Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-876/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 3210.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: M.M.Ağalarov, hakimlər: Ə.M.Abasov və E.Ə.Mikayılov) Məhkum- 1983-cü il tarixdə Cəbrayıl rayonunun Dağtumas kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunun ********** kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri ********************************* yaşamış, Azərbaycan Respublikası CM-nin 178.3.2, 3210.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, 178.3.2-ci maddəsi ilə 5 il 6 ay müddətinə, 320.1-ci maddəsi ilə 1 il müddətinə, 320.2-ci maddəsi ilə 6 ay müddətinə və CM-nin 66.3-cü maddəsinə sasən cəzalar qismən toplanmaqla qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə məhkum edilmişdir. Cəzanın əvvəli: 14 may 2018-ci il. Həmin hökmlə X7 da məhkum edilmişdir, lakin onun barəsində kassasiya şikayəti və ya kassasiya protesti verilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, dostu X8 və tanışı şəxsiyyəti istintaq orqanı və məhkəməyə məlum digər şəxslə qabaqcaqdan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək X3 məxsus Bakı şəhəri ***************** yerləşən 0,2433 ha ərazisi olan ******** saylı bağ evinə dair saxta sənəd hazırlayıb həmin sənədlərdən istifadə etməklə başqa şəxsə satıb özg ənin külli miqdarda pulunu aldatma yolu ilə ələ keçirtmək məqsədilə əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü şəxsiyyəti istintaq orqanı və məhkəməyə məlum şəxs tərəfindən qeyd olunan əmlakla bağlı X4 hüquq verən məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə güya Bakı şəhəri 18 saylı notariat kontorunda 24.07.2016-cı il tarixli ********* nömrəli reyestrdə qeydiyyatdan keçmiş saxta baş etibarnaməni 2017-ci ilin əvvəllərində istintaqa məlum olmayan şəraitdə qanunsuz hazırlanmasını təmin edib həmin saxta sənəddən istifadə etməklə Fikrət İbrahimovun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən 14 mart 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı əldə etmiş, şəxsiyyəti istintaq orqanı və məhkəməyə məlum şəxs tərəfindən 2017-ci ilin əvvəllərində təkrarən istintaqa məlum olmayan şəraitdə qanunsuz hazırlanmış həmin əmlakın alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsində B6 iştirakı üçün hüquq verən güya Türkiyə Respublikası İstanbul şəhəri, *********************saylı Notariat kantorunun notariusu X16 tərəfindən təsdiq edilmiş 18799 qeydiyyat nömrəli 30.01.2017-ci il tarixli saxta etibarnaməni, habelə X2 güya subay olmasını göstərən saxta şəxsiyyət vəsiqəsinin rəngli foto surətinin qanunsuz hazırlanmasını təmin edərək qeyd olunan saxta sənədlərdən istifadə etməklə əmlakın B6 məxsus olmasını Zərərçəkmiş şəxs1 inandırmaqla sonun cuya 100.000 manata satacağını bildirmiş, bunun üçün ondan cinayətdən xəbərsiz olan qardaşı X10 vasitəsilə 22.03.2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşadığı evin həyətində 40000 manat, 03.04.2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon ərazində yerləşən "xxxx" ASC-nin 3 saylı şöbəsində 30000 manat, cəmi 70.000 manat almaqla Bakı şəhəri 43 saylı notariat kantorunda AN-İ seriyalı ******* nömrəli 03.04.2017-ci il tarixli qanunsuz alqı-satqı müqaviləsinin bağlanmasının təşkil etmiş, sonradan Zərərçəkmiş şəxs1 aldanıldığını başa düşdüyündən, qalan 30.000 manat məbləğində pulu iradəsindən asılı olmayan səbəblərə görə ələ keçirməyə nail olmayaraq, Zərərçəkmiş şəxs1 külli miqdarda, 70.000 manat əmlakını aldatma yolu ilə ələ keçirib B6 və digər şəxslə aralarında bölməklə dələ duzluq etmişdir. Bundan başqa o, dostu X8 və tanışı şəxsiyyəti istintaq orqanı və məhkəməyə məlum olan şəxs ilə qabaqcaqdan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək X5 məxsus Bakı şəhəri **************************** saylı bağ evinə dair saxta sənəd hazırlayıb həmin sənədlərdən istifadə etməklə başqa şəxsə satıb özgənin külli miqdarda pulunu aldatma yolu ilə ələ keçirtmək məqsədilə əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə və ümimi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü şəxsiyyəti istintaq orqanı və məhkəməyə məlum olan şəxs tərəfindən qeyd olunan əmlakla bağlı güya Bakı şəhəri 7 saylı Notariat kantorunda 05.10.2006-cı il tarixdə verilmiş ********* reyestr nömrəli baş etibarnamə əsasında sonuncu vasitəsilə X4 120000 manata satılması barədə mövcud olmayan 21.04.2017-ci il tarixli, AN-İ 081718 nömrəli saxta alqı-satqı müqaviləsini 2017-ci ilin əvvəllərində istintaqa məlum olmayan şəraitdə hazırlanmasını təmin edib bilə-bilə həmin saxta sənəddən istifadə etməklə B6 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** reyestr nömrəli 27.04.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etmiş, həmin əmlakın Bahadır Vəliyevə məxsus olmasını Zərərçəkmiş şəxs2 inandırmaqla ona 135.000 manata satacağını bildirmiş, bunun üçün ondan 2017-ci ilin aprel ayında Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1000 manat, elə həmin ayda Bakı şəhəri «Sahil» metrostansiyasının yaxınlığında 5000 manat, 09.08.2017-ci il tarixd ə isə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "xxxx" ASC-nin «Dostluq» filialında 129000 manat, cəmi 135.000 manat almaqla Bakı şəhəri 21 saylı notariat kantorunda AN-İ seriyalı ******* nömrəli 09.08.2017-ci il tarixli qanunsuz alqı-satqı müqaviləsinin bağlanmasını təşkil edərək Zərərçəkmiş şəxs2 külli miqdarda, 135.000 manat məbləğində əmlakını aldatma yolu ələ keçirib B6 və şəxsiyyəti istintaq orqanı və məhkəməyə məlum şəxslə aralarında bölməklə dələduzluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Ə.N.Bayramov (sədrlik edən və məruzəçi), N.E.Məmmədov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) 05 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdi rilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək qərarın dəyişdirilməsini və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını, ilk məhkumluğunu, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilə bilər. Məhkəmə cəza təyin edərkən cəzanı ağırlaşdıran halların olmamasını və göstərilən cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiy a müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi, azadlıqdan məhr um etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədədir. Aşağıdakı hüquqi əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassızdır. Hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını, ilk məhkumluğunu, himayəsində bir azyaşlı uşağının olmasını cəazanı yüngüllşdirən hallar kimi nəzərə almış cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəazanı yüngüllşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu qanunu hazırkı işə tətbiq etdikdə müəyyən edilir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü, azadlıqdan məhrum etmə cəzasının son həddinin (10 il) dörddə üçündən (7 il 6 ay) artıq olmayan (5 il 6 ay) cəza təyin edilmişdir. Eləcə d ə CM-nin 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar tutulmuş daha ciddi cəza növü, azadlıqdan məhrum etmə cəzasının son həddinin (2 il və 1il) dörddə üçündən (1 il 6 ay və 9 ay) artıq olmayan cəzalar təyin edilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Beləliklə Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanmış Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası göstərilən cəazanı yüngüllşdirən hallar nəzərə alınmaqla təyin edilə bilən azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərdən də aşağıdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti cəza təyin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə almışdır ki, Bakı şəhər Sabunçu rayon Pİdən daxil olmuş məktubda göstərilmişdir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başqa cinayət işinin istintaqı aparılır. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsaəsn islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər Cinayət işinin materiallarında olan sübutların məcmusunu və məhkum barəsində məhkəməyə daxil olmuş rəsmi məlumatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiya məhkəməsi düzgün olaraq onun cəza çəkmədən islah olunacağını mümkün hesab etməmişdir. Məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi üçün cinayət işinin materiallarında başqa mötəbər əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli qərarının dəyişdirilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsi n. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 3210.1 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-876/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-876/2019
27.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver