Məhkəmə qərarları › İş №1(102)-874/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-874/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-874/2025 30.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə xx xxxx 1983-cü il tarixdə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, mebel ustası işləmiş, məhkum ol unmamış, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 xx xxxxxx 1992-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir uşaq atası, fəhlə işləmiş, məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış Məhkum3 və xx xxxxxx 1996-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, müvəqqəti işsiz, məhkum olunmamış, ünvan 3 ünvanda qeydiyyatda olmaqla Naxçıvan şəhəri, 20 yanvar küçəsi, ev 23 ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsi məhkum edilmələrinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Cinayət kollegiyasının 1(108)-46/2024 nömrəli 9 sentyabr 2024-cü il tari xli qərarından məhkumların müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən H.M.Məmmədov, hakimlər F.İ.Heydərov, S.S.Hüseynov) 1(109)-15/2024 nömrəli 11 iyun 2024-cü il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun həbsə alındığı 11 iyun 2024-cü il tarixdən hesablanması; Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası na məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun həbsə alındığı 11 iyun 2024-cü il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun həbsə alındığı 11 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən məhkumların müdafiəçisi Müdafiəçi4 tərəfindən apellyasiya şikayəti verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin (sədrlik edən: Ə.N.Novruzov, hakimlər F.M.Abbasov, V.K.Quliyev) 1(108)-46/2024 nömrəli 9 sentyabr 2024-cü il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası A ğır Cinayətlər Məhkəməsinin 1(109)-15/2024 nömrəli 11 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən məhkum olunmuş şəxslər özgə əmlakını gizli olaraq külli miqdarda talamaqla oğurluq etmişlər. Belə ki, onlar 2022-ci ildə müxtəlif vaxtlarda qabaqcadan əlbir olan bir qrup şəxs halında X1, X2 ilə birlikdə vahid niyyətlə özgə əmlakını gizli talama məqsədilə qanunsuz daxil olaraq "xxxx" MMC-ə məxsus olan “EVİM AVM” mebel evinin Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində və Xalçaçılığın arxasında yerləşən anbarlarına qapısının açılması yolu ilə qanunsuz daxil olaraq bir dəst qiyməti 2600 manat olan “Karmen” yataq dəstini, bir dəst qiyməti 240 manat olan mətbəx stulunu, iki ədəd qiyməti 900 manat olan “Elegance” firmasına məxsus olan döşəyi, üç ədəd qiyməti 480 manat olan “Dream” firmasına məxsus döşəyi, bir ədəd qiyməti 650 manat olan 10 kiloqramlıq “Altus” markalı paltaryuyan maşını, bir dəst qiyməti 470 manat olan mətbəx stol-stulu, bir ədəd qiyməti 950 manat olan doqquz kiloqramlıq paltaryuyan maşını, bir dəst qiyməti 650 manat olan ahşap stol-stulu, bir ədəd qiyməti 1800 manat olan tuğ künclüyü, bir ədəd qiyməti 450 manat olan tək divanı, bir ədəd qiyməti 330 manat olan üçlü “jurnalni” stolu, bir ədəd qiyməti 150 manat olan tək “jurnalni” stolu, bir dəst qiyməti 600 manat olan salon üçün stol-stul dəstini, bir ədəd qiyməti 400 manat olan televizor altlığını, bir ədəd qiyməti 50 manat olan oturacağı, bir dəst qiyməti 4400 manat olan “Volt Valentino” yataq dəstini, bir ədəd qiyməti 160 manat olan damla döşəyi, bir ədəd qiymət i 750 manat olan uşaq üçün maşın formalı çarpayını, bir dəst qiyməti 1400 manat olan gənc otağı mebel dəstini, bir ədəd qiyməti 2600 manat olan “Mina Mobilya” yataq dəstini, bir ədəd qiyməti 350 manat olan üçlü sehbanı, bir ədəd qiyməti 950 manat olan “Altus” markalı doqquz kiloqramlıq paltaryuyan maşınını, bir dəst qiyməti 650 manat olan stolstulu, üç ədəd birinin qiyməti 50 manat olmaqla 150 manatlıq 3 ədəd stulu, 1.50x2.30 ölçüdə 240 manat olan “Padişah” xalçanı, bir ədəd qiyməti 250 manat olan “jurnalni” stolu, iki ədəd qiyməti 640 manat olan üçlü sandığı, bir ədəd qiyməti 550 manat olan “Elegance” firmasına məxsus döşəyi, bir ədəd qiyməti 600 manat olan dördlü “jurnalni” stolu, 3 ədəd qiyməti 240 manat olan ofis üçün kreslonu, 13 ədəd qiyməti 1430 manat olan stulu, bir dəst qiyməti 650 manat olan stol-stul dəstini, bir dəst qiyməti 310 manat olan yataq dəstini, 2x25 metr qiyməti 250 manat olan “Şah Bal” xalçanı, iki ədəd qiyməti 400 manat olan “Stil” xalçani, bir ədəd qiyməti 450 manat olan “6001” fırını, bir ədəd qiyməti 800 manata olan “Altus” markalı qabyuyanı, bir ədəd qiyməti 1350 manat olan “Samsung” markalı on kiloqramlıq paltaryuyan maşını, bir ədəd qiyməti 950 manat olan 120 kv. Metrlik kondisioneri, bir ədəd qiyməti 800 manat olan “Rodda Sahra” markalı qorkanı, 1.80x2 ölçüdə qiyməti 660 manat olan “Merinos” markalı döşəyi, bir dəst qiyməti 5800 manat olan “Volt Valentino” yataq dəstini, bir ədəd qiyməti 220 manat olan tək nəfərlik “Dream” döşəyi, 80x19 metr iki ədəd qiyməti 710 manat olan “Şahzadə” xalçanı, bir ədəd qiyməti 3200 manat olan “Bensimo Power” g ənc otağını, bir ədəd qiyməti 2500 manat olan “Bensimo Rose” gənc otağını, bir ədəd qiyməti 350 manat olan sehbanı, bir ədəd qiyməti 350 manat olan “Dika Aras” sehbanı, bir ədəd qiyməti 60 manat olan “Brilyant“ xalçanı, bir ədəd qiyməti 150 manat olan kiçik sehbanı, bir ədəd qiyməti 320 manat olan tək nəfərlik “Bensimo Joker” döşəyi, bir ədəd qiyməti 420 manat olan iş masasını, bir ədəd qiyməti 200 manat olan tumbanı, bir ədəd qiyməti 70 manat olan tozsoranı, bir ədəd qiyməti 950 manat olan tək şkafı, bir ədəd qiyməti 460 manat olan tumbanı, bir ədəd qiyməti 530 manat olan “Besimo Berfin” beşiyi, bir ədəd qiyməti 600 manat olan “Bensimo Bora” tək yatağı, 90x190 ölçüdə qiyməti 120 manat olan döşəyi, bir ədəd qiyməti 80 manat olan pufu, bir ədəd qiyməti 210 manat olan aspiratoru, bir ədəd qi yməti 90 manat olan dördlü sehbanı, bir dəst qiyməti 3800 manat olan Dassa sünbül yemək otağı dəstini, iki ədəd qiyməti 900 manat olan tək masanı, bir ədəd qiyməti 250 manat olan “Bensimo Paris” tək kitablığı, bir ədəd qiyməti 400 manat olan tək masanı, bir ədəd qiyməti 250 manat olan tək kitablığı, bir ədəd qiyməti 360 manat olan sehbanı, bir ədəd qiyməti 450 manat olan döşəkcəni, bir ədəd qiyməti 240 manat olan tək kreslonu, bir dəst qiyməti 5800 manat olan “Volt Valentino” yataq dəstini, bir ədəd qiyməti 680 manat olan “Merinos” döşəkcəni, bir ədəd qiyməti 60 manat olan beşik döşəyi, bir ədəd qiyməti 140 manat olan kreslonu, 80x25 metr qiyməti 270 manat olan xalçanı, bir ədəd qiyməti 1400 manat olan “Bensimo Masal” gənc otağını, bir ədəd qiyməti 530 manat olan beşiyi, üç dəst qiyməti 19 50 manat olan “Şah Bal” stol-stul dəstini, bir ədəd qiyməti 450 manat olan “Bensimo Dolunay” iş masasını, bir ədəd qiyməti 90 manat olan kreslonu, bir ədəd qiyməti 1150 manat olan kondisioneri, bir ədəd qiyməti 2400 manat olan gənc otağını, bir ədəd qiyməti 950 manat olan “Afrodit” yemək masasını, səkkiz ədəd birinin qiyməti 250 manat olan 2000 manatlıq stulu, bir ədəd qiyməti 700 manat olan televizor altlığını, bir ədəd qiyməti 2800 manat olan mətbəx divan kreslonu, bir ədəd qiyməti 850 manat olan “Vilinza” divan-kreslonu, bir ədəd qiyməti 700 manat olan tək masanı, bir ədəd qiyməti 120 manat olan “Arc” boy aynasını, bir ədəd qiyməti 450 manat olan fırını, bir ədəd qiyməti 900 manat olan “Altus” markalı qabyuyanı, bir ədəd qiyməti 1200 manat olan tək qorkanı, bir ədəd qiyməti 250 manat ol an tək sehbanı, bir ədəd qiyməti 1100 manat olan “Aras” masanı, bir ədəd qiyməti 2200 manat olan “Bensimo Luna” gənc otağını, bir dəst qiyməti 470 manat olan stol-stul dəstini, bir ədəd qiyməti 140 manat olan kreslonu, bir ədəd qiyməti 180 manat olan “Yeşim Merinos” döşəyi, bir ədəd qiyməti 120 manat olan sandığı, bir ədəd qiyməti 1450 manat olan mətbəxt künclüyünü, bir dəst qiyməti 1800 manat olan uşaq yataq dəstini, iki ədəd qiyməti 400 manat olan xalçanı, iki ədəd qiyməti 440 manat olan “Dream” döşəyi, bir dəst qiyməti 2600 manat olan “Mina Mobilya” yataq dəstini, ümumilikdə 96.270 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkumların müdafiəçisi tərəfindən verilmiş kassasiya şikay ətində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Cinayət kollegiyasının 1(108)-46/2024 nömrəli 9 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsi və məhkumlara azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət müəllifi kassasiya şikayətində qeyd edir ki, məhkumlar tərəfindən zərərçəkmişlərə vurulmuş ziyan tam şəkildə ödənildiyindən onların təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəməyə təqdim etdiyi ərizəsində həmçinin apellyasiya qaydasında işə baxılarkən dəlillərə münasibət bildirən zaman apellyasiya şikayətlərini qəbul etdiklərini, hər üç təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tamamilə ödənilib bərpa edildiyindən təqsirlə ndirilən şəxsləri bağışladıqlarını, onlara qarşı heç bir tələb və iddialarının olmadığını bildirməklə təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci, 58-ci, 59-cu, 59.2-ci, 60-cı və 62-ci maddələrinin tələblərini nəzərə almadan, yəni cinayət qanununun normalarını düzgün tətbiq etmədən məhkum edilən Məhkum1, Məhkum3 və Məhkum2 törətdikləri cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan əsassız 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə qərar çıxarmışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət itti hamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstər ilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayəti vermiş şəxs verilmiş kassasiya şikayətində məhkumlara aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama” əməlinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 177.3.2-ci maddəsinə görə “Bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla tö rədildikdə” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməllər beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419- cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum1, Məhkum3 və Məhkum2 Cinayət Məcəlləsinin təqsirli bilindikləri maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cüm lədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bili nən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və b aş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halla rın müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü i l tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Məhkum1, Məhkum3 v ə Məhkum2 ilk dəfə cinayət törətməsini, törətdikləri cinayət əməlini etiraf edərək peşman olmalarını, Məhkum1 himayəsində iki, Məhkum3 bir azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmalarını, o cümlədən oğurladıqları əmlakların tam şəkildə zərər çəkmiş hüquqi şəxsə qaytarılmasını və zərərçəkmişin şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması isə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin məhkumlar barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla onlar Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair aşağıdakıları qeyd edir: Cinayət Mə cəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bi lər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini n əzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolun u, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62-ci maddəsinə əsasən cəzanın tətbiq edilməsi zəruriliyinə əsaslanaraq cəzanı yüngülləşdirən halların mövcudluğundan deyil, onların müstəsna xarakterə malik olmasından çıxış edilməli, yəni həmin halların müstəsnalığı və bununla bağlı CM-in 62-ci maddəsinin tətbiqinin səbəbləri lazımınca əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin məhkumlar barəsində CMin 62-ci maddəsinin tətbiqinin zəruriliyi barədə dəlilləri əsassızdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxs iyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, məhkumlar barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzanın müəyyən edildiyindən daha aşağı həddə cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi də verilmiş apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsi məhkumlara cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, kassasiya şikayətində məhkumun cəzasının yüngülləşdirilməsi üçün göstərilən hallar artıq məhkəmələr tərəfindən cəza təyin edilərkən nəzərə alınmşdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 9 sentyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olu nmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumların müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 barəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 1(108)-46/2024 nömrəli 9 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar