Məhkəmə qərarları › İş №1(102)-872/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-872/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-872/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş şəxsin iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 149.2.4, 157.1, 180.2.3 və 318.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər N.T.Əliyev (sədrlik edən), M.Ə.Bağırov və D.H.İmanov) xx.xx.1994-cü ildə Tovuz rayonu Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ünvan1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 149.2.4-cü maddəsi ilə təqsirli bilinib 07 il, CMnin 180.2.3-cü maddəsi i lə təqsirli bilinib 04 il, CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 157.1-ci maddəsi ilə 08 ay müddətinə aylıq qazancının 20 faizi miqdarında dövlət nəfinə pul tutulmaqla islah işləri cəzasına məhkum edilmiş, islah işləri cəzası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə dörd gün hesabı ilə hesablanmaqla 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum və zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarı ilə a pellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur, ona görə ki, o, qanunla müəyyən edilmiş qaydada dövlət sərhədini keçmək üçün müvafiq sənədi, yəni Azərbaycan Respublikasının ümumvətəndaş pasportu olmadığından qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə 09 oktyabr 2019-cu il tarixdə, saat 14-15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sə rhədini nəzarət buraxılış məntəqələrindən kənarda, yəni, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonu ərazisində yerləşən “Üçbulaq” adlanan 8-ci sərhəd zastavasının xidməti ərazisinin 7-ci sahəsi istiqamətində sərhəd naryadlarının hərəkətini izləyərək onların keçib getməsindən istifadə edərək Gürcüstan Respublikasından Azərbaycan Respublikasının dövlət sərhədini piyada olaraq gizli surətdə və qeyri-leqal səkildə qəsdən qanunsuz olaraq keçmişdir. Bundan başqa, Məhkum Tovuz rayon İcra Hakimiyyəti Başçısının Həsənli kənd İnzibati Ərazi Dairəsinin tərkibinə daxil olan Məşədivəlilər kəndində qonşuluğunda yaşayan xx.xx.1969-cu il təvəllüdlü, Tovuz rayonu Məlik Yusifov adına Məşədivəlilər kənd tam orta məktəbində tarix müəlliməsi işləyən Zərərçəkmiş şəxsin t ək yaşadığını müəyyən edib cinsi ehtirasını sonuncunu zorlamaqla ödəmək qərarına gəlmiş, bu məqsədlə 24 oktyabr 2019-cu il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxsin yaşadığı ünvana gəlib Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə evin girişinin sol yan tərəfindəki işıq sayğacının qutusundan açdığı məftil parçası ilə qapının cəftəsini açaraq qanunsuz evə daxil olduqdan sonra Zərərçəkmiş şəxsin yatdığı çarpayıya yaxınlaşaraq onun qışqırıb səs-küy salmasının, ətrafdakıları köməyə çağırmasının və müqavimət göstərməsinin qarşısını almaqdan ötrü fiziki zor tətbiq edərək əli ilə sonuncunun boğaz nahiyəsindən sıxıb zorla cinsi əlaqədə olmaq niyyəti ilə Zərərçəkmiş şəxsin bədəni üzərində oturmuş, cinayətkar qəsdini başa çatdırm aq üçün əvvəlcə öz şalvarını və trusikini aşağı çəkmiş, sonra isə Zərərçəkmiş şəxsin əynində olan donunu yuxarı qaldırdıqda sonuncunun onu itələyərək qışqırması və əlini dişləyərək müqavimət göstərməsi səbəbindən Zərərçəkmiş şəxsi öldürməklə hədələyib bu yolla müqavimətini qıraraq gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs iradəsi əleyhinə cinsiyyət orqanına daxil etməklə zorla təbii yolla cinsi əlaqədə olub bu zaman sonuncuya hər iki bud və sol diz oynağı nahiyələrinin, həmçinin sağ böyük cinsiyyət dodağının qançırları və böyük cinsiyyət dodaqlarının arxa bitişməsinin səthi cırılmış yarası ilə müşayiət edilən və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə onu zorlamış, cinsi aktı başa çatdırdıqdan sonra cinayət əmə llərini davam etdirərək qanunsuz olaraq girdiyi yaşayış sahəsindəki otaqda stolun üzərindən Zərərçəkmiş şəxsə məxsus çantada olan 646 manat pulu sonuncunun gözü qarşısında götürüb açıq talamaqla soyğunçuluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkuma təyin edilən cəza yüngül olmuşdur. Belə ki, onun törətdiyi cinayət əməli, təkcə qadına qarşı deyil, həm də müəlliməyə qarşı edilmiş cinayətdir. Məhkəmələr cinayət işi üzrə işin hallarını, cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini xarakterizə edən halları, onun niyyətini, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin şəxsiyyətini nəzərə almadan, iş üzrə verilmiş cəzanın onun və ailəsinin həyat şəraitinə təsiri baxımından kifayət qədər yü ngül olan cəza cəza təyin etmişlər. Həmin hadisə nəticəsində o, maddi, mənəvi, psixoloji sarsıntı keçirmiş, anası və atası bu hadisədən sonra vəfat etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apelyasiya Məhkəməsinin 03.11.2020-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yenidən apellyasiya məhkəməsində məhkəmə baxışına qaytarılması barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən Zərərçəkmiş şəxs kassasiya şikayətində qeyd etdiyi xüsusatları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüs eynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkəmələr tərəfindən məhkum edilmiş şəxsə cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun və ədalətli cəza təyin edildiyini bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yo xlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun barəsində yüngül cəza təyin edildiyi iddia edilmiş, bununla da m əhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxs və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əs aslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayət ində məhkuma təyin edilmiş cəzanın yüngül olduğu, törədilmiş əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəmə si Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kim i deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halla r, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prose ssual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4, 157.1, 180.2.3 və 318.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar