Məhkəmə qərarları › İş №1(102)-875/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-875/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-875/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmü ilə Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Zamanov Gülbala Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmü ilə (hakimlər Paşayev Azər İslah oğlu (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) Məhkum, xx xxxx 1977-ci il tarixdə Lerik rayonunun Pirasora kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər Xəzər Rayon Məhkəməsinin 01 noyabr 2011- ci il tarixli hökmü ilə CM-nin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin amnistiya verilməsi haqqında Qərarına əsasən cəzadan azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 may 2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə cəzası 04 (dörd) ay 04 (dörd) gün müddət müəyyən edilmiş, 08 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lerik rayonunun Pirasora kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum əvvəllər də məhkum edilməsinə baxmayaraq islah olunmamış və tanışı X1 onun vasitəsi ilə ona və digər tanışları X5, X17 və X6 Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzilin satışından əldə etdiyini 40.000 manat xeyli miqdarda pul vəsaitinin yaşadığı ünvan 2 ünvanında saxlaması barədə məlumat verməklə, qeyd olunan ünvana basqın edilərək əldə olunan vəsaitdən 18.000 manat hissəsinin özünə ödənilməsi barədə təklifi ilə razılaşaraq, bu məqsədlə X17, X6, X5 və X1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, X1nın ona Zərərçəkmiş şəxs yaşadığı mənzilin yerini əyani şəkildə göstərməklə sonuncunun yaşlı olması, gün ərzində mənzildə tək qaldığı vaxtlar, pul vəsaitini mənzildə saxladığı yerlər, yaşadığı mənzili satmaq niyyətində olması barədə verdiyi zəruri məlumat və məsləhətləri əsasında əvvəlcədən hazırladıqları plan üzrə aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq o, qrup üzvləri X17, X6, X5 ilə birlikdə 06 yanvar 2019-cu il tarixdə saat 13:30 radələrində ünvan 3 ünvanına gedib, orada yaşayan Zərərçəkmiş şəxs özlərini makler, alıcı, alıcının qohumu və usta kimi təqdim edərək, həmin mənzili satın almaq niyyətində olduqları, bu məqsədlə mənzilin içində fotoşəkillər çəkmək, mənzilə aid sənədlər ilə tanış olmaq istədikləri barədə yalan məlumatlar verib sonuncunu aldadaraq yaşayış sahəsi olan mənzilə qanunsuz ola raq girməklə əvvəlcədən aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, X17 və X5 ilə birlikdə qəfildən Zərərçəkmiş şəxs hücum edərək həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə ağız, əl və ayaqlarını X5un mənzildən götürdüyü skoçla bağlamaqla nəfəs almaq və hərəkət etmək imkanlarını məhdudlaşdıraraq həyatı və sağlamlığıüçün real təhlükə yaradıb, əlləri və çiyinlərinə əlləri ilə vuraraq və sonuncunu aparıb hamam otağında sərt döşəmə üzərinə ataraq sol bazunun, sol saidin ön səthinin qançırları, bel nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, X17 Zərərçəkmiş şəxs sifətinə yumruğunu yaxınlaşdırmaqla səs-küy salıb, kömək çağıracağı halda öldürəcəklərini deyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəc əkləri ilə hədələmiş, daha sonra X5 mənzilə kənar şəxsin daxil olmasının qarşısını almaq üçün mənzilin giriş qapısının qarşısında pusquda dayanmış, o isə digər qrup üzvləri X17 və X6 ilə birlikdə mənzildə axtarış aparmaqla Zərərçəkmiş şəxs məxsus 800 manat məbləğində nağd pul vəsaiti və 180 manat dəyərində "Samsung” markalı mobil telefonu ələ keçirmiş, bu hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakınıələ keçirmək məqsədilə yaşadığı mənzilə qanunsuz olaraq girməklə həyat və sağlamlığıüçün təhlükəli zorakılıqla və belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi Bayramov Rüstəm Abbasəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 07 iyun 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi G.S.Zamanov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, Məhkum təqsirləndirildiyi CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə bəraət verilməsini və ya təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cinayət əməlinin hüquqi tövsifinə, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyasına, cinayət cəzalarının təyin edilməsi şərtləri, qaydaları və prinsipləri əsbit edilmiş CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) müvafiq normalarına, habelə “Azərbaycan Respublikası CinayətProsessual-Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikası Konestitusiya Məhkəməsi Plenmunun 12 may 2009-cu il tarixli Qərarına istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi G.S.Zamanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq məhkəmə istintaqında tədqiq edilmiş sübutlara deyil, cinayət prosesini həyata keçirən ibtidai istintaq orqanının ibtidai araşdırma zamanı gəldiyi nəticələrə əsaslanmaqla Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməsi barədə qənaətinə gəlsə də, cinayət işi üzrə toplanmış sübutların hərtərəfli, tam və obyektiv araşdırılmasını, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülmüş dəlillərin mötəbərliyinin yoxlanılmasını təmin etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əqli inkşafında gerilik əlamətləri müşahidə olunub-olunmamasını, onun əqli və psixi inkişafı nəzərə alınmaqla hadisəni düzgün qavrayıb-qavramamasını, öz hərəkətlərinin mahiyyətini dərk edib-etməməsini, hadisə zamanı keçirdiyi emosional halın müəyyən edilməsini yoxlamamış, sonuncunun emosional-iradi sferasına və fərdi-psixi xüsusiyyətlərinə əsasəne ittihamda göstərilən hadisəni düzgün təsvir edə bilib-bilməməsini aydınlaşdırmamış, bütün bunlar üçün barəsində kompleks məhkəmə-psixatrik və psixo loji ekspertizası təyin edilib keçirilməmişdir. Daha sonra müdafiəçi qeyd edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsnm notarial qaydada təsdiq olunmuş, ərizəsinə əsasən onun Məhkum qarşı şikayəti və tələbi yoxdur, onunla barışmış və onu bağışlayır. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Məhkum ailəlidir, onun himayəsində tələbə və məktəbli olan oğlanları var. Lakin məhkəmələr Məhkum barəsində cəza iədbirinin seçilməsi məsələsini həll edərkən, bu halları nəzərə almamış və bununla da cəza təyininə dair cinayət qanunvericiliyinin tələblərini pozmuşlar. Şərh olunanlara əsaslanaraq Məhkum müdafiəçisi G.S.Zamanov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və mü ddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bununla bağlı məhkəməyə ərizə ilə müraciət etməmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi G.S.Zamanov isə məhkəməyə naməlum səbəblərdən gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun, onun müdafiəçisinin və zərər çəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkə mənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi G.S.Zamanovun həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Eyni zamanda müdafiəçi G.S.Zamanov həmin şikayətində Məhkuma təyin olunmuş cəzanın açıq-aşkar ağır olmasını da iddia etmişdir. Bununla da, müdafiəçi G.S.Zamanov apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.2.21-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, yaxud cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və ya məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikd ir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi G.S.Zamanovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin no rmalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsin də müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məh kəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə tə kcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-c ı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri il ə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb həmçinin ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini, digər tərəfdən isə hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində nəticəsində zərər çəkmiş şəxslərin də hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin ödənilməsi üçün cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini, bu və ya digər cinayətin, yaxud da cinayətləri törətməkdə təqsirli bilinmiş şəxsləri n isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində hər hansı cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının di gər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həya ta keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ib arətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcə llə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. C PM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onu n tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirlə ndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə old uqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessua l tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəm əsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkum barəs indəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların tam həcmdə təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış bütün sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gə ldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətinin məzmununa görə, zərərçəkmişin psixi inkişafında gerilik olması ehtimal olunur və belə olan halda o, hadisəni düzgün qavrayıb təsvir edə bilməz. Müdafiəçinin fikrincə cinayət hadisəsi ümumiyyətlə olmamış və Məhkum əsassız olaraq CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Lakin ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırlmış sübutlarla müdafiəçi tərəfindən mübahisələndirən işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Məhkum tanışı X1 onun vasitəsi ilə ona və digər tanışları X5, X17 və X6 Zərər çəkmiş şəxs ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzilin satışından əldə etdiyi 40.000 manat xeyli miqdarda pul vəsaitinin yaşadığı ünvan 2 ünvanında saxlaması barədə məlumat verməklə, qeyd olunan ünvana basqın edilərək əldə olunan vəsaitdən 18.000 manat hissəsinin özünə ödənilməsi barədə təklifi ilə razılaşaraq, bu məqsədlə X17, X6, X5 və X1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, X1nın ona Zərərçəkmiş şəxs yaşadığı mənzilin yerini əyani şəkildə göstərməklə sonuncunun yaşlı olması, gün ərzində mənzildə tək qaldığı vaxtlar, pul vəsaitini mənzildə saxladığı yerlər, yaşadığı mənzili satmaq niyyətində olması barədə verdiyi zəruri məlumat və məsləhətləri əsasında əvvəlcədən hazırladıqları plan üzrə aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq o, qrup üzvləri X17, X6, X5la birlikdə 06 yanvar 2019-cu il tarixdə saat 13:30 radələrində ünvan 3 ünvanına gedib, orada yaşayan Zərərçəkmiş şəxs özlərini makler, alıcı, alıcının qohumu və usta kimi təqdim edərək, həmin mənzili satın almaq niyyətində olduqları, bu məqsədlə mənzilin içində fotoşəkillər çəkmək, mənzilə aid sənədlər ilə tanış olmaq istədikləri barədə yalan məlumatlar verib sonuncunu aldadaraq yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə əvvəlcədən aralarında aparılmış vəzifə bölgüsünə əsasən X17 və X5la birlikdə qəfildən Zərərçəkmiş şəxs hücum edərək həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə ağız, əl və ayaqlarını X5un mənzildən götürdüyü skoçla bağlamaqla nəfəs almaq və hərəkət etmək imkanlarını məhdudlaşdıraraq həyatı və sağlamlığıüçün real təhlükə yaradıb, əlləri və ç iyinlərinə əlləri ilə vuraraq və sonuncunu aparıb hamam otağında sərt döşəmə üzərinə ataraq sol bazunun, sol saidin ön səthinin qançırları, bel nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, X17 Zərərçəkmiş şəxs sifətinə yumruğunu yaxınlaşdırmaqla səs-küy salıb, kömək çağıracağı halda öldürəcəklərini deyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri ilə hədələmiş, daha sonra X5 mənzilə kənar şəxsin daxil olmasının qarşısını almaq üçün mənzilin giriş qapısının qarşısında pusquda dayanmış, o, isə digər qrup üzvləri X17 və X6lə birlikdə mənzildə axtarış aparmaqla Zərərçəkmiş şəxs məxsus 800 manat məbləğində nağd pul vəsaitini və 180 manat dəyərində "Samsung” markalı mobil telefonu ələ keçirmiş, bu hərəkətləri ilə o, q abaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə sonuncunun yaşadığı mənzilə qanunsuz olaraq girməklə həyat və sağlamlığıüçün təhlükəli zorakılıqla və belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, sonuncu ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən elan olunmuş ittihama uyğun ifadələr vermiş, lakin bildirmişdir ki, Reyxanxanım Muğbilovanın mənzilindən götürülmüş puldan ona heç nə verilməmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum 06 yanvar 2019-cu il tarixdə tanışları X17, X5, X11 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı və satmaq niyy ətində olduğu mənzilə həmin mənzilin alıcıları kimi bzlərini təqdim etməklə yaşayış sahəsinə qanunsuz olaraq daxil olduqdan sonra sonuncunun xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçü təhlükəli zor tətbiq edərək və belə zorun tətbiqi barada hədə qoxcu söyləyərək basqın edib onun 800 manat məbləğində pulunu və 180 manat dəyərində “Samsunq” markalı telefonu quldurluq yolu ilə ələ keçirməsi Məhkum ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı barələrində cinayət işi başqa icraata ayrılmış həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş X1nın, X6in, X5un, X17in, zərər çəkmiş Zərərçəkmiş şəxs, şahidlərin ifadələri, şəxsiyyətin fotoşəkillərdən tanınması, ifadələrin yerində yoxlanılması haqqında protokollarla, məhkəmə- tibb ekspertizasının 09 yanvar 2019-cu il tarixli 32 saylı rəyi ilə və başqa sübutlarla tam təsdiq edilir. Bu sübutların hamısı birinci instansiya məhkəməsində ətraflı tədqiq edilərək birinci instansiya məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmündə tam, apellyasiya insansiyası məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərarında isə qismən təsvir olunduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür. Araşdırılmış sübutların, xüsusən də zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrinin təhlili göstərir ki, sonuncu cinayət təqibinin bütün mərhələlərində ona qarşı edilmiş quldurluğun bütün halları barədə ardıcıl olaraq eyni cür ifadələr vermiş, onun həmin ifadələri araşdırılmış digər sübutlarla tam uzlaşır, sonuncu orta yaşda (62 yaşında) olsa da, onun ə qli zəifliyi, hadisəni düzgün qavramaması, bildirdiyi hər hansı halı şişirtməsi və sair bu kimi hallar, o, cümlədən Məhkum böhtan atması, digər tərəfdən isə hansısa psixi xəstəlikdən əzab çəkməsi iş materialları müəyyən edilmir, buna görə də ona münasibətdə iş üzrə məhkəmə-psixiatrik və ya məhkəmə-psixoloji ekspertizasının keçirilməsi üçün heç bir əsas olmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir və buna görə hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum ona qarşı irəli sürülmüş i ttiham üzrə təqsirli bilinməsi barədə nəticəyə gələrkən istər sübutların araşdırılması, istərsə də onların qiymətləndirilməsi zamanı qanunvericiliyin yuxarıda təsivr edilmiş normalarının tələblərini pozmamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə almış, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasın yolverilməz sübutlar təşkil etməmiş, eyni zamanda maddi hüquq normalarının da tətbiqində səhvə yol verilməyərək məhkumun əməli CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Qeyd olunanlarla yanaşı, müdafiəçi G.S.Zamanovun kassasiya şikayətində bir sıra hallara – Məhkum himayəsində şagir və tələbə olan iki oğlunun olmalarını və zərər çəkmiş şəxslə barışıq əldə etməsini istinad edərək dolayısı ilə hüquqlarını müdafiə etdiyi şəxsə ağır cəzanın təyin edilməsini də iddia etmiş, lakin bununla bağlı hər hansı tələb irəli sürməmişdir. Məhkəmə kollegiyası müdafiəçinin bu dəlillərini onun həmçinin Məhkum təyin olunmuş cəzanın ağır olmasının mübahisələndirilməsinə yönəlmiş əsas kimi nəzərə alıb bu dəlillərə də cavab verərək vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu Konstitusiyanın 26-cı maddəs inin İİ hissəsi, cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında sərgilədiyi hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri tələb edir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstəri lir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də mü xtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-n in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1 -59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qə rarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hü dudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsə dilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayə tkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində hə mçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəz ərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası təsvir edilənlərdən çıxış edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum barəsində onun təqsirli bilindiyi CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə cəza tədbirinin seçilməsi məsələsini həll edərkən (həmin maddələrin sanksiyasında səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) məhkəmə onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyləndirən halları, cəzanı yüngülləşdirən hal kimi qiymətləndirdiyi halı – zər ərçəkmiş şəxslə barışmasını, habelə CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halı - cinayətlərin residivini kifayət qədər nəzərə almış və ona göstərilən maddələrlə qanuni və ədalətli cəza təyin etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, kassasiya icraatı zamanı məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi mümkünlüyü o halda nəzərdən keçirilə bilər ki, cəza təyin edən məhkəmə tərəfindən CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən hər hansı hal nəzərə alınmasın, yaxud da CM-nin 61-ci maddəsində nəzərdə tutulmamış hansısa hal cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmış olsun. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, ci nayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlər inə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunun bu normalarının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Beləliklə, kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edən məhkəmə ko llegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunanlar apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.2 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar