Məhkəmə qərarları › İş №1(102)-874/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-874/2020

23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-874/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının, Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi və mülki iddiaçı X2 nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.1-1 və 264-cü maddələri ilə təqsirli bilinməsi və CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə ona həmin maddələrlə cəzaların təyin edilməməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi X20 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Əhmədov Rauf Tağı oğlu) Məhkum, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ev li, X23 aparıcı mütəxəssis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, CM-nin 263.1-1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum xx xxxxxx 2012-cı il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə O.Vəliyev küçəsinin kəsişməsində yerləşən “xx” yanacaq doldurma məntəqəsinin yaxınlığından keçən yolda texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “xxx” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qan unun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla mümkün olan tədbirləri görməli, bununla da hadisələrin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyərək yol hərəkəti qaydalarını pozub avtomobili yaşayış məntəqəsində 60-70 km/saat sürətlə hərəkət etdirərək yolu onun hərəkəti istiqamətinin solundan sağına doğru yolun hərəkət hissəsində 9 metr məsafə keçən X13 58-67,7 metr məsafədən görüb avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməyərək yanından təhlükəsiz keçmək üçün avtomobili sağa döndərib ona xəsarət yetirmədən sürtünüb keçmiş, daha sonra yolun hərəkət hissəsinin sağında onunla eyni istiqamətdə Zərərçəkmiş şəxs3 məxsus olmaqla onun yanında tanışı Zərərçəkmiş şəxs2 idarə etdiyi “xxx ” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında səkinin yanında dayandığını görüb vaxtında tədbir görməklə avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə diqqətini avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yanından təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməli olduğu və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyərək yol hərəkəti qaydalarını yenidən pozub “xxx” markalı avtomobilin qabaq sağ qanadı ilə ehtiyatsızlıqdan “xxx” markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmaqla arxa hissələrinin əzilməsi nəticəsində zədələnməsi ilə Zərərçəkmiş şəxs3 9.000 manat məbləğində maddi ziyan vuraraq, eyni zamanda ona ayaqlarının arxa baldır hissəsinin oturacağa, başının isə oturacağın yuxarı hissəsinə bərkdən dəyməsi ilə ehtiyatsızlıqdan fiziki ağrı yetirilməsinə səbəb olmuş, həmçinin, avtomobilin qabaq sağ oturacağında əyləşən sərnişin Zərərçəkmiş şəxs2 başı oturacağın yuxarı hissəsinə bərkdən dəyməklə ehtiyatsızlıqdan ona baş beyinin silkələnməsi, sağ ənsə-gicgah nahiyəsinin əzilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirib Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığına yüngül zərər vurulmasına ehtiyatsızlıqdan səbəb olmuş, eyni zamanda idarə etdiyi avtomobilin arxa sağ oturacağında əyləşən sərnişin Zərərçəkmiş şəxs1 başının arxa oturacağın yuxarı hissəsində olan tutacağa dəyməsi ilə ehtiyatsızlıqdan ona baş beyinin ağır dərəcəli əzilməsi, alın sümüyünün çoxsaylı basılmış sınığı, üz skeleti sümüklərinin çoxsaylı sınıqları, alın nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən yetirildiyi anda insah həyatı və sağlamlığı üçün təhlükəli olan ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərər çəkmş şəxs Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş, bundan sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq törətdiyi məhkəmə-yol-nəqliyyat hadisəsi barədə müvafiq orqanlara xəbər vermədən, eyni zamanda ehtiyatsızlıqdan həyat və sağlamlığı üçün təhlükəli vəziyyətə saldığı ağır xəsarət alan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qayğıs ına qalıb yardım göstərmədən məhkəmə-yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Hökmdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi və mülki iddiaçı X2 nümayəndəsi X7 və təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi və mülki iddiaçı S.R.Hüseynəliyevanın nümayəndəsi T.H.Süleymanov tərəfindən verilmiş apelyasiya şikayəti mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş və 2000 manat pul vəsaitinin Məhkum alınaraq mülki iddiaçı Samirə Hüseynəliyevaya ödənilməsi, mülki iddianın maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməsi qət edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.A.Quliyev kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmaması əsası ilə ona bəraət verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi E.A.Quliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı cinayət işi üzrə Məhkum təqsirliliyi məsələs i öz təsdiqini tapmamış və ona qeyri mötəbər sübutlar əsasında ittiham elan olunmuşdur. Belə ki, iş üzrə ibtidai araşdırmanı aparan müstəntiq Məhkum təqsirini təsdiq edən mötəbər sübutlar əldə edilməmiş, ibtidai araşdırmanın ilkin mərhələsində əldə edilmiş məlumatlar isə təhrif olunmuşdur. Məhkəmə istintaqı zamanı işdə olan ziddiyətli məqamlar məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə onlara heç bir əhəmiyyət verməmiş, avtotexniki eksperizanın təyin edilməsi barədə qərarda müstəntiq tərəfindən hansı sübutlar əsasında X10 vurulduğu yerə qədər 9 metr məsafə qət etməsi, X1 adi və ya iti qaçışla yolu keçməsi, ümumiyyətlə yolun neçə metr enində olması, “xxx” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər avtomobillə toqquşana kimi neçə metr məsafə qət etməsi müəyyən olunmamışdır. Məhkəmə hökmdə yalnız məhkəmə iclasında bilavasitə tədqiq edilən sübutları araşdırmaq və onlara qiymət vermək əvəzinə zərərçəkən şəxslərin, şahidlərin və təqsirləndirilən şəxsin ifadələrini, istintaq orqanının araşdırması zamanı gəldiyi nəticələri ittiham aktında olduğu kimi hökmə köçürmüş və məhkəmə istintaqında toplanmış sübutlara qiymət verməmişdir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum haqqında ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmış Məhkum, onun müdafiəçisi X zərərçəkmiş Zərərçəkmiş şəxs2 və zə rərçəkmiş Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi və mülki iddiaçı S.R.Hüseynəliyeva naməlum səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısının rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə məhkəmə iclasına naməlum səbəblərdən gəlməmiş məhkumun, onun müdafiəçisinin, zərərçəkmişin, zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin və mülki iddiaçının iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən ed ir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməs i məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayət-prosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki halla rının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə, iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər s übutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X12 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüqu qların pozulmasına da yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələb lərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müə yyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçinin irəli sürdüyü əsas dəlil ondan ibarətdir ki, iş üzrə ibtidai araşdırmanı yekunlaşdırmış müstəntiq və onun kimi məhkəmələr istintaqın ilkin mərhələsində əldə edilmiş sübutları nəzərə almayaraq həm məhkəmə-yol-nəqliyyat hadisəsi üzrə ekspertizanın keçirilməsi, həm də bu ekspertizanın rəyi əsasında Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edərkən, məhkəmələr isə sonuncuya elan olunmuş ittihamla rəzılaşərkən müstəsna olaraq şahid X9 ifadələrinə əsaslanmış, lakin bu ifadələrin digər sübutlarla ziddiyyət təşkil etməsinə diqqət yetirməmişlər. Bu dəlillə bağlı məhkəmə kollegiyası ilk növbədə iş üzrə ilkin araşdırmanın tamamilə səthi şə kildə aparılması (hadisə yerinə baxışın səthi keçirilməsi, hadisə iştirakçılarının cəmisi bir neçəsindən izahatların alınması, nəqliyyat vasitələrinə ümumiyyətlə baxış keçirilməməsi və sair çatışmazlıqlar) nəzərə alınaraq həmin mərhələdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2012-ci il və xx xxxx 2013-cü il tarixli iki qərar, birinci halda – ibtidai araşdırmaya rosessual rəhbərliyi həyata keçirən prokuror, ikinci halda isə Xətai Rayon Məhkəməsinin məhkəmə nəzarəti qaydasında qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qərarı ilə ləğv edilmiş və yalnız sonuncu qərardan sonra xx xxxxxx 2018-ci il tarixdə Məhkum barəsində cinayət işi başlanılaraq araşdırma ibtidai istintaq şəklində aparılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxx xxx 2012-ci il tarixli və xx xxxx 2013-cü il tarixli qərarlar isə məhkəmə-məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxxx 2012-ci il tarixli 15349 saylı rəyinə əsaslanmışdır ki, bu rəy də öz növbəsində cəmisi bir məsafəni – X10 yolun ortasından Məhkum idarə etdiyi avtomaşının ona toxunanan qədər dəf etdiyi 3 m məsafəni əks etdirən naməlum şəxslər və naməlum şəraitdə tərtib edilmiş iki sxemə əsasən verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxan məhkəmələr düzgün olaraq bu rəyi sübut növü kimi qəbul etməkdən imtina etmişlər, çünki həmin rəyin verilməsinə əsas olmuş sübutlar cinayət-prosessual qanunvericiliyinin tələb etdiyi qaydada əldə edilməmişdir. Cinayət işinin başlanmasından sonra isə iş üzrə bütün sübutlar qanunvericiliyin tələblərinə uyğun olaraq toplanmış və məhz həmin mərhələdə X17 şahid qismində dindirilərkən göstərmişdir ki, Məhkum idarə etdiyi avtomaşının Arif Əliyevə toxunanadək sonuncu yolun ortasından 9 m məsafə qət etmiş, Məhkum də piyadanı vurmamaq üçün idarə etdiyi avtomaşını sağ tərəfə istiqamətləndirmiş və avtomaşın yolun sağ kənarında dayanmış digər avtomaşınla toqquşmuşdur. Bu halları X2 həm ifadələri yerində yoxlanılarkən, həm də məhkəmə iclasında təkrar etmiş, onun göstərdiyi hallara əsasən isə iş üzrə təkrar məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Həmin ekspertizanın xx xxxxx 2019-cu il tarixli 10152 saylı rəyindən görünür ki, ekspertlər bütün hesablamaları həm Səbuhi Qurbanovun göstərdiyi məsafələrə, həm də ibtidai araşdırma zamanı əldə edilmiş digər məlumatlara uyğun olaraq aparmış və tədqiqatın nəticəsi olaraq Məhkum “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmasını, digər tərəfdən isə onun hadisənin qarşısını almaqdan ötrü texniki imkanının olmasını müəyyən etmişlər. İş materiallarının təhlili göstərir ki, belə rəyn verilməsi ilə bağlı əldə olunmuş və sonradan məhkəmə iclaslarında tədiq edilmiş sübutların inkar edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmələr düzgün olaraq Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi barədə mötəbər və qanuni nəticəyə gəlmiş və onun əməlləri CM-nin 263.1-1 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Kassasiya kollegiyası məhkəmələrin gəldikləri bu nəticə ilə razılaşarq eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə şahid X2 ifadələrinə və təkrar məhkəmə-yol-nəqliyyat hadilsələri eksp ertizasının rəyinə deyil, iş üzrə məhz məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusuna, habelə qanun normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin tövsiyələrinə əsaslanmışdır. Belə ki, “X11 iş üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X3 və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarında təsbit edilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və məhkəmə-yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Həmin qərarda həmçinin qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol ha disəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçisnin kassasiya ş ikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə təqsirli bilinməsi və CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə ona həmin maddələrlə cəzaların təyin edilməməsinə dair ci nayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar