Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-871/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üz rə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Eldar İsmayılov (sədrlik edən və məruzəçi), hakimlər Cavid Hüseynov və Samir Əliyev) 26 oktyabr 2021-ci il tarixli, 1(101)1153/2021 nömrəli hökmü ilə xx xxxxxx 1983-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcını 10 mart 2021ci il tarixdən hesablanmışdır. İşin h alları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib, sonuncunun inam və etibarını qazanaraq Zərərçəkmiş şəxs1 oğlu X3 İşlər orqanlarında işə qəbul olunmasına köməklik göstərməsi barədə ona müraciət etdikdə, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, yalandan sonuncunu qeyd edilən orqanda işə düzəltmək imkanına malik olması görüntüsü yaratmaqla, əslində həmin pulu ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 aldadaraq, vahid niyyətlə əhatə olunana qəsdlə 2018-ci ilin iyul ayının əvvəlində Bakı şəhəri, Xəzər r ayonu, Mərdəkan qəsəbəsində Zərərçəkmiş şəxs1 bağban işlədiyi 1533 saylı bağ evində 5.000 (beş min) manat, bundan on gün sonra təxminən 2018-ci ilin iyul ayının axırlarında həmin ünvanda 2.000 (iki min) manat olmaqla, ümumilikdə ona məxsus 7.000 (yeddi min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbər vəzifəli şəxsləri ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun ol mayan yalan vəd verib inam və etibarını qazanaraq, Zərərçəkmiş şəxs2 Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1673.1, 214-1 və 218.2-ci maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmiş oğlu Babək Məmmədlini azadlığa buraxılmasına köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, yalandan sonuncunun azadlığa buraxılmasına köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla, əslində həmin pulu ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci il fevral ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Bulaq” restoranında 20.000 (iyirmi min) manat, 2020-ci il mart ayının əvvəllərində həmin ünvanda Zərərçəkmiş şəxs2 kürəkəni Şahid2 vasitəsilə göndərdiyi 20.000 (iyirmi min) manat, 2020-ci ilin mart ayının ortalarında Babək Məmmədlinin azadlığa buraxıldıqdan sonra şikayət olmaması üçün sonuncu ilə birlikdə tutulan şəxslərdən bir neçəsini də azadlığa buraxdırmaq adı ilə həmin ünvanda 20.000 (iyirmi min) manat, Bəbək Məmmədliyə həbsdə saxlanıldığı təcridxanada yaxşı baxılması adı ilə Zərərçəkmiş şəxs2 qızı Şahid3 vasitəsi ilə Şahid4 məxsus “Kapital Bank”a aid kart hesabına xx.xx.2020-ci il tarixdə göndərdiyi 324 (üç yüz iyirmi dörd) manat, xx.xx.2020-ci il tarixdə göndərdiyi 710 (yeddi yüz on) manat olmaqla, cəmi 1.034 (min otuz dörd) manatı Salyan rayonunun ərazisində Şahid4 vasitə silə nağdlaşdırmaq yolu ilə, Babək Məmmədlinin işi ilə bağlı guya prokurorluqda yaranmış problemi həll etmək adı ilə 02 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən «Üç Tac» yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs2 kürəkəni Şahid2 vasitəsilə göndərdiyi 6.000 (altı min) manat olmaqla, ümumilikdə ona məxsus 67.034 (altmış yeddi min otuz dörd) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Həsən Əhmədov) 07 yanvar 2022-ci il tarixli, 1(103)-286/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamışdır. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilməsi və ona təyin edilmiş cəzanın endirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası üzrə məhkəmə kollegiyası tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticələr hökmə və qərara köçürülmüş, toplanmış sübutlara qiymət verilməsinə cəhd belə göstərilməmişdir. Belə ki, həm ibtidai istintaq orqanı, həm də birinci və apellyasiya instan siyası məhkəmələri cinayət əməlini qiymətləndirərkən qanunçuluq prinsiplərini kobud şəkildə pozmuşlar. Apellyasiya instansiyası üzrə məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamadan qərəzli qərar qəbul etmişdir. Həmin sübut və dəlillərin araşdırılması məqsədilə verilən çoxsaylı vəsatətlər araşdırılmamışdır. Bundan başqa məhkum tərəfindən verilən və təqdim olunan sübutlar məhkəmə tərəfindən əsassız olaraq rədd edilmişdir. Məhkum qeyd edir ki, məhkəmələr cinayət işi üzrə sübutları və işin hallarını düzgün qiymətləndirməmiş, nəticədə onun CM-in 178.2-ci maddəsi ilə tövsif edilməli olan ə məllərini əsassız olaraq CM-in 178.3-cü maddəsi ilə tövsif etmişdir. Həmçinin məhkum şikayətində qeyd etmişdir ki, o, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində cəzanı yüngülləşdirən hallar qismində himayəsində azyaşlı uşağı olmasını, uzunmüddətli şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini əsaslandırsa da, məhkəmələr müvafiq halları nəzərə almamışdır. Bütün bunlar özünümüdafiə xarakterli ifadələr və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilmişdir. Məhkum ailəli olduğunu, himayəsində 2 azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması, zabit rütbəsində fəaliyyət göstərməsi, əməlindən səmimi peşmançılıq hissləri keçirməsini və bunların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi işə baxarkən müvaf iq nöqsanları aradan qaldırmamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən həmin halların araşdırılması məqsədi ilə müvafiq tədbirlər görməmiş, həmin məsələlərə aydınlıq gətirməmiş, onlara əhəmiyyət belə verməmiş, bu dəlilləri cavablandırmamış, apellyasiya şikayətinin təmin olunmaması məsələsini faktiki olaraq əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında qanunun normalarının, Azərbaycan Respublikasının Konstitusiyasının, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenum Qərarlarını nəzərə almayaraq, məhkum barəsində əsassız olaraq çıxarılmış ittiham hökmünü təsdiq etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda g östərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birin ci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun Azərbaycan Respublikası CM-in 178.3-cü maddəsində təqsiri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, məhkəmə istintaqı zamanı sübutlar Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etməmiş, mümkün olmayan sübutlara əsaslanıb onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı c inayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlar araşdıraraq nəticəyə gəlmişdir ki, Məhkum özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilsədə də, onun Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərin protokolları və işin digər materialları ilə tam təsdiq olunur. Birinci instansiyası məhkəməsi Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı külli miqdarda dələduzluq cinayəti törətməməsinə dair məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmələrin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün k ifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Göründüyü kimi məhkəmələr həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edi lir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həm in nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum əməli CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəz ərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən araşdırılmış sübutlara Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətində həmçinin qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətləri təmin əsassız olaraq təmin olunmamış və rədd edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Həmçinin məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, kassasiya şikayətində məhkum qeyd etmişdir ki, o, ailəlidir, onun himayəsində iki azyaşlı uşağı var, lakin məhkəmələr CM-in 59.1.4-cü maddəsinin tələblərinə zidd olaraq bu halı cəzasını yüngülləşdirən hal kimi nəzərə almamışdır. Azərbaycan Respublikası CM-in 139.0.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmu ş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlar əsasında müəyyən edilir. Məhkum kassasiya şikayətində onun himayəsində iki azyaşlı uşağının olması barədə bildirilsə də, məhkumun himayəsində azyaşlı uşaqların olmasını təsdiq edən heç bir sənəd cinayət işinə əlavə edilməmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili də əsaslı hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göst ərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-871/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-871/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver