Məhkəmə qərarları › İş №1(102)-872/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-872/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-872/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sent yabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim Elməddin Hüseynov) 13 iyul 2023-cü il tarixli, 1(006)-168/2023 nömrəli hökmü ilə xx xxxxxxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bunda sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,249 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 27 dekabr 2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əmə kdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:50-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən 01 bükümdə təmiz çəkisi 0,249 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Anar Tanrıverdiyevdən ibarət tərkibdə) 1(103)-1853/2023 nömrəli 14 sentyabr 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum et mə cəzasının müddəti artırılaraq ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun həbsdə qaldığı 2 (iki) gün müddət cəza müddətinə hesablanıb CM-in 69.3-cü maddəsinə əsasən hazırki qərarla təyin olunan cəzadan çıxılmış və üzərində çəkməsi üçün qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək xahiş etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2023-cü il tarixli qərarı cəzanın sərtliyinə görə dəyişdirilməklə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilsin. Kassasiya şikayəti nin dəlilləri: Məhkumun müdafiəçisi Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona CM-in 234.1-ci maddəsi ilə onun şəxsiyyətinə və tötətdiyi cinayətin ağırlığına uyğun olmayan şərt cəza təyin edilmişdir. Hazırda o, vərəm və hepatit xəstəliyindən əziyyət çəkir. Ailəsinin ondan başqa gəlir gətirən şəxsi yoxdur. Sağ gözü tamam görmür, anası onkoloji xəstədir. Ağciyəri oksigen aparatına qoşulub. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əs asən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkumun Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, ona təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası öz sərtliyinə görə onun törətdiyi cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmadığından ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növü təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, A zərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı a ğırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirlə ndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında iki cəza növü, yəni bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç iləd ək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə əzasını təyin edərkən əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halların olmaması, lakin əməlində cinayətin residivi olmasını CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.3.3- cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Məhkum əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli qərarı ilə cəzası 4 il 6 ay müddətə azadlıqdan məhrum elmə cəzasına endirilmiş və həmin məhkəmənin 03 may 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 4 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişd ir. Bundan başqa, Məhkum Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirmək yolu ilə üzərində qəti olaraq 2 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 3 ay 13 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. “Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Göründüyü kimi, Məhkum təqsirli bilindiyi əvvəlki hökm, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2015 -ci il tarixli hökmü üzrə məhkumluğun ödənilmə müddəti həmin hökmlə təyin olunmuş cəzanın çəkilməmiş hissəsinin birləşdirildiyi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2019-cu tarixli hökmü üzrə hökmlərin məcmusu qaydasında təyin olunmuş qəti cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi 18 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Belə olan halda Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törədən vaxt, yəni 27 dekabr 2022-ci il tarixdə üzərində əvvəlki iki hökm üzrə, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli hökmləri üzrə yaranmış məhkumluqları ödənilməmiş və onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi Məhkum əməlini onun əvvəllər məhkum olunduğu yuxarıda qeyd olunan hökmlərə nisbətdə düzgün qiymətləndirmiş, cinayət qanunu normasını düzgün tətbiq etməməklə hökmdə cinayətin residivinin növünü düzgün müəyyən etməmiş və sonuncuya residivə görə cəzanın müddətinin maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməməsi əsası ilə cəza təyin etmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə CM-in 65.2-ci maddəsinin tələbinə əsasən 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Fətəliyev X3 təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı işin halları düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsa ssız olduğundan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2023-cü il tarixli Məhkum barəsindəki qərar dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar