Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-870/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi İsrafilov Vasif İmaməddin oğlu tərəfindən və Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim B.Ş.Məmmədov) xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olanMəhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsin də çəkməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin, 21 550 manat məbləğində pul vəsaitinin Məhkum tutularaq Zərərçəkmiş şəxs18 ödənilməsi barədə mülki iddia qismən təmin olunmuşdur. Hökmdən Məhkum və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs17 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Q.X.Babayev, hakimlər F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinə rək təyin edilmiş 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasının müddəti 03 il 06 aya artırılmış, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs21 və Zərərçəkmiş şəxs17 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum və müdafiəçisi İsrafilov Vasif İmamədin oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs21 etibarından sui-istifadə edərək əri X3 «Heydər Əliyev Fondu»na məsləhətçi vəzifəsinə işə düzəldəcəyinə dair yala n vəd verib aldadaraq 2017-ci ilin oktyabr ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən «Gənclik Mall» ticarət mərkəzində 5000 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs21 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs21 etibarından sui-istifadə edərək «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə layihə rəhbərinin köməkçisi koordinator vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxxxxx 2017-ci ildə Bakı şəhəri, 3 ünvanının qarşısında 5000 manat pulunu cinayətə aidiyyəti olmayan «Yusif» adlı şəxs vasitəsilə aldıqdan sonra həmin pulun 750 manatını əmək haqqı adı ilə Zərərçəkmiş şəxs21 qaytarsada 4250 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs21 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan b aşqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs22 etibarından sui-istifadə edərək «Heydər Əliyev Fondu»na məsləhətçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxxxxx 2017-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində 3000 manat pulunu aldıqdan sonra həmin pulun 1100 manatını əmək haqqı adı ilə Zərərçəkmiş şəxs22 qaytarsada 1900 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs22 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs21 etibarından sui-istifadə edərək «Heydər Əliyev Fondu»na məsləhətçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxxxx 2017-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Hüse yn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 5000 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs21 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək qardaşı X10 «Heydər Əliyev Fondu»na işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2018-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri,ünvan 4 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasının qarşısında 4000 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqavilə sinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə operator-produser vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxxxx 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 1500 manat pulu aldıqdan sonra həmin pulun 700 manatını əmək haqqı adı ilə Zərərçəkmiş şəxs7 qaytarsada 800 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şir kəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs25 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə reklam meneceri vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2018-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 4000 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs25 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağl adığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs24 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə produser vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 1000 manat pulu aldıqdan sonra həmin pulun 400 manatını əmək haqqı adı ilə Zərərçəkmiş şəxs24 qaytarsada 600 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs24 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ ke çirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə reklam meneceri vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 1500 manat pulu aldıqdan sonra həmin pulun 800 manatını əmək haqqı adı ilə Zərərçəkmiş şəxs5 qaytarsada 700 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələ duzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə edib bacısı qızları X15 və X5 «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə operator vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2018-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 2000 manat pulunu aldıqdan sonra həmin pulun 350 manatını əmək haqqı adı il ə N.Həsənli, 350 manatını isə A.İsmayılovaya qaytarsa da 1300 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs15 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə produser vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inz ibati binasında 2800 manat pulu aldıqdan sonra həmin pulun 410 manatını əmək haqqı adı ilə Zərərçəkmiş şəxs11 qaytarsa da, 2390 manat pulunu ələkeçirib, Zərərçəkmiş şəxs11 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə rejissor asissenti vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Ca vid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 1000 manat pulu aldıqdan sonra həmin pulun 400 manatını əmək haqqı adı ilə Zərərçəkmiş şəxs13 qaytarsada 600 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs13 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə qeydiyatçı vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib ald adaraq iki dəfəyə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında xx xxxx 2018-ci ildə 2000 manat, xx xxxx 2018-ci ildə isə 600 manat pulunu aldıqdan sonra həmin pulun 1000 manatını əmək haqqı adı ilə Zərərçəkmiş şəxs3 qaytarsada 1600 manat pulunu vahid niyyətini əhatə edən qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək «Heydər Əliyev Fondu»na məsləhətçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 2700 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs10 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs19 etibarından sui-istifadə edib arvadı X2 «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə icraçı produser vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 2500 manat pulu aldıqda n sonra həmin pulun 340 manatını əmək haqqı adı ilə N.Mirzəliyevaya qaytarsada 2160 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs19 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib arvadı X6 «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə rejissor asissenti vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2018-ci ilin mart ayının sonlarında cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs6 vasitəsilə B akı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 2000 manat pulu aldıqdan sonra həmin pulun 900 manatını əmək haqqı adı ilə H.Cəfərovayaqaytarsada 1100 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs10nun etibarından siu-istifadə edib onu və bacısı X11 «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə marketinq şöbə sinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxxx 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 5000 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs10 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs25 etibarından sui-istifadə edərək «Heydər Əliyev Fondu»na işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2018-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 135 ünvanında yerləşən «Araz» Supermarketin qarşısında 4000 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs25 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müs təqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs18 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə koordinator vəzifəsinə, övladı X4 isə reklam meneceri vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxxx 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 4200 manat və həmin dövrün məzənnəsi ilə 3230 manat təşkil edən 1900 ABŞ dollarını vahid niyyətini əhatə edən qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs18 xeyli miqdarda ma ddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs18 etibarından sui-istifadə edərək «Heydər Əliyev Mərkəz»inə məsləhətçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxxx 2018-ci ildə ünvan 6 ünvanında yerləşən «Kapital bank» vasitəsilə göndərilmiş 7420 manat, xx xxxxx 2018-ci ildə 150 manat və həmin dövrün məzənnəsi ilə 2550 manat təşkil edən 1500 ABŞ dollarını vahid niyyətini əhatə edən qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs18 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək «Heydər Əliyev Fondu»na işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq iki dəfəyə xx xxxx 2018-c i ildə Bakı şəhəri, ünvan 4-də yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 5500 manat, xx xxxxx 2018-ci ildə ünvan 7 ünvanında yerləşən Xətai Rayon Məhkəməsinin qarşısında 1500 manat pulunu vahid niyyətini əhatə edən qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə edərək dəyəri 18000 manat olan mebel əşyasını ucuz 6200 manata satacağına dair yalan vəd verib aldadaraq 2018-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 6200 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs15 xeylimiqdarda maddi ziyan vurmaq la dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs18 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə əlavə olaraq reklam meneceri vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxxx 2018-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 85 ünvanında yerləşən 5 saylı şəhər klinik xəstəxanasının qarşısında 4000 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs18 maddi ziyan vurmaqla dələduzluq etmiş dir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxxx 2018-ci ildə Bakı şəhəri ünvan 4 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 2000 manat pulunu aldıqdan sonra həmin pulun 900 manatını əmək haqqı adı ilə Zərərçəkmiş şəxs9 qaytarsada 1100 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs9 maddi ziyan vurmaqla dələdu zluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə efir rejissoru vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxx 2018-ci ildə Bakı şəhəri ünvan 5 ünvanında cinayətə aidiyyəti olmayan «Yusif» adlı şəxs vasitəsilə 400 manat, xx xxx 2018-ci ildə Bakı şəhəri ünvan 4 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 400 manat ümumilikdə 800 manat pulunu vahid niyyətini əhatə edən qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs12 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə qeydiyatçı vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq iki dəfəyə xx xxx 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 1500 m anat və həmin gün ünvan 10 ünvanında yerləşən «xxxx» ASC-nin qarşısında 1200 manat pulunu aldıqdan sonra həmin pulun 200 manatını əmək haqqı adı ilə Zərərçəkmiş şəxs8 qaytarsada 2500 manat pulunu vahid niyyətini əhatə edən qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürübişlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə produser vəzifəsinə işə düzəldəcəyinə dair yalan v əd verib aldadaraq xx xxx 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 528-ci məhəllədə yerləşən 53 saylı notariat ofisində 4000 manat pulunu aldıqdan sonra həmin pulun 650 manatını əmək haqqı adı ilə Zərərçəkmiş şəxs16 qaytarsada 3350 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs16 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə rekla m meneceri vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxx 2018-ci ildə Bakı şəhəri ünvan 4 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 700 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs14 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs20 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə reklam meneceri vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq iki dəfəyə Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında xx xxx 2018-ci ildə 1000 manat, xx xxxx 2018-ci ildə həmin dövrün məzənnəsi ilə 2040 manat təşkil edən 1200 ABŞ dollarını vahid niyyətini əhatə edən qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs20 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək «Heydər Əliyev Fondu»na təşkilatçı vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxx 2018-ci ildə Şəmkir şəhəri, ünvan 6 ünvanında yerləşən «Atabank» vasitəsilə göndərilmiş 1000 manat, xx xxxx 2018-ci ildə ünvan 12 ünvanında yerləşən «Azərpoçt» filialı vasitəsilə göndərilmiş 1700 manat pulunu vahid niyyətini əhatə edən qəsdl ə ələ keçirib, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs17 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə redaktor vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci ildə Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 1000 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs17 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs26 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə işə götürərək qısa müddət ərzində mənzil almasını təmin edəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci ildə Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 6000 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs26 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil Teleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə reklam meneceri vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci ildə Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasının qarşısında 3500 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxx» Müstəqil T eleradio Şirkəti MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs23 etibarından sui-istifadə edərək nişanlısı X7 «xxxx» Müstəqil Teleradio Şirkəti MMC-yə qeydiyyatçı vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci ildə Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən «xxxx» Müstəqil Teleradio Şirkətinin inzibati binasında 900 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs23 maddi ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi İsrafilov Vasif İmamədin oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Apellyasiya Məhkəməsinin qərarı qanunsuz olmaqla maddi və prosessual normaların pozulması ilə çıxarılmışdır. Əvvəla məhkəmə qərarı bir ilkin baxış və bir baxış iclasından ibarət olmaqla iş araşdırılmadan çıxarılmışdır. Məhkəmə Məhkum cəza təyin edərkən mərhəmətli olmamış, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, ilk dəfə cinayət törətməsini, ailədə yeganə gəlir gətirən şəxs olmasını, könüllü olaraq polisə təslim olmasını, cinayətin açılmasına köməklik göstərməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, onun daha yüngül cəza verilməklə də islah oluna biləcəyini, anadangəlmə ürək və ağciyər qüsurlu olmaqla ikinci qrup əlil olmasını,ali təhsilli olm asını, hər iki valideyninin ağır xəstə olmasını, atasının ankoloji xəstə olmasını, anasının ikinci qrup əlil olmasını, zərərçəkmişlərlə barışığa cəhd etməsini, səmimi peşiman olmasını nəzərə almamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin sanksiyasında azadıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəzanın olması və onun həmin cəza veriləcəyi təqdirdə də isah oluna biləcəyi nəzərə alınmamışdır. Eyni zamanda, məhkəmə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin etməklə təhlükəli residivistlərə təyin edləcək cəzanı Məhkum təyin etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cü il tarixli qərarını dəyişdirməklə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı, birinci instansiya və apellyasiya məhkəmə baxışı zamanı barəsində qərəzli, ədalətsiz, qeyri-obyektiv, birtərəfli araşdırma aparılmışdır. Dəymiş ziyanın qismən ödənilməsi, səmimi etirafı, ilk dəfə məhkum olunması, ailə vəziyyəti nəzərə alınmamışdır. Atası onkoloji xəstə olmaqla, özü və anası ikinci qrup əlildir. Bütün bunlar cəza təyin etmə zamanı yüngülləşdirici hal kimi nəzərə alınmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya ins tansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və b u Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və müdafiəçisi İsrafilov Vasif İmaməddin oğlu tərəfindən verilmiş kassasiya şika yətlərində Məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətləri nin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Təqdiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş təkrarən, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum və müdsafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasın a xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai t əhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq çəkməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsi, ilk məhkumluğu), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmə t üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum və müdafiəçisi İsrafilov Vasif İmaməddin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi İ srafilov Vasif İmaməddin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum və müdafiəçisi İsrafilov Vasif İmaməddin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-870/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-870/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver