Məhkəmə qərarları › İş №1(102)-873/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-873/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-873/2025 08.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə 23 avqust 1979-cu ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaş lı uşağı olan, ali təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 73 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1978/2024 nömrəli 1 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim V.E.Quliyevin sədrliyi, S.H.Hacıyev və A.H.Ə liyevadan ibarət tərkibdə) 1(101)-1914/2024 nömrəli 24 iyul 2024-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 21 dekabr 2021-ci il tarixdən 23 dekabr 2021-ci il tarixədək və 20 noyabr 2023-cü il tarixdən 20 mart 2024-cü il tarixədək tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 4 (dörd) ay 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzasının əvvəl inin 24 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1978/2024 nömrəli 1 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və A.H.Allahverdiyev) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2024-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tam şəkildə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın (ona münasibətdə müəyyən edilmiş pay üzrə) əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə barəsində CM-in 178.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı olan qeyrisi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cinayətkar qrupun digər üzvü olan qeyrisi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs heç bir fəaliyyət növü ilə məşğul olmadıqları, dövlət idarəetmə orqanlarında və məhkəmə sistemində çalışmamaqla hər hansı bir səlahiyyətləri olmadığı halda özünün guya əvvəllər Azərbaycan Respublikasının Baş Prokurorluğunda işlədiyini, bu sahələrdə yaxın əlaqələrinin olmasını bildirərək cinayətkar niyyətlərini pərdələyib tanışları vasitəsi ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 fevral 2001-ci il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs kürəkəni X1 həbsxanadan azad olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 171 ünvanında yerləşən “Zanbaq” kafesində 160.000 manat, 2017-ci ilin oktyabr ayının sonlarında həmin ünvanda 150.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə nağd şəkildə şəxsən alıb ələ keçirərək sonradan cinayətkar qrupun digər üzvü, tanışı olan qeyrisi ilə aralarında olan razılaşmaya əsasən bölüşdürərək həmin pul vəsaitlərini şəxsi istifadələrinə sərf edib zərər çək miş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 310.000 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 oktyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, ibtidai istintaq, eləcə də məhkəmə istintaqı Təqsirləndirilən şəxs göstərdiklərini təkzib etmişdir. Birinci, eləcə də apellyasiya instansiyası məhkəmələrinin qəbul etdikləri qərarlarda ittihamın əsaslı olması tam şəkildə öz təsdiqini tapmışdır. Mübahisələndirilən hal ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasında haqlı olmamışdır. Belə ki, hazırkı məhkəmə təcrübəsinə əsasən bu kimi cinayətlər törətmiş şəxs o zaman cinayət məsuliyyətindən azad olunur ki, o, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmiş olsun, onunla barışsın və xüsusən də, törətdiyi cinayəti etiraf etməklə ibtidai istintaq və məhkəmədə səmimi ifadələr vermiş olsun. Hazırkı iş üzrə aparılan ibtidai, eləcə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrlə yalnız məsuliyyətdən yayınmağa, xüsusən də, həmin məsuliyyəti axtarışda olan X3 üzərinə atmağa çalışmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməməsi barədə məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2, kassasiya protestinin təmin edil məsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid ed ilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Verilmiş kassasiya protestində məhkumun cinayət məsuliyyətindən azad olunmasının düzgün olmaması mübahisələndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 78.3.2-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl: “beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ə dalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan so nra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti ol an məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Təqsirləndirilən şəxs tanışı olan qeyrisi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmədə ifadə olunan dələduzluq cinayət əməllərini törətməsi mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspertiza rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə qərarlarından görünür ki, məhkum Abbasov X4 Mehman ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 310.000 manat miqdarında zərər vurmuşdur. Apellyasiya məhkəməsinin qərarından görünür ki, zərər çəkmiş şəxs ona dəymiş 310.000 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənild iyini, onunla barışdığını, şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını göstərmişdir. Həmçinin apellyasiya məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilmiş pay üzrə ziyan 155.000 manat olmuş, sonuncu həmin ziyanın əlli faizi miqdarında - 77.500 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Apellyasiya instansiyası məhkəməsi CM-in 73-1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs vurulmuş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, ona münasibətdə müəyyən edilmiş pay üzrə ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad etmiş, onun barəsində cinayət işi üzrə icraata xitam vermişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razı laşır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında cinayət məsuliyyətindən azad etmənin əsasları ilə bağlı izahlar verilmiş, o cümlədən “Azərbaycan Respublikası CM-in 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır. Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 73-1.3-cü maddəsinə müvafiq olaraq, CM-in 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində n əzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə görə, həmin Məcəllənin 72-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərər çəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olar aq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.5-ci maddəsinin tələbinə görə, CM-in 72-73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda, həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. İştirakçılıqla törədilən CM-in 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən cinayətlər üzrə vurulmuş ziyanın və dövlət büdcəsinə ziyanın müvafiq olaraq iyirmi beş və ya əlli faizi məbləğlərində ödənişi n tamamilə ödənilməsi dedikdə, məhz hər bir iştirakçı üçün müvafiq qaydada müəyyən edilmiş payı təşkil edən məbləğin zərər çəkmiş şəxsə və dövlət büdcəsinə tamamilə ödənilməsi ehtiva olunur. Yəni paylar müəyyən edildikdən sonra cinayətin hər bir iştirakçısının üzərinə zərər çəkmiş şəxsə və dövlət büdcəsinə ödənişlərin məhz onun payına müvafiq olan hissənin edilməsi vəzifəsi düşür. “Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 9 yanvar 2023-cü il il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, CM-in 73-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda zərər çəkmiş şəxslə barışmış, cinayətin iştirakç ılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq müəyyən olunmuş pay üzrə zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, o cümlədən CM-in 73-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət nəticəsində vurulmuş ziyana müvafiq müəyyən olunmuş payın iyirmi beş faizi, həmin Məcəllənin 73-1.3-cü maddəsində nəzərdə tutulmuş halda isə vurulmuş ziyana müvafiq payın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in və CM-in tələblərinin pozulması, bu səbəbdən də CPM-in 4 16.1.1416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tam şəkildə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın (ona münasibətdə müəyyən edilmiş pay üzrə) əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə barəsində CM-in 178.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və o, cina yət məsuliyyətindən azad edilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 oktyabr 2024-cü il qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kas sasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar