(101)-886/2022 nömrəli hökmünün məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1932/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum kassasiya şikayətinin dəlilləri qismində təyin edilmiş cəzanın onun şəxsiyyətinə və törətdiyi cinayətin xarakterinə uyğun olmamasını qeyd edərək göstərmişdir ki, o, ilk dəfədir ki cinayət məsuliyyətinə cəlb edilir, səhvini başa düşərək cinayətin ağırlığını dərk edir, törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq hissi keçirir və əməlindən tam səmimiyyətlə peşmandır. Həmçinin qeyd edir ki, o, tək ailə başçısıdır, himayəsində 4 yaşlı xəstə qız övladı var. Hazırda övladı xəstə və yaşlı olan anasının yanındadır, anasının da onun ehtiyaclarını qraşılamağa imkanı yoxdur.

8. Kassasiya şikayətinin müəllifləri şikayətlərində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1932/2022 nömrəli qərarının dəyişdirilməsini və barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarş ı yazılı etiraz verilməmişdir.

10. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. III. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Məhkum kassas iya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu ma ddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1932/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

19. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəz a sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa gö stərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

22. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

23. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

24. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirka r şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

25. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin m üvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum özünə münsibətdə həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsaslı olduğu müəyyən edilir.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticə ilə razılaşmış, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2022-ci il tarixli, 1(101)886/2022 nömrəli hökmü ilə təyin edilmiş 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

27. Məhkəmə kollegiyası cəza məsələsini müzakirə edərək apellyasiya instansiyası məhkəməsinin məhkuma münasibətdə cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmır və hesab edir ki, təyin olunmuş cəza cinayətin ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır.

28. Kassasiya məhkəmə kollegiyası Məhkum barəsində olan cəzanı yüngülləşdirən halları (himayəsində bir azyaşlı uşağının olmasını, ilk məhkumluğunu, əməlindən peşman olmasını, ailə vəziyyətini), həmçinin cəzasını ağırlaşdıran halların isə mövcud olmamasını nəzərə almaqla, daha az müddətə cəmiyyətdən təcrid edilməklə təyin edilmiş cəzanın daha ədalətli olacağını hesab edir.

29. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.

30. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəz ərə alınır”.

31. Kassasiya şikayətinin iş materialları ilə müqayisəli təhlilindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilməmişdir.

32. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır, əməlindən səmimi peşmançılıq hissi keçirir, himayəsində bir azyaşlı övladı var və ailəsinin yeganə qazanc gətirən şəxsidir. Eyni zamanda, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

33. Məhkəmə kollegiyası qeyd edilən halları qiymətləndirərək hesab edir ki, cəzanın məqsədinin təmin edilməsi üçün məhkum barəsində təyin edilmiş cəza endirilməlidir. Bu cəza vasitəsi ilə onun islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

34. Məhkəmə kollegiyası törədilmiş əməllərin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir.

35. Qeyd olunanları yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağı instansiya məhkəməsinin məhkuma cəzanın qeyd edilən normaların tələblərini düzgün nəzərə alınmaması ilə təyin edildiyi müəyyən edilir.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı məhkuma cəza təyini ilə bağlı hissədə dəyişdirilməli, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən azaldılmaqla, məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və təqsirkarın şəxsiyyətinə adekvat olaraq cəza təyin edilməsi məqsədə müvafiqdir.

37. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1932/2022 nömrəli qərarı dəyişdirilməlidir.

38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1932/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məh kum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi 8 (səkkiz) il müddətinə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar