Məhkəmə qərarları › İş №1(102)-871/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-871/2019

25.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-871/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Səbuhi Səbir oğlu, Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə) xx xxxxxxxx 1981-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 4-da yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 02 gün mü ddət təyin edilmiş cəzadan çıxılaraq, qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 08 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olub bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib zərər çəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, 2010-cu ilin oktyabr ayından 2011-ci ilin oktyabr ayına qədər olan müddət ərzində Məhkum öz rəfiqəsi Zərərçəkmiş şəxs2 ona pul və digər əmlakı verməsə Zərərçəkmiş şəxs2 qohumlarının öləcəyini və bu bədbəxtçiliklərdən Məhkum səsi gələn “xram ” adlanan ruha Zərərçəkmiş şəxs2 qorumağı xahiş edəcəyini deyib onu inandıraraq, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu aldadaraq ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsus təxminən 5.000 manat nağd pulu və Zərərçəkmiş şəxs2 məxsus dəyəri 2.000 manat olan xəz dərili şubanı vahid niyyətlə ələ keçirərək zərərçəkmiş şəxslərə cəmi 7.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən 13 dekabr 2011-ci il tarixdə Zərərçəkmiş şəxs2 evdə olan qızıl-zinət əşyalarını və digər əmlakı verməsə onun qohumlarının öləcəyini, bu bədbəxtçiliklərdən Məhkum səsi gələn “xram” adlanan ruha Zərərçəkmiş şəxs2 qorumağı xahiş edəcəyini bildirib onu inandırararaq, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə ed ib onu aldadaraq, istintaqa şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında həmin şəxsin köməkliyi ilə ünvan 2 ünvanında mənzildən Zərərçəkmiş şəxs2 həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsus 2.400 manat və 1.349 manat 53 qəpik təşkil edən 1.300 avro nağd pulu, dəyəri 15.000 manat olan “Ulusnardın” markalı qızıl qol saatını, dəyəri 8.000 manat olan qızıl “Raymond Well” markalı qızıl qol saatını, dəyəri 600 manat olan üstü dördkünc formasında brilyant qaşlarla olan qızıl nişan üzüyünü, dəyəri 2.900 manat olan brilyant qaşlı üzüyü, dəyəri 2.500 manat olan tək brilyant qaşlı üzüyü, dəyəri 2.000 manat olan brilyant qaşları olan üzüyü, ümumi dəyəri 600 manat olan 10 ədəd qızıl uşaq boyunbağılarını, ümumi dəyəri 1.000 manat olan 5 cüt uşaq üçün xırda brilyant qaşlı qızıl sırğaları, dəyəri 4.000 manat olan üzərində “100 manat” sözləri həkk olunmuş 1 ədəd qızıl külçəni, dəyəri 1.500 manat 1 ədəd dəridən olan kişi gödəkcəsini, Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 10.000 manat olan bir qolbağıdan, bir cüt sırğadan, bir boyunbağıdan və bir üzükdən ibarət damcı formasında brilyant qaşlı qızıl dəsti, ümumi dəyəri 23.000 manat olan bir qolbağıdan, bir cüt sırğadan, bir boyunbağdan və bir üzükdən ibarət üzüm salxımı formasında brilyant qaşlı qızıl dəsti, ümumi dəyəri 13.000 manat olan bir qolbağıdan, bir cüt sırğadan, bir boyunbağıdan və bir üzükdən ibarət gül formasında brilyant qaşlı qızıl dəsti, ümumi dəyəri 6.000 manat olan bir qolbağıdan, bir cüt sırğadan, bir boyunbağıdan və bir üzükdən ibarət yumru formada brilyant qaşlı qızıl dəsti, ümumi dəyəri 4.000 mana t olan bir cüt sırğadan və bir üzükdən ibarət badam formasında brilyant qaşlı qızıl dəsti, dəyəri 500 manat olan keçmiş “SSRİ” istehsalı olan qızıl saatı, dəyəri 3.800 manat olan brilyant qaşlarla olan qızıl qolbağlı qızıl saatı, dəyəri 500 manat olan keçmiş “SSRİ” istehsalı olan qızıl qolbağlı qızıl saatı, dəyəri 1.300 manat olan brilyant qaşlarla olan qızıl nişan üzüyünü, dəyəri 1.800 manat olan brilyant qaşlarla olan “E” formasında üzərində xırda brilyant qaşlarla qızıl üzüyü, dəyəri 3.500 manat olan tək brilyant qaşla olan qızıl üzüyü, dəyəri 300 manat qiymətsiz qaşlı qızıl üzüyü və dəyəri 800 manat olan brilyant qaşlı bir cüt qızıl sırğaları vahid niyyətlə ələ keçirərək zərərçəkmiş şəxslərə ümumilikdə 110.349 manat 53 qəpik məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmi şdir. Bundan başqa, təkrarən 2014-cü ilin dekabr ayının 15-də Məhkum Zərərçəkmiş şəxs2 ona pul və digər əmlakı verməsə Zərərçəkmiş şəxs2 qohumlarının öləcəyini və bu bədbəxtçiliklərdən Məhkum səsi gələn “xram” adlanan ruha Zərərçəkmiş şəxs2 qorumağı xahiş edəcəyini deyib onu inandıraraq, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu aldadaraq Zərərçəkmiş şəxs2 iş yeri olan 5 ünvanında yerləşən gözəllik salonunun yanında həmin gözəllik salonunda işləyən X4 və Məhkum bacısı qızı X9 vasitəsi ilə Zərərçəkmiş şəxs2 məxsus dəyəri 2.500 manat olan qara rəngli xəz dərili qadın şubasını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, təkrarən 2015-ci ilin iyun ayından həmin ilin sentyabr ayına qədər olan müddət ərzində Məhkum Zərərçəkmiş şəxs2 ona pul və digər əmlakı verməsə Zərərçəkmiş şəxs 2 qohumlarının öləcəyini və bu bədbəxtçiliklərdən Məhkum səsi gələn “xram” adlanan ruha Zərərçəkmiş şəxs2 qorumağı xahiş edəcəyini deyib onu inandıraraq, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu aldadaraq Zərərçəkmiş şəxs2 iş yeri olan 5 ünvanında yerləşən gözəllik salonunun yanında həmin gözəllik salonunda işləyən X5, X4, taksi sürücüsü X6 və Məhkum bacısı qızı X9 vasitəsi ilə Zərərçəkmiş şəxs2 məxsus 170.000 manat nağd pulu hissə-hissə olmaqla və 1 ədəd dəyəri 30 manata “Fitron” markalı qadın qol saatını vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 170.030 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən 2015-ci ilin sentyabr ayınının 19-da Məhkum Zərərçəkmiş şəxs2 ona pul verməsə Zərərçəkmiş şəxs2 qohumlarının öləcəyini və bu bədbəxtçiliklərdən Məhkum səsi gələn “xram” adlanan ruha Zərərçəkmiş şəxs2 qorumağı xahiş edəcəyini deyib onu inandıraraq, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu aldadaraq Zərərçəkmiş şəxs2 iş yeri olan Bakı şəhəri, Nobel prospekti, 5 ünvanında yerləşən gözəllik salonunda həmin salonda işləyən X5 və Məhkum bacısı qızı X9 vasitəsi ilə Zərərçəkmiş şəxs2 bacısı Zərərçəkmiş şəxs3 məxsus 100.000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən 2015-ci ilin sentyabr ayının 23-də Məhkum Zərərçəkmiş şəxs2 ona qızıl-zinət əşyalarını verməsə Zərərçəkmiş şəxs2 qohumlarının öləcəyini və bu bədbəxtçiliklərdən Məhkum səsi gələn “xram” adlanan ruha Zərərçəkmiş şəxs2 qorumağı xahiş edəcəyini deyib onu inandıra raq, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu aldadaraq 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 iş yeri olan gözəllik salonunda həmin salonda işləyən X5 və Məhkum bacısı qızı X9 vasitəsi ilə Zərərçəkmiş şəxs2 məxsus dəyəri 150 manat olan bir ədəd meyvə qabını, dəyəri 2.500 manat olan brilyant qaşlı ağ qızıldan bir dəsti, dəyəri 5.600 manat olan qəpik formasında üzərində heyvan həkk olunmuş qaşsız qızıl külçəni, ümumi dəyəri 2.000 manat olan 4 cüt qızıl sırğaları, ümumi dəyəri 2.000 manat olan 2 ədəd brilyant qaşlı açar formasında qızıl kulonları, ümumi dəyəri 500 manat olan ərəb dilində “Allah” sözü yazılmış qızıl kulonla boyunbağını, dəyəri 300 manat olan qızıl üzüyü, dəyəri 300 manat olan purcin formasında bir cüt qızıl sırğaları və ümumi dəyəri 500 manat olan 2 ədəd nazik qolb ağıları alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 cəmi 13.850 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən 2015-ci ilin dekabr ayında Məhkum yaşadığı ünvan 4 ünvanında Zərərçəkmiş şəxs4 etibarindan sui-istifadə edib onu aldararaq qızı Zərərçəkmiş şəxs2 ona borcunun olmasını bildirib inandıraraq Zərərçəkmiş şəxs4 əvvəlcə 40.000 manat, təxminən 2-3 gün sonra həmin ünvanda eyni məqsədlə 30.000 manat pul alaraq vahid niyyətlə Zərərçəkmiş şəxs4 70.000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən 04 iyun 2016-cı il tarixdə Məhkum tanışı Zərərçəkmiş şəxs5 həyatda olmayan körpə qız övladının xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün Türkiyə Respublikasına aparacağını y alandan bildirib inandırmaqla onun etibarından suiistifadə edib onu aldadaraq Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Koroğlu” parkında Zərərçəkmiş şəxs5 20.949 manat 60 qəpik təşkil edən 14.000 ABŞ dollarını alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən 2016-cı ilin fevral ayından həmin ilin iyul ayının 20-nə qədər olan müddət ərzində Məhkum telefonda özünü “X2” adı ilə həqiqətdə olmayan baxıcı kimi təqdim edərək öz baldızı Zərərçəkmiş şəxs6 onun bəxtinin açılmasını söz verib pul verməsə onun və yaxın qohumlarının başına oyunların açılmasını deyib zərərçəkmiş şəxsi inandıraraq Zərərçəkmiş şəxs6 iş yeri olan ünvan 5 ünvanında yerləşən “Akademik Zərifə Əliyeva” adına Milli Oftalmologiya Mərkəzinin y anında və ünvan 6 ünvanında yerləşən yaşayış yerinin yanında taksi sürücüsü kimi işləyən X6 vasitəsi ilə vahid niyyətlə Zərərçəkmiş şəxs6 hissə-hissə olmaqla cəmi 82.000 manat məbləğində pul alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Hökmdən Zərərçəkmiş şəxs1 və nümayəndəsi X11, Zərərçəkmiş şəxs2 və Məhkum müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əhmədov Həsən Hüseyn oğlu, hakimlər Hüseynov Mirpaşa Süleyman oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 25 may 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmü dəyişdirilmiş, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, Məhkum “zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 13.850 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etməsi” və “Zərərçəkmiş şəxs5 20.949 manat 60 qəpik təşkil edən 14.000 ABŞ dollarını alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi” epizodları üzrə Məhkum elan edilmiş ittihamın mətnində vurulmuş ziyanın miqdarına münasibətdə “külli miqdarda” sözü “xeyli miqdarda” sözləri ilə əvəz edilmiş və həmin epizodlar üzrə Məhkum ittihamından “külli miqdarda” sözləri xaric edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 09 il müddətə azadlıqdan məhrum etmə cəzası 08 ilə endirilmiş, həbsdə saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, ona qəti olaraq 07 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə ona təyin edilmiş cəza müddətinin azaldılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ağır xəstəliklərdən, epileptik tutmalardan, yüksək qan təzyiqindən əziyyət çəkir, həbs olunduğu üçün atası şok keçirərək yataq xəstəsi olmuş, ailəsi ağır maddi və mənəvi vəziyyətə düşüb, əməlindən səmimi peşmandır. Qeyd olunanları nəzərə alaraq ona təyin edilmiş cəza müddətinin azaldılmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2018-ci il tarixli qərarı isə dəyişdiri lmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş mater iallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər məhkumun apellyasiya şikayəti ndə də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb tərəflərin hər birinin ayrı-ayrılıqda çıxışlarını dinləyərək hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və nümayəndə-müdafiəçisi X11, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Məhkum müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, lakin, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 1 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2018ci il tarixli hökmü dəyişdirilməli, Məhkum “zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 13.850 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etməsi” və “Zərərçəkmiş şəxs5 20.949 manat 60 qəpik təşkil edən 14000 ABŞ dollarını alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi” epizodları üzrə Məhkum elan edilmiş ittihamın mətnində vurulmuş ziyanın miqdarına münasibətdə “külli miqdarda” sözü “xeyli miqdarda” sözləri ilə əvəz edilməli və həmin epizodlar üzrə Məhkum ittihamlarından “külli miqddarda” sözləri xaric edilməli, Məhkum Azərbaycan Respublikasının Cinayət M əcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ilə endirilməli, Məhkum həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq, ona qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun 11.61.7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsi aşağıdakı redaksiyada verilmişdir:

1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin Qanunun 2.4-cü bən dinə əsasən, bu Qanunun 1ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə görə bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Həmin Qanunun 2.6-cı bəndinə əsasən, bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu Qanunun 2.4 və 2.5-ci maddələrində nəzərdə tutulmuş məsələlərə hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılır. Həmin Qanunun 2.5 -ci bəndinə əsasən, bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə bu Qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri bu Qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda cəza müddətləri həmin həddə qədər azaldılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir.Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 1 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Məhkum vəziyyətini yaxşılaşdırdığından, ibtidai istintaq orqanı tərəfindən Məhkum elan edilmiş ittiham üzrə Zərərçəkmiş şəxs2 13.850 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etməsi epizodu üzrə və Zərərçək miş şəxs5 20.949 manat 60 qəpik məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etməsi epizodu üzrə Məhkum elan edilmiş ittihamın mətnində vurulmuş ziyanın miqdarına münasibətdə “külli miqdarda” sözü “xeyli miqdarda” sözləri ilə əvəz edilməli və həmin epizodlar üzrə ittihamlardan “külli miqddarda” sözləri xaric edilməlidir... Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarının 17-ci bəndinin 3-cü abzasından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıl dığı gündən hesablanır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə əsasən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadar aq və ya etibardan sui-istifadə edərək zərər çəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərar). «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar a ldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003cü il tarixli, 4 saylı qərarının, 23-cü bəndinə görə, məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Yalnız müəyyən vəzifə tutma və ya m üəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulmuşdursa, onun əlavə cəza qismində tətbiqinə yol verilmir... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və on un ailəsinin həyat şəraitinə təsirini nəzərə alır... Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ifadəsi, zərər çəkmiş şəxslər, şahid ifadələri, ekspert rəyi və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən düzgün olaraq Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, eləcə də Məhkum oğlunun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən ona təyin olunacaq cə zanın onun islah olunmasına və həyat şəraitinə təsiri, Məhkum cəza təyin edərkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 vurmuş olduğu maddi ziyanı ödəməsini, həmçinin digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurmuş olduğu maddi ziyandan 3.000 manat, Zərərçəkmiş şəxs2 isə vurmuş olduğu maddi ziyandan 2.680 manat ödəməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi, Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmışdır, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmünün ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və nümayəndə-müdafiəçisi X11, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Məhkum müd afiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, lakin iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmü dəyişdirilməli, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 1 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, Məhkum “zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 13.850 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etməsi” və “Zərərçəkmiş şəxs5 20.949 manat 60 qəpik təşkil edən 14000 ABŞ dollarını alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi” epizodları üzrə Məhkum elan edilmiş ittihamın mətnində vurulmuş z iyanın miqdarına münasibətdə “külli miqdarda” sözü “xeyli miqdarda” sözləri ilə əvəz edilməli və həmin epizodlar üzrə Məhkum ittihamlarından “külli miqddarda” sözləri xaric edilməli, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ilə endirilməli, Məhkum həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq, ona qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarında göstərmiş, bunlara dair gəldiyi nəticəni qanunla nəzərdə tutulan qaydada toplanılaraq tədqiq edilmiş sübutlara (onların məcmusuna), işin digər faktiki hallarına, qanunun normalarına istinad edərək şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təy in olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, a pellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar