Məhkəmə qərarları › İş №1(102)-875/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-875/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-875/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il 1(103)2432/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs4 nümayəndəsi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim Gültəkin Əsədova) 10 noyabr 2022-ci il tarixli 1(005)-496/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin edilərək, sökülmüş ünvan 1 ünvanında yerləşən 1-ci mərtəbədə olan 53,2 kv.m. sahəli qeyri -yaşayış sahəsinə görə eyni ölçüdə 1-ci mərtəbədə tam təmirli qeyri-yaşayış sahəsinin və ünvan 1 ünvanında yerləşən sahəsi 56,7 kv.m. olan mərtəbəsi zirzəmi kimi qeyd olunmuş qeyri-yaşayış sahəsinə görə mərtəbəsi zirzəmi olan eyni ölçüdə tam təmirli qeyri-yaşayış sahəsinin "xxxx" QSC-i tərəfindən mülki iddiaçı Zərərçəkmiş şəxs4 təhvil verilməsi, 30 sentyabr 2020-ci il tarixdən başlayaraq qeyri-yaşayış sahələrinin yerləşdiyi binanın istismara təhvil verildiyi tarixə kimi hər ay 1.200 manat məbləğində icarə haqqı (əldən çıxmış fayda) hesablanmaqla Zərərçəkmiş şəxs4 ödənilməsi, ödənilmiş dövlət rüsumu – 390 manat pul vəsaitinin "xxxx" QSC-dən tutulub Zərərçəkmiş şəxs4 verilməsi, qalan hissədə mülki iddianın təmin olunmaması, "xxxx" QSC tərəfindən 29 avqust 2022-ci il tarixli OD3 saylı ödəniş tapşırığına əsasən zərərçəkən Zərərçəkmiş şəxs4 adına depozitə yerləşdirilmiş 320.000 manat pul vəsaitinin, habelə digər zərərçəkmiş şəxslərin adına depozitə yerləşdirilmiş müxtəlif məbləğlərdə pul vəsaitlərinin "xxxx" QSC-nin hesabına geri qaytarılması qərara alınmışdır. Zərərçəkmiş şəxs4 nümayəndəsi Müdafiəçi4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(005)- 496/2022 nömrəli hökmünün mülki iddiaya dair hissəsinin izah edilməsi barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 1(005)496/2022 saylı qərarı ilə Zərərçəkmiş şəxs4 nümayəndəsi Müdafiəçi4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(005)-496/2022 nömrəli hökmünün mülki iddiaya dair hissəsinə izah verilməsi barədə ər izəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zamin İbrahimov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Murad Məmmədov) 05 noyabr 2024-cü il 1(103)-2432/2024 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 1(005)-496/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs4 nümayəndəsi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. 28 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 nümayəndəsi Müdafiəçi4 kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Zərərçəkmiş şəxs4 nümayəndəsi Müdafiəçi4 kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il 1(103)-2432/2024 nömrəli qərarından verilmişdir. Cinayət işi materiallarında n görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(005)-496/2022 nömrəli hökmünün mülki iddiaya dair hissəsinin izah edilməsi barədə ərizəni bir indeksi ilə icraata qəbul etsə də, hazırkı iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 518 və 520-ci maddələrinə əsasən hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında aparılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 518-ci maddəsinə əsasən hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan şübhə və anlaşılmazlıqları məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri ic ra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir. Həmin Məcəllənin 520.7-ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs4 nümayəndəsi Müdafiəçi4 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində kassasiya şikayəti verilir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il 1(103)-2432/2024 nömrəli qərarı 06 noyabr 2024-cü il tarixdə zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi4 şəxsi kabinetinə yerləşdirilmiş və Zərərçəkmiş şəxs4 12 noyabr 2024-cü il tarixdə məktubla göndərilmişdir. Kassasiya şikayəti isə 28 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, kassasiya şikayəti kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxılmaqla verilmişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Yuxarıda göstərilən hallar hazırkı cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il 1(103)-2432/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs4 nümayəndəsi Müdafiəçi4 kassasiya şikayətinə baxılmasına mane edir. Azərbaycan Respublikası CPM-in 412.1 və 415-ci maddələrinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir və həmin şikayətin və protestin mümkünlüyünə baxılması apellyasiya instans iyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsi nəzərə alınmaqla məhkəmə kollegiyası bildirir ki, Zərərçəkmiş şəxs4 nümayəndəsi Müdafiəçi4 yazdığı kassasiya şikayətinin verilmə müddəti 05 dekabr 2024-cü il tarixdə bitmiş, lakin apellyasiya məhkəməsi tərəfindən həmin kassasiya şikayətlərinin mümkünlüyünə baxılmamışdır. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 518-ci maddəsinə əsasən, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı ortaya çıxan anlaşılmazlıqların aradan qaldırılması barədə müraciət etmək hüququ yalnız məhkumun, barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin, habelə cəzanı və ya digər cinayət-hüquqi xarakterli tədbirləri icra edən müəssisənin və ya orqanın hüququna aiddir. Lakin aşağı instansiya məhkəmələri tərəfindən həmin məsələyə zərərçəkmiş şəxsin nümayəndəsinin ərizəsi əsasında baxılması ilə bağlı hər hansı hüquqi əsaslandırma verilməmiş və bu barədə qərarda heç bir dəlil göstərilməmişdir. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apelyasiya instansiyası m əhkəməsinə qaytarır. Odur ki, məhkəmə kollegiyası nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs4 nümayəndəsi Müdafiəçi4 kassasiya şikayəti baxışdan çıxarılmalı və mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2024-cü il 1(103)2432/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs4 nümayəndəsi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılsın və mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar