Məhkəmə qərarları › İş №1(102)-876/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-876/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-876/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Sadıqov İbrahim Miri oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsin in 04 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasında dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi İ.M.Sadıqov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1993-cü il tarixdə Yardımlı rayonunun Bozayran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaş lı uşağı olan, ali təhsilli, "Şam-Fİ İnternational Trading Company” MMC-də satış təmsilçisi işləmiş, əvvəllər məhkum olunmamış, Yardımlı rayonunun Bozayran kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, CM-nin 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə 3 (üç) il müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla ona etibar edi lmiş özgə əmlakını talayaraq mənimsəmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentİnin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 01,04,2004-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla (VÖEN**********) ərzaq və qida məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətində 1 may 2020-ci il tarixdən 9 dekabr 2020-ci il tarixədək olan müddətdə satış təmsilçisi vəzifəsində işləyərkən həmin MMC ilə arasında bağlanmış 1 may 2020-ci il tarixli əmək və tam maddi- məsuliyyət haqqında müqavilələrə əsasən özgə əmlakını talama məqsədilə ona etibar edilmiş və qulluq mövqeyinə görə ö hdəsində olan əmlak üzərində müəyyən, yəni təyin olunmuş ərazi üzrə MMC-yə məxsus malların müştərilərə satılması və satılmış mallara görə müştərilərin MMC-yə olan borclarının nağd formada yığılıb MMC-nin kassasına gündəlik təhvil verilməsi səlahiyyətlərinə malik məsul şəxs kimi, vahid qəsdlə davamlı olaraq onun sifarişi ilə xidməti ərazisi olan Bakı şəhərinin Xəzər və Sabunçu rayonları üzrə müxtəlif ünvanlarda yerləşən ayrı-ayrı ticarət obyektlərinə MMC-nin anbarından rəsmi sənədlərə əsasən, o cümlədən xx.xx.2020-ci il tarixli MERF**********13 nömrəli, xx.xx.2020-ci il tarixli-MERF**********52 nömrəli, xx.xx.2020-ci il tarixli-MERA**********08 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********58 nömrəli,xx.xx.2020-ci il tarixli-MERF**********81 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF***** *****42 nömrəli, xx.xx.2020-ci il tarixliMERF**********21 nömrəli, xx.xx.2020-ci il tarixli- MERF**********49 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********24 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********38 nömrəli,xx.xx.2020-ci il tarixli -MERF**********49 nömrəli,xx.xx.2020-ci il tarixli MERF**********73 nömrəli, xx.xx.2020-ci il tarixli - MERR**********46 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********80 nömrəli, xx.xx.2020-ci il tarixli -MERA**********59 nömrəli, xx.xx.2020-ci il tarixli -MERA**********78 nömrəli,xx.xx.2020-ci il tarixli, MERR**********98 nömrəli, xx.xx.2020-ci il tarixli - MERN**********97 nömrəli,xx.xx.2020-ci il tarixli MERA**********28 nömrəli,xx.xx.2020-ci il tarixli -MERF**********89 nömrəli, xx.xx.2020-ci il tarixli -MERA**********25 nömrəli, xx.xx.202 0-ci il tarixli -MERA**********10 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********57 nömrəli,xx.xx.2020-ci il tarixli -MERA**********94 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********17 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********89 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********52 nömrəli, xx.xx.2020-ci il tarixli -MERA**********81 nömrəli, xx.xx.2020-ci il tarixli -MERA**********34 nömrəli,xx.xx.2020-ci il tarixli -MERA**********36 nömrəli, xx.xx.2020-ci il tarixli MERA**********87 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********20 nömrəli, xx.xx.2020-ci il tarixli -MERA**********92 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********28 nömrəli, xx.xx.2020-ci il tarixli -MERA**********81 nömrəli, xx.xx.2020-ci il tarixli -MERA**********99 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF* *********38 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********57 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********59 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********63 nömrəli, 07.2020-ci il tarixli -MERF**********64 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********59 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********96 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********09 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********12 nömrəli, xx.xx.2020-ci il tarixli - MERA**********70 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********61 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********56 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********48 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********17 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********75 nömrəli, xx.xx.2020-ci il tarixli MERR**********73 nömrəli, x x.xx.2020-ci il tarixli - MERR**********72 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********71 nömrəli,xx.xx.2020-ci il tarixli -MERF**********87 nömrəli,xx.xx.2020-ci il tarixli -MERF**********30 nömrəli, xx.xx.2020-ci il tarixli MERR**********92 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********95 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********69 nömrəli, xx.xx.2020-ci il tarixli - MERA**********75 nömrəli, xx.xx.2020-ci il tarixli -MERA**********77 nömrəli,xx.xx.2020-ci il tarixli -MERF**********27 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********77 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********78 nömrəli,xx.xx.2020-ci il tarixli-MERF**********26 nömrəli, xx.xx.2020-ci il tarixli -MERA**********52 nömrəli,xx.xx.2020-ci il tarixli - MERA**********60 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********25 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********49 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********80 nömrəli,xx.xx.2020-ci il tarixli MERF**********14 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********26 nömrəli,xx.xx.2020-ci il tarixli -MERF**********29 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********22 nömrəli, xx.xx.2020-ci il tarixli -MERA**********37 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********76 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********76 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********79 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********82 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********32 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********81 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********00 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********12 nömrə li, xx.xx.2020-ci il tarixli -MERF**********73 nömrəli,xx.xx.2020-ci il tarixli MERF**********10 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********41 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********75 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********56 nömrəli, xx.xx.2020-ci il tarixli-MERF**********57 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********93 nömrəli, xx.xx.2020-ci il tarixli -MERA**********54 nömrəli, xx.xx.2020-ci il tarixli,MERA**********70 nömrəli, xx.xx.2020-ci il tarixli- MERA**********88 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********23 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********30 nömrəli,xx.xx.2020-ci il tarixli -MERF**********38 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********39 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********41 nömrəli, xx.xx.2020-ci il tari xli -MERF**********44 nömrəli, xx.xx.2020-ci il tarixli - MERA**********61 nömrəli, xx.xx.2020-ci il tarixli -MERA**********23 nömrəli, xx.xx.2020-ci il tarixli -MERA**********44 nömrəli,xx.xx.2020-ci il tarixli -MERA**********02 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********61 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********95 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********01 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********13 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********90 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********58 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********07 nömrəli, 2.10.2020-ci il tarixli MERF**********57 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********61 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********71 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********73 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********34 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********19 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********20 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********24 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********50 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********45 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********58 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********92 nömrəli,xx.xx.2020-ci il tarixli -MERR**********98 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********08 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********88 nömrəli,xx.xx.2020-ci il tarixli -MERF**********45 nömrəli,xx.xx.2020-ci il tarixli -MERF**********78 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********08 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********54 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********09 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********80 nömrəli,xx.xx.2020-ci il tarixli MERF**********88 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********81 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********47 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********52 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********54 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********56 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********80 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********38 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********52 nömrəli,xx.xx.2020-ci il tarixli -MERF**********74 nömrəli,xx.xx.2020-ci il tarixli -MERF**********64 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********24 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********15 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**** ******16 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********18 nömrəli, xx.xx.2020-ci il tarixli - MERR**********88 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********90 nömrəli, xx.xx.2020- ci il tarixli -MERR**********91 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********06 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********14 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********17 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********59 nömrəli,xx.xx.2020-ci il tarixli - MERR**********71 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********02 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********04 nömrəli,xx.xx.2020-ci il tarixli -MERF**********17 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********25 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********26 nömrəli,xx.xx.2020-ci il tarixli -MERF**********27 nömrəli, xx.xx.2020-ci il tarixli - MERF**********86 nömrəli,xx.xx.2020-ci il tarixli -MERF**********58 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********59 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********66 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********73 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********10 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********15 nömrəli,xx.xx.2020-ci il tarixli - MERR**********16 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********10 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********30 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********35 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********82 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********98 nömrəli,xx.xx.2020-ci il tarixli -MERR**********06 nömrəli, xx.xx.2020-ci il tarixli MERR**********08 nömrəli, xx.xx.2020-ci il tarixli -MER R**********13 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********70 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********01 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********13 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********17 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********38 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********07 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********22 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********23 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********36 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********37 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********36 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********39 nömrəli,xx.xx.2020-ci il tarixli MERF**********50 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********60 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********66 nömrəli,x x.xx.2020-ci il tarixli -MERF**********83 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********86 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********88 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********91 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********97 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********08 nömrəli,xx.xx.2020-ci il tarixli -MERR**********12 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********87 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********95 nömrəli,,xx.xx.2020-ci il tarixli -MERR**********88 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********15 nömrəli, xx.xx.2020-ci il tarixli MERR**********17 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********18 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********19 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********22 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********08 nömrəli,xx.xx.2020-ci il tarixli -MERR**********10 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********24 nömrəli, xx.xx.2020-ci il tarixli MERR**********25 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********91 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********40 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********46 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********63 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********64 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********66 nömrəli, xx.xx.2020-ci il tarixli MERR**********74 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********75 nömrəli, xx.xx.2020-ci il tarixli- MERR**********86 nömrəli, xx.xx.2020-ci il tarixli -MERR**********87 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********40 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********49 nömr əli, xx.xx.2020-ci il tarixli -MERF**********50 nömrəli, xx.xx.2020-ci il tarixli MERF**********51 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********74 nömrəli, xx.xx.2020-ci il tarixli -MERF**********79 nömrəli, ümumi 226 ədəd qaimə faktura əsasında maddi məsuliyyətinə götürdüyü cəmi 31544,55 manat (otuz bir min beş yüz qırx dörd manat əlli beş qəpik ) dəyərində ərzaq məhsullarını Bakı şəhəri, Xəzər və Sabunçu rayonu ərazisində yerləşən ayrıayrı ticarət obyektlərinə satış məqsədilə təhvil verərək həmin malların 2971,45 manat (iki min doqquz yüz yetmiş bir manat qırx beş qəpik) dəyərində olan hissəsini tələbata cavab verməyən ərzaq məhsulları kimi cəmiyyətin anbarına qaytarması, marketlərə satdığı məhsulun müqabilində ödəniş kimi qəbul etdiyi 14062,62 manat (on dörd min altmış iki manat a ltmış iki qəpik) pul vəsaitini MMC-nin xəzinəsinə köçürməsi, eləcə də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək satış nöqtələri üzrə aparılmış yoxlama zamanı satış nöqtələri tərəfindən 2.036,37 manat (iki min otuz altı manat otuz yeddi qəpik) dəyərində məhsulun cəmiyyətin anbarına geri qaytarılması və 547,53 manat (beş yüz qırx yeddi manat əlli üç qəpik) məbləğdə pul vəsaitinin MMC-yə ödənilməsi, habelə satış nöqtələrinin MMC-yə 5.304,11 manat (beş min üç yüz dörd manat on bir qəpik) məbləğdə pul vəsaitini borclu qalması nəzərə alınmaqla təhkim olunduğu Bakı şəhəri, Xəzər və Sabunçu rayonları ərazisində həmin ərzaq məhsullarının satışından əldə etdiyi cəmi 6.622,47 manat (altı min altı yüz iyirmi iki manat qırx yeddi qəpik) məbləğində pul vəsaitini ticarət obyektlərindən təhvil aldıqdan sonra həmin pulu cəmiyyətin ünvan 3 ünvanda yerləşən xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına xərcləyib "xxxx" MMC-yə məxsus olmaqla ona etibar olunmuş 6.622,47 manat (altı min altı yüz iyirmi iki manat qırx yeddi qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək qəsdən həmin cəmiyyətə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 8,549 qram psixotrop maddə olan metafetamini əldə edərək üzərində, habelə təmiz çəkisi 603,0 qram narkotik vasitə olan heroini və təmiz çəkisi 25,583 qram psixotrop maddə olan metafetamini əldə edib idarə etdiyi “Hyundai” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxla mış və daşımış, 10 mart 2021-ci ildə saat 15:30-da Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi 36 nömrəli ünvanda yerləşən "ABU" yanacaqdoldurma məntəqəsinin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunaraq orada üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi 8,549 qram çəkidə külli miqdarda psixotrop maddə metafetamin, habelə ünvan 5 ünvanın qarşısında saxladığı onun müvəqqəti istifadəsində olan Hyundai markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün də vəti, icazəsi və iştirakı ilə baxış keçirilərkən qeyd edilən avtomobilin arxa yük hissəsindən satış məqsədi ilə əldə edərək saxladığı və daşıdığı bir ədəd sellofan torbanın içərisində 9 ədəd ayrı-ayrılıqda bükümlərdə təmiz çəkiləri 21,048 qram, 0, 929 qram, 0,490 qram, 0,439 qram, 0,445 qram, 0,455 qram, 0,471 qram, 0,426 qram, 0,880 qram, ümumi təmiz çəkisi 25,583 qram çəkidə, külli miqdarda psixotrop maddə metafetamin və 2 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 143 qram və 460 qram olmaqla, ümumi təmiz çəkisi 603 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi İ.M.Sadıqov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (s ədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 12 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 06 (altı) aya endirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza ona hökmlə CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla məhkumun üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə isə dəyişdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi İ.M.Sadıqov kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, işin müəyyən edilmiş faktiki hallarına və Məhkum barəsindəki yekun məhkəmə aktlarına istinad edən müdafiəçi İ.M.Sadıqov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti verilən zaman Özal Behbudlunun valideyinləri "xxxx" MMC-yə vurulmuş zərərin bir hissəsini ödəmiş, qalan ziyanın ödənilməsi barədə MMC-nin rəhbərliyi ilə razılıq əldə etmiş, lakin sonradan həmin ziyanı da tam ödəmiş və buna görə də adı çəkilən Cəmiyyətin məhkuma qarşı heç bir şikayəti və tələbi yoxdur. Bununla yanaşı müdafiəçi qeyd etm işdir ki, məhkəmələr Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə cəza təyin edilməsi məsələsini həll edərkən onun müharibədə yaralanıb əlil olmasını, himayəsində azyaşlı uşağının olmasını kifayət qədər nəzərə almamış, nəticədə də hüquqlarını müdafiə etdiyi şəxs ağır cəzaya məruz qalmışdır. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin müəllifi onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında ci nayt prosesinin iştirakçıları qanuna müvafiq müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, zərər çəkmiş hüquqi şəxsin -"xxxx" MMC-nin nümayəndəsi isə məhkəməyə naməlum səbəbdən gəlməmişdlir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş hüquqi şəxsin -"xxxx" MMC-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum müdafiəçisi İ.M.Sadıqov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüng ülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi İ.M.Sadıqovun şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tə tbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarını n düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası a pellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın qeyd olunan müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, sonuncuların da pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusi yanın 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasyia şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, müdafiəçi İ.M.Sadıqov öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum təqsirli bilindiyi cinayət əməllərini tör ətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən onun barəsində cəza təyininə münasibətdə qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Daha sonra məhkəmə kollegiyası Məhkum barəsində seçilmiş cəza tədbirinin işin müəyyən edilmiş faktiki hallarına, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı vurğulayır ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən e dilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edil ərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcə k sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterl i tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunverici liyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər t ərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin hə yat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə və maddi sübuütlara əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq ar aşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum cinayət əməllərini CM-nin 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum həmin maddələrlə və cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların onun şəxsiyyətinə, ailə vəziyyətinə, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cə za hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və ci nayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmələr tərəfindən təhlil olunan məsələnin həlli zamanı qanunvericiliyin tələblərinə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarındakı tövsiyələrə əməl edilib-edilməməsi məsələsini araşdırarkən məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin Məhkum təyin olunmuş cəzanı yüngülləşdirərkən ilk növbədə haqlı olaraq onu nəzərə almışdır ki, onun təqsirli bilindiyi CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etm ə cəzaları, CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında isə - beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş və buna görə də qulluq mövqeyindən istifadə edilməklə və zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını mənimsəmə yolu ilə ələ keçirmə cinayəti az ağır, külli iqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etmə, saxlama və daşıma cinayəti isə - ağır cinayətlər kateqoriyasına aiddirlər və şəxs belə cinayətləri törətməkdə təqsirli bilindikdə ona qəti cəza CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq təyin olunmuş cəzaları tam və ya qismən toplamaq yolu ilə təyin edilir. Qanunvericiyin bu tələblərindən çıxış edən apellyasiya instansiyası məhkəməsi daha sonra nəzərə almışdır ki, apellyasiya şikayətinə məhkəmə baxışı iclasında məhkumun müdafiəçisi İ.M.Sadıqov "xxxx" MMC-nin 15 noyabr 2021-ci il tarixli 277 nömrəli ərizəsini təqdim etmiş və həmin ərizədə Məhkum atası X12 tərəfindən vurulmuş zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pulun ödənilməsi, qalan məbləğin isə ödənilməsinə dair öhdəlik götürülməsi, buna görə MMC-nin Məhkum qarşı iddia və tələbinin olmaması göstərilmişdir. Kassasiya şikaytinə isə müdafiəçi İ.M.Sadıqov "Şam-Fi İnternational Trending Company” MMC-nin 01 sentyabr 2022-ci il tarixli 241 saylı arayışını təqdim etmiş və həmin arayışda göstrilənlərə, yəni Məhkum tərəfindən zərər çəkmiş hüquqi şəxs "Şam-Fi İnternational Trending Company” MMC-yə dəymiş ziyanı - 6400 (altı min dörd yüz) manat məbləğində pul vəsaitini tam olaraq xəzinəyə ödənilməsinə və Cəmiyyətin məhkum olunmuş şəxsə qarşı heç bir iddia və tələbinin olmamasına əsaslanaraq ilk növbdə məhz bu hala görə Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Zərər çəkmiş hüqiqi şəxs "Şam-Fi İnternational Trending Company” MMC-nin bu ərizəsinin hər hansı təsir və ya təzyiq altında verməsi, onun saxta olması və sair bu kimi hallar müəyyən olunmamışdır. CM-nin 59.1.13-cü maddəsinə əsasən isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmas cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Digər tərəfdən verilmiş kassasiya şikayətində məhkum edilmiş şəxsin az yaşlı uşağının olmasına istinad edərək göstərilən halın da Məhkum münasibətdə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması xahiş olunmuşdur ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi tərəfindən istinad edilən və CM-nin 59.1.4-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən həmin hal məhkum edilmiş şəxsə cəza təyini zamanı birinci instansiya məhkəməsi tərəfindən artıq nəzərə alınmışdır. O, ki qaldı Məhkum müharibədə iştirak etməsinə və yaralanmasına, buna görə də onun əlil olmasına dair kassasiya şikayətində göstərilən hala, məhkəmə kollegiyası vurğulayır ki, cinayət işinin materialları ilə bu halı təsdiq edən müvafiq sübutlar cinayət işinin materiallarında aşkar edilməmiş və müdafiəçi İ.M.Sadıqov da belə sübutları həm ibtidai araşdırma orqanına, həm də məhkəmələrə, o cümlədən kassasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə y anaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinə məhkəmə baxışı zamanı yalnız bir halı - Məhkum törətdiyi cinayət nəticəsində zərərçəkmiş hüqiqi şəxs "Şam-Fi İnternational Trending Company” MMC-yə vurduğu ziyanın tamamilə odənilməsini CM-nin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirlib nəzərə alınmasını mümkün bilir və həm bu hala, həm də birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən edərək cəza təyini zamanı əsaslandıqları digər hallara görə Məhkum həm CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaların yüngülləşdirilməsini məqsədə uyğun hesab ed ir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və kassasiya şikayətinin tam təmin edilməsi barədə müdafiəçi İ.M.Sadıqovun və həmin şikayətin qismən təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçi İ.M.Sadıqovun kassasiya şikayəti qismən təmin edilməli və Məhkum həm təqsirli bilindiyi CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə, həm də CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum emə cəzalarının müddətləri endirilməli, bu əsasla da sonuncunun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Şərh oluanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kasassiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) ilədək endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilm iş Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 08 (səkkiz) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar