Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-876/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və təqsirləndirilən şəxs Məhkum1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(103)-2261/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Fuad Axundov) 19 avqust 2024-cü il tarixli 1(011)-21/2024 nömrəli qərarı ilə 31 avqust 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-1-ci maddəsi ilə təqsirli bilinib, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-in 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. Hökmlə həmçinin Məhkum2 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən o, 03 iyul 2022-ci ildə saat 04:10 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Mitsubish Lancer" minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu "8 noyabr" prospekti ilə üzü Bakı şəhər mərkəzi istiqamətdə saatda 130-140 km\saat sürətlə sağdan ikinci zolaqla hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 51-ci maddəsinin 2-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 3.24 "Maksimum sürətin məhdu dlaşdırılması" yol nişanın tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 60 km\saat sürətdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda sol zolaqla hərəkətdə olan minik avtomaşını sağdan ötüb keçməməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə sol zolaqla hərəkətdə olan Məhkum2 saatda 130-140 km sürətlə idarə etdiyi "Mercedes Benz C200" minik markalı **GM-*** dövlət qeydiyyat nişanlı avtom aşınla ötüşmüş, Xətai rayonu K.Kazımov küçəsi ilə kəsişməyə az qalmış, qarşısında hərəkətdə olan naməlum minik avtomaşını sağdan ötdükdən sonra yolun döngəli olan hissəsində ani olaraq avtomaşının idarəetməsini itirdiyindən idarə etdiyi avtomaşın sağa istiqamətlənməklə piyada səki üzərinə çıxmış, bu zaman səki üzəri ilə piyada hərəkətdə olan X1 avtomaşının qabaq sağ hissəsi ilə vurduqdan sonra daş hasara çırpılmış, nəticədə ehtiyatsızlıqdan R.Rüstəmovun sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sol gicgah-təpə sümüklərində xətti sınıq, başın deformasiyası, təpə nahiyəsinin əzilmiş yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, bədənin çoxsaylı sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlaml ığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əfqan Ələkbərov (sədrlik edən və məruzəçi), Zaur Hüseynov və Faiq Qəniyev) 05 noyabr 2024-cü il tarixli 1(103)-2261/2024 nömrəli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 1(011)-21/2024 nömrəli qərarı təqsirləndirilən şəxs Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təqsirləndirilən şəxs Məhkum1 aid hissədə təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(103)-2261/2024 nömrəli qərarının təqsirləndirilən şəxs Məhkum1 aid hissədə ləğv edilməsini və cinayət işinin ona aid hissədə yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 1(103)-2261/2024 nömrəli qərarı təqsirləndirilən şəxs Məhkum1 aid hissədə qanunsuzdur. Belə ki, məhkəmələr işin bütün hallarının tam və hərtərəfli araşdırılmadan, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 14 mart 2024-cü il tarixli 05/MEŞ nömrəli natamam rəyini əsas götürməklə Məhkum1 törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin tərkib əlamətləri mövcud olmaması nəticəsinə gəlmiş və onun əməlini CM-in 263.1-1-ci maddəsinə tövsif etməklə həmin Məcəllənin 73.3-c ü maddəsinə əsasən onu əsassız olaraq cinayət məsuliyyətindən azad etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında keçirilmiş 14 mart 2024-cü il tarixli 05/MEŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, ilkin olaraq zərərçəkmiş şəxsə (mərhuma) Məhkum1 idarə etdiyi "Mitsubishi Lancer" minik markalı avtomobilin vurması zamanı ağır dərəcəli xəsarətləri aldıqdan sonra mərhum R.Zərərçəkmiş şəxs sağ qalma ehtimalı olmuşdur. İlkin zərbədən sonra R.Zərərçəkmiş şəxs zərbə zonasından kənara atılması baş vermiş, ani olaraq, qısa müddətli huşun itməsi hesabına yerdə uzanmış vəziyyətdə olan zaman “Mercedes” markalı (Məhkum2 idarə etdiyi) avtomobilin təkəri ilə yer örtüyü və yaxud bardür arasında başın sıxılması hesabına təkrar travmatizmlə əlaqədar yaranmış xəsarətlərini n nəticələri ölümə səbəb olmuşdur. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma” cinayəti maddi tərkibli olduğu üçün CM-in 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Bu cinayətin ictimai təhlükəli nəticəsi qismində zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması, eləcə də zərərçəkmiş şəxsin ölümünə səbəb olması nəzərdə tutulmuşdur. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Göründüyü kimi birinci avtomobilin vurması mərhumun ikinci avtomobil tərəfindən vurulmasına səbəb olmuş və bununla da zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən ictimai təhlükəli nəticə baş vermişdir. Yəni birinci avtomobilin vurması ilə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmuşdur. Burada səbəbli əlaqə hər iki təqsirləndirilən şəxsin hərəkətləri ilə vahid nəticə arasında olan obyektiv əlaqə kimi çıxış edir. Cinayət qanunvericiliyi bir ictimai təhlükəli nəticəyə görə bir neçə şəxsin məsuliyyətə cəlb olunmasını istisna etmir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və təqsirləndirilən şəxsin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kass asiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili Məhkum1 əməlinin birinci instansiyası məh kəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. İşdən görünür ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum1 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə, yəni yol hərəkəti qaydalarını pozaraq, nəqliyyat vasitəsini idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi üzrə ittiham verilmiş, birinci instansiya məhkəməsi isə Məhkum1 əməlini həmin Məcəllənin 263.1-1-ci maddəsinə, yəni avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda cinayət əməli kimi tövsif etmişdir. Məhkəmə kollegiyası cinayət işinin hallarını nəzərə alıb mə hkumun əməlinin Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə tövsif edilməsi üçün əsasların olmamasına dair kassasiya protesti ilə aşağıda göstərilən səbəblərə görə razılaşır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CM-in 263-cü maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda əməl CM-in 263.1-1-ci maddəsi ilə tövsif olunur. Eyni əməllər ehtiyat sızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda həmin Məcəllənin 263.2-ci maddəsinin cinayət tərkibini yaradır. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 263.1-1 və 263.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlər maddi tərkibli cinayətlərə aiddir. Həmin cinayətlər biri-birindən baş vermiş ictimai təhlükəli nəticələr üzrə fərqlənir. Azərbaycan Respublikası CM-in 263.11-ci maddəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində isə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünün baş verməsi nəzərdə tutulur. Cinayət və cinayət prosessual qanunvericiliyinin yuxarıda göstərilən normalarına əsasən həmin cinayət tərkiblərinin yaranması üçün yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu sübutlarla müəyyən edilməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum1 və Məhkum2 nəqliyyat vasitələrini idarə edərkən sürət məhdudiyyətinin xeyli aşması nəticəsində idarəetməni itirmiş və bunun nəticəsində əvvəl Məhkum1 avtomobili yolun hərəkət hissəsindən çıxıb səkidə olan piyada zərərçəkmiş R.Zərərçəkmiş şəxs vurmuş, sonra Məhkum2 idarə etdiyi avtomobil R.Zərərçəkmiş şəxs vurmuşdur. Avtomobillərin vurması nəticəsində alınmış bədən xəsarətlərindən zərərçəkmiş şəxs hadisə yerində ölmüşdür. İstintaq orqanı nəticəyə gəlmişdir ki, hər iki sürücünün yol hərəkət qaydalarını pozması nəticəsində zərərçəkmişin ölümü baş vermişdir. Ona görə də həm Məhkum1, həm Məhkum2 Azərbaycan Res publikası CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi məhkəmə icraatı zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən etmişdir ki, Məhkum1 idarə etdiyi avtomobilin vurması nəticəsində zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlərini yetirsə də, zərərçəkmiş şəxsin ölümü həmin xəsarətlərin nəticəsində deyil, Məhkum2 tərəfindən idarə olunan avtomobilin vurması nəticəsində zərərçəkmiş şəxsə yetirilmiş bədən xəsarətlərindən baş vermişdir. Ona görə də məhkəmə nəticəyə gəlmişdir ki, Məhkum1 yol hərəkəti qaydalarını pozması ilə zərərçəkmişin ölümü arasında səbəbli əlaqə yoxdur, onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması ilə əlaqədar Məhkum1 əməli CM-in 2 63.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə apellyasiya protestinə əsasən baxıb birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya protestində məhkəmələr tərəfindən müəyyən edilmiş işin halları və yolnəqliyyat hadisəsinin mexanizmi mübahisələndirilmir. Kassator hesab edir ki, məhkəmələr işin hallarını qiymətləndirərək təqsirləndirilən şəxs Məhkum1 əməlinin hüquqi tövsifi barədə düzgün nəticəyə gəlməmişlər. Belə ki, hər iki təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində bir vahid nəticə - zərərçəkmiş şəxsin ölümü baş vermişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini aşağıda göstərilən səbəblərə görə əsaslı hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ə sasında keçirilmiş məhkəmə-tibbi ekspertizasının 14 mart 2024-cü il tarixli 05/MEŞ saylı rəyində göstərilmişdir ki, ilkin avtomobil (Məhkum1 idarə etdiyi "Mitsubishi Lancer" minik markalı) vurması zamanı ağır dərəcəli xəsarətləri aldıqdan sonra mərhum R.Zərərçəkmiş şəxs sağ qalma ehtimalı olmuşdur. İlkin zərbədən sonra R.Zərərçəkmiş şəxs zərbə zonasından kənara atılması baş vermiş, ani olaraq, qısa müddətli huşun itməsi hesabına yerdə uzanmış vəziyyətdə olan zaman “Mercedes” markalı (Məhkum2 idarə etdiyi) avtomobilin təkəri ilə yer örtüyü və yaxud bardürün arasında başın sıxılması hesabına təkrar travmatizmlə əlaqədar yaranmış xəsarətlərin nəticələri ölümə səbəb olmuşdur. Hazırki cinayət işi üzrə müəyyən edilmiş yol-nəqliyyat hadisəsinin mexanizmi onu göstərir ki, zərərçəkmiş şəxsin ölüm ü hər iki, yəni Məhkum1 və Məhkum2 razılaşdırılmamış olsa da, birgə hərəkətləri nəticəsində baş vermişdir. Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə Məhkum2 sürəti aşması nəticəsində idarə olunmaz vəziyyətə düşmüş avtomobilin altına məhz Məhkum1 idarə etdiyi avtomobilin vurması nəticəsində düşmüş və beləliklə də, ictimai təhlükəli nəticənin - zərərçəkmiş şəxsin ölümünün baş verməsinin zəruri şərti məhz Məhkum1 hərəkəti olmuşdur. Belə ki, Məhkum1 hərəkətləri olmasa ictimai təhlükəli nəticənin - zərərçəkmiş şəxsin ölümünün baş verməsi də mümkün olmazdı. Belə olan halda zərərçəkmiş şəxsin ölümü bilavasitə təqsirləndirilən şəxs Məhkum2 qanunsuz hərəkətləri nəticəsində alınmış bədən xəsarətlərindən baş versə də, Məhkum1 hərəkətləri ilə zərərçəkmiş şəxsin ölümünün arasında səbəbli əlaqənin olmamasına dair aşağı instansiyalar məhkəmələrinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası yuxarıda göstərilən səbəblərə görə nə birinci instansiya məhkəməsi tərəfindən məhkumun əməlinin CM-in 263.1-1-ci maddəsi ilə tövsif edilməsini, nə də bununla razılaşan apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanunauyğun hesab etmir. Məhkəmələr cinayət işinin hallarının düzgün qiymətləndirməməsi nəticəsində təqsirləndirilən şəxs Məhkum1 əməlini Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə tövsif edərək, işin hallarına uyğun olmayan nəticəyə gəlmişlər. Azərbaycan Respublikası CPM-in 349.5-ci maddəsinə görə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyasının qənaə tinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 əməlinin tövsifinə dair gəldiyi nəticə həm iş üzrə sübutlarla, həm işin faktiki halları ilə uzlaşmır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi Apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya protestinin Məhkum1 əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə tövsif edilməsi və bununla əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə dəlilləri ilə razılaşaraq hesab edir ki, kassasiya protest i təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(103)-2261/2024 nömrəli qərarı təqsirləndirilən şəxs Məhkum1 aid hissədə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-876/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-876/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver