Məhkəmə qərarları › İş №1(102)-874/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-874/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-874/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum2 müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Hadi Mirismayıl Qabil oğlunun iştirakları ilə xx xxxxxxxx 1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2 və 32.4, 312.2-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Hadi Mirismayıl Qabil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), Ə.İ.Məmmədov və T.Q.Hüseynov) Məhkum2 - Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 18 mart 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 və Məhkum3 da Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuşlar. Məhkəmənin həmin hökmündən Məhkum2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaları Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, qismən toplamaq yolu ilə Məhkum2 təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) il 3 (üç) ay müddətə müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxslərə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabili ndə başqasının vasitəsi ilə dolayı yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan pulu vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə uzun müddət biznes fəaliyyəti ilə məşğul olan Şahid1 külli miqdarda pulunun olmasını bildiklərindən sonuncunun əmlakını vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2020-ci ilin yay aylarında tanışları Məhkum3 və Məhkum1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qrupun üzvü Məhkum1 həmin zaman rəisi işlədiyi ünvan 2 ünvanında yerləşən Keşlə Gömrük postunda Şahid1 ilə görüş təyin edib xx.xx.2020-ci il tarixdə sonuncu ilə cinayətkar qrupun digər üzvü Məhkum3 iştirakı ilə həmin ünvanda görüşərək yaxın münasibətdə ol duqları şəxs kimi təqdim etdikləri Şahid3 rəhbəri olduğu "Kompleks" kooperativinə məxsus ünvan 3 ünvanında yerləşən, 2150 kvadrat metr qeyri-yaşayış sahəsinin və həmin tikilinin yerləşdiyi 2 hektar həcmdə torpaq sahəsinin sənədləşdirilməsi və mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün Məhkum1 Məhkum3la ortaq tanışları olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar bilə-bilə edəcəkləri qanunsuz hərəkətə görə, yəni dövlət mülkiyyətində olan torpağa dair xüsusi mülkiyyət hüququ əsasında çıxarışın əldə olunması üçün Məhkum3 vasitəsi ilə dolayı yolla 100.000 (bir yüz min) manat məbləğində maddi nemət olan pul vəsaitini verib 26 gün ərzində həmin torpaq sahəsinə çıxarış alaraq satacaqlarını v ə külli miqdarda qazanc əldə edəcəklərini bildirib, görüntü yaratmaq, həqiqi niyyətləri barədə aldatmaq və etibar qazanmaq üçün guya torpaq sahəsinin Şahid1 adına rəsmiləşdirəcəkləri barədə vəd verməklə inamını qazanıb razılaşdıqdan sonra, sonuncudan xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində, Məhkum1 işlədiyi ünvan 4 ünvanında yerləşən Keşlə Gömrük postunda yerləşən xidməti otağında görüşüb qrup üzvü Məhkum3 iştirakı ilə 40.000 (qırx min) manat, 2020-ci ilin iyul ayının ortalarında eyni niyyətlə Məhkum1 Məhkum3la birlikdə həmin ünvanda 30.000 (otuz min) manat, 2020-ci ilin iyul ayının sonlarında isə eyni ünvanda Məhkum1 Şahid1la təklikdə görüşərək 30.000 (otuz min) manat olmaqla cəmi 100.000 (bir yüz min) manat pulunu ələ keçirib öz aralarında böldükdən sonra, qabaqcadan əlbir olduğu q rup üzvləri ilə aralarında olan vahid cinayətkar planın davamı olaraq Şahid1 eyni niyyətlə daha çox məbləğdə pul vəsaitləri ələ keçirmək məqsədilə guya müəyyən işlərin görülməsinə inam yaratmaq üçün həmin torpaq sahəsinin üzərindəki tikilinin "Kompleks" kooperativinə məxsus olması barədə xx.xx.2019-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən çıxarışının surətini yeni əldə edilmiş sənəd kimi sonuncuya təqdim edib guya torpaq sahəsinin məxsus olduğu "Kompleks" kooperativinin vergi borcunun olmasını və həmin vergi borcu sıfırlandıqdan sonra torpaq sahəsinin Şahid1 adına keçirilməsinin rəsmiləşdiriləcəyinin mümkün olmasını deyərək, bunun üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində işləyən tanışları olan səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin (səl ahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə ediləcək bilə-bilə qanunsuz hərəkətə görə 34.000 (otuz dörd min) manat maddi nemət olan pul verməli olduğunu bildirib inandırdıqdan sonra, qrup üzvləri onu Şahid1 guya sənədləşmə işlərini görən şəxs kimi təqdim etmiş, o, isə xx.xx.2020-ci il tarixdə Şahid1la sonuncunun rəhbərlik etdiyi ünvan 5 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Klinikadakı xidməti iş otağında görüşərək zəruri sənədləşmə işi adı ilə 34.000 (otuz dörd min) manat pulunu almış, daha sonra vahid niyyətlə cinayətkar plana uyğun olaraq Şahid1 “Kompleks” kooperativinin məhkəmə qaydasında onun adına keçirilməsinin daha etibarlı olmasına və bunun üçün İnzibati-İqtisad məhkəmələrinin birində işləyən tanışları olan səlahiyyətli vəzifəli şəxsə xidməti vəz ifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə ediləcək bilə-bilə qanunsuz hərəkətə görə əlavə olaraq 40.000 (qırx min) manat və bu işdə vasitəçilik edəcək vəkilə 3.000 (üç min) manat maddi nemət olan pul vəsaitinin verilməli olduğunu bildirib inandırdıqdan sonra, özü, qrupun üzvü kimi 2020-ci ilin sentyabr-oktyabr aylarında istintaqla müəyyən edilməyən günlərdə müəyyən ardıcıllıqla ünvan 5 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Klinikaya gedərək Şahid1la sonuncunun xidməti iş otağında görüşərək ondan 43.000 (qırx üç min) manat, daha sonra həmin ünvanda Şahid1 guya torpaq sahəsinin mülkiyyətçisi və "Kompleks" kooperativinin rəhbəri kimi təqdim etdikləri Şahid3 vəzifəli şəxs kimi torpağın sənədləşməsinə razılıq verməsi üçün bazarlıq etmək adı ilə 3.700 (üç min yeddi yüz) manat, qeyd edilən torpaq sahəsinə texniki pasport düzəltmək adı ilə 2.000 (iki min) manat, yeni tarixə çıxarış almaq adı ilə 900(doqquz yüz) manat, guya torpaq sahəsinin sənədləşdirilməsində köməklik göstərmiş Dövlət Vergi Xidmətində işləyən vəzifəli şəxsə göstərdiyi köməyin müqabilində “İphone” markalı mobil telefon hədiyyə etmək adı ilə 2.550 (iki min beş yüz əlli) manat, daha sonra guya sənədləşmə işlərinin görülməsində köməklik edən vəzifəli şəxsə ad günü münasibəti ilə hədiyyə almaq adı ilə 500 (beş yüz) manat, habelə 2020-ci ilin sentyabr-oktyabr aylarında istintaqla müəyyən edilməyən gündə Məhkum3la birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi,13A ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Klinikasına gedib Şahid1la s onuncunun xidməti iş otağında görüşərək “Kompleks” kooperativinin yeni möhürünün hazırlanması adı ilə 5.500 (beş min beş yüz) manat pul vəsaitlərini ayrı-ayrı dövlət qurumlarının səlahiyyətli vəzifəli şəxslərinə vermək adı ilə ümumilikdə 192.150 (bir yüz doxsan iki min yüz əlli) manat pulu alıb aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 külli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində ayrı-ayrı vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə ediləcək bilə-bilə qanunsuz hərəkətlərə görə dolayı yolla özünün və qeyrilərinin vasitəsilə şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan pul vəsaitini rü şvət qismində verməyə Şahid1 təhrik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum2 təyin olunmuş cəzanın Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunaraq ən aşağı həddə endirilməsi və ya CM-in 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, Məhkum2 cəza təyin edilərkən apelyasiya instansiya məhkəməsi tərəfindən onun cəzasını yüngülləşdirən hallar, yəni zərərçəkmiş şəxs Şahid1, məhkum olunduğu digər cinayət işi üzrə zərərçəkmiş şəxslər X5 və X4 dəymiş ziyanı tam ödəməsi və zərərçəkmiş şəxslərlə barışıq əl də etməsi, himayəsində 2 azyaşlı uşağının olması, ailənin yeganə qazanc gətirən şəxsi olması kifayət qədər nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi M.Hadinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cin ayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin cinayət qaydasında cəzalandırılmasının əsaslı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə cəzalandırılmaya əsas olmuş halların araşdırılması, xüsusilə də cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olubolmaması, şəxsin hərəkətlərinə cinayət qanunu normasının düzgün şamil edilibedilməməsi məsələlərinə münasibət bildirilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxs in təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum2 əməlində Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə Məhkum2 barəsində cinayət işi xitam edilməlidir. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ple numunun 14 iyul 2022-ci il tarixli Qərarında verilən şərhlərə, habelə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “Dələduzluq, yəni etiba rdan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinə əsasən “Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə— səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.” Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.” “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndində qeyd edilir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməlləri n vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kolleg iyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarı Məhkum2 Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum2 barəsində CM-in 32.4, 312.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkuma ittiham olunduğu Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş cəzanın ağır olması və məhkum barəsində CM-in 62 və 70-ci maddələrinin tətbiqinə dair dəlilləri ilə əlaqədar qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətən daş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Re spublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, himayəsində iki nəfər azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən CM-in 178.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi t əcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkə mə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq Məhkum2 barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın cəza təyin etmiş və qanunda nəzərdə tutulmuş həddən az cəza təyin edilməsinə əsasla r müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmə lər tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunma sı mümkün olsun. Məhkəmə kollegiyası Məhkum2 barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli hökmü Məhkum2 Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə dair hissədə ləğv edilsin və əməlində həmin maddə ilə nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə Məhkum2 barəsində cinayət işi xitam edilsin, Məhkum2 həmin maddə ilə və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə c əzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, qismən toplanılmaqla Məhkum2 qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar