Məhkəmə qərarları › İş №1(102)-870/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-870/2019

11.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-870/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Anar Ələsgər oğlunun, Məhkum, zərərçəkmiş şəxslər X7, X9 və X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixl i hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 162-1.1 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Mehrəliyev Cövdət Sərvər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli (hakim: Tağıyev Azər Ramiz oğlu) hökmü ilə 16 avqust 1959-cu il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, “xxxx” MMM-in direktoru işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Məhkum, Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə təqsirli bilinib 1000 0 (on min) manat, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaq yolu ilə ona qəti olaraq 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 10000 (on min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Hökmdən dövlət ittihamçısı Yusif-zadə Heydər Vəli oğlu tərəfindən verilmiş apellyasiya protesti və məhkumun müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Mirzəyev Sahibxan Arzuman oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 19 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən Məhkum 01 fevral 2016-cı ildən hüquqi ünvanı ünvan 3 MMM-nin direktoru vəzifəsində işləyərkən həmin müəssisənin 04 yanvar 1998-ci il tarixli nizamnaməsinə əsasən, daxili tələbata müvafiq olaraq işçiləri işə qəbul və işdən azad etmək, daxili əmək qaydalarını təsdiq etmək, müqavilə və sazişlər bağlamaq, bank və maliyyə kredit müəssisələrində əməliyyatlar aparmaq, banklarda hesablaşma və başqa hesablar açmaq, müəssisənin planını təsdiq etmək, dövlət idarələri, müəssisə və təşkilatlarda, habelə başqa orqanlarda müəssisəni etibarnaməsiz təmsil etmək və digər səlahiyyətlərə malik məsul şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya rəhbərlik etdiyi müəssisə, yəni üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə məcburi sosial sığorta ayırmalarından və digər ödənişlərdən azad olunmaq üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 46 və 49-cu maddələrində nəzərdə tutulmuş qaydada əmək münasibətlərinə daxil olan hər bir şəxslə əmək müqaviləsi bağlamalı və bununla əlaqədar əmək müqaviləsinin bildirişini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil etməli olduğu halda həmin tələbləri yerinə yetirmədən, yəni əmək müqaviləsi bağlanmadan və müqavilə hüquqi qüvvəyə minmədən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə 17 noyabr 2017-ci il tarixdə “xxxx” MMM ilə “xxxx” MMC arasında bağlanan podrat müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, R.İsgəndərov və G.Qarayev küçələrinin arasında yerləşən tikilməkdə olan binada xeyli sayda, 16 işçini - 03.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs6, 04.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs9, 05.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs7, 06.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs10, 06.0 4.2018-ci il tarixdə Zərərçəkmiş şəxs11, 07.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs12, 07.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs3, 07.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs4, 07.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs13, 07.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs8, 07.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs4, 08.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs5, 09.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs14, 09.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs15, 09.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 və 09.04.2018-ci il tarixdə Zərərçəkmiş şəxs16 müvafiq işlərin yerinə yetirilməsinə cəlb edərək həmin şəxslərə ödənilmiş əmək haqqından məcburi tutulmalar, o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə cəmi 114,50 (yüz on dörd manat əlli qəpik) manat pul vəsaitini müvafiq qaydada dövlət büdcəsinə ödəməməklə n əticədə əmək münasibətlərinin tənzimlənməsi sahəsində əmək qanunvericiliyin tələblərinə eyni qaydada və dürüst əməl edilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, işçilərin hüquqlarını pozulmasının qarşısının alınması və eyni zamanda fərdi və ictimai rifahın əsası kimi əmək münasibətlərinin qorunması sahəsində müəyyən edilmiş prinsiplərin pozulmasına səbəb olan həmin qanunazidd əməlləri ilə qeyd olunan fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum yüngüllüyünə görə aşkar surətdə ədalətsiz cəza təyin edilmişdir. Hazırki təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 41. 2-ci maddəsində nəzərdə tutulan sosial ədalətin bərpası, məhkumun islah edilməsi, ümumi və xüsusi xəbərdaredici məqsədləri təmin etməməklə yanaşı qanunun məqsədlərinə xidmət etmir. Bundan başqa məhkəmənin qərarı əsaslı hesab edilsə belə, qeyd olunmalıdır ki, cəza təyini zamanı cinayət qanununun normaları pozulmuşdur. Məhkəmə tərəfindən Məhkum CM-nin 162-1.1-ci maddəsi ilə 10.000 manat cərimə cəzasına, CM-nin 308.1-ci maddəsi ilə 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə üzərində qəti olaraq 1 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmə klə 10.000 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Göründüyü kimi məhkəmə qərarında cəzaların qismən toplanılmasını qeyd etməsinə baxmayaraq, Məhkum üzərində əsas cəza kimi qəti olaraq 10.000 manat cərimə cəzası saxlamaqla faktiki olaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin etmişdir. Qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə müdafiə tərəfinin və zərərçəkmiş şəxslərin çıxışlarını dinləyib hesa b edir ki, kassasiya protesti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti qismən təmin edilməlidir. Kassasiya protestinin dəlilləri Məhkum təyin edilmiş cəzanın yüngüllüyü və cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi zamanı qanunvericiliyin tələbinin pozulması barədədir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyəti nə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə görə isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi cəza təyin edərkən, məhkumun törətmiş olduğu cinay ətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almışdır. Məhkəmə cəza təyini zamanı Məhkum əməlindən səmimi peşman olmasını, məhkumluğunun olmamasını, hadisələrin təsadüfü axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsinin, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsinin, cinayətin açılmasına kömək etməsini, iş yeri üzrə müsbət xarakterizə olunmasln cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Kollegiya hesab edir ki, məhkəmələr cinayət işi üzrə cəza təyini zamanı, cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 58.3,8.1,41.2 maddələrinin tələblərini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenu munun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 03 iyun tarixli 04 saylı qərarının tövsiyyələrini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən Məhkum cəza təyini zamanı cinayət qanunun normalarının pozulmasını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təy in edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Kollegiya protesstin bu dəiili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi cinayətlərin məcmusu üzrə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinin təl əbini pozmuşdur. Belə ki, məhkəmə tərəfindən Məhkum CM-nin 162-1.1-ci maddəsi ilə 10.000 manat cərimə cəzasına, CM-nin 308.1-ci maddəsi ilə 1 il müddətə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə üzərində qəti olaraq 1 il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 000 manat cərimə cəzası saxlanılmışdır. Göründüyü kimi məhkəmə qərarında cəzaların qismən toplanılmasını qeyd etməsinə baxmayaraq, məhkum N.B. Məhərrəmovun üzərində əsas cəza kimi qəti olaraq 10 000 manat cərimə cəsası saxlamaqla faktiki olaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin etmişdir. Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarı cinayətlərin məcmusu üzrə cəza təyini hissəsində dəyişdirilsin. Məhkum Böyükişi oğluna Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə təqsirli bilinib 10000 (on min) manat, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti olaraq 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 10000 (on min) manat məbləğində cərimə cəzası saxlanılsın. Məhkəmə aktlarından “təyin edilmiş cəzaların qismən toplama yolu ilə “ müddəası xaric edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar