Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-870/2022 12.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli,1(103)-877/2021 nömrəli qərarından məhkum Təqs irləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxxx 1986-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Şabran rayonu, Gilavar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli,1(101)-429/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddə si ilə 02 il 06 ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli, 1(005)-419/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, 01 il 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, hazırkı hökmlə ona təyin edilmiş cəzaya qis mən birləşdirilməklə Təqsirləndirilən şəxs 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
3. Həmin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 1(101)-429/2021 saylı hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir
4. Bakı Apellyasiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(103)-877/2021 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 1(101)429/2021 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələrilə məh kum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tayin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona cinayətlərinin məcmusu üzrə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli, 1(005)-419/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, 01 il 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, hazırkı qərarla ona təyin edilmiş cəzaya qismən birləşdirilmiş və hökmlərin məcmusu üzrə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(103)-877/2021 saylı qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.
6. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarı ləğv edilməsini və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
7. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kasassiya şikayətini geri göturməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkə məsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 1(102)-1542/2021 saylı qərarı ilə məhkum tərəfindən verilmiş ərizə təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır
9. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir.
10. İş kassasiya instansiya məhkəməsində baxılanadək, məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi Azərbaycan Respublikası Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi X1 tərəfində n verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
12. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli,1(103)-877/2021 nömrəli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 1(103)- 877/2021 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.