Məhkəmə qərarları › İş №1(102)-874/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-874/2019

25.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-874/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 və Məhkum iştirakları ilə, Şəki rayon məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmuş, 186.2.2-ci maddəsi ilə bəraət verilmiş Məhkum b arəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X7 oğlu) Məhkum- xx xxxxx 1989-cu ildə Bakı şəhəri ************* rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əmək fəaliyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və orada yaşayan, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, və CM-nin 186.2.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, İbtidai araşdırma orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri ilə ittiham elan edilmişdir ki, o, qаbаqcаdаn əlbir оlаrаq bir qrup şəxs hаlındа sаxlаnc yerinə qаnunsuz dаxil оlmаqlа tаmаh niyyəti ilə özgənin xeyli miqdаrdа əmlаkını, təkrаrən, gizli yоllа tаlаyаrаq qəsdən оğurluq cinаyətini və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən yandırmaqla məhv etmə cinаyətini törətmişdir. Belə ki, о, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xalası oğlu X6 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib cinayət əlaq əsinə girdikdən sonra 04.02.2018-ci il tarixdə gecə saat 01 radələrində Şəki rayonunun ********** kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətindəki tövləyə qanunsuz daxil olaraq oradan 1 başı 220 (iki yüziyirmi) manat olmaqla ümumi dəyəri 660 (altı yüz аlmış) manat olan 3 baş erkək qoyunları gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 660 (altı yüz аltmış) manat məbləğində maddi ziyan vurmaqla qəsdən oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən xalası oğlu X6 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girdikdən sonra 07.02.2018-ci il tarixdə gecə 20:50 radələrində Şəki rayonunun ******* kəndində yaşayan Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin diqqətini yayındırmаqlа sonuncunun evindən оğurluq etmək məqsədilə İl qаr Əhmədоvа məxsus yaşadığı evin həyətində yerləşən 180 kvаdаrt metr sahəsi olan mаl tövləsinin yаnаr kоnstruksiyаlаrı, оt və küləş bаğlаmаlаrını həyətdən götürdükləri neft məhsulu ilə qəsdən yаndırаrаq, tövlənin üst örtüyünə istifаdə edilmiş 660 (аltı yüz аltmış) mаnаt dəyərində 5X12 sm ölçüdə 330 metr uzunluğundа tirlər, 672 (аltı yüz yetmiş iki) mаnаt dəyərində 960 metr uzunluğundа 4x5 sm ölçüdə qаbırğаlаr, 1088 (bir min səksən səkkiz) mаnаt dəyərində 680 metr uzunluğundа 5x10 sm ölçüdə qоç mаteriаlı, 2200 (iki min iki yüz) mаnаt dəyərində 220 ədəd 1x2 metr ölçüdə metаl şiferlər, 50 (əlli) mаnаt dəyərində 70, 100 və 150 mm uzunluğundа 20 kq mismаr, bir bаğlаmаsı 2 mаnаt оlmаqlа cəmi 1000 (bir min) mаnаt dəyərində 500 ədəd küləş bаğlаmаlаrı və bir bаğlаmаsı 4 mаnаt оlmаqlа cəmi 200 (iki yüz) mаnаt dəyərində 50 ədəd yonca bаğlаmаlаrı yаnаrаq yаrаrsız vəziyyətə düşməsi nəticəsində zərərçəkmiş şəxs İlqаr Əhməd оğlu Məmmədоvа ümumilikdə 5870 (beş min səkkiz yüz yetmiş) mаnаt, yəni xeyli miqdаrdа ziyаn vurmаqlа qəsdən əmlаkı məhv etmə cinаyətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xalası oğlu X6 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girdikdən sonra 07.02.2018-ci il tarixdə gecə 20 radələrində Şəki rayonunun ****** kəndində yaşayan Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin diqqətini yayındıraraq sonuncunun yaşadığı evin həyətində yerləşən 180 kv. metr sahəsi olan tövləni qəsdən yandırmış, İ6 və onun ailə üzvləri yanğını söndürməyə çalışarkən sonuncunun yaşadığı evə qanunsuz daxil olaraq ya taq otağındakı dolabdan 8,87 qram çəkidə qiyməti 600 (altı yüz) manat olan 583 əyarlı halqa formalı 1 ədəd enli qızıl üzüyü, 8,14 qram çəkidə qiyməti 407 (dörd yüz yeddi) manat olan 583 əyarlı qaş hissəsi oval formalı 1 ədəd kişi üzüyünü, 5,92 qram çəkidə qiyməti 296 (iki yüz doxsan altı) manat olan 583 əyarlı 1 ədəd qara, 14 ədəd rəngsiz şəffaf qaşı olan 1 ədəd qızıl kişi üzüyünü, 3,81 qram çəkidə qiyməti 191 (bir yüz doxsan bir) manat olan 583 əyarlı 1 ədəd yaşıl, 10 ədəd rəngsiz şəffaf qaşı olan 1 ədəd qızıl fantaziya üzüyü, 7,14 qram çəkidə qiyməti 357 (üç yüz əlli yeddi) manat olan 583 əyarlı qaşlar yerləşən hissəsi gümüşü rəngli, digər hissələri qırmızımtıl-sarı rəngli qızıl sırğa cütü-üzüyü, 4,80 qram çəkidə qiyməti 240 (iki yüz qırx) manat olan 583 əyarlı qaşı hissəsi ulduz formalı qızıl üzük-kulon dəstini, 2,66 qram çəkidə qiyməti 133 (bir yüz otuz üç) manat olan 583 əyarlı mavi qaşlı qızıl sırğa cütünü, 11,12 qram çəkidə qiyməti 556 (beş yüz əlli altı) manat olan 583 əyarlı çəhrayı rəngli qızıl sırğa cütünü, 6,40 çəkidə qiyməti 480 (dörd yüz səksən) manat olan 900 əyarlı aversində “5 rubley 1874 S.P.B. ÇİSTОQО ZОLОTА 1 ZОLОTNİKĞ 59 DОLEY”, reversində 2 başlı qartal təsvir edilmiş və “H İ” yazılmış, asılqan halqa əlavə edilmiş 1 ədəd qızıl pul sikkəsini, 2,12 qram çəkidə qiyməti 106 (bir yüz altı) manat olan 583 əyarlı dördbucaq formalı rəngsiz, şəffaf qaşları olan üzərində ərəb və ya fars hərfləri ilə yazı olan qızıl kulonu, 19,77 qram çəkidə qiyməti 1000 (bir min) manat olan 583 əyarlı bismak toxunuşlu 1 ədəd qızıl boyunbağını, 3,67 qram çəkidə qiyməti 180 (bir y üz səksən) manat olan 583 əyarlı kilidi qulaqcıqdan qırılmış 1 ədəd nazik boyunbağını, 20,56 qram çəkidə qiyməti 2500 (iki min beş yüz) manat olan 583 əyarlı arxa qapağında “583 MDMF 9”, “137338”, qolbağında “2BÖ”, “583” damğaları həkk edilmiş 1 ədəd mexaniki qol saatını, 7,48 qram çəkidə qiyməti 1.5 (bir manat əlli qəpik) manat olan mis metaldan hazırlanmış qaş hissəsi dairəvi formalı, şəffaf qaşları olan 1 ədəd üzüyü, 4,10 qram çəkidə qiyməti 3 (üç) manat olan mis metaldan hazırlanmış açıq sarı rəngli şəffaf qaşlı sırğa cütünü, qiyməti 0.5 (əlli qəpik) manat olan ürək formalı 1 ədəd saç sancağını, 14,77 qram çəkidə qiyməti 3 (üç) manat olan mis metaldan hazırlanmış 1 ədəd sarı rəngli qolbağını, bir ədədi 1 mаnаt оlаn оlаn, cəmi 2 (iki) manat dəyərində ürək formalı 2 ədəd saç sancağını, 8,55 qram çəkidə qiyməti 4 (dörd) manat olan mis metaldan hazırlanmış ağ-yaşılımtıl kabaşon qaşı olan 1 ədəd üzüyü, 6,12 qam çəkidə qiyməti 1 (bir) manat olan mis metaldan hazırlanmış mirvariyə bənzər, rəngsiz, şəffaf qaşları olan 1 ədəd üzüyü, 23,71 qram çəkidə qiyməti 1 (bir) manat olan mis metaldan hazırlanmış çoxsaylı şəffaf qaşları olan 1 ədəd paltar sancağını, 16,77 qram çəkidə qiyməti 67 (altmış yeddi) manat olan gümüş metaldan hazırlanmış göy rəngli qaşı olan sırğa cütü kulon dəstini, 10,50 qram çəkidə qiyməti 3 (üç) manat olan “chopard” toxunuşlu 1 ədəd dəmir boyunbağını, 11,64 qram çəkidə qiyməti 30 (otuz) manat olan gümüş metaldan hazırlanmış aversində «Rоdivşeysə v ********** M8 18.08.90» yazıları olan üzəri çəhrayı rəngli boyayaoxşar təbəqə ilə örtülmüş 1 ədəd gümüşü rəngli m edalı, 64,15 qram çəkidə qiyməti 15 (on beş) manat olan mis metaldan hazırlanmış dairəvi formalı elementləri olan üzərində yaşıl, sarı, mavi və sair rəngləri olan açıq sarı rəngli 1 ədəd yaylı qolbağını, 40,65 qram çəkidə qiyməti 13 (on üç) manat olan mis metaldan hazırlanmış müxtəlif ornamentli sallanma elementləri olan 1 ədəd açıq sarı rəngli boyunbağını və 1020.06 manat dəyərində 600 ABŞ dollarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 8210.06 (səkkiz min iki yüz on manat altı qəpik) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Hökmdən dövlət ittihamçısı T6 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: A.A.Mahmudov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və V.İ.Məlikovdan ibarət tərkibdə) 06 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya protestini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarından dövlət ittihamçısı M6 kassasiya protesti verərək, qərarın ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilmişini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı M6 kassasiya protestini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrlə olan hissələrdə qərar mübahisə doğurmur, lakin CM-nin 186.2.2-ci maddəsi ilə olan hissələrdə Apellyasiya protestinin dəlillərinə hüquqi qiymət verilməmişdir. Məhkum ibtidai istintaqın ilkin mərhləsində şübhəli və təqsirl əndirilən şəxs qismində ifadələrində göstərmişdir ki, 06.02 2018-ci il tarixdə saat təxminən 20 radələrinə kimi gözləmiş, lakin evdən heç kim çıxmadığı üçün həyətdəki tövlənin çardağında olan otu yandırmaq qərarına gəlmişlər ki, yanğın baş versə evdəkilər çölə çıxacaq, bundan sonra evə girib oğurluq etsinlər. Razılaşandan sonra həyətdəki köhnə altıaçığın altında olan 10 litrlik plastmas qabın ağzını açıb boş plastmas qaba bir qədər kerocin töküb evin aşağı hissəsindəki dəmir barmaqlıq olan qapının sağ tərəfindən yola keçib yol tərəfdən tövlənin yanına gəlib ətrafda heç kimin olmamasından istifadə edib tövlənin aşağı hissəsində hasarın dibində olan kötüyün üstünə qalxıb qabda olan kerosini tövlənin çardağında olan otun üstünə töküb özündə olan alışqanla yandırıb yerə düşmüşdür. Qısa müddət ğrzində çardağı alov bürümüşdür. Sonra ilhamla birilikdə gəldikləri yolla evin əks tərəfinə getmiş, evdəkilərin hamısı evin arxa tərəfində olan tövlə tərəfə qaçdıqlarını görüb, İlhamla evin sağ tərəfindəki tək laylı taxta qapıdan evin şüşəbəndinə və yataq otağına daxil olmuşlar. İstintaqın sonrakı mərhələsində müdafiəçinin vəsatəti əsasında dinrilərkən və məhkəmə iclasında ifadələrində dayısına məxsus tövlədə heç bir yanğın törətmədiyini, tövləni yadırması barədə ictintaqın əvvəlindəki ifadəsini təzyiq altında verdiyini, həm də xəcalətindən dayısının üzünə çıxa bilməyəcəyindən tutulmaq istədiyini bildirmişdir. Digət təqsirləndirilən şəxs İ6 da tövlənin yandırılması ilə əlaqədar eyni məzmunlu ifadələr vermişdir. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 04.04.2018-c i il taixli 6667 nömrəli məhkəmə yаnğın texniki ekspertizаnın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Zərərçəkmiş şəxs məxsus yanmış tövlənin...şərq tərəfindən götürülmüş kül nümunələri” yazısı olan torbadakı yanğından sonrakı qalıq nümunəsində yüksək tempuratura məruz qalan şəkili dəyişmiş tez alışan neft məhsullarının (benzin, kerosin və ya dizel yanacağı) izləri vardır. Yüngül fraksiyalar uçduqdan və yüksək tempuratura məruz qaldığından əsaslı dəyişiliklər baş verdiyi üçün həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmamışdır. Digər obyektlərdə (1 və 3 nömrəli) tez alışan neft məhsullarınln izləri yoxdur. Məhkəmə Ekspertiza Mərkəzinin 13.04.2018-ci il taixli 6667/7145 nömrəli məhkəmə yаnğın texniki ekspertizаnın rəyindən görünür ki, Şəki rayonu, ********* kənd sakini Zərərçəkmiş şəxs məxsus mal tövləsində baş vermiş yanğın, neft məhsullarından istifadə edilərək, müstəqil və əlaqəsiz mənbə zonaları yaradılmaqla kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən baş vermiş yanar materiallar vasitəsilə inkişaf edərək genişlənmiş və yayılmışdır. Cinayət işinin materiallarından görünür ki, yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat-istntaq idarəsinin təhqiqatçısı tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, fərdi yaşayış evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi qaydalarının” 1.10-cu və “Elektrik enerjisindən istifadə qaydalarının” 3.4-cü bəəndlərini qaydalarının tələbini poz muşdur. Bu səbəbdən 07 fevral 2018-ci il tarixdə saat 21 radələrində fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş tövlənin daxili elktrik naqillərində yaranmış qısaqapanmadan yanğın baş verdiyi müəyyən edilmişdir. Ona görə təhqiqiatçı tərəfindən 05 mart 2018-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir. Məhkəmələr göstərilən qərara istinad etməklə hesab etmişlər ki ibtdai istintaq orqanı cinayət hadisəsinin müəyyən edilmədiyi yanğına görə ittiham irəli sürülməsinin mümkünsüzlüyünü nəzərə almamış və bu hala qanuna müvafiq qaydada hüquqi qiymət verməmiş, eyni hadisəyə görə təqsirləndirilən şəxs ittiham vermişdir. Kassasiya protestində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda “cinayət hadisəsinin” olmaması anlayışı “ yanğın törədilməməsi” kimi deyil “yanğın təhlükəsizliyi qaydalarını pozma əməlini törədilməməsi kimi” başa düşülməlidir. ona görə də 05 mart 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Azərbaycan Respublikası CM-nin 225-ci maddəsi üzrə cinayət hadisəsinin olmaması qənaətinə gəlinməməsi hissəsində qanuni olmuşdur. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin təhqiqiatçısının 05 mart 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininin 13 fevral 2019-cu il tarixli qərarı ilə ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsi FHN-nin əməliyyat-istntaq idarəsinin 05 mart 2018-ci il tarixli CM-nini 225-ci maddəsinə münasibətdə preyudisial qərarnı əsas sız olaraq öz mülahizələrinə görə CM-nin 186.2.2-ci maddəsinə münasibətdə preyudisial əhəmiyyətə malik qərar kimi rəhbət tutaraq bəraət hökmünü qüvvədə saxlamışdır. Göstəriənlərə əsasən dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilmədən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməs i kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansi yası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Kassasiya protestinin dəlilləri ondan ibarətdir ki, Məhkum cinayət əməlləri onun özünün, digər təqsirləndirilən şəxsin istintaqın əvvəlindəki ifadələri və ekspertiza rəyləri ilə sübut edildiyi halda məhkəmələr FHN-nin əməliyyat-istntaq idarəsinin təhqiqiatçısının cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 mart 2018-ci il tarixli CM-nini 225-ci maddəsinə münasibətdə preyudisial qərarnı əsassız olaraq öz mülahizələrinə görə CM-nin 186.2.2-ci maddəsinə münasibətdə də preyudisial əhəmiyyətə malik qərar kimi rəhbət tutaraq bəraət hökmünü qüvvədə saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsinə əsasən şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) CPM-nin 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məs uliyyət qoyula bilməz. CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-nin 64.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin təhqiqiatçısının 05 mart 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında göstərilir ki, 07 fevral 2018-ci il tarixdə saat 21 radələrində, Şəki rayonu ****** kəndi ərazisində yerləşən X4 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş mal tövləsində baş vermiş yanğında cinayət hadisəsi olmadığını nəzərə alaraq cinayət işinin başlanması rədd edilsin. Cinayət işi başlanarkən və ibtidai istintaqın gedişində 05 mart 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qanuni qüvvədə olduğu üçün Məhkum barəsində cinayə t təqibinin davam etdirilməsi Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsinin tələbi pozulmuşdur. Eyni zamanda Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə bəraət hökmü qanuni qüvvəyə minənədək cinayət işinin başlanmasının rədd edilməsinə dair 05 mart 2018-ci il tarixli qərarı da qanuni qüvvədə olmuşdur. Kassasiya protestində göstərilən cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 mart 2018-ci il tarixli qərarda “cinayət hadisəsinin” olmaması anlayışı “yanğın törədilməməsi” kimi deyil “yanğın təhlükəsizliyi qaydalarını pozma əməlini törədilməməsi kimi” başa düşülməlidir nəticəsi, hər hansı hüquq normasına və ya qərarın məzmununa deyil yalnız subyektiv mülahizələrə əsaslanmışdır. Eləcə də 05 mart 2018-ci il tarixli qərarın yalnız CM-nini 225-ci maddə sinə münasibətdə preyudisial qərar olduğu, CM-nin 186.2.2-ci maddəsinə münasibətdə isə preyudisial əhəmiyyətə malik olmadığı barədə dəlillər də hər hansı qanun normasına əsaslanmır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda birmənalı olaraq göstərilmişdir ki həyətyanı sahədə inşa edilmiş mal tövləsində baş vermiş yanğında cinayət hadisəsi olmadığını nəzərə alaraq cinayət işinin başlanması rədd edilsin. Qərarın onun mənasına zidd olaraq məhdud şərh edilməsi qanunun tələbinə uyğun hesab edilməməlıidir. Belə şərhetmə həm də Məhkum təqsirsizlik prezumpsiyası hüququna da ziddir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin təmin edilməsi və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar olmadığından kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutara q Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə və CM-nin 186.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar