Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-873/2021 21.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Əliyev Musa İsa oğlunun iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-1.2.5, 125, 144-2.2.6, 144-3.4 və 150.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarından Məhkum2nin müdafiəçisi Əliyev Musa İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim E.Rüstəmov, hakimlər F.Mahmudov və X.Səmədovdan ibarət tərkibdə) xx xxxxxx 1977-ci ildə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ünvan1 ünvanda qeydiyatda olmaqla, ünvan2 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respu blikası CM-nin 144-1.2.5, 125, 144-2.2.6, 144-3.4 və 150.2.5-ci maddələri ilə təqsirli bilinərək, CPM-in 44.2.1-ci maddəsinin tələbinə görə CM-in 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən təqsirli bilindiyi CM-in 125-ci maddəsi ilə cəza təyin edilməmiş, CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 09 may 2013-cü il tarixədək qüvvədə olmuş 144-1.2.5-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 62-ci maddəsi tətbiq, edilməklə CM-in 144-2.2.6-cı maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 144-3.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 150.2.5-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasə n cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə həmçinin, Məhkum1 və Məhkum3 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim T.Muxtarov, hakimlər Ç.Məmmədov və E.Xasməmmədov ibarət tərkibdə) hökm dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Əliyev Musa İsa oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətin ə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2021-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində cəza çəkən Məhkum2 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının və müdafiəçi M.İ.Əliyevin çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instans iyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-1.2.5, 125, 144-2.2.6, 144-3.4 və 150.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarından Məhkum2nin müdafiəçisi Əliyev Musa İsa oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-873/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-873/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver