Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-876/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2020-ci il tarixli hökmünə əsasən M1nın Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İ.A.Mahmudov (sədrlik edən), M.A.Xankişiyev və F.Ə.Qəniyevdən ibarət tərkibdə) 14 avqust 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1982-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, subay, Tovuz rayonunda qeydiyyatda olan M1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllə rini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq M1na 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X10 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2 020-ci il tarixli qərarı ilə (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X9 və X7 ibarət tərkibdə) məhkum M1nın müdafiəçisi Müdafiəçi2 Elburus oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, M1na Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) il müddətə endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, bu cəza (cinayətlərin məcmusu üzrə) M1na Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm M1na ai d qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə M1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 01 aprel 2019-cu il tarixdə saat 13 radələrində qanunla müəyyən edilmiş qaydada Dövlət Sərhəd Xidmətinin X5 rayonunda yerləşən "Biləsuvar” sərhəd nəzarəti məntəqəsindən keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, İran İslam Respublikasında olarkən həmin tarixdə qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti istintaqa Sabir adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, sax lanması, daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi, bundan sonra isə şəxsiyyəti istintaqa məlum olamayan Sabir adlı şəxsin göstərişi ilə cinayətkar qrupun ayrı-ayrı üzvlərinə təhvil verilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Məhkum, 02 aprel 2019-cu il tarixdə İran İslam Respublikasında qəsdən qanunsuz olaraq 4 bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 442,256 qram olan heroini və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 54,080 qram metamfetamini satış məqsədi ilə əldə edib, saxlayaraq, həmin bükümləri aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə 1 bükümdə külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 54,080 qram metamfetamini düz bağırsağında, 4 bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkiləri 142,000 qram, 129,346 qram, 88,240 qram, 82,670 qram heroini ayağına geyindiyi ayaqqabıların içərisində gizlətmiş, həmin tarixdə daşıyaraq Dövlət Sərhəd Xidmətinin X5 rayonunda yerləşən "Biləsuvar” sərhəd nəzarəti məntəqəsindən keçməklə saat 20:40-da İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunla müəyyən olunmuş qaydada gələrkən ayağına geyindiyi ayaqqabıların içərisinə gizlətdiyi qeyd olunan külli miqdarda narkotik vasitəni, düz bağırsağında gizlətdiyi külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdikdən sonra, Dövlət Sərhəd Xidmətinin və Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərinə baxış keçirilən zaman ayağına geyindiyi ayaqqabılar hər iki tayının tərliyinin altından ümumilikdə 4 bükümdə külli miqdarda narkotik vasitə heroin, daxili orqanlarının müayinəsi zamanı isə 1 bükümdə külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan sonra, keçirilmiş əməliyyat tədbiri nəticəsində 04 aprel 2019-cu il tarixdə saat 22 radələrində cinayətkar qrupun üzvü X10 əldə edilmiş cinayətkar razılaşmaya əsasən ona çatmalı olan 1 bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 88,240 qram heroini əməliyyat ekspertimentinə cəlb edilmiş Məhkum Bakı şəhərində Dəniz Vağzalının qarşısında qəsdən qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, həmin 1 ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarından məhkum M1nın müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək məhkəmə tərəfindən verilmiş cəza aparılan məhkəmə islahatları və humanizm prinsiplərinə zidd olmaqla təqsirləndirilən şəxsin məhkəmə hakimiyyətinin ədalətli və humanist yanaşmasına uyğun olmadığını qeyd etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ibtidai İstintaq zamanı olduğu kimi məhkəmə araşdırmasında da elan olunmuş ittiham üzrə özünü qismən təqsirl i bilərək ardıcıl olaraq səmimi etiraflar etmiş, cinayətin üstünün açılmasında ibtidai istintaq orqanı ilə əməkdaşlıq etmişdir. Həmçinin Məhkum himayəsində az yaşlı 2 qız övladı vardır. O ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilir. Həmçinin məhkəmə onun qadın olmasını və şəkər diabeti xəstəsi olmasını də nəzərə almamışdır. Sadaladığım yüngülləşdirici hallar, təqsirləndirilən şəxsin qadın olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, himayəsində az yaşlı 2 qız övladının olması, şəkər diabeti xəstəsi olması və ən əsası təqsirləndirilən şəxsin ibtidai istintaq orqanı ilə əməkdaşlıq etməsi ona daha aşağı həddə cəza verilməsi üçün əsas olduğu halda ona ağır cəza verilmişdir. Bundan başqa qeyd edirik ki, həm ibtidai istintaq zamanı, həm də birinci və apellyasiya instansiyası zaman ı təqsirləndirilən şəxs ifadələrində bildirmişdir ki, o narkotik dövlət sərhəddindən keçən zaman üzərində olan əşyanın narkotik vasitə olmasını bilməmişdir. Bu səbəbdən hesab edirik ki, 206.3.2-ci maddə ittihamdan xaric edilməli və ona digər maddə üzrə ən aşağı həddə cəza təyin edilməlidir Müdafiəçi kassasiya şikayətində qeyd olunanların nəzərə alınmasını, M1 barəsində Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarını dəyişdirərək Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206,3.2-ci maddəsinin ittihamdan xaric edilməsi və AR CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cəzanı yüngülləşdirən halları nəzərə almaqla cinayət qanununa əsasən ən aşağı həddə, yəni 5 il müddətində cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin mat eriallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normal arının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçinin kassasiya şikayətindən cəzanın ağır olması ilə bağlı mübahisələndirdiyi dəlillərə əsasən məhkəmə kollegiyası qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli b ilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkar a həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiy yətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarından görünür ki, məhkəmələr M1na cəza təyini zamanı onun himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikasi CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum unun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilmə sinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi”nə görə; CM-nin 206.3-cü maddəsində isə “Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 234.2-ci maddəsi “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasi tələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. CM-nin 234.4-cü maddəsində “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə” cinayət məsuliyyətini nəzərdə tutulur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılma sına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istinta qında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi M1 barədə işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkum Bağırova (Mustafayeva) Aynurə tərəfindən qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, məhkəmələr X1 qaçaqmalçılıq cinayətinin cinayətin törədilməsində köməkçi kimi iştirak etdiyini düzgün müəyyən etsələr də, qaçaqmalçılıq c inayətinin icraçısı olan M1nın həmin cinayəti təkbaşına icra etdiyini, qaçaqmalçılıq cinayətinin icra edilməsində digər şəxslərin iştirak etmədiyini nəzərə almayaraq M1nın əməlini CM-nin 206.3.2-ci maddəsi ilə, X4 əməlini isə CM-nin 32.5, 206.3.2-ci maddələri ilə tövsif etməklə səhvə yol vermişlər. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericiliyin tələblərinin şərhini zəruri hesab edir. CM-nin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 33-cü maddəsində cinayətin iştirakçılarının məsuliyyət məsələsi belə müəyyən edilmişdir: 33.1 Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq madd əsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. 33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab ol unur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün tə hlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından görünür ki, M1 işin hallarında təsvir olunan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına tək başına gətirmiş, X4 həmin narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi cinayətinin icrasında rolu olmamış, yalnız narkotik vasitələri əldə etməyi qabaqcadan vəd etməklə köməkçi kimi cinayətdə iştirak etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı q ərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: “Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağl ı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərd ən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilmə sində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası M1 tərəfindən işin hallarında təsvir edilmiş qaçaqmalçılıq cinayətinin tək icraçısı olmas ı nəticəsinə gəlir və onun əməlinin CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməsini və məhkum X4 həmin epizod üzrə əməlinin CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini və həmin maddələrlə hər iki məhkuma cəza təyin edilməsini zəruri hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X12rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 419.1-ci maddəsinin tələblərinə müvafiq olaraq kassasiya şikayətinin baxışının nəticələri buna əsas verdiyindən, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxs X4 da xeyrinə qərar qəbul edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, X4 ittiham edildiyi CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə olan əməli CM-nin 32.5, 206.2-ci maddəsinə tövsif edilməli və ona həm in maddə ilə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası. Qərara aldı: Məhkum M1nın müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. M1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilsin. M1nın əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilsin. M1na Azərbaycan Respublik ası CM-in 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla M1na qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən həmin iş üzrə məhkum edilmiş və barəsində kassasiya müraciəti olmayan X4 əməli Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilsin. X8 Azərbaycan Respublikası CM-in 32. 5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla X8 qəti olaraq 8 (səkkiz) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-876/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-876/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver