Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-875/2022 17.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Məhkum - Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ə.N.Hacıyevin sədrliyi ilə, T.Q.Hüseynov və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) 23 oktyabr 2020-ci il tarixli hökmü ilə xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcı 31 mart 2020-ci il tarixdən hesablanması, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Bayramov Əmir Novru z oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 20 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti və ona əlavə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarından məhkum kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respu blikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Əfsər» adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Əfsər» adlı şəxsin naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən g ömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 198,281 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 224,761 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını, külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in İİ siyahısına daxil edilən, təsiredici maddəsinin ümumi miqdarı 4,04 qram təşkil edən 101 ədəd narkotik vasitə metadon həblərini və külli miqdarda «Azərbaycan Respublikası ərazisin də dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 2,451 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini naməlum vaxtda satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan şossesi 69B ünvanında yerləşən fərdi yaşayış evində və üzərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 31 mart 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün, saat 20:00-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ayrı-ayrılıqda çəkiləri 0,912 və 0,976 qram olmaqla, ümumilikdə 1,888 qram narkotik vasitə heroin əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən iki ədəd şəffaf sellofan torbada aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, BuzovnaMərdəkan şossesi 69B ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, 189,862 qram çəkidə narkotik vasitə heroin bir ədəd sellofan torbada, ayrı-ayrılıqda çəkiləri 3,410 qram, 1,266 qram, 0,955 qram və 0,900 qram olmaqla, külli miqdarda, ümumi təmiz çəkisi 6,531 qram narkotik vasitə heroin bir ədəd qutuda, külli miqdarda 224,761 qram çəkidə narkotik vasitə həşiş qətranı, külli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 4,04 qram təşkil edən 101 ədəd metadon həbləri, külli miqdarda, ümumi təmiz çəkisi 2,451 qram psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin izləri olan qabarit ölçüləri 12,5x10,5 sm və 9x5 sm təşkil edən iki ədəd elektron tərəzi bir ədəd plastik qabda olmaqla mənzilin yataq otağında yerləşən masanın üzərindəki şifrəli seyfin içərisindən aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində ədalətsiz qərarlar qəbul edilmiş, cəzasını yüngülləşdirən halları nəzərə almamış və nəticədə ona ağır cəza təyin etmişlər. Odur ki, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkumun barəsindəki apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə təyin edilmiş cəzanın yüngülləşdirilməsini, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və ya himayəsində azyaşlı övladının olmasını nəzərə alıb, təyin edilmiş cəzanın icrasının təxirə salaınması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum Təqsirləndiri lən şəxs çıxış edərək kassasiya şikayətində qeyd edilənlər bir daha vurğulayaraq şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə gör ə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətin in dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2021-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qe yd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək ü çün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şika yətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı isə dəyişdirilməlidir. İlkin olaraq kassasiya məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirlilik məsələsinə məhkəmələr tərəfindən baxılarkən onların gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilm iş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma ilə bağlı ittiham, məhkəmədə işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü ma ddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bununla belə məhkəmə kollegiyası məhkumun başqa şəxslərlə qabaqcadan razılaşmaqla CM-nin 206.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi barədə verilmiş ittiham üzrə məhkəmələrin gəldiyi nəticənin qeyri-qanuni olmasını hesab edir. Məhkəmə kollegiyası ittiham tərəfinin təqdim etdiyi, hər iki məhkəmə instansiyasında tədqiq edilmiş sübutları, onlarda olan məlumatları kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 206.1 və 206.2-ci maddələrinin dispozisiyalarına görə malların və yaxud CM-in 206.2-ci maddəsində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Cinayətin icra edilməsi (bilavasitə törədilməsi) dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi (cinayət hərəkətsizliklə törədildikdə bunu təşkil edən davranış) başa düşülür. Bu cinayət-hüquqi normalar hazırki iş üzrə müə yyən edilmiş hallarla əlaqələndirildikdə görünür ki, baxılan işdə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni (CM-in 206.2-ci maddəsində göstərilmiş predmetin) qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini yaradan hərəkətlər narkotik vasitənin Azərbaycan Respublikasına gömrük sərhədindən (İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılıq cinayətini bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxsl ərlə birgə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. Qaçaqmalçılıq cinayəti faktiki olaraq əşyaların gömrük sərhəddindən keçirildiyi andan başa çatmış hesab olunur. GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrik ötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin e dilməsindən ibarətdir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Eyni zamanda hə min qərarda göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu baxımdan iş materiallarında olan və məhkəmələrin istinad etdiyi sübutların heç birində belə bir məlumat yoxdur ki, Təqsirləndirilən şəxs CM-nin 206.3.2-ci maddəsi ilə cinayətin törədilməsində qabaqcadan əlbir olan bir qrupun tərkibində qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərərkətləri qrupun digər üzvləri ilə birgə icra etsin, qaçaq malını Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar keçirmiş olsun. Yuxarıda qeyd edilən Plenum Qərarının 19-cü bəndinin 3-cü abzasında göstərilmişdir ki, “... bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhəd indən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32. 3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 32.5-ci maddəsində göstərilir ki, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Qeyd ediləm normaların tələbləri baxımından məhkumun tö rətdiyi cinayət əməlinə məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarına uyğun olaraq (məhkəmə kollegiyası işin faktiki hallarını təkrar sadalamağa lüzum görmür) hüquqi qiymət verilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində köməkçi qismində iştirakçıdır. Odur ki, onun Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilmiş əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsinə tövsif edilməlidir. Belə ki, tədqiq olunmuş iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsində “Əfsər” adlı şəxs ilə razılığa gəlməsi iş materialları ilə öz t əsdiqini tapsa da, onun qaçaq malının gömrük sərhədindən keçirilməsində bilavasitə iştirakını təsdiq edən, yəni, bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etməsi (məsələn, qaçaq malını gömrük sərhədinədək müşayiət etməsi, malın gömrük sərhədindən qanunsuz keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etməsi, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratması, yaxud malın bilavasitə keçirildiyi yerdə onu qəbul etməsi) ilə bağlı hər hansı bir hərəkəti etməsi iş materiallarında aşkar edilməmişdir. İş materillarında olan sübutlardakı məlumatların qeyd olunan Plenum Qərarının izahları ilə birgə müqayisəsi nəticəsində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsini etməsi barədə qənaətə gəlməyə, onu cinayətin birgə icraçısı kimi qiymətləndirməyə imkan vermir. Odur ki, göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin müvafiq olaraq CM-nin 32.5-ci maddəsinə istinad edilməklə, CM-nin 206.2-ci maddəsinə tövsif edilməsi əməlin cinayət-hüquqi təhlili baxımından qanuni və əsaslı hesab olunmalıdır. Həmçinin, məhkum tərəfindən verilmiş kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu iddia edilir, barəsində CM-nin 62-ci maddəsin in və ya CM-nin 79-cu maddəsinin tətbiq olunması xahiş edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tut ur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Birinc i instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Bundan əlavə Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə görə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfin dən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə kollegiyası CM-nin 79.1-ci maddəsinin tətbiqinə dair xahişə qiymət verərək qeyd edir ki, həmin normanın tətbiqi zamanı CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, həmin normaya müvafiq cinayət qanununda nəzərdə tutulmuş güzəştli institut elə tətbiq olunmalıdır ki, bu zaman cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını qeyd edilən normaların tələbləri baxımından kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cinayətin xarakteri və ictimai təhlükəlik dərəcəsi Təqsirləndirilən şəxs barəsində CM-nin 79.1-ci maddəsinin tətbiqini istisna edir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs CM-nin təqsirli bilinərək cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində bir nəfər azyaşlı uşağın olması, əməlindən səmimi peşiman olması və əvvəllər məhkum olunmaması) və cəzasını ağırlaşdıran halların olmaması, habelə tə yin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Cinayət Prosessual Məcəllənin 416.0.15-ci maddəsində məhkəmənin törədilmiş əməlin tövsifində səhvə yol verməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən əsas kimi təsbit edilmişdir. Məhkəmə kollegiyası həmin normaların tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, qərar dəyişdirilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcələnin 32.5, 206.2-ci maddəsinə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilsin, həmin maddə ilə təqsirli bilinərək ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 09 (do qquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-875/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-875/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver