Məhkəmə qərarları › İş №1(102)-871/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-871/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-871/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2024-cü il tarixli 1(103)-1341/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim Elnurə Rəcəbova) 01 may 2024-cü il tarixli 1(008)-321/2024 nömrəli hökmü ilə xx xxxxxx 1991-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Ucar şəhəri, Pambıq zavodu yaşayış evində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ev 1, mənzil 22-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasə n 30 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 may 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,201 qram psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında ümumi təm iz çəkisi 0,944 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, 30 iyul 2023-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində olan zaman özünü şübhəli apardığından Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd mətbəx kağızının içərisində şəxsi istehlak miqdarından artıq miqdarda 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,423 qram, 0,371 qram və 0,407 qram olmaqla ümumi təmiz çəkisi 1,201 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli p sixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında 03 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,337 qram, 0,322 qram və 0,285 qram olmaqla ümumi təmiz çəkisi 0,944 qram təşkil edən bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əfqan Ələkbərov (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Zaur Hüseynov) 09 avqust 2024-cü il tarixli 1(103)-1341/2024 nömrəli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 1(008)-321/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiə çisi Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2024-cu il tarixli 1(103)-1341/2024 saylı qərarının ləğv edilərək, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və ona verildiyi cəzadan daha yüngül cəzanın verilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmündə qanuna zidd hallar olduğuna baxmayaraq onlara Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası diqqət yetirməmişdir. Belə ki, Məhkum “psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi deyil, özünün istifadəsi üçün əldə etm əsi” haqqında göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəldiyindən özünü müdafiə xarakteri daşımır. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminlə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə baxışında toplanmış sübutlarda təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə hökmündə göstərilən müddəalar, guya Məhkum öz ifadəsində yalnız narkotik vasitə marixuanadan istifadə etdiyini, psixotrop maddə metamfetamindən istifadə etmədiyini bildirməsi - həqiqətə uyğun deyil. İbtidai istintaq zamanı və məhkəmə iclasında Məhkum öz ifadəsində göstərmişdir ki, o əsasən narkotik vasitə marixuanadan istifadə edir və eyni zamanda hərdənbir “şüşədən”, yəni psixotrop maddə metamfetamindən də istifadə edirdi. Yuxarıda yazdıqları bir daha məhkəmə tərəfindən sübutların tam və obyektiv araşdırmaması nəticəsində səhv nəticəyə gəlməsini bir da təsdiqini tapır. Bu səbəbdən də məhkumun əməli CM-in 234.2-ci maddəsi ilə deyil CM-in 234.1-ci maddəsi tövsif edilməli idi. Lakin məhkəmə bu halları məhz olduğu kimi deyil, məhkuma sırf daha ağır ittihamla ifşa edilməsinə gətirib çıxardan mənasında qərar vermişdir. Məhkəmənin bu kimi nəticəyə gəlməsi, məhkumun hərəkətlərini səhv tövsif etməsi səbəbindən Məhkum daha ağır ittiham olunmasına gətirib çıxartmışdır. Bununla da məhkumun barəsində daha ağır ittiham i rəli sürülmüş və o təqsiri olmayan cinayətin törədilməsinə görə məhkum edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli ol araq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi4 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Müdafiəçinin fikrincə məhkumun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərə kət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satılmasına və ya onların satış məqsədi ilə əldə etməsinə, saxlamasına, hazırlamasına, daşımasına və göndərməsinə görə yaranır. Göründüyü kimi “satma” və “satış məqsədi” CM-in 234.2-ci maddəsinin cinayət tərkibində zəruri əlamət kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Kassasiya şikayətindən görünür ki, müdafiə tərəfi məhkuma qarşı irəli sürülmüş itt ihamda göstərilmiş narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi və saxlanılması faktı mübahisələndirmir. Müdafiəçi tərəfindən məhkumun bu narkotik vasitəni və psixotrop maddəni satış niyyəti ilə əldə edilməsini mübahisələndirir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, məhkum onun üzərində aşkar edilmiş 1,201 qram metamfetamini və 0,944 qram qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə etmiş və üzərində saxlamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İş materiallarından görünür ki, Məhkum üzərində həm psixotrop maddə metamfetamin, həm də narkotik vasitə marixuana hər biri üç xırda bağlamaya bükülmüşdür. Bundan başqa, məhkumun istifadəsində olan mobil tele fonuna baxış zamanı Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən daxil olmuş və göndərilmiş SMS-lər aşkar edilmişdir. İşə baxan məhkəmələr Məhkum üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin hər birinin 3 ədəd xırda bağlamada olması, həmçinin istifadəsində olan mobil nömrəsinə daxil olmuş və göndərilmiş sms-lərin mətnləri onun tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsini və saxlanılmasını təsdiq edən hallar kimi qiymətləndirmiş və buna əsasən nəticəyə gəlmişlər ki, məhkumun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları tədqiq etmiş və həmin sübutlara qiymət verərək Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişlər ki, Məhkum üzərind ə aşkar edilmiş narkotik vasitə olan tiryəki məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apell yasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanun vericiliyinin tələblərini nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2024-cü il tarixli 1(103)-1341/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2024-cü il tarixli 1(103)-1341/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar