Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-877/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Elnur Nizami oğlu İsa-zadə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, zərərçəkmiş Zərərçəkmiş şəxs və müdafiəçi-vəkil X17 iştirakları ilə, Abşeron rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum o lunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X11) Məhkum-xx xxxxxxx 1975-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu *********** yaşayış massivində yaşayan Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinnə əsasən iki gün tutulduğu müddət çıxılmaqla üzərində 2 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Həmin hökmlə X23 da məhkum edilmişdir, lakin onun barəsində kassasiya şikayəti və kassasiya protesti verilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, özgənin xeyli miqdarada əmlakəını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs məxsus olan və sonuncunun satmaq istədiyi “Mersedes Benz ML 350” markalı, **-*** dövlət qeydiyyat nişanlı avtomobili atasına alacağını bildirərək avtomobilin dəyərini 20000 manat nəqd ödənişə, 10000 manat məbləğində banka olan kredit borcunu aylıq ödəniş etmək barədə razılaşaraq Zərərçəkmiş şəxs etibarını qazanmaq üçün ona beh kimi 4000 manat pul verməklə, qısa müddətə pulun nəqd şəkildə verməli olduğu qalan hissəsini də düzəldib avtomobilə dair sənədləşmə aparmaq üçün notariat kontoruna gedəcəyini vəd verərək 2016-cı ilin may ayının əvvəllərində Bakı şəhəri Binəqədi rayonu **************************** adlanan yerdə avtomobili və sənədlərini Zərərçəkmiş şəxs təhvil alıb sonradan istintaqa məlum olmayan yerdə, vaxtda və şəraitdə ban nömrəsini və müvafiq olaraq qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyat nişanlarını dyişdirərək avtomobili ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdard, ümumilikdə 26000 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə X23 ilə qabaqcadan əlbir olan bir q rup şəxs halında etibardan istifadə etməklə 2016-cı ilin noyabr ayında X5 və R6 adlı şəxsdən 5000 manat əldə etmiş olduğu və “Tran bank” bankının Binəqədi rayon filialında girovda olan “Kia Sorento” markalı, **--*** dövlt qeydiyyat nişanlı avtomaşının ban nömrəsini X2 öz arvadı X3 adına 65000 manata əldə etmiş olduğu və heç yerdə girovda olmayan olan “Kia Sorento” markalı, **--*** dövlt qeydiyyat nişanlı avtomobilin ban nömrəsi ilə Yevlax şəhərində yerləşən avtomobil emalatxanalarından birində istintaqa şəxsiyyəti məlum olmayan usta vasitəsilə kustar üsulla dəyişərək həmin X8 qeyd olunan avtomobili heç bir yerdə giravda olmayan avtomoaşın kimi təqdim etməklə aldadıb sonuncunun etibarından istifadə edərək həmin avtomobili 28 yanvar 2017-ci il tarixdə Abşeron rayonu M6 qəsəbəsində A8 18500 m anata satmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Hökmdən Məhkum, onun müdafiəçisi-vəkil X13, məhkum X14 müdafiəçisi X4 və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X22 (sədrlik edən və məruzəçi), X6 və X9 ibarət tərkibdə) 13 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə Məhkum barəsində və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətində qərarın dəyişdirilərək məhkuma azadlıqdan məhrum et mə ilə əlaqədar olmayan cəza təyin edilməsini və zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək qərarın dəyişdirilərək “Mersedes Benz ML 350” markalı, AZ **--*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi cəza təyin edərkən Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, maddi vəziyyətinin çətin olmasını nəzərə almamış, maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növü olsa da, məhkuma azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Göstərilənlərə əsasən kassas iya şikayətinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərmişdir ki, cinayət işi üzrə alınmış ekspertiza rəyinə əsasən aparılmış tədqiqatın nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “Mersedes Benz ML 350” markalı, AZ **--*** dövlət qeydiyyat nişanlı avtomobilin zavod üsulu ilə əks olunmuş VİN nömrəsi həkk edilmiş metal lövhə kustar üsulu ilə dəyişdirilmişdir. daha sonra kassasiya şikayətində Azərbaycan Respublikası CPM-nin 87.6.20, 128.1 və 132-ci maddələrinə istinad edərək göstərilmişdir ki, X18 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamış, o isə zərərçəkmiş şəxs qismində tanınmışdır. Ona görə də onun mülkiyyətindən cinayət yolu ilə çıxarılmış avtomobil ona qaytarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını ö yrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, məhkuma aid kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, özünün kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş Zərərçəkmiş şəxs, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassa siya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Məhkumun müdafiəçisinin kassasiya şikayətində onun cəzasının yüngülləşdirilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum himayəsində bir azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmiş, cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə Məhkum əvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailə vəziyyətini nəzərə almışdır. Həmin hökm üzrə məhkum edilmiş digər məhkum X23 vurulmuş ziyanı ödədiyinə görə bu hal da onun cəazasını yüngüllşdirən hal kimi nəzərə alınmışdır. Lakin Məhkum hərəkətlərində belə hal müəyyən edilməmişdir. Bu onu göstərir ki, Məhkum törətdiyi əmələ tənqidi münasibətini göstər ən hal baş verməmişdir. Təkrar törətdiyi az ağır cinayət əməlinin aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etmişdir. Bu hallar onun özünün və törətdiyi cinayətlərin ictimai təhlükəliliyini xarakterizə edən hallardır. Azərbaycan Respublikası CM-nin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələri tələb edir ki, cəza təyin edilərkən yalnız cəzanı yüngülləşdirən hallar deyil həmdə həmin maddələrdə sadalanan digər hallar, o, cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar məcmu halında nəzərə alınmalı və cəzanın məqsədi barədə qanunun tələbinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsaəsn islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə c əza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər Cinayət işinin materiallarında olan sübutların məcmusunu və məhkum barəsində məhkəməyə daxil olmuş rəsmi məlumatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq onun cəza çəkmədən islah olunacağını mümkün hesab etməmişdir. Göstərilən cinayət əməlini təkrar törətmiş Məhkum cəza cəkmədən islah olunacağı ehtimalına əsas verən mötəbər sübutlar cinayət işinin materiallarında mövcud deyil. Bundan başqa Məhkum törətdiyi cinayətlərin xarakteri ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə də əsas vermir. Yuxarıda göstərildiyi kimi o cinayət əməlini törətdikdən sonra,onun yen idən eyni cinayət əməllərini törətməyəcəyinə əsas verən, törətdiyi əməllərin nəəticələrinə tənqidi yanaşan, cinayət nəticəsində vurulmuş zərərin aradan qaldırılmasına və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsinə dalalət edən hərkətlər etməmişdir. Məhkumun belə davranışı onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün seçilməsinə əsas vermişdir. Ona görə də məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətində göstərilən eyni məzmunlu dəlillərə hüquqi qiymət vermişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin qərarında göstərildiyi kimi, Zərərçəkmiş şə xs ona verilməli olduğunu ddia etdiyi “Mersedes Benz ML 350” markalı, AZ **--*** dövlət qeydiyyat nişanlı avtomobili X18 qanuni yolla, yəni qanunda nəzərdə tutulmuş əsaslarla alqı-satqı müqaviləsi ilə əldə etmişdir. Avtomobilin əldə edilməsi, alqı-satqısı və dövlət qeydiyyatına alınması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Avtomobil Zərərçəkmiş şəxs mülkiyyətindən cinayət yolu ilə çıxarılmasının ləğv edilməsi və ya əvvəlki vəziyyətin bərpa edilməsi X10 mülkiyyət hüququnun pozulması hesabına təmin edilməməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Apellyasiya instansiya məhkəməsinin cinayət işi üzrə gəldiyi nəticələr qanuni və əsaslıdır. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin təmin edil məsi və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarının dəyişdirilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi və zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarı dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-877/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-877/2019
23.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver