Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-877/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum iştirakları ilə, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər Abdullayev Mehdixan Ədil oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Asim Hacımirzə oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1988-ci il tarixdədə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Ucar rayon unun ünvan 1 qeydiyyatda olan və orada yaşayan, CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X6 da CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, qabaqcadan əlbi r olmaqla qanunsuz olaraq psixotrop maddələri satış məqsədilə külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə xx xxxxxx 2018-ci il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində olarkən tanışı X6 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslərlə cinayət əlaqəsinə girmiş, Şərif Məmmədovun həmin tarixdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 139,880 qram metamfettamin psixotrop maddəsini əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə əsasən Azərbaycan Respublikasında qrupun digər üzvünə çatdırmaq üçün onunla birlikdə bir ədəd bükümdə rezin qoruyucunun içərisində qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyn ində olan alt-paltarı tumanının içəri orta hissəsində yerləşdirib saxlamış, daşımış və xx xxxxxx 2018-ci il tarixdə saat 10 radələrində sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qimən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum CM-nin 66.3-cü maddəsinə əsasən CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş cəzaların qismən toplanılması müəyyən olunmuş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti 05 (beş) il 03 (üç) ayadək azaldılmışdır, hökm adı çəkilən məhkumaaid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona təyin edilmiş cəzaların barəsində CMnin 62-ci maddəsi tətbiq edilməklə yüngülləşdirilməsini, bu əsasla da barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun himayəsində heç yerdə işləməyən anası və X10 müalicə alan bir azyaşlı uşağı var, əvvəllər məhkum olunmamış, həbsdə olduğu müddətdə atası vəfat etmişdir, ailəsinin maddi vəziyyəti ç ox ağırdır. Kassatorun fikrincə, bu hallar onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddələrlə həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalarn aşağı həddindən az müddətlərdə cəza təyin edilməsinə əsas verir və buna görə irəli sürdüyü dəlillərə uyğun olaraq kassasiya şikayətinin təmin edilməsini, barəsindəki qərarın isə cəza təyini hissəsində dəyişdirilməsini xahiş edir. Hüquqi məsələlər: Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti ü zrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərə findən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi yaxud da cinay ət işinin icraatına xitam verilməsi, habelə onların dəyişdirilməsi haqqında qərar qəbul edir. Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən mə hkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum şəxsi etirafı ilə yanaşı digər məhkum X1, şahidlərin ifadələrinə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi barədə əsaslı nəticəyə gəlmiş və məhkumun əməllərini CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişlər. İş materiallarından həmçinin görünür ki, biri nci instansiya məhkəməsi bütün sübutların obyektiv araşdırılmasını təmin etdiyindən apellyasiya instansiyası məhkəməsində təkrar araşdırmaya ehtiyac olmamış və məhkəmə tərəfindən məhkumun təqsirliliyinə, onun haqqında cəza tədbirinin seçilməsinə dair məsələlər üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-ediləməməsinin yoxlanılması kifayət etmişdir. Kassasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər sonuncu tərəfindən mübahisələndirilməmişdir. X1 barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və işin digər hallarına, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cina yət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən C M-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-nin 206.3 və 234.4-cü maddələrinin sanksiyalarının təhlili göstəri r ki, satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılğını digər tövsifedici əlamətlərlə (müvafiq olaraq CMnin 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş) törədən şəxs birinci halda – beş ildən on iki ilədək, ikinci halda isə - beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı Məhkum kassasiya şikayətində həm göstərdiyi, həm də göstərmədiyi halları - ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməlləri etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, müsbət xasiyyətləndirilməsini CMnin 59-cu maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşd irən hallar kimi qiymətləndirib həm bu hallar, həm də iş üzrə məhkumun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi hər bir maddə üzrə həmin maddələrin sanksiyalarında müəyyən edilmiş ən aşağı həddə - 5 (beş) il, cinayətlərin məcmusu üzrə isə həmin cəzaların qismən toplanılması yolu qəti olaraq 5 (beş) il 6 (altı) müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu cəza ilə razılaşmayaraq, humanizm prinsipinə əsaslanaraq və yuxarıda göstərilən cəzanı yüngülləşdirən eyni hallara istinad edərək qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qərarla Məhkum cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın müddətinin azaldılmasını məqsədə uyğun hesab etmiş və həmin müddəti 5 (beş) il 3 (üç) ay həddində müəyyən etm işdir. Bu qərarla da razılaşmayan Məhkum kassasiya şikayətində məhkəmələrin əsaslandıqları eyni hallara görə ona təqsirliyi bilindiyi maddələrlə həmin maddələrin sanksiyalarında nəzərdə tutumuş cəzaların aşağı həddindən də az müddətdə cəzaların təyin edilməsini, yəni barəsində CM-nin 62-ci maddəsinin müddəalarının tətbiq edilməsini xahiş etsə də, kassasiya kollegiyası məhkumun irəli sürdüyü dəlilləri qəbul edilməz sayır və qeyd edir ki, CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsində təsbit edilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət işinin materiallarını, kassasiya şikayətində göstərilən halları və məhkumun irəli sürdüyü dəlilləri təhlil edən məhkəmə kollegyiası hesab edir ki, Məhkum digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə törətdiyi əməlləri səmimi etiraf edərək peşmançılıq çəksə də, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş və həmin məhkəmələrin istinad etdikləri cəzanı yüngülləşdirən hallar müstəsna xarakter daşımır, adı çəkilən məhkum tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar isə müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası Məhkumın barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi, yəni onun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzaların aşağı həddindən də az müddətlərdə cəzaların təyin edilməsi, yaxud da ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın başqa cəzalarla əvəz edilməsi üçün əsaslar görmür və buna görə də onun kassasiya şikayətinin təmin edilməsini mümkünsüz sayır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və həmin ş ikayətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-877/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-877/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver