Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-873/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakları ilə xx xxxxxx 1971-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmuş, ünvan qeydiyyatda olmaqla yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in ) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünə əsasən (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), E.H.Vəliyev və İ.X.Həsənzadə) Məhkum CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 3500 manat miqdarında cərimə cəzasının hazırkı hökmlə ona təyin edilmiş cəzaya tam toplanılmaqla Məhkum qəti olaraq 09 (doqquz) il müd dətə azadlıqdan məhrum etmə və 3500 manat miqdarında cərimə cəzası təyin edilmiş, Məhkum ibtidai istintaq zamanı tutulduğu və həbsdə saxlandığı 5 ay 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 il 6 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 3500 manat miqdarında cərimə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin iş üzrə verilmiş mülki iddianın təmin edilməsi və 38.000 manat pulun təqsirləndirilən şəxs Məhkum alınaraq Zərərçəkmiş şəxs4 verilməsi, iş üzrə zərər çəkmiş şəxslər X4 dəymiş 55.000 manat, Zərərçəkmiş şəxs1 dəymiş 11.000 manat, Zərərçəkmiş şəxs2 dəymiş 12.000 manat, Zərərçəkmiş şəxs5 dəymiş 31.000 manat, X5 d əymiş 3000 manat, X8 dəymiş 3000 manat məbləğində maddi ziyanla bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqlarının izah edilməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), F.A.Qasımov və İ.M.Murquzov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü“ Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)364/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 3500 manat miqdarında cərimə cəzasının hazırkı hökmlə ona təyin edilmiş cəzaya tam toplanılması və Məhkum qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 3500 manat məbləğində cərimə cəzasının təyin edilməsi, Məhkum ibtidai istintaq zamanı tutularkən həbsdə saxlanıldığı müddət, yəni 5 (beş) ay 2 (iki) gün ona təyin edilmiş qəti cəzadan çıxılması və üzərində 3500 manat miqdarında cərimə cəzası və 8 (səkkiz) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması” hissələrində və Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsin in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamın 4 epizodu üzrə, yəni, Məhkum, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, 2014-cü ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs1 oğlu X9 ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün qəbul imtahanlarının 2-ci turunda Azərbaycan Respublikası Dövlət İdman Akademiyasının 1 -ci kursuna tələbə olaraq qəbul etdirəcəyinə vəd verib aldadaraq, ünvan 1 ünvanın yaxınlığında zərər çəkmiş'Zərərçəkmiş şəxs1 11.000 manat pulu alıb ələ keçirərək sonuncuya külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxx 2014-cü il tarixdə Zərərçəkmiş şəxs4 Müqabil oğluna Bakı şəhərind ə rayonlarının birinə İcra Hakimiyyəti başçısının müavini təyin etdirəcəyinə vəd verib aldadaraq Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospektində yerləşən «Riyad» kafe-maşın salonunun yaxınlığında sonuncudan 38000 (otuz səkkiz min) manat pulu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs2 qardaşı oğlu X15 ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün qəbul imtahanlarının 2-ci turunda universitetlərin birinin 1 -ci kursuna tələbə olaraq qəbul etdirəcəyinə vəd verib onu aldadaraq ünvan 2 ünvanın yaxınlığında zərər çəkmiş şəxs Xdən 12.000 manat pulu alıb ə lə keçirərək sonuncuya külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 76 saylı evin həyətində Zərərçəkmiş şəxs5 oğlunun nişanlısı Xnın təhsil aldığı Kiyev Dövlət Universitetinin hüquq fakültəsindən, Azərbaycan Respublikasında fəaliyyət göstərən ali məktəblərin birinə köçürəcəyinə vəd verib aldadaraq Zərərçəkmiş şəxs5 31.000 (otuz bir min) manat pulu alıb ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.” hissələrində dəyişdirilmişdir. Məhkum ittihamında, xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişik liklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanununa əsasən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 11000 manat, Zərərçəkmiş şəxs4 Müqabil oğluna vurulmuş 38000 manat, Zərərçəkmiş şəxs2 12000 manat, Zərərçəkmiş şəxs5 31000 manat ziyan vurulması nəzərə alınmaqla, həmin məbləğlər külli miqdar təşkil etmədiyindən, həmin epizodlarda “külli miqdarda” sözləri “xeyli miqdarda” sözləri ilə əvəz edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ilə endirilmiş, CM-nin 66.5 maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-364/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 3500 manat miqdarında cərimə cəzasının hazırkı hökmlə ona təyin edilmiş cəzaya tam toplanılmaqla, Məhkum 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 3500 manat məbləğində cərimə cəzası təyin edilmiş və Məhkum ibtidai istintaq zamanı tutularkən həbsdə saxlanıldığı müddət, yəni 5 (beş) ay 2 (iki) gün ona təyin edilmiş qəti cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 7 (yeddi) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3500 manat miqdarında cərimə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X4, xx xxxxxx 2012-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsində Azərbaycan Respublikası CM-nin 28, 214.2.1, 28, 214.2.3., 228 və 279.1-ci maddələrində nəzərd ə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlu, X6 həbsdən azad etdirəcəyinə və ona bəraət alacağına yalan vəd verərək aldadıb 2012-ci ilin noyabr ayında ünvan 3 ünvanda yerləşən evin 67 saylı mənzilində Zərərçəkmiş şəxs3 40.000 manat, ünvan 4n evdə 10.000 manat və ünvan 4n evdə 5.000 manat, ümumilikdə 55.000 manat məbləğində pulunu alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs X1 miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, 2014-cü ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs1 oğlu X9 ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün qəbul imtahanlarının 2-ci turunda A zərbaycan Respublikası Dövlət İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul etdirəcəyinə vəd verib aldadaraq, ünvan 1 ünvanın yaxınlığında zərərçəkmiş Zərərçəkmiş şəxs1 11.000 manat pulu alıb ələ keçirərək sonuncuya külli miqdarda maddi ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxx 2014-cü il tarixdə Zərərçəkmiş şəxs4 Müqabil oğluna Bakı şəhərində rayonlarının birinə İcra Hakimiyyəti başçısının müavini təyin etdirəcəyinə vəd verib aldadaraq Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospektində yerləşən «Riyad» kafemaşın salonunun yaxınlığında sonuncudan 38000 (otuz səkkiz min) manat pulfc'alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla təkra rən dələduzluq etmişdir. Bundan başqa, o, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs2 qardaşı oğlu X15 ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün qəbul imtahanlarının 2-ci turunda universitetlərin birinin 1-ci kursuna tələbə olaraq qəbul etdirəcəyinə vəd verib onu aldadaraq ünvan 2 ünvanın yaxınlığında zərərçəkmiş şəxs Xdən 12.000 manat pulu alıb ələ keçirərək sonuncuya külli miqdarda maddi ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 76 saylı evin həyətində Zərərçəkmiş şəxs5 oğlunun nişanlısı Çinarə Əliyevanın təhsil aldığı Kiyev Dövlət Universitetinin hüquq fakültəsindən, Azərbaycan Respublikasında fəaliyyət göstərən ali məktəblərin birinə köçürəcəyinə vəd verib aldadaraq Zərərçəkmiş şəxs5 31.000 (otuz bir min) manat pulu alıb ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin sentyabr ayında Xızı rayonu, Sitalçay kəndində X5 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən «N» saylı hərbi hissədə zabit kimi hərbi xidmət aparan oğlu X7 iş yerini Xızı rayonunda yerləşən «N» saylı hərbi hissəyə dəyişəcəyinə vəd verib aldadaraq zərərçəkmiş şəxs X1un 3000 (üç min) manat pulunu alıb ələ keçirərək sonuncuya ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 6 ünvanında fəaliyyət göstərən Ə.D.Məlikov adına Birləşmiş Şəhər Kliniki Xəstəxananın yaxınlığında X8 oğlu X16 müddətli həqiqi hərbi xidmət keçməsi üçün Bakı şəhəri ərazisində yerləşən hərbi hissələrin birinə təyin etdirəcəyinə vəd verib aldadaraq Zərərçəkmiş şəxs6vin 3000 (üç min) manat pulunu alıb ələ keçirərək sonuncuya ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsi, ona təyin olunmuş cəz anın cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə əlaqədar sanksiyanın aşağı həddinə qədər yüngülləşdirilməsinə, habelə ona təyin edilmiş cərimə cəzasının məbləğinin 35xx xxxxxxxx 1500 manata endirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apelyasiya məhkəməsinin onun barəsində olan qərarı ədalətsizdir. Belə ki, o, Zərərçəkmiş şəxs3 dəymiş 55.000 manat, Zərərçəkmiş şəxs5 dəymiş 5000 manat, X8 dəymiş 3000 manat ziyanı ödəmişdir. Bu da qanunvericiliyə əsasən yüngülləşdirici hal hesab edilir. Həmçinin işdə olan məhkəmə psixiatriya ekspertizasının rəyindən görünür ki, Məhkum üzvi şəxsiyyət pozuntusu ilə müşayiət olunan psixi pozuntu xəstəliyi vardır. Məhkum hesab edir ki, məhkəmə ona cəza təyin edərkən bu halları kifayət qədər nəzərə almamışdır. İş ka ssasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 09 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya prote stini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkə məsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-873/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-873/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver