Məhkəmə qərarları › İş №1(102)-871/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-871/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-871/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidovdan və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun və Məhkum iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Səxavət Novruzov, hakimlər Əsgər Novruzov və İsfəndiyar Nağıyevdən ibarət tərkibdə) 1(109)-11/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli hökmü ilə, Məhkum, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhər Suraxanı rayon, Əmircan qəsəbəsi, 15 iyun küçəsi, ev 3-də qeydiyyatda olan və həmin ünvanda yaşamış; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə Vəliyev Orxan Hilal oğlu da təqsirli bilinib məhkum edilmişdir. İşin halları: B irinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o,Vəliyev Orxan Hilal oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, narkotik vasitə əldə etmək məqsədilə xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən İran İslam Respublikasına getmiş, xx xxxxx 2018-ci il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində Vəliyev Orxan Hilal oğlu ilə görüşmüş və orada özlərinə məlum olan mənbədən satış məqsədilə, qanunsuz olaraq külli miqdarda 168,198 qram heroin narkotik vasitəsi əldə etmişlər. Razılaşmalarına əsasən əldə etdikləri narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə gətirmək məqsədilə bükümlər şəklində O.H.Vəliyev düz bağırsağında yerləşdirməklə gi zlətmiş və həmin narkotik vasitəsini xx xxxxx 2018-ci il tarixdə saat OO33 radələrində Culfa gömrük sərhəd buraxılış məntəqəsi vasitəsilə gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikası ərazisinə üzərində daşıyaraq keçirmiş, gömrük nəzarətindən keçən zaman Culfa Gömrük İdarəsinin əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanılmış və üzərində şəxsi yoxlama həyata keçirilərkən narkotik vasitənin aşkar ediləcəyindən qorxub gömrük nəzarət buraxılış məntəqəsindən sərhəd istiqamətinə doğru qaçıb gizlənərək təbii yolla bükümləri düz bağırsağından çıxararaqorada gizlətmiş, həmin gün saat 0630 radələrində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında yerləşən neytral zonada Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəf indən saxlanılmış və gömrük əməkdaşları tərəfindən narkotik vasitəni gizlətdiyi yerə baxış keçirilərkən 168,198 qram çəkidə olan heroin narkotik vasitəsi 06 bükümdə aşkar edilərək götürülmüşdür. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Cəfərov Ələkbər Əli oğlu tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(108)-14/2018 nömrəli xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Vüqar Quliyev, hakimlər Fəxrəddin Məmmədov və Yusifəli Qurbanovdan ibarət tərkibdə) Məhkum müdafiəçisi Ə.Ə.Cəfərov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmı şdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, barəsində olan apellyasiya instansiya məhkəməsinin qərarı sərt və ağır olduğundan, dəyişdirilməli və qanunun tələblərinə uyğun olaraq ona yüngül cəza təyin edilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsi cinayətin xarakterini, onun cinayətdəki rolunu, şəxsiyyətini, ilk məhkumluğunu, ailə vəziyyətini, himayəsində 6-azyaşlı uşağının olmasını, həyat şəraitini, ailəyə yeganə qazanc gətirən olduğunu, səmimi peşmançılığını, xəstəliyini, yaşayış yeri üzrə müsbət xarakterizə edildiyini, uzun müddətli müalicəsinin davam etməsinin zəru riliyini və cinayət işi üzrə ağırlaşdıran halların olmadığını, habelə Azərbaycan Respublikasının 59 və 60-cı maddələrinin tələblərinin nəzərə almadan ağır cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi təqdim olunan sübut və xüsusatlara obyektiv qiymət verməmiş və cinayət prosessual və cinayət qanunvericiliyində nəzərdə tutulan maddi və prosessual hüquq normalarını pozmuş, həmçinin qərar qəbul edərkən Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə tənzimlənən təqsirə görə məsuliyyət, qanunçuluq, ədalət və humanizm prinsiplərinin tələblərini kobud surətdə pozaraq, həmin Məcəllənin 8, 58.3, 59 və 60-cı maddələrinin tələblərini nəzərə almadan apellyasiya şikayətini rədd etmişdir. Kassator göstərilənləri nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kolleg iyasının xx xxxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsindəki Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilməli və məhkumun cəzası yüngülləşdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını və ona ağır cəza təyin edildiyini vurğulayaraq, mübahisələndirilən qərarın dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və tələbini bir sıra dəlillərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr t ərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4. 3-cü maddələri ilə tövsif edilmişdir. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkuma ağır cəza təyin edilməsi barədə kassasiya şikayətinin dəlillərinə gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, hökmdən müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə Məhkum ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi əməldən peşman olmaqla əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi və məhkumun Rusiya Federasiyası Moskva şəhər Lyublinsk Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə təqsirli bilinərək (RF CM-in 161-ci maddənin 1 hissəsi, 162-ci maddəsi 1 hissəsi, 115-ci maddənin 1 hissəsi və 116-cı maddənin 1 hissəsi) məhkum edilm əsini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini xx xxxxxx 1993-cü il Beynəlxalq Minsk Konvensiyasına görə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi məhkəmə məhkuma cəza təyin edərkən kassatorun şikayətində dəlil kimi istinad etdiyi halların çoxunu – onun ailəli olmaqla himayəsində bir az yaşlı uşağının olmasını, törətdiyi əməldən peşman olmaqla əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi kimi nəzərə almışdır. Məhkumun xəstə olması və onun uzun müddətli müalicəsinin davam etməsinin zəruriliyinin cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması barədə kassatorun dəlilinə gəlincə isə kollegiya qeyd edir ki, məhkumun uzun müddətli müalicəyə ehtiyacı olan xəstəliyə tutulması barədə cinayət işinin materiallarında heç bir tibbi sənəd mövcud deyildir. Odur ki, məhkəmə kollegiyası kassatorun bu barədə olan dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası kassatorun əməlində cəzanı ağırlaşdıran halların olmadığı barədə dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hökmdən müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə Məh kum Rusiya Federasiyası Moskva şəhər Lyublinsk Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə RF CM-in 161-ci maddənin 1 hissəsi (soyğunçuluq), 162-ci maddənin 1 hissəsi (quldurluq), 115-ci maddənin 1 hissəsi və 116-cı maddənin 1 hissəsi ilə (döymə) təqsirli bilinərək məhkum edilməsini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini xx xxxxxx 1993-cü il Beynəlxalq Minsk Konvensiyasına görə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bu qənaətini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hər iki instansiyanın bu barədə gəldikləri qənaəti əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, “ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunve riciliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Qeyd olunmalıdır ki, müasir dövrdə dövlətlərin cinayətkarlı qla mübarizə sahəsində fəaliyyətlərinin koordinasiyası böyük əhəmiyyət kəsb edir. Bu sahədə ədalət mühakiməsinin əsas prinsiplərini müəyyən edən beynəlxalq hüquq normalarının davamlı inkişafı və texniki tərəqqinin nailiyyətləri belə əməkdaşlığı daha da əlçatan edir. Cinayət işləri sahəsində əməkdaşlığın mahiyyəti, əsasən, bir dövlətin səlahiyyətli orqanlarının sorğusu əsasında digər dövlətin müvafiq orqanlarının müəyyən hərəkətləri, o cümlədən sorğu verən dövlətin ərazisində həyata keçirilən cinayət təqibi və ya məhkəmələrində baxılan işlər ilə əlaqədar müəyyən prosessual hərəkətləri həyata keçirməsindən ibarətdir. Cinayət işləri üzrə ədalət mühakiməsi sahəsində beynəlxalq əməkdaşlığın üç əsas formasını qeyd etmək olar: Onun ənənəvi forması şəxslərin cinayət təqibi və ya hökmün icrası məqs ədi ilə verilməsidir (ekstradisiya); İkinci forma istintaq və ya digər prosessual hərəkətlərin həyata keçirilməsi haqqında verilən sorğuların cavablandırılmasıdır (məsələn, dindirmə, axtarış və sübutların əldə edilməsinə yönələn digər hərəkətlərin həyata keçirilməsi, prosessual sənədlərin verilməsi və s.); Üçüncü forma isə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin cəzanın çəkilməsi üçün verilməsidir. Bununla yanaşı, əməliyyat-axtarış sahəsində olan fəaliyyət, eləcə də məhkəmə hökmlərinin qarşılıqlı tanınması və icra edilməsi də cinayət prosesi çərçivəsində beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindəndir. Beynəlxalq hüquqi yardımın hüquqi əsasları beynəlxalq müqavilələrlə və ya iştirakçı dövlətlərin cinayət-prosessual qanunvericiliyi ilə yaranır. Cinayət işləri üzrə beynəlx alq əməkdaşlığın çərçivələri bir sıra beynəlxalq müqavilələr ilə müəyyən edilmişdir. Onların sırasında “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyası (Strasburq, xx xxxxx 1959-cu il), "Ekstradisiya haqqında" Avropa Konvensiyası (Strasburq, xx xxxxxx 1957-ci il) kimi sənədləri qeyd etmək olar. MDB çərçivəsində hüquqi yardım sahəsində əməkdaşlığın həyata keçirilməsinə yönələn mexanizmlərdən biri xx xxxxxx 1993-cü il tarixli Minsk Konvensiyadır. Konstitusiyanın 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq m üqavilələrə uyğun tətbiq edilir (Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir (Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsi). “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 15 və 16-cı maddələrinə əsasən, Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə dönmədən əməl etməlidir. Azərbaycan Respublikası beynəlxalq müqavilələrə vicdanla əməl edilməsi prinsipinə uyğun olaraq, Azərbaycan Respublikasının iştirak etdiyi ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin digər iştirakçıla rının da bu müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün səylər göstərir. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsini təmin edir. Bununla yanaşı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 23.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir. Azərbaycan Respublikasının x xxxxxxx 2017-ci il tarixli Qanunu ilə qoşulduğu xx xxx 1969cu il tarixli “Müqavilələr hüququ haqqında Vyana Konvensiyası”nın 11-ci maddəsinə görə, dövlətin müqavilənin onun üçün məcburiliyinə ra zılığı imzalama, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma, yaxud razılaşdırılan istənilən digər vasitə ilə ifadə oluna bilər. Dövlət beynəlxalq müqaviləni ratifikasiya etməklə öz üzərinə beynəlxalq öhdəlik götürür və buna görə də həmin öhdəliyi vicdanla yerinə yetirməlidir. Bu öhdəlik maddi və prosessual xarakterli olmaqla səlahiyyətli dövlət orqanlarından müvafiq qanuni hərəkətlərin edilməsini tələb edir. Minsk Konvensiyası Azərbaycan Respublikasına münasibətdə xx xxxx 1996-cı il, Rusiya Federasiyasına münasibətdə isə xx xxxxxx 1994-cü il tarixində qüvvəyə minmişdir. Daha sonra x xxxxxxx 2002-ci il tarixində MDB iştirakçısı olan dövlətlər eyniadlı Kişinyov Konvensiyasını qəbul etmişlər. Həmin Konvensiyanın 120-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə, 1993-cü il 22 yanvar tarixli Minsk Konvensiyası bu Konvensiyanın iştirakçısı olan dövlətlər arasında öz qüvvəsini itirir. Bu Konvensiyanın iştirakçısı olan dövlətlər və onların iştirakçısı olan, barələrində bu Konvensiya qüvvəyə minməyən dövlətlər arasındakı münasibətlərə Minsk Konvensiyasının tətbiqi davam edir. Rusiya Federasiyası Kişinyov Konvensiyasını ratifikasiya etmədiyindən onunla Azərbaycan Respublikası arasında münasibətlər Minsk Konvensiyası ilə tənzimlənir. Minsk Konvensiyasının 76-cı maddəsində qeyd olunmuşdur ki, Razılığa gələn Tərəflərdən hər biri cinayətlərin istintaqı aparılarkən və məhkəmələr tərəfindən cinayət işlərinə baxılarkən öz qanunvericiliyində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, hansı Razılığa gələn Tərəfin ərazisi ndə baş verməsindən asılı olmayaraq nəzərə alırlar. Minsk Konvensiyasına xx xxxx 1997-ci il tarixində Protokolla əlavə edilmiş 76.1-ci maddəyə əsasən, şəxsin xüsusilə təhlükəli residivist hesab edilməsi, cinayətin təkrar törədilməsi, şərti məhkum etmə, hökmün icrasının təxirə salınması və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı vəzifələrin pozulması faktının müəyyən edilməsi kimi məsələlərin həlli zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri keçmiş SSRİ-nin və onun tərkibinə daxil olmuş ittifaq respublikalarının məhkəmələrinin (tribunallarının), həmçinin Razılığa gələn Tərəflərin məhkəmələrinin çıxardığı hökmləri tanıya və nəzərə ala bilərlər. Lakin qeyd olunmalıdır ki, yuxarıda göstərilən Protokol Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməmişdir. Göst ərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir. Konstitusiyanın 63-cü maddəsinin V hissəsinə əsasən, məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Cinayət Məcəlləsinin 1.3-cü maddəsinə görə, cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. Həmin Məcəllənin qanunçuluq prinsipi adlanan 5.1-ci maddəsinə müvafiq olaraq, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət hüququnda cinayətlərin residivi anlayışına daxil edilmiş əvvəllər məhkum olunmuş şəxs anlayışı, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olan və cinayət qanunu ilə nəzərdə tutulan cəza təyin edilmiş şəxsi ehtiva edir. Belə ki, Cinayət Məcəlləsinin 83.1ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə görə isə cəza təyin edilərkən həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Konstitusiyanın və Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan normalarının mənası baxımından belə nəticəyə gəlmə k olar ki, şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız Cinayət Məcəlləsinə daxil olunduqdan sonra tətbiq edilə bilər və məhkumluğun yaranması üçün Azərbaycan Respublikasının məhkəmələri tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş ittiham hökmü olmalıdır. Bu baxımdan xarici dövlətlərin məhkəmə hökmlərinin Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tanınması və nəzərə alınması qaydasının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 521-ci maddəsində xarici dövlətlərin məhkəmələrinin hökmlərinin icrası qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yeku n qərarlarının icrası məsələlərinə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq baxırlar. Azərbaycan Respublikasının da daxil olduğu MDB ölkələrinin təcrübəsinə nəzər yetirdikdə isə cinayətlərin residivi müəyyən edilərkən xarici dövlətlərin məhkəmələri tərəfindən çıxarılmış hökmlərin tanınması və nəzərə alınmasının müxtəlif qaydada həyata keçirildiyini müşahidə etmək olar. Məsələn, bəzi dövlətlərin (Ukrayna, Özbəkistan, Qırğızıstan və s.) Cinayət Məcəllələrində cəza təyin edilərkən xarici dövlətlərin məhkəmələri tərəfindən çıxarılmış hökmlər üzrə yaranmış məhkumluqların nəzərə alınmasının mümkünlüyü müəyyən edilmişdir. Beləliklə, qloballaşma prosesləri, əhalin in miqrasiyasının fəallaşması, transmilli cinayətkarlığın artması və s. faktorların təsiri altında dövlətlərin cinayətkarlıqla mübarizə sahəsində fəaliyyətinin əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayətlərin residivi məsələsi həll edilərkən xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması və nəzərə alınması qaydasının cinayət və cinayət-prosessual qanunvericiliyində müəyyən edilməsi məqsədəuyğun olardı. Belə ki, hüquqi müəyyənlik prinsipi azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətb iqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu ümumi hüquq prinsipindən irəli gələrək Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsin vəziyyətini ağırlaşdıran və cəza təyini zamanı əhəmiyyət kəs b edən cinayət qanununun müvafiq müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərar). Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə, Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir ”. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarının işığında vurğulayır ki, işə baxan məhkəmələr tərəfindən Məhkum cəzasını ağırlaşdıran hal kimi nəzərə aldıqları Rusiya Federasiyası Moskva şəhər Lyublinsk Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tanınmamışdır. Konstitusiya Məhkəməsi vurğulamışdır ki, “Minsk Konvensiyasına xx xxxx 1997-ci il tarixində Protokolla əlavə edilmiş 76.1-ci maddəyə əsasən, şəxsin xüsusilə təhlükəli residivist hesab edilməsi, cinayətin təkrar törədilməsi, şərti məhkum etmə, hökmün icrasının təxirə salınması və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı vəzifələrin pozulması faktının müəyyən edilməsi kimi məsələlərin həlli zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri keçmiş SSRİ-nin və onun tərki binə daxil olmuş ittifaq respublikalarının məhkəmələrinin (tribunallarının), həmçinin Razılığa gələn Tərəflərin məhkəmələrinin çıxardığı hökmləri tanıya və nəzərə ala bilərlər. Lakin qeyd olunmalıdır ki, yuxarıda göstərilən Protokol Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir”. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin göstərilən Plenum qərarının mövqeyindən çıxış edərək qeyd edir ki, Məhkum barəsindəki Rusiya Federasiyası Moskva şəhər Lyublinsk Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü Azərbaycan Respublikasın ın məhkəmələri tərəfindən tanınmadığına və Minsk Konvensiyasına əlavə edilmiş xx xxxx 1997-ci il tarixli Protokol Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmədiyinə görə, bu hal (əməlində cinayətlərin residivi olması) Məhkum cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Odur ki, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəkiNaxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından məhkumun əməlində cinayətlərin residivi olması və bu halın cəzanı ağırlaşdıran hal kimi nəzərə alınması barə də müddəalar xaric edilməlidir. Bununla əlaqədar qeyd edilməlidir ki, Məhkum cəza təyin edilərkən iş üzrə cəzanı ağırlaşdıran hal nəzərə alınmaqla cəza təyin edildiyindən və hazırki qərarla cəzanı ağırlaşdıran hal məhkəmə qərarlarından xaric edildiyindən bu xüsusat məhkumun cəzasına münasibətdə də əksini tapmalı və onun cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədaləti n bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3-cü maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək, CM-in 234.4-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Hökmdən müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkuma istər CM-in 206.3.2-ci maddəsi, istərsə də CMin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) cəza təyin edildiyindən, maddələrin hər biri üzrə təyin edilmiş cəzanın müddəti aşağı endiriməli və CM-in 66.3-cü maddəsinə əsasən müəyyən edilmiş cəzalar qismən toplanmaqla Məhkum qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair Qərarına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq kassasiya şikayətinin qismən təmin edilməsini, Məhkum barəsindəki Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsini, məhkumun barəsindəki Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından məhkumun əməlində cinayətlərin residivi olması və bu halın cəzanı ağırlaşdıran hal kimi nəzərə alınması barədə müddəaların xaric ed ilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm 206.3.2, həm də 234.4.1 və 234.4.3-cü maddələri ilə hər biri ilə ayrılıqda təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsini və hazırki qərarla müəyyən edilən cəzalarının CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaqla Məhkum qəti cəza təyin edilməsinin qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, həmin şikayətin qismən təmin edilməsi, göstərilən qərarın is ə dəyişdirilməsi və məhkumun cəzasının yüngülləşdirilməsi əsaslı və məqsədəmüvafiqdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilsin. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından “Məhkum əməlində cinayətlərin residivi olması və bu halın cəzanı ağırlaşdıran hal kimi nəzərə alınması” barədə müddəalar xaric edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) il azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) il 06 (altı) aya endirilsin. Hazırki qərarla müəyyən edilmiş cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş qismən toplamaq yolu iləMəhkum qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli hökmdə göstərildiyi vaxtdan – xx xxxxx 2018-ci il tarixdən hesablansın. Qərar qalan hissədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar